Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
Tarix: 19-09-2016 10:40 | Bölmə: Müsahibə / Slayd
Tofiq Yaqublu: "İstəyirdim ki, Müsavat Partiyası ilə Milli Şura bir yerdə mitinq keçirsin"
Ölkədə siyasi proseslər aktivlik mərhələsinə qədəm qoysa da, müxalifət yenə vahid qərar verməkdə çətinlik çəkir. Elə 11 sentyabrda və ondan sonrakı aksiyalara görə də müxalifəti qınaq obyektinə çevirənlər var. Bəzi siyasilər iddia edir ki, Milli Şura bu və bundan sonrakı etiraz aksiyasını Müsavat və digər müxalif qüvvələrlə birgə təşkil etsəydi, bu, həm daxildə, həm də ölkə xaricində daha təsirli olardı.
Reyting.az saytı xəbər verir ki, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu "Reytinq" qəzetinə müsahibəsində ilk olaraq Müsavatın Milli Şuranın mitinqinə dəstək verməkdə məqsədini açıqlayıb:
- Müsavat Partiyasının Milli Şuranın mitinqinə dəstək verməkdə əsas məqsədi - referenduma, hakimiyyətə qarşı olan aksiyaların dəstəklənməsinə, aksiyanın daha gur keçməsinə, ümumxalq etirazlarının təşkil olunmasına və ümummilli maraqlara xidmət edir.
Müsavat Partiyası hesab edir ki, narazı qüvvələrin bir yerdə aksiya keçirməsi daha təsirli olar. Bu baxımdan, Müsavat Partiyası olaraq Milli Şuranın sentyabrın 11-nə təyin edilən mitinqində iştirak etdik. Bundan əlavə, tərafdaşlarımızı da həmin mitinqdə iştirak etməyə çağırdıq.
- Tofiq bəy, Siz həbsdən çıxandan sonra Müsavatla AXCP-ni barışdırmaq üçün hərəkətə keçdiniz. Hətta bu cəhdin nümunəsi olaraq onların mitinqinə də qatıldınız. Bəs belə bir ərəfədə Əli Kərimlinin Müsavatdan bir gün əvvələ mitinq təyin etməsini necə qiymətləndirirsiniz?
- Harda və nə vaxt mitinq keçirmək hər bir partiyanın daxili işidir. Əlbəttə, mən də istəyirdim ki, Müsavat Partiyası ilə Milli Şura bir yerdə mitinq keçirsin. Bu, daha izdihamlı və eyni zamanda cəmiyyətə yaxşı mesaj olardı.
Ancaq vurğulamaq istəyirəm ki, sentyabrın 11-də keçirilən mitinq Əli Kərimlinin deyil, Milli Şuranın qərarı ilə baş tutub. Hələ Milli Şura Müsavat Partiyası qərar qəbul etməzdən əvvəl Koordinasiya Mərkəzində 3 dəfə mitinq keçirilməsi ilə bağlı qərar verib. Sadəcə olaraq, mitinqin vaxtı təyin olunmamışdı. Bilmirdilər ki, hakimiyyət onların müraciətinə müsbət cavab verəcək, ya yox. Sonra da mitinq keçirməklə bağlı elə orada elan verdilər.
Bəli, mən razıyam, orada başqa cür qərar verə bilərdilər. Hələ ki Müsavat Partiyasının Milli Şura ilə birlikdə mitinq keçirmək qərarı yoxdur. Ancaq bir-birlərinə dəstək verirlər. Hər bir partiyanın qərarına hörmət eləmək lazımdır. Ancaq ola bilsin ki, gələcəkdə birgə mitinq keçirməklə bağlı qərar versinlər.
- Belə bir fikir var ki, Əli Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə əslində, Müsavatı siyasi arenadan uzaqlaşdırmaq və bununla da "alternativsiz müxalifət lideri" obrazını formalaşdırmaq istəyir...
- Mən nə Müsavat Partiyasının, nə Milli Şuranın, nə REAL-ın, nə də Azərbaycan Xalq Cəhbəsi Partiyasının bu rejimə qarşı səmimi mübarizə aparmasına zərrə qədər də şübhə etmirəm. Hamısı bu ölkənin dəyişməsini, demokratik cəmiyyətin qurulmasını istəyir. Bu prosesdə kim nəyi zəruri bilirsə, onu edir. Əsas odur ki, hamı bu prosesdə səmimidir.
O ki qaldı Əli Kərimlinin kimisə sıradan çıxarmaq istəyinə, əlbəttə, bu mübarizədə rəqabət elementləri var. Hamı önə çıxmaq istəyir. Ən zəif, hətta bir nəfərdən ibarət partiya belə istəyər ki, önə çıxsın, lider olsun, hamı da onun ardınca gəlsin. Buna təbii baxmaq lazımdır. Kim nə edirsə, kənardan aydın görünür. Hamı istəyər ki, aparıcı təşkilata çevrilsin, hamı da onun ardınca gəlsin. Buna başqa don geyindirmək doğru deyil.
- Tofiq bəy, AXCP fəalları Müsavatı yalançılıqda, AXCP-nin "uğurlarına" qısqanclıqla yanaşmaqda ittiham edir. Müsavat həqiqətənmi AXCP-ni qısqanır?
- İnsanlar çoxdur, müxtəlif fikirlər deyəcək. Biz əsas istiqaməti görməliyik. Hamını hadisələri eyni cür qiymətləndirməyə məcbur etmək olmaz. Bunu gözləmək də düzgün deyil. Partiyaların bir-birinə qısqanclıq göstərmələri ilə bağlı rəsmi qərarmı var?
- Müsavatla AXCP arasında birincilik uğrunda "döyüş səhnəsi" yaranıb. Bunun səbəbkarı kimdir?
- Heç bir döyüş yoxdur. Rəqabət təbii bir prosesdir. Gedən proseslərə baxın. Hər iki partiya gedən proseslərə görə birgə düşünür, eyni müqaviməti göstərir. Qarşı-qarşıya hücumlar təşkil edən insanlar var. Bu adamlar heç nəyə nail olmayacaqlar.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır