13:28 / 23-11-2024
COP29 zolaqlarında yol nişanlarının sökülür
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
12:10 / 23-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:01 / 23-11-2024
"Sektorlar üzrə strateji planların hazırlanması Qaydası” təsdiqlənib
11:56 / 23-11-2024
Azərbaycanda saxlanılan rəis müavini həbsdən buraxılıb - 200 milyon ödəyib
11:29 / 23-11-2024
Milli Məclisin bəzi deputatlarına mənzil verilib
11:05 / 23-11-2024
Ceyms Bondun ifaçısı bu dəfə "Serjant Rok"-da oynayacaq
11:03 / 23-11-2024
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır? - (Yenilənib)
10:37 / 23-11-2024
Ukrayna cəbhəsi: ruslar əlavə ehtiyat toplayır
10:27 / 23-11-2024
İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları təsdiqlənib
10:27 / 23-11-2024
Məhkəmə Donald Trampla bağlı qərar verib
10:15 / 23-11-2024
Sanksiyalar “Qazprombank”ı çökdürə bilər
10:02 / 23-11-2024
AFFA rəsmisi UEFA-dan təyinat alıb
09:45 / 23-11-2024
Koreyalı əsgərlər Ukraynaya hücuma hazırlaşır
09:38 / 23-11-2024
Müxalifət liderinə cinayət işi açılıb
09:30 / 23-11-2024
Rusiya ilə mümkün müharibə hazırlıqları davam edir - Foto
09:11 / 23-11-2024
Ukrayna ilə kəşfiyyatçı məşğul olacaq
09:06 / 23-11-2024
Məşhur müğənni: “Küçədən gələnlər efirə çıxır, əsl sənətkarlar isə...”
09:00 / 23-11-2024
“Hizbullah” İsraili bombalayıb
08:56 / 23-11-2024
Baş nazirlə bağlı hökmü əngəlləməyə çalışırlar
08:45 / 23-11-2024
Ukrayna Ali Radası Zelenskiyə qarşıdır?
08:40 / 23-11-2024
Ağ evin qorxduğu qlobal amil...
08:31 / 23-11-2024
Üç məşhur eyni filmdə çəkiləcək
00:05 / 23-11-2024
Sumqayıt-75: keçmişə baxış və inkişaf impulsları
00:03 / 23-11-2024
Hollivud ulduzu seçim qarşısında qalıb
22:49 / 22-11-2024
Rusiya ilə Britaniya ordularının döyüşü başlaya bilər
22:31 / 22-11-2024
Güney Azərbaycanla bağlı yeni toplu hazırlanıb - Foto
21:48 / 22-11-2024
NATO-nun Baş katibi Türkiyəyə gedir
19:37 / 22-11-2024
Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
18:58 / 22-11-2024
"Apple" "iPhone 16 Pro"-nu kosmosa göndərib - Fotolar
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
CXP sədri: “Rusiya Qafqazdan getməli olacaq” - Müsahibə
Tarix: 27-07-2020 12:25 | Bölmə: Müsahibə
Bədrəddin Quliyev: “...böyük gərginliklər gözlənilir. Problemlə üzləşən Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan günün birində Rusiyaya qarşı çıxa bilərlər”
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində yeni əraziləri işğal etməyə cəhd göstərməsi və yaşayış məntəqələrini artilleriya atəşinə tutması dünya mətbuatının əsas mövzularından birinə çevrilib. Siyasi ekspertlər Ermənistanın hərbi cinayətini müxtəlif aspektlərdə şərh edirlər.
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Reyting.az-a müsahibəsində Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərin yarada biləcəyi nəticələrdən danışıb:
- Tovuz istiqamətindəki hərbi əməliyyatdan sonra ermənilərin yeni məkrli planı ortaya çıxıb. Bəlli olub ki, ermənilər imkanlarından böyük oyuna giriblər. Faktiki olaraq ermənilər daima böyük imperiyaların nökəri olub, güclü tərəfin yanında yer alaraq maraqlarını addım-addım reallaşdırmağa çalışıblar. Daima da güclü müttəfiq axtararaq maraqlarını həyata keçirməyə cəhd ediblər.
I Dünya müharibəsindən sonra ermənilər neçə müddət idi ki, rusun təsiri altında idi. Amma Rusiyanın tədricən zəifləməsi, iqtisadiyyatının çökmək üzrə olması, “Şimal” və “Türk” axını kimi layihələrinin dalana dirənməsi, Liviya və Suriyada Türkiyənin ortaya güc qoyması, Anqlosaks-Slavyan əməkdaşlığının mümkünsüzlüyü erməniləri müəyyən qədər “oyadıb”.
Bildiyiniz kimi, I Dünya müharibəsindən sonra 35 ölkədən və 7 cəbhədən Osmanlı İmperiyasının üzərinə yeridilər və bu zaman xəyanətkar rolda ermənilər çıxış etdi. Bu səbəbdən də sürgün edildilər, qırıldılar...
İndi gedən böyük oyunun istiqamətləri göstərir ki, Ermənistan daxilində ruspərəst qüvvələrin əli ilə Azərbaycanın qlobal enerji layihələrinə təhlükə yaratmaq istəyirlər. Ehtimal ki, Paşinyan ölkə daxilində ruspərəst qüvvələri zərərsizləşdirmək, özünə yeni havadarlar tapmaq və gələcəkdə bu qüvvələrin Ermənistan daxilində törədə biləcəyi təhdidləri qarantiya altına almaq istəyir.
Sözsüz ki, biz Ermənistanda gedən prosesləri uzun müddətdir izləyirik. Orada daxili gərginlik, Rusiyaya bağlı qüvvələrin sıxışdırılması, parlamentdə əsas müxalifətin zərərsizləşdirilməsi baş verib, faktiki olaraq qüvvələr nisbəti dəyişib. Buna paralel olaraq Köçəryanın həbsdən azad edilməsi göstərirdi ki, bu ölkə daxilində gərgin vəziyyət yaranıb. Daxili gərginliyi ümumi proseslər, yeni ərazi iddiaları fonunda zəiflətmək və Rusiya ilə münasibətlər çərçivəsində Moskvaya yaxın qüvvələri sıradan çıxarmaq istəyirlər.
İkincisi, türk faktoru özünü qabarıq göstərdiyi üçün yenə düşmənçilik etmək, ziddiyyət yaratmaq, Türk-Anqlosaks münasibətlərini pozmaq istəyi görünür. Bütün bunlarla yanaşı erməni tərəfi mövcud status-kvonu saxlamaqla qərbin gözündə özünü çəkili-sanballı götərmək istəyirdi. Amma reallıq budur ki, bizim, elə bizim qədər də Avropanın enerji daşıyıcıları təhdid edilib.
- Siz hesab edirsiniz ki, erməni hökuməti regionda böyük oyuna başlamaqla həm ruspərəst qüvvələri sıradan çıxarmaq, həm də onların əli ilə Azərbaycanın Avropaya açılan enerji kəmərlərinə təhlükə yaratmaq istəyir?
- Azərbaycanın enerji daşıyıcıları ilə bağlı xronologiyaya diqqət edək. Ayaz Mütəllibov hakimiyyətdə olanda “AMOCO” şirkəti ilə neft müqaviləsi bağlamaq istədi. Baxmayaraq ki, Mütəllibov rusun adamı idi, amma onun maraqlarına zidd getdiyi üçün devrildi. Nəticədə biz, həm də torpaq itkisi ilə üzləşməli olduq.
Sonra AXC hakimiyyətə gəldi. Prezident Elçibəy 1993-cü ildə Bakı-Tiflis-Ceyhanla bağlı niyyət protokolu imzalayan kimi Kəlbəcər işğal olundu. Sonda Rusiya-Türkiyə-ABŞ formatında danışıqların aparılması, işğalçı ordunun ərazilərdən çıxması, gərgin vəziyyətin normallaşdırılması, finlandiyalı generalın konflikt ərazisinə gəlmə məsələləri ortaya çıxsa da, Rusiya son anda bu planı pozdu…
Ən maraqlısı budur ki, Ermənistan Azərbaycan ərazilərinin mütləq əksəriyyətini “demokrat” Levon Ter-Petrosyanın hakimiyyəti dövründə işğal edib. Və nəhayət, onun bu addımları özünün hakimiyyətdən getməsi ilə nəticələndi.
1999-cu il İstanbul sammiti ərəfəsində erməni parlamenti gülləbaran edildi. Bir sözlə, neçə illərdir ki, Azərbaycanın Avropaya açılan kəmərləri işlək vəziyyətdə olsa da, son dövrlər ermənilərin atdığı addım, yəni Türkiyə və Avropanı bu kəmərlər vasitəsilə təhdid etmək cəhdi, əslində onların əleyhinə işlədi. Yəni onların son addımı əslində ilk dəfə əleyhlərinə işləməyə başladı. O ayrı məsələdir ki, 1918-ci ildən bu yana Azərbaycanda hakimiyyət dəyişiklikləri torpaq itkiləri və ermənilərin ərazi baxımından böyüməsi ilə müşaiyət olunub. Zəngəzur, Göyçə, Zəngibasar, Dərələyəz və onlarla kənd faktiki olaraq SSRİ dövründə işğal edilib. Və bu, Azərbaycan xalqının iradəsinin əleyhinə atılan addım olub. Yəni bizim iradəmiz olmadan bu addımlar atılıb. İndi ermənilər özünə yeni havadarlar tapmaqla digər ərazilər əldə etməyə çalışırlar, lazım gələndə İran ərazilərinə də iddia edirlər.
I Dünya müharibəsi zamanında Osmanlıya qarşı da ərazi iddiaları ilə çıxış edirdilər. Başqa sözlə, bəlkə də tarix təkrarlanır.
- Hazırda yeni dünya düzəni formalaşır, dövlətlər arasında gedən diplomatik-hərbi, siyasi-kəşfiyyat mübarizəsinin səbəbi də budur. Bu prosesdə ermənilərin davranışını necə qiymətləndirirsiniz?
- Bəli, yeni dövr başlayır, amma ermənilər yenə də xəyanət etmək, qüvvələri üz-üzə qoymaq, bəlkədə Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirməklə türkün inkişafının qarşısını almaq niyyəti güdür. Bu prosesdə beynəlxalq qüvvələrin də diqqətini özlərinə çəkməklə belə böyük oyuna cəhd edirlər. Onlar I Dünya müharibəsində belə xəyanətkar mövqe ortaya qoyduqları üçün az qala qırılıb qurtarmışdılar, indi də bu addımlarını təkrar edirlər.
Amma gələcəkdə ermənilərin bir millət olaraq bu bölgədə yaşaması şübhə altına düşə bilər, çünki oynadıqları oyunun altında qala bilərlər. Yəni bu oyunların onların faciəsi ilə nəticələnməsi mümkündür.
Təəssüflər olsun ki, bizim rayonlarımız işğal edilən ərəfədə hər tərəfdən vurulmuşuq. Məsələn, Rusiya şimala gedən yolumuzu qapatdı, uzun müddət imkan vermədilər özümüzə gələk, rayonlarımız işğal edildi, ölkəmizdə 1 milyon qaçqın-köçkün ordusu yarandı. Bununla bizi zəiflətməyə çalışdılar. Biz bundan uzun illər ziyan çəkdik, çətinliklə neft müqavilələri imzaladıq, neft-qaz kəmərləri çəkildi. İndi orudumuzu, imkanlarımızı gücləndirərək və münbit beynəlxalq şəraitin yaranmasını gözləyərək pusquda durmuşuq.
Ermənilərin sonuncu Tovuz cəhdi uğursuz oldu. Əlbəttə, məqsəd Azərbaycanı zəiflətmək, buradakı “Beşinci kolon”un əli ilə milli xətti sıradan çıxarmaq, ziddiyyətlərə getmək idi. Amma ölkəmizdə iqtidar və müxalifətdə olmasına baxmayaraq belə qüvvələr - rusun agentləri zərərsizləşdirildi.
Tovuz əməliyyatı ilə bağlı atılan addımlar zamanı biz milli ruhun, milli sistemin ortaya çıxmasını müşahidə etdik. Əslinə qalsa, bizim enerji dəhlizimiz qonşu ölkələrlə əlaqələrə və münasibətlərə müsbət təsir edəcək. Orta Asiya, elə Rusiya üçün də bu, əlavə potensialdır. Onlar da öz neft və qaz məhsullarını bu xətt vasitəsilə dünya bazarlarına çıxara bilərlər. Amma ehtimal edirəm ki, qarşıda böyük gərginliklər gözlənilir. Problemlə üzləşən Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan günün birində Rusiyaya qarşı çıxa bilərlər.
Azərbaycan və Türkiyənin bu bölgədə güclənməsi, Rusiyanın sıxışdırılması əlbəttə ki, erməniləri narahat edir. Son proseslər bizi ayıq-sayıq olmağa çağırır. Sözsüz ki, biz müharibəni Ermənistan ərazisində aparmalıyıq, artıq beynəlxalq hüququ, “kim haqlıdır”,- arqumentini bir qədər arxa plana keçirib düşmənə öz ərazisində zərbə vurmalıyıq.
Bizim ərazilərimiz işğal edilib. Biz də öz ərazilərimizi güc yolu ilə işğaldan azad etməliyik.
Çox təəssüflər olsun ki, 2018-ci ildə gedən danışıqlar, məxfi müzakirələr, erməni cəmiyyətinin ayağa qalxması Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Paşinyanın komandası, Soros Fonduna bağlı şəxslər hakimiyyəti götürdü. Bu qüvvələr hakimiyyətə gəldikdən sonra danışıqlar aparıldı, amma Qarabağ konfliktinə dair bir irəliləyiş olmadı. Üstəlik, ermənilərin hiyləsi səbəbindən Qazax-Tovuz istiqamətində bizim ordumuzu Sərhəd qoşunları, erməni ordusunu isə milislər əvəz etdi. Məqsəd ağır texnikanın geri çəkilməsi, dövlət sərhədinin müəyyən olunması idi. Amma son hadisələr göstərdi ki, ermənilər öz xislətinə uyğun hərəkət ediblər. Üstəlik, Şuşada tədbirlər keçirməsi, “Qarabağ Ermənistandır” kimi sərsəm şüarların səsləndirməsi müşahidə edildi. Ən nəhayət, onlar son təxribatla əslində həm də Ermənistandakı daxili gərginliyi Azərbaycana keçirməyə cəhd etdilər. Ancaq Tovuz hadisələrindən sonra Azərbaycanda millətin və ordunun birliyi ortaya çıxdı. Faktiki olaraq Azərbaycandakı bütün siyasi qüvvələr ortaya mövqe qoydular, ordu və Ali Baş Komandanla bir yerdə olduqlarını bəyan edib, hamını milli birliyə səslədilər. O cümlədən milli və strateji hədəflər məsələsi ortaya çıxdı.
Xarici İşlər Nazirliyində də dəyişikliklər edildi, Rusiyanın agentura şəbəkəsi, erməni lobbisinin maraqlarına xidmət edən qüvvələr mövqelərini itirdilər.
Unutmayaq ki, Azərbaycan türk dünyasının qapısıdır. Sözsüz ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, bu gün Azərbaycan-Türkiyə birliyi var və bu prosesdə türk milli şüuru ortaya çıxıb. Türkün öz gücü ilə anti-türk ssenarilərini dağıtmaq lazımdır.
Ehtimal edirəm ki, bölgədə vəziyyət dəyişəcək, Rusiya Qafqazdan getməli olacaq. Sözsüz ki, bizim üçün bu regionda türk şüurunun güclənməsini, lazım gəldikdə dövlət, millət uğrunda canını fəda etmək əhval-ruhiyyəsinin yaranması vacibdir.
- Bədrəddin bəy, dünyanın regiona münasibəti necədir və ya bundan sonra necə ola bilər?
- Son olaylar bir həqiqəti ortaya qoydu ki, dünya Qafqazda baş verən prosesə seyriçi mövqedə qala bilməz. Əlbəttə, “BP” şirkəti buradan neft çıxarıb aparır. Amma ingilis siyasəti bölgə ilə bağlı xüsusi fəallıq göstərməyib. İndi isə vəziyyət fərqlidir və bu mərkəz də ortaya mövqe qoyacaq. Bildiyim qədər İngiltərə parlamenti artıq müəyyən mövqe ifadə edib. Bu mövqe də Ermənistanı təcavüzkar kimi tanıyır. Həm də burada söhbət ancaq ingilislərdən getmir. “Anqlosaks” dedikdə bu sistemdə olan 51 ingilisdilli dövlət nəzərdə tutula bilər. Və bu dövlətlər ortaya mövqe qoyacaqlar.
İkincisi, biz gördük ki, Tovuz olaylarından sonra xaricdə Azərbaycan və Türkiyə diaspor təşkilatları faktiki eyni mövqedən çıxış etdilər. O cümlədən ABŞ-da. Bu da mühüm əhəmiyyətə malikdir və ehtimal edirəm ki, gələcəkdə digər türk xalqlarının xaricdəki diaspor təşkilatları da belə proseslərə qoşulacaqlar.
Ölkə daxilində də hamı bir bayraq altında birləşməlidir. Yuxarıda qeyd etdim ki, artıq bununla bağlı mövqe ifadə edilib. Bu, yeni situasiyadır.
Ehtimal edirəm ki, bir az sonra gərginlik Ermənistan daxilinə keçəcək. Bizdə buna cəhd edildi, amma “Beşinci kolon” zəif olduğundan, eyni zamanda millətimizin ayıqlığı nəticəsində alınmadı. Bu proses Ermənistanda daha güclü formada özünü göstərə bilər.
Nəzərə almaq lazımdır ki, düşmən ölkədə Rusiya şəbəkəsi daha güclüdür. Ermənistanda siyasi gərginlik pik həddə çatacaq. Bu halda “Azərbaycan nə etməlidir”,- sualına cavab tapmağımız vacibdir. Hesab edirəm ki, Azərbaycan daxildə güclənməli, milli həmrəylik olmalı, vətənpərvərlik əhval-ruhiyyəsi ölkədə hakim kəsilməlidir.
Təklif edirəm ki, ölkəmizdə təlim mərkəzləri yaradılsın, vətəndaşlara silahdan istifadə etməyin yolları öyrədilsin. Eyni zamanda sərhəd bölgəsində hər kəs ordunun yanında yer almalı, arxa cəbhədə insanlarımız ön cəbhə haqqında düşünməlidir.
Əslində bizim resurslarımız düşmənlə müqayisədə daha çoxdur. Bunun qarşısında erməni dayana bilməz. Biz say baxımından da ermənidən 4 dəfə çoxuq, iqtisadi potensialımız da onlardan qat-qat yüksəkdir.
Qeyd edim ki, Rusiyaya qarşı ciddi beynəlxalq basqılar olduğu bir zamanda, sanksiyalar altına düşdüyü halda Moskvanın ciddi səhvi onun faciəsinə gətirib çıxara bilər. Odur ki, bölgədə dəngələr dəyişir, ayıq olmalıyıq, itirilmiş mövqelərimizi geri almaq haqqında düşünməliyik.
Mən əvvəllər qeyd etmişdim ki, ölkədaxili mübarizə qanun çərçivəsində getməlidir. Həmçinin gücümüz ortadadır. İndi daha vacibi islahatların davam etməsidir. Demokratik seçki sistemimizi ortaya qoymalıyıq. Normal parlament, bələdiyyə seçkiləri haqqında düşünməliyik. Elə sistem qurmalıyıq ki, xalqın istədiyi şəxslər vəzifələrə gələ bilsin.
Dünya dəyişir, biz də demokratiyanın inkişafı baxımından imicimizi dəyişməliyik.
Biz, əslində parçalanmış millət idik, Tovuz əməliyyatı bizi yenidən birləşdirdi. Tovuzdan keçən kəmərlər bizim iqtisadi gücümüzdür, amma son hadisə ilə həm də bunun təhlükəsizlik kəməri olduğu müəyyənləşdi.
Azərbaycanın dərdi, bütövlüyü, türk dünyasının problemi ortaya çıxdı. Biz türk olduğumuz üçün taleyimiz eynidir. Elə bizə qarşı olan güc mərkəzləri də eynidir. İndi bu mərkəzlər və sistemlər dağılır. Biz millət olaraq bu proseslərdən ağılla çıxmalıyıq, səhv etməyə haqqımız yoxdur. Türk milli əxlaqını dövlət sisteminə gətirməliyik. Tanrı türkü qorusun! İndi türkün inkşafı mərhələsi başlayır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə