00:04 / 21-05-2025
Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb
22:36 / 20-05-2025
Sabirabaddakı qətl hadisəsi araşdırılır
19:07 / 20-05-2025
Milli Məclis daha 13 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq
18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar+Video
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:04 / 20-05-2025
İlham Əliyev Macarıstanda işgüzar səfərdədir - Fotolar
14:00 / 20-05-2025
İcra başçısı onları vəzifədən azad edib
13:33 / 20-05-2025
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
13:08 / 20-05-2025
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
13:02 / 20-05-2025
Limana və gəmilərə hücum ola bilər
12:59 / 20-05-2025
İki direktora şiddətli töhmət veriblər
12:51 / 20-05-2025
“Son zəng” iyunun 14-də çalınacaq
12:34 / 20-05-2025
Pakistan və Hindistan razılaşıb
12:22 / 20-05-2025
Ərdoğan vasitəçilikdən nə qazanır?
15:02 / 16-05-2025

08:45 / 16-05-2025

17:37 / 16-05-2025

09:51 / 16-05-2025

01:38 / 16-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

16:30 / 19-05-2025

12:20 / 16-05-2025

11:12 / 16-05-2025

08:33 / 16-05-2025

09:20 / 16-05-2025

Vahid Əhmədov: “Sərhəd məsələsinə birdəfəlik son qoyulmalıdır” - Müsahibə
Tarix: 20-05-2021 17:09 | Bölmə: Müsahibə

Milli Məclisin üzvü: “10 noyabrda razılaşma imzalanıb. Müqavilənin bəzi müddəalarını yerinə yetirmirlər. Mən Zəngəzur dəhlizini nəzərdə tuturam”
Azərbaycan növbəti dəfə saxta ittihamlarla üzləşib. Vaxtilə işğal olunmuş sərhədboyu ərazilərin azad edilməsi və Azərbaycanın Ermənistanla dövlət sərəhəddinin bərpası istiqamətində görülən hüquqi işlər ermənilərə indi də bu məsələ ətrafında əsassız hay-küy salmaq fürsəti verib. Ermənilər müxtəlif dövlət başçılarına və beynəlxalq təşkilatlara müraciətlərində hətta Azərbaycanı işğalçılıqda ittiham etməkdən də çəkinmirlər.
Baş nazirin sabiq müavini, Milli Məclisin deputatı Vahid Əhmədov Reyting.az-a müsahibəsində Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələrdən danışıb:
- Sərhədlər müəyyən edilməli, tərəflər dövlət sərhəddinin haradan keçdiyini bilməlidir. Hesab edirəm ki, dövlət sərhədləri müəyyən edilib, biz bəzi istiqamətlərdə bizim olanı götürmüşük, amma götürülməyən hissələr də var. İndi əsas istiqamət Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə dövlət sərhəddinin müəyyən olunmasıdır.
Bəli, ermənilər bu mərhələdə sərhədlərin delimitasiyasına mane olur. Ən azından səs-küy qaldırmaları bunu göstərir. Lakin bunun da hüquqi əsası yoxdur. Çünki ortada sənəd, xəritə var. Səhv etmirəmsə, SSRİ zamanı təsdiqlənmiş sənədlər ortadadır. Biz bu sənədlər çərçivəsində öz işimizi görürük. Buna Ermənistan da razı olmalıdır, sərhəd məsələsinə birdəfəlik son qoyulmalıdır.
O ayrı məsələdir ki, indi Ermənistan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Onlar sərhədlərin delimitasiyası məsələsindən sui-istifadə edir, aləmə car çəkirlər ki, Azərbaycan Ermənistan ərazilərinə daxil olub və s. Ermənistan ərazisinə daxil olmaqdan söhbət gedə bilməz. Bu, Azərbaycana lazım da deyil. Həm də bu prosesdə Rusiya da hansısa formada iştirak edir. Dövlət sərhədləri müəyyən olunmalıdır ki, biz işimizi bilək.
Azərbaycan güclü dövlətdir. Çalışmalıyıq ki, bu sərhədlərdə bizim texnikamız, hərbi ləvazimatlarımız işlək vəziyyətdə olsun. Bu istiqamətdə də işlər görülür.
Delimitasiya və demarkasiya bütün sərhəd boyu aparılmalı və başa çatdırılmalıdır.
- Ermənilər niyə sərhədlərin müəyyənləşdirilməsinə etiraz edir? Axı onlar 10 noyabrda imzalanan üçtərəfli razılaşmada həm də bununla bağlı öhdəlik götürüblər...
- Ermənilər indiyə qədər nəyə etiraz etməyib ki? Bizim xeyrimizə olan hər şeyə etiraz edirlər. Elə bilirlər ki, buralar onların dədə-baba torpağıdır.
Ötən gün erməni politoloq Qriqoryanın yazısını oxuyurdum. Deyir, “yaxşı olardı ki, Ermənistanın paytaxtını Soçi və ya Krosnadarda edək. Çünki Abxaziya, Çeçenistan, Dağıstan da bizimdir”.
Qriqoryan əlavə edir ki, sonra “Böyük Ermənistan” yaradaq, Gürcüstan vasitəsilə Qara dənizə çıxaq. Bununla da ideyamızın əhəmiyyətli hissəsini yerinə yetirək.
Bunlar xəstə təfəkkürlü insanlardır. Başa düşmürlər ki, Azərbaycan dövlət, dövlət başçısı və ordu olaraq sözünü dedi. Millət olaraq birdəfəlik elan etdi ki, bu torpaqlar Azərbaycana məxsusdur. Beləcə, torpaqlarımızı işğaldan azad etdik. Ərazilərimizi azad etmişik və indi orada sərhədlərimizi qururuq ki, nəyin bizim olub-olmadığını bilək. Ermənilərin tullanıb-düşməsi ilə deyil ki...
Bəli, ermənilərin xaricdən ciddi dəstəyi, onlara kömək etmək istəyən qüvvələr var. Bəzi qonşu ölkələr, eləcədə Fransa və digərləri. Ancaq bunlar boş şeylərdir.
Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan qüdrətli dövlətdir, güclü ordusu, son modern silah-sursatı var. Odur ki, indi ermənilərin hay-küyü işlərinə yaramayacaq. Ortada xəritə və sənəd var, ona uyğun addımlar atılacaq.
- Amma Ermənistan Müdafiə Nazirliyi ötən gün məlumat yayıb ki, qurum guya Azərbaycan tərəfindən götürülən ərazilərə nəzarəti bərpa etmək üçün bütün hüquqları özündə saxlayır...
- Bu növbəti şantajdır. Başqa cavabı yoxdur. Amma aydındır ki, Ermənistan ordusu darmadağın edilib.
Dünən internet resurslarında erməni ordusuna baxırdım. 17, 18 yaşlı uşaqlara təlim keçirlər.
Azərbaycan ordusu Ermənitanın uzun illərdir ki, mif kimi təqdim etdiyi ordunu dağıtdı, məğlub etdi. Dövlət başçımız da birdəfəlik bəyan etdi ki, heç bir statusdan söhbət gedə bilməz. Status faktiki olaraq zibilliyə atılıb və Azərbaycan ərazi bütövlyünü təmin edib.
Düzdür, indi Xankəndi, Xocavənd, Ağdərə və Əsgəranda rus sülhməramlıları var - əgər buna sülhməramlı demək mümkündürsə. Onlar da müəyyən vaxtdan sonra ərazilərimizi boşaldacaq və Azərbaycan o hissəni də nəzarəti altına alacaq. Yəni burada problem yoxdur.
Qənaətimcə, ermənilər süni yolla problemlər yaradır və istəyirlər, dünyaya çatdırılsın ki, biz yenə də vuruşacağıq. Əslində vuruşmağa nə bazaları, nə canlı qüvvələri, nə də texnikaları var.
İkincisi, 10 noyabrda razılaşma imzalanıb. Müqavilənin bəzi müddəalarını yerinə yetirmirlər. Mən Zəngəzur dəhlizini nəzərdə tuturam. Dövlət başçımız da açıq bəyan etdi ki, istəsələr də, istəməsələr də dəhliz açılacaq.
Nikol Paşinyan çox da deyir ki, biz dəhliz məsələni müzakirə etmirik. Bu kimi açıqlamalara əslində Rusiya reaksiya verməlidir. Rusiya da bəyan edib ki, kommunikasyalar açılmalıdır. Rusiya Xarici işlər naziri Sergey Lavrov da regiona son səfəri zamanı 10 noyabr sazişinin yerinə yetirilməli olduğunu bir daha təkrarladı.
Paşinyan seçkilərə gedir. Seçki öncəsi onlara nə sərf edirsə, onu da deyirlər. Bunların hamısı daxili aditoriyaya hesablanan açıqlamalarıdır. Yəni müvəqqəti xarakter daşıyır.
Əlbəttə, biz ayıq-sayıq olmalı, ordumuzu daha da gücləndirməliyik. Eləcədə silah-sursatımızı daha müasir səviyyəyə çatdırmalıyıq. Eyni zamanda xalqla dövlət bir yerdə olmalıdır. 44 günlük müharibədə olduğu kimi.
Nəhayət, bizim 44 günlük qələbəmizi bir sıra dövlətlər həzm edə bilmirlər. Onlar inanmırdılar ki, biz Şuşa şəhərini, Hadrutu işğaldan azad edə bilərik. Düşünürdülər ki, Azərbaycan ordusu zəifdir, xalq dövlətlə bir olmaya bilər. Amma xalqımız göstərdi ki, dövlətlə, Ali Baş Komandanla bir yerdədir.
- Vahid müəllim, diqqət etdikdə bəlli olur ki, erməni tərəfi daha çox Qara göl ətrafında səs-küy qaldırır. Buna səbəb nədir? Ümumiyyətlə, Qara göl haqqında Sizdə hansı məlumatlar var?
- Qara göl Azərbaycan dövlətinin ərazisidir. Bunu xəritə üzərində də hər kəs bilir. Yəni bura bizə aiddir. İndi ermənilər hay-küy salır, vay-şüvən qoparırlar... Ancaq bunun tarixdə, xəritədə olanlarla hər hansı bağlılığı, heç hüquqi əsası yoxdur. Dövlətimiz, Xarici İşlər Nazirliyi bu barədə öz mövqeyini bildirib. İndi ermənilər bilmirlər ki, nə etsinlər.
1987-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Qara gölün dövlət qoruğu elan olunması təsadüfi deyildi. O dövrdə Qara gölün dövlət qoruğu elan olunmasına dair qərardan mən də məlumatlı idim. Hərçənd, o zaman Nazirlər Kabinetində işləmirdim. Qara göl ona görə dövlət qoruğu elan edilib ki, ermənilər istədiklərinə nail olmasın. Yoxsa oranın suyundan, imkanlarından istifadə etməyə çalışırdılar. Qərar çıxarılması o demək idi ki, ora dəymək olmaz. Üstəlik, bu məsələ beynəlxalq məhkəməyə çıxarıla bilərdi. Ona görə belə qərar verilib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə