21:32 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
21:18 / 13-10-2025
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
21:10 / 13-10-2025
Liderlər sülh sazişini imzalayıblar - Foto
20:30 / 13-10-2025
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
20:10 / 13-10-2025
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
18:04 / 13-10-2025
"Sədərək"də reklam qurğuları sökülür
17:57 / 13-10-2025
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
17:31 / 13-10-2025
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
17:14 / 13-10-2025
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
17:03 / 13-10-2025
Gəmidə hərbçilər üçün 800 növ yemək hazırlanır
17:03 / 13-10-2025
Agentliyin strukturu yenidən təşkil olunacaq
16:57 / 13-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
16:53 / 13-10-2025
Tramp İsrail prezidentindən Netanyahunun əfv edilməsini istəyib
16:46 / 13-10-2025
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri görüşüblər
16:32 / 13-10-2025
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb
16:19 / 13-10-2025
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
15:44 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından..."
15:18 / 13-10-2025
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
15:03 / 13-10-2025
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
14:58 / 13-10-2025
210 minlik ordu müharibəyə hazır vəziyyətdədir
14:39 / 13-10-2025
Süni intellekt ABŞ-ı böyük iqtisadi problemdən qoruyub
14:22 / 13-10-2025
Təyyarələrdə yatmaq imkanı verən oturacaqlar ödənişli olacaq
14:13 / 13-10-2025
Rusiyada orduya könüllü cəlb etmək çətinləşib
13:53 / 13-10-2025
Ermənistan silahlı qüvvələrinin qanunsuz əmrləri məhkəmədə nümayiş etdirilib
13:38 / 13-10-2025
Şair Əlisəmid Kür dəfn olunub - Yenilənib
13:04 / 13-10-2025
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
12:53 / 13-10-2025
Milyonlarla insan qaranlıqda qalıb
12:42 / 13-10-2025
Mopedlərlə bağlı qayda dəyişir - Sürücülük vəsiqəsi tələb olunacaq
12:39 / 13-10-2025
Sabah yağış yağacaq - Proqnoz
17:58 / 09-10-2025

10:23 / 09-10-2025

11:37 / 10-10-2025

23:11 / 11-10-2025

23:55 / 08-10-2025

00:42 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

10:56 / 09-10-2025

15:43 / 09-10-2025

Xocalının sabiq icra başçısı: “Xocalının azad olunan kəndləri Xocalıdan daha çox Şuşaya yaxındır” - Müsahibə
Tarix: 07-11-2020 17:53 | Bölmə: Müsahibə / Slayd

Elman Məmmədov deyir ki, 28 ildən sonra doğulduğum yurduma gedib, ocağımı yandıracağam. Bundan ali məqsəd, hiss və arzu ola bilməz
Azərbaycan Ordusu 42 gündür ki, ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə uğurlu hərbi əməliyyatlar keçirir.
Xocalı şəhərinin sabiq icra başçısı, Milli Məclisin üzvü Elman Məmmədov Reyting.az-a müsahibəsində deyib ki, Azərbaycan Ordusu hərbi əməliyyatları çox yüksək səviyyədə icra edir:
- Ordumuzun sentyabrın 27-dən başlatdığı əks-hücum əməliyyatları hərb elminin ən müasir naliyyətlərinə əsaslanır. Bu gün ordumuz mövcud hərbi texnologiyanın ən müasir avadanlıqlarından istifadə edir, özü də yüksək səviyyədə. Bunu nəinki biz, həm də dünyanın tanınmış hərbi mütəxəssisləri deyirlər. Hətta elan edirlər ki, Azərbaycan Ordusunun bu təcrübəsindən istifadə olunmalı, öyrənilməlidir.
Mən ordumuzun naliyyətləri ilə fəxr etməklə yanaşı ordumda xidmət edən hər bir əsgər və zabiti bağrıma basıram, öpürəm, onlara canım qurban olsun.
- Artıq Xocalının da bəzi kəndləri işğaldan azad edilib. Yerli şəraiti bilən şəxs kimi deyə bilərsinizmi bunlar hansı satrateji əhəmiyyətə malikdir?
- Mən hərbçi deyiləm, amma 1988-ci ildən 1992-ci ilin ortalarına qədər döyüşlərdə olmuşam. Ərazini yaxşı tanıyıram. Bu gün Azərbaycan Ordusu bir deyil, bir neçə istiqamətdə əməliyyat keçirir. Yəni həm şimaldan, həm cənubdan, həm də digər istiqamətlərdən planlaşdırılan, əlaqələndirilən və mərkəzdən idarə olunan yüksək səviyyəli əməliyyatlar keçirir və uğur qazanır. Bunlar kiminsə istəyi ilə olan məsələ deyil. Yəni “hansısa komandir istədi və biz irəli getdik”, - məsələsi deyil. Burada bütün əməliyyatlar mərkəzdən, həm də yüksək səviyyədə idarə olunur. Uğurlarımız bundan ibarətdir.
Müharibədə silah-sursat, əsgərin əhval-ruhiyyəsi çox vacib amillərdir. Amma ən vacib bir məqam da var. Bu gün döyüş və hücum əməliyyatlarında ordumuz ən müasir texnologiyadan istifadəni yaxşı bacarır. Düşmən buna görə aciz qalıb və hələ də baş çıxara bilmir ki, son bir ayda nə olub. Hesab edirəm ki, bu əməliyyatların sonu böyük qələbə ilə bitəcək.
- Elman müəllim, hazırda Azərbaycan Ordusu Xocalının hansı istiqamətindədir?
- Siz də xəritəyə baxsanız müəyyən məsələləri görə bilərsiniz. Xocalının kəndləri çoxdur. Şərq istiqamətindən - Ağdam tərəfdən Xocalının mərkəzinə hələ təxminən 30 kilometr məsafə var.
Bir neçə saat əvvəl Ali Baş Komandan Xocalının işğaldan azad edilən kəndləri haqqında məlumat verdi. Qeyd edim ki, bunlar dağ kəndləridir. Bu kəndlərdən Xocalının mərkəzinə hava yolu yaxındır, amma quru yolla təxminən 15-16 kilometr məsafədir. Mən Xocavənd istiqamətindən nəzərdə tuturam.
- Sizcə, Şuşa ətrafında nə baş verir?
- Əslində indi xəbəri çıxan və azad edilən Xocalının kəndləri Xocalıdan daha çox Şuşaya yaxındır.
- Amma Şuşa ilə bağlı da ziddiyyətli məlumatlar gəlir. Sizdə bununla bağlı son məlumat nədən ibarətdir?
- Mən də, baxıram, oxuyuram. Çoxları sosial şəbəkələrdə yazırlar, məlumatlar verirlər. Amma biz bir məsələyə ciddi riayət etməliyik. Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadan kimsə özfəaliyyətlə məşğul olmamalıdır. Müdafiə Nazirliyinin yaydıqlarından fərqli məlumat və informasiyalar verməməlidir. Bu, bizim hərbi əməliyyatların gedişinə zərər verə, hətta canlı qüvvələrimiz arasında tələfatlara səbəb ola bilər. Mən anlayıram, bəzən sevincdən, qürurdan doğaraq nəsə deyilir, paylaşmalar olur. Hesab edirəm ki, bu, bizim ümumi işimizin zərərinədir. Hərbi sirri qoruyub saxlamaq məsələsi var.
Bu gün texnologiya elə inkişaf edib ki, hər paylaşım, çəkiliş və ya zəngin yerini düşmən tərəf müəyyən edə və həmin nöqtələrə zərbələr endirə bilər. Odur ki, bu haqda ciddi düşünməli və nəticələr çıxarmalıyıq. Və buna əməl etməyi bacarmalıyıq. Rəsmi məlumat olamadan heç kəs bu barədə məlumat vermək hüququna malik deyil.
- Amma erməni mənbələri də qeyd edirlər ki, Şuşa ətrafında döyüşlər gedir...
- Deyirlər. Görünür təkzibedilməz faktlardır. Ancaq biz Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edirik. Başqa mənbələrə istinad etmək doğru olmazdı.
- Ermənilərin hərbi imkanlarını necə qiymətləndirmək olar?
- Ermənistanın imkanları tükənir. Təminat demək olar ki, pisdir. Sentyabrın 27-nə qədər emənilərin təminatı haradan idi? Sözsüz ki, şimaldan ya təyyarələrlə, ya da Gürcüstan ərazisindən yollarla gətirilirdi. Gürcüstan da özünün əməkdaşlıq sədaqətini göstərdi və ərazisindən hərbi yüklərin daşınmasını qadağan etdi.
Düzdür, indi humanitar yardım adı altında sərnişin təyyarələri ilə Rusiya və ya Fransadan müəyyən təminatlar olur. Amma əsas təminat yolu İrandan idi. Bu günlərdə İranın Ali Dini rəhbəri, prezidenti və başqa rəsmi şəxsləri bəyanat verdilər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, Azərbaycan bu məsələdə haqlıdır, onun ərazi bütövlüyü təmin edilməlidir. Mən arzu edirəm ki, bu bəyanat sözdə olduğu kimi əməldə də təsdiqini tapsın. Yəni İrandan müxtəlif yollarla Ermənistana gələn muzdlular dəstəsi, hərbçilər üçün ərzaq, yanacaq, silah-sursat təminatı dayandırılsın. Belə olduqda Ermənistana göydən silah-sursat, ərzaq, yanacaq tökülməyəcək ki...
Hazırda ordumuz Laçın-Şuşa yoluna nəzarət edir. Əməliyyatların başlandığı ilk günlərdə ordumuz Vardanes və Kəlbəcərdən keçərək Ağdərəyə gələn yola nəzarəti təmin etməyi bacarıb. Belə olduqda Dağlıq Qarabağda qalan tör-töküntünün təminatı da tükənir. Bunlar çıxılmaz vəziyyətdə qalıblar. İki yolları qalacaq. Ya silahlarını yerə qoyub təslim olacaqlar, ya da sonuncu silahlı şəxsə qədər hamısı məhv ediləcək.
- Xocalının kəndlərinin azad edilməsi, şəhərin azad olunmasının real olması Sizdə hansı təəssüratlar yaradır?
- Mənim üçün bunu dilə gətirib ifadə etmək həddən artıq çətindir. Bundan ali və müqəddəs hiss ola bilməz. Mən, 28 ildən sonra doğulduğum yurduma gedib, ocağımı yandıracağam. Bundan ali məqsəd, hiss və arzu ola bilməz.
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
Bu gün, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
Bu gün, 21:10
Liderlər sülh sazişini imzalayıblar - Foto
Bu gün, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
Bu gün, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
Bu gün, 15:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bu gün, 12:32
Rəhmon varisini təqdim edib
Bu gün, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
Bu gün, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
Bu gün, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
Dünən, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar
3-10-2025, 14:22
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
3-10-2025, 12:01
Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq
3-10-2025, 10:18
32 xarici ali məktəbin diplomu Azərbaycanda tanınmır - Siyahı
2-10-2025, 12:57
ABŞ İrana qarşı yeni əməliyyat keçirə bilər
2-10-2025, 11:00
Qaçaqmalçılığa şərait yaradan vəzifəli şəxslər ifşa edilib
2-10-2025, 10:28
Bəşəriyyət “rəqəmsal qiyamət”ə yaxınlaşır - Xəbərdarlıq
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar
1-10-2025, 14:17
Orta Asiya və Cənubi Qafqaz üçün rəqabət güclənir
1-10-2025, 11:54
Avropa ölkələrinə giriş üçün yeni qaydalar tətbiq olunacaq
1-10-2025, 08:19
Dallas sirri - Prezident Kennedinin qətli