00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

Bağırova bəraət? Nə üçün? - Firuz Mustafa yazır
Tarix: 27-04-2020 23:59 | Bölmə: Firuz MUSTAFA

27 aprel 1956-cı il Mir Cəfər Bağırovun açıq məhkəməsinin elan olunduğu gündür. Həmin hadisədən ayyarım sonra isə o, SSRİ Ali Məhkəməsinin qərarı ilə güllələnmişdir.
Bağırov 20 il ərzində Azərbaycana rəhbərlik edib. Təbii ki, zamanında SSRİ-də gedən bir çox quruculuq işləri bizim ölkədən də yan keçməyib. Elə Sovetlərdə baş alıb getmiş qanlı repressiyalardan da kənarda qalmamışıq.
Bütün bunları və proseslərdə iştirak etmiş o vaxtkı dövlət rəhbərlərinin rolunu inkar etmək olmaz.
İndi onun bəzi qohumları və təbliğatçıları Bağırova, onun əməllərinə bəraət qazandırmaq istəyirlər. Guya repressiyalardan onun xəbəri olmayıb. Olmayıbsa pisdir. Olubsa ondan da pis. Hər bir dövlət rəhbəri öz ölkəsində baş verən bütün proseslər üçün hüquqi və mənəvi məsuliyyət daşıyır və ya daşımalıdır.
Bir qohumu yazır ki, Bağırov xalqını sevib. Çox yaxşı. Sonra onu da əlavə edir ki, o, Beriya ilə yaxın dost olub. Yaxşı, bu necə “dostluqdur” ki, Beriya həbs edilən kimi Bağırov öz “dostunun” əleyhinə kəskin məqalə yazmış, habelə 1953-cü ilin iyun plenumunda çıxış edərək onu “buqələmun, partiyanın düşməni, ikiüzlü, əclaf, cinayətkar” adlandırmışdır? (Bax: Лаврентий Берия. 1953. Стенограмма июльского пленума ЦК КПСС и другие документы. - М.: МФД, 1999. - С. 141.)
“Qohumu” onu da yazır ki, Azərbaycanda qonşu ölkələrlə müqayisədə repressiyaların həcmi məhdud olub. Yalandır. Qafqazada ən böyük repressiyaya məhz Azərbaycan türkləri məruz qalıb. Ailələr, nəsillər var ki, uşaqdan-böyüyə sürgünlərdə məhv olub, necə deyərlər, kökü kəsilib.
Yeri gəlmişkən, Bağırovun tərcümeyi-halı da müəmmalarla doludur. Buna aid onlarla yoxlanılmış və yoxlanılmamış mülahizələr vardır.
Məsələn, Rusiyada QULAQ tarixi Dövlət muzeyinin direktoru A. Antonov-Ovseyenko yazır ki, Bağırovun “əsl” adı tarixçilərə məlum deyil. “Mir Cəfər” əslində onun böyük qardaşının adıdır. Həmin böyük qardaş rayon səviyyəli bolşevik, kiçik qardaş isə əks-inqilabçı olmuşdur. Bakıda “əsl” Bağırovu düz-əməlli tanımırdılar. Rusiyada Sovet hakimiyyəti qələbə çaldıqdan sonra qardaşlar İrana qaçıb getmiş, orada onlar arasında ciddi münaqişə yaranmış, kişik qardaş öz böyük qardaşını qətlə yetirmişdir. Sonralar qardaşının sənədləri ilə fəaliyyət göstərən və zahirən ona oxşayan “kiçik” Bağırov qardaşının ad-soyadı ilə irəliyə doğru “hərəkət etmişdir”. Həmin hadisə ilə bağlı DİN general-leytenantı N. K. Boqdanovun da informasiyası olmuşdur. Əlbəttə, bu və bunabənzər versiyaların nə dərəcədə düz olub-olmadığı barədə indi mülahizə yürütmək çətindir. Amma...
Amma “kənar” adamların bu cür mülahizələrinə “inanmasaq” belə, “öz” ictimai-siyasi xadimlərimizin, elm və sənət adamlarımızın söylədikləri faktlara necə inanmayaq?
Xalq yazıçısı Mühdi Hüseynin “Yeraltı çaylar dənizə axır” romanından tanıdığımız Mollayev, Xalq yazıçısı İsa Hüseynovun “Yanar ürək” (sonralar onun davamı olan “İdeal”) əsərindəki Mir Cəllad və ya Mir Qəzəb obrazlarını yada salaq. Bir çox alim, şair, publisist və yazıçılarımızın memuarlarında Bağırovun canlı bədii və sənədli obrazları yaradılıb. Hətta, görkəmli ədibimiz Mir Cəlalın maraqlı bir hekayəsində o vaxtkı rayon rəhbərlərinin başında “qoz sındıran” Seyid Fatma adlı bir qadının obrazına rast gəlirik ki, bu da Bağırovun bacısıdır.
Xalq yazıçısı Mirzə İbrahimovun, Xalq şairi Sülüyman Rüstəmin xatirələrində Bağırovla, onun törətdiyi əməllərlə bağlı epizodlar çoxdur... Siyahını kifayət qədər uzatmaq olar.
12 aprel 1956-cı il tarixdə Bakıda DTK-nın Dzerjinski adına Mədəniyyət Klubunda SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının A. A .Çeptsovun rəhbərliyi altında (dövlət ittihamçısı SSRİ Baş prokuroru R. A. Rudenko idi) keçirilən məhkəməsində M. C. Bağırov özünün bir sıra ağır cinayət əməllərini etiraf etmişdir. Qəribədir, adam özünü cani hesab edir, amma bir çox tarixçi və tədqiqatçılar onun cinayətlərini ört-basdır etməyə, hətta, bəraət verməyə çalışırlar.
Əlbəttə, Azərbaycan tarixində Bağırovun müəyyən müsbət işləri də olub.
Əlbəttə, baş verən cinayətlərin icraçısı Bağırov olsa da əsas “müəlliflər” daha yüksək ranqlı dövlət rəhbərləri, Kremldəki məmurlar və birbaşa Stalin idi.
Əlbəttə, şəxsiyyətin formalaşmasında mövcud sistem və rejimlərin də az rolu olmur.
Əlbəttə, hansısa qohumunun öz ulu babasına bəraət qazandırmaq cəhdi də anlaşılandır.
Amma... Amma ciddi tarixçilər və siyasi xadimlərin baş verən total cinayətlərə haqq qazandırmaq cəhdi absurddur. Çünki artıq yuxarıda qeyd etdiyimiz kimi, hər bir dövlət rəhbəri öz ölkəsində baş verən bütün proseslər üçün hüquqi və mənəvi məsuliyyət daşıyır və yaxud daşımalıdır.
Bəli, Bağırovun oğlu Vladimir (Cahangir) 1943-cü ildə Moskva altında gedən döyüşlərdə həlak olub. Ehtirama layiqdir. Allah rəhmət eləsin.
Amma Bağırova bəraət vermək qeyri-mümkündür. Vaxtilə bir mütəfəkkirimizin dediyi kimi, “onun əlinin qanını Kürün bütün suları belə, yuyub təmizləyə bilməz”.
Tarixə bər-bəzəng və rəng vurmaq yolverilməzdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır