14:56 / 05-12-2025
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
14:16 / 05-12-2025
Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb
14:00 / 05-12-2025
Ukrayna düyünü: kompromis tapılacaqmı?
13:52 / 05-12-2025
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
13:29 / 05-12-2025
Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - Yenilənib
13:10 / 05-12-2025
İranda böyük problem: İslam Respublikası qonşu ölkələrdən su alacaq
13:04 / 05-12-2025
İran xarici işlər naziri dekabrın 7-də Bakıya gələcək
12:48 / 05-12-2025
Prezident İlham Əliyev Tailand Kralına məktub göndərib
12:43 / 05-12-2025
Britaniya və Norveç Rusiyanın sualtı qayıqlarını vuracaq
12:38 / 05-12-2025
“Sabah” klubu məhkəmədə qapıçıya uduzub
12:30 / 05-12-2025
Sabah yağış yağacaq - Proqnoz
12:28 / 05-12-2025
Balakişi Qasımov federasiya prezidenti seçilib
12:23 / 05-12-2025
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq
12:19 / 05-12-2025
Cəbrayıla növbəti köç karvanı gedib
12:13 / 05-12-2025
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
12:13 / 05-12-2025
250 min dollar rüşvət istəyən deputatın evində axtarış aparılır
12:03 / 05-12-2025
İçərisində sərnişinlərin olduğu təyyarə yanıb
11:56 / 05-12-2025
Vitse-prezident: Yaxın həftələrdə xoş xəbərlər olacaq
11:54 / 05-12-2025
Tarix və mədəniyyət abidələrinin qorunması: cərimələr artırılır
11:37 / 05-12-2025
Bu qanunu pozanlar cərimələnəcək
11:30 / 05-12-2025
II Qareginin həbsinə hazırlıqlar başlayıb
11:05 / 05-12-2025
Rəqsanə efirdə ağlayıb: "Çox çətin bir dövr yaşayıram"
10:44 / 05-12-2025
Abşeronda qadın boksçu və tələbəsi saxlanılıb
10:16 / 05-12-2025
Qazaxıstan bankı ən yaxşıların siyahısına düşüb
10:11 / 05-12-2025
Rövşən Nəcəf DÇ-2026-nn püşkatma mərasiminə qatılacaq
09:58 / 05-12-2025
Günəş-termin stansiyası bağlanır
09:48 / 05-12-2025
Britaniya Putini ölüm işində ittiham edir
19:04 / 30-11-2025
Cəlilabadda arvad ərini öldürüb
21:07 / 30-11-2025
Sabiq icra başçısı ilə Cəmil Həsənli sərbəst buraxılıblar
09:57 / 01-12-2025
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
13:56 / 03-12-2025
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
08:39 / 01-12-2025
16:06 / 01-12-2025
Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edilib
11:40 / 01-12-2025
Gültəkin Hacıbəylini Türkiyədən Azərbaycana gətiriblər
20:46 / 04-12-2025
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
12:12 / 02-12-2025
Deputat: “Beşinci kolon” yaratmaq əməlləri pislənməli, xainlər cəzalandırılmalıdır
00:01 / 01-12-2025
Laçının işğaldan azad edilməsindən 5 il ötür
17:23 / 02-12-2025
2026-cı ilin bayram günləri müəyyən edilib
Əməkdar artist: "Mədəniyyət Nazirliyində olanlar daha dəhşətlidir, çünki..."
Tarix: 18-05-2020 20:14 | Bölmə: Mədəniyyət / Müsahibə

Əməkdar artist Səyyad Əlizadə “Yeni Sabah”a müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Səyyad bəy, karantin günlərini necə keçirdiniz? Dörd divar arasında yazıb-yaratmağa həvəsiniz oldumu?
- Karantin müddətində mütaliə ilə məşğul oldum. Ümumiyyətlə mən mütaliəni sevən insanam. Karantin müddətində Vüsal Nurunun “Qaraqaşlı” romanını oxudum. Özümün də yeni bir layihəm var, ibrətamiz rəvayətlər qələmə alıram. Rəvayətləri şifahi xalq ədəbiyyatından dinləmək başqa, yazılı isə tamam başqadır. Eşitdiyim rəvayətləri karantin müddətində bədiiləşdirmişəm. Bu barədə ilk dəfədir danışıram, yazdıqlarımı sonra nə edəcəyim hələlik sirr olaraq qalsın.
Gəncliyimiz elə bir dövrə gəlib düşüb ki, düşünürəm əgər gənclər bu rəvayətləri eşidərsə, onlara bir xeyri dəyə bilər, buna görə əlimdən gələni edirəm. Bunlar çox qiymətli şeylərdir. Həmçinin Quran qissələri adlı bir kitab var, o kitab bir nüsxədir, çox hissəsi korlanıb, pozulmuşdu. Karantin müddətində həmin kitabı komputerdə yazıb, bərpa etmişəm. Onu çap etməyi planlayıram, çünki çox gözəl kitabdır. Kitabdakı hədislər hər bir insan üçün faydalıdır.
Bundan başqa yeni mahnılarım var. Onların mətnləri üzərində çalışmışam. Ötən il iki albomum işıq üzü görüb. Öz üzərimdə çalışan insanam, hər zaman axtarışdayam. Bilirsiniz, həyat çox sürətli gəlib keçir, çalışırsan ki, arzularının çoxunu həyata keçirə biləsən. Ona görə mən az yatıb, çox işləyirəm. Gündə 4-5 saat yatıram. Hər zərərin arxasında bir xeyir var deyirlər, mən də karantin müddətində boş dayanmamışam. Gördüyüm işlər bəlkə də, bir ilə görüləsi işlər idi, vaxt bolluğundan hamısını tamamlamışam. Öz bəstələrim, sözlərim var. Yaradıcı adam üçün vaxt çatmır. Elə adam var ki, tək müğənniliklə məşğuldur, onları başa düşürəm. Müəyyən müğənni, xanəndələr var ki, onlara həmişə deyirəm ki, çalışın yaradıcı olun, yeni nələrsə yaradın. Çünki bugünə qədər onsuz da oxuyublar, oxuyursunuz, bundan sonra da oxuyacaqlar, amma elə bir şey yaratmalısan ki, bu tək sənə məxsus olsun. Bunun üçün də dayanmadan çalışmaq lazımdır.
Dünya şöhrətli rəssam Van Qoq haqqında “Dahi” əsəri var. V. Qoq çox kasıb bir adam olub, tapdığı çörək pulunu da ancaq kətana, rəngə verib rəsmlər çəkirmiş, 40 yaşında onun yaradıcılığında partlayış olub, əsərləri 2-3 milyona satılmağa başlayıb. Yəni bir insan zəhmət çəkirsə, o heç vaxt hədər getmir.
- Pandemiya sənət adamlarının çoxlarına məlum olmayan tərəfini üzə çıxardı. Bu çətin dövrdə çox sayda müğənni yoxsul ailələrə kömək əlini uzatdı. Siz bu kampaniyaya qoşuldunuzmu? Qayğıya, yardıma ehtiyacı olan ailələrə kömək etdinizmi?
- Mən ümumiyyətlə, uzun müddətdir ki, şou-biznes deyilən aləmdə deyiləm, onlara qoşulmuram. Çəkilirəm öz guşəmə, məşqlərimi edirəm, öz işlərimlə məşğul oluram. Mənim də müəyyən yardımlarım olur, amma mən onu elan etmirəm, çəkib paylaşmıram. Nə edirsənsə, Allaha xatir edirsən, bunu paylaşmağın nə mənası var? Mən etdiyim şeyləri ortaya çıxarmağı sevmirəm. Bacardığım qədər pandemiya dövründə ehtiyacı olan ailələrə yardım etdim. Tək pandemiya dövründə yox, həmişə yardımlar etmişəm. Bir ağır xəstə, bir tələbə var ki, onlara həmişə kömək edirəm . Mən Qarabağlıyam, öz qohum-əqrəbamda köməyə ehtiyacı olan çox insan var. Amma nə edirsənsə, özündə qalmalıdır.
- Bəs hazırda maddi durumunuz necədir?
- Hazırda milyoner kimi tanıdığım adamların da maddi durumu yaxşı deyil. Bizi də xalq dolandırır, indi də toylar dayandırılıb. Başqa yerdən gəlirim yoxdur, prezident təqaüdü vermirlər, ad vermirlər, gəlir haradan gələcək? Olanım bir yaradıcılıq mərkəzidir, o da gəlir gətirən bir şey deyil. Sağ olsun dostlar, çətinliyim olanda yardım edirlər.
Hələ 20-25 il bundan öncə mənə Almaniyada, Hoollandiyada yaşamaq təklifləri olub. Lakin mən Vətənimi çox sevirəm, hətta iki-üç gün də buradan gedəndə, elə bil illərlə ayrı qalmış kimi hiss edirəm. Ellə gələn bəla toy-bayramdır deyirlər. Özümü heç kəsdən artıq saymıram, çətinlik hamıda var, o cümlədən də məndə. Son zamanlar köməyə ehtiyacı olanlar da çoxalıb, işıqforda saxlayırsan, yaxınlaşırlar. Bu müvəqqəti çətinlikdir, çıxıb gedəcək. Hazırda bütün dünyada çətin vəziyyətdir, sanki dünya dondu. Hər qaranlıq gecənin arxasında bir səhər var.
- Mədəniyyət Nazirliyindəki həbslərdən sonra mədəniyyət adamlarının fəaliyyəti yenidən təftiş olunur. Ümumiyyətlə, bu islahatlarla bağlı siz nə düşünürsünüz?
- Nəinki Mədəniyyət Nazirliyində, son aylarda icra hakimiyyətlərinin baş verən islahatlara baxanda başa düşürəm ki, belələri çoxdur, onların əvəzinə çox xəcalət çəkirəm. O boyda paqon daşıyırsan, vəzifən var, sən necə belə şeylər edə bilərsən? Onlar hansı ailədə böyüyüb, hansı ata-ana onlara tərbiyə verib, ümumiyyətlə, o tərbiyəni görüblərmi?
Mən mənə borcu olan insanlara “mənim pulumu ver” deməyə utanıram, xəcalət çəkirəm, sən camaatın yaxasından tutub, necə ala bilərsən? Eşidirəm ki, kartları yığıb saxlayıblar, o pulları özləri çıxarıblar. Mən dəhşətə gəlirəm, gör tamah bunların başına kəndir salıb, necə it kimi ora-bura sürüyür. İnsanı məhv edən tamahdır, Allah onlara kömək olsun, bu xalqın ah-naləsi təbii ki, onların başında çartlamalı idi.
Deyək ki, dövlət başçımız sizə inanıb 50-60 min insana başçı qoyub, siz belə şeyi necə edə bilərsiniz, utanıb, ölüb, yerə girmirsiniz? Dövlət sənə ev, maşın verir, bütün xərclərini ödəyir, yüksək maaş verir, sənə başqa nə lazımdır axı? Bu gün yerində olmayan çox insan var, ona görə belə insanlarla qabağa getmək olmaz, mən onların yerinə xəcalət çəkirəm.
Mədəniyyət Nazirliyində olanlar isə daha dəhşətlidir, çünki onlar bizim mədəniyyətimizin başında dayananlardır. Yadıma “Əlibaba və qırx quldur” düşür. Orada bir Əbu Həsən obrazı var, gündüzlər şəhərin ağsaqqalı, gecələr isə quldur olur. Mədəniyyət Nazirliyində olanlar da həmin şeydir, onlar mədəniyyəti qorumaq əvəzinə mədəniyyət üçün ayrılan pulları mənimsəyiblər. Hətta orta məktəblərdən, musiqi məktəblərindən pullar yığıblar. Utanmırsınız, şərəfsizlər?
- Sizcə, nazirin bunlardan xəbəri olubmu?
- Olmayıbsa, çox pis. Çünki sən orada necə nazirsən ki, əlinin altında nələrin baş verdiyini bilmirsən? Yəqin ki, xəbəri olub. Olmamış olmaz, çünki bütün pul köçürmələri nazirin imzası olmadan həyata keçə bilməz. O soruşmur ki, filan yerə bir milyon pul ayırmışam, o pul necə oldu, hara getdi?
- Siz özünüz də mədəniyyət sahəsində çalışırsınız, əvvəldən də belə neqativ hallarla rastlaşırdınızmı?
- Təbii ki, rastlaşırdım. Belə şeylər çox rastımıza gəlirdi, amma bu miqyasda olacağını düşünməzdim. Xırda şeylər heç, bu boyda hadisələrsə, lap dəhşətlidir.
- Belə bir iddia var ki, layiq olmayan adamlar bu sektorda zirvəyə yüksəliblər, Xalq artisti, Əməkdar artist kimi fəxri adlara sahibləniblər. Sizcə, təmsil olunduğunzu sferada təsadüfi adamlar çoxdur?
- Təbii ki var. Fəxri ad alanların onundan səkkizi bu ada layiq deyil. Elə adamlar var ki, nə əxlaqı, nə özünü aparmağı, nə də sənəti var, heç bir meyara uyğun gəlmir. Bilirsiniz, bu adları necə veriblər? Şəxsi münasibətə görə. Şəxsi münasibətlə xalqın adından, dövlətin adından fəxri adlar verilə bilməz. Bu da bir utancdır. Mən 1978-ci ildən professional səhnədəyəm, bütün dövlət tədbirlərində, xarici ölkələrdə iştirak etmişəm. Mən başqa nə etməliyəm ki, o mükafatlandırılanların siyahısında olum? Mən 2007-2008-ci illərdə dəfələrlə müraciət etmişəm.
- Nə qədər istədilər?
- Eşitmişdim, eşitdiriblər. Konkret adamlar yox, kənardan eşitdirənlər olub. Düşünürəm ki, mən buna layiqəm, çünki 42-43 ildir ki, bu xalqa, dövlətə xidmət edirəm. İki-üç il deyil ki, bu sənətə gələm və ad almaq üçün başqa yololara əl atam. Amma elə adamlar var ki, onlara xalq artisti adı verilib, mən onların da əvəzinə xəcalət çəkirəm. Axı sən bilirsən ki, bu ada layiq deyilsən. Bir az utan, yekə-yekə də danışırlar ki, mən Xalq artistiyəm.
- Bəs bu durumun düzəlməsi üçün nə təklif edirsiniz? Sizcə, nazir də dəyişməlidirmi?
- Durumun düzəlməsi üçün vəzifəyə vicdanlı adamlar qoyulmalıdır. Nazir çoxdan dəyişməlidir. Özünə hörmət edən adam çoxdan istefa verməli idi. Bu yaxınlarda Türkiyədə Daxili İşlər Naziri istefa verib, getdi. İnsanın mənliyi, şərəfi olar, əgər sənin başçılıq etdiyin qurumda bu biabırçılıq varsa, sən ərizəni yazıb deməlisən ki, məni bağışlayın, bacarmadım, vəssalam. Ona da ürək lazımdır. Əgər o elə şəxs olsaydı, çoxdan istefa ərizəsini yazmışdı. Hara baxırsan vəziyyət belədir, birini vəzifəyə qoyan kimi, sanki canavara çevrilir. Bunlar düşünmür ki, haramdır, camaatın payına əl uzadıram və s. Onlar görəsən öz-özlərinə hesabat vermirlər? Mən çaşıb qalmışam…
- Cəmiyyəti ən çox qıcıqlandıran zövqsüz müğənnilərin efirlərdə meydan sulamasıdır. Bayağı mahnılar oxuyan müğənnilərin əl-qolunu kim bağlamalıdır?
- Ümumiyyətlə, bunu hər kəs bilir. Özünə hörmət insanlar efirə, o adamlara baxmırlar. Efirlər o insanları dəvət edirlər, çünki efirlərdə də yerində olmayan insanlar var. Bax, bəla burdan gəlir. Mən vətənpərvərlik mövzusunda çox mahnılar yazmışam, görün bizim radiolar onlardan birini səsləndirirmi?
Gecə-gündüz lazım olmayan, bizim gəncliyə heç nə verməyən, əksinə yolundan çaşdıran musiqilər gedir, belə bir təbliğat gedir sanki. İstənilən bir radioya gedib musiqi redaktoruna Süleyman Abdullayevi niyə vermirsən? Deyir o, kimdir? Əgər onu tanımırsansa, sən orada niyə oturmusan? Mənim televiziyada səlahiyyətim olsa, indi efirə çıxan müğənnilərin 50 faizini heç telekanalın həyətinə buraxmaram. Çünki onlar heç nə ilə nümunə deyillər, əksinə, gəncliyə mənfi təsir edirlər. Onları efirə buraxmaq olmaz, onlar da virus kimi bir şeydir. Televiziyaların özündə islahatlar olmalıdır, bu işi bilənlər gətirilməlidir. Yoxsa, filankəs mənim xalamoğludur deyib, xarratı gətirib musiqi redaktoru qoyurlar. İş bacarana verilməlidir. Televiziyaların başında ziyalı adamlar olmalıdır. AzTV-də bir musiqi redaktoru var idi, onu sonra işdən çıxardılar. Özünü elə aparırdı, sanki ora dədəsinin televiziyasıdır. Kimdən xoşu gəlmirdi efirə buraxmırdı.
O vaxt rəhmətlik Telman Adıgözəlov mənə zəng etdi, dedi ki, qardaş, hirsimdən partlayıram, TRT Avazla İctimai telekanal telekörpü yaradır, Türkiyədən “Bəyaz Gecələr”i oxuyurlar, amma burdan-bura səni çağırmırlar. Mənə onların redaktoru zəng etdi dedi ki, gəl İsmayıl Ömərova de ki, məni niyə çağırmamısınız? Dedim, İsmayıl kimdir ki, mən ona ağız açam, çağırmır cəhənnəmə çağırsın. Sabah İsmayılı işdən atanda, deyəcək ki, vaxtilə mənə yalvarırdı. Mən hər zaman öz çəkimi saxlamağa çalışıram, heç kimdən xahiş etmirəm.
2007-ci ildən Azərbaycan Televiziyasına Səyyad Əlizadəni çağırmırlar, Alışanov gələndən. Niyə balam?
Bir dəfə mən A.Alışanovun köməkçisinə dedim ki, Alışanov dövlətin vəsaitini oğurlaya-oğurlaya nələr edir, amma mən rayonlara dövlət tədbirlərinə öz vəsaitimlə gedirəm. Və mən öz vəsaitimlə xalqa xidmət edirəm, sənin kimi oğurlamıram. Heç indi də dəvət etmirlər. Baxırsan ki, bunlar haradan gəliblər, harada tərbiyə alıblar?
Əsmətxanım Rzazadə
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:37
Bu qanunu pozanlar cərimələnəcək
Dünən, 17:46
Uşaqların sevimli “Aybolit”i gəlir - Fotolar
Dünən, 15:50
İrəvanidən bəhs edən albom nəşr edilib - Fotolar
Dünən, 14:58
Əbülfəs Qarayevin qızının filminə qadağa qoyulub
Dünən, 14:06
Kitab Mükafatı təsis olunacaq
Dünən, 08:33
"Terminator" filminin yeni bölümünü çəkəcəklər
3-12-2025, 12:48
Noyabrla dekabrın “Ulduz”u bir arada
3-12-2025, 10:24
Rasim Balayev: "Tələsirəm ki, birdən ömrüm buna yetməz"
3-12-2025, 09:36
Məşhur rejissor kinoda süni intellektdən istifadənin əleyhinədir
2-12-2025, 15:35
Qarabağda daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunub
2-12-2025, 11:03
Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır, dializə qoşulub
1-12-2025, 17:37
Rübensin itmiş əsəri 3 milyon avroya satılıb
1-12-2025, 16:48
Fırça ilə qurulan dostluq körpüsü - Fotolar
1-12-2025, 11:18
Robotlar freskoların bərpasına kömək edəcək
1-12-2025, 10:40
Polad Bülbüloğlunun oğluna vəzifə verilib
29-11-2025, 09:56
Əməkdar artist yeni vəzifəyə təyin olunub
28-11-2025, 14:34
Məşhur rejissor yazıçını oğurluqda ittiham edir
27-11-2025, 14:36
Xəzər TV verilişin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb
27-11-2025, 12:12
Xəzər TV-də “İncə səhər” verilişi yarımçıq dayandırılıb
27-11-2025, 08:16
Yeni film üçün Təpəgöz yaradıblar - Fotolar
26-11-2025, 13:28
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq
25-11-2025, 08:21
Tanınmış aktyor evsiz qalıb?
24-11-2025, 16:04
Mədəniyyət Nazirliyi ilə sənətçilər arasında qalmaqal böyüyür
24-11-2025, 10:54
Brüs Uillisin ailəsi onun ölümünə hazırlaşır
24-11-2025, 00:39
“Kəpənəyin dili ilə” oxucuların görüşünə gəlib
21-11-2025, 14:50
Nəriman Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyulub
21-11-2025, 09:05
"Ulduz qapıları" filminin davamı çəkiləcək
19-11-2025, 17:58
Məşhur rəssamın əsəri rekord qiymətə satılıb - Fotolar
19-11-2025, 17:10
Xalq artisti Roza Cəlilova dəfn olunub - Yenilənib
19-11-2025, 00:46
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub - Fotolar
18-11-2025, 13:03
Məşhur aktyora nüfuzlu mükafat verilib
18-11-2025, 08:25
Əməkdar artist Yadigar Muradov vəfat edib
17-11-2025, 23:24
Leyla Əliyeva festivalın açılışında iştirak edib - Fotolar
17-11-2025, 18:04
Gölün dibində qədim müsəlman nekropolu tapılıb - Foto
17-11-2025, 15:02
Nazirlik: “Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi”
17-11-2025, 10:10
Anardan yayılan fotosuna reaksiya: "Hansı klinikadır, heç xatırlamıram"
13-11-2025, 10:35
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu ittiham edir
13-11-2025, 08:49
Yeni filmin nümayişi dekabrda olacaq
12-11-2025, 12:17
İki aşıqla bağlı tarixlər UNESCO-nun yubileylər proqramına daxil edilib
12-11-2025, 12:15
Mənsum İbrahimov Gəncədəki konsertini təxirə salıb
12-11-2025, 12:11
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
12-11-2025, 11:51
Naxçıvanda yeni regional idarələr yaradılıb - Fərman
8-11-2025, 23:52
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək