19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
12:48 / 21-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:38 / 21-10-2025
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
12:36 / 21-10-2025
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

12:00 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

00:02 / 17-10-2025

İqtisadçı alim: “Maliyyə Nazirliyinin və Mərkəzi Bankın siyasəti ölkənin inkişafına ciddi maneədir” - Müsahibə
Tarix: 28-02-2018 01:27 | Bölmə: Müsahibə / Slayd

Teyyub Əliyev: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində dönüş yarada biləcək rəhbərə ehtiyac var. Bu nazirliyin pensiya siyasəti heç bir ölçüyə sığmır”
Artıq prezident seçkiləri ərəfəsindəyik. Seçki 6 ay ertələnərək aprelin 11-nə təyin ediləndən sonra ölkədə siyasi aktivliyin artacağı göslənilsə də, hələlik bu istiqamətdə ciddi dəyişiklik baş verməyib.
Maraqlıdır, bu passivlik nə qədər davam edəcək? Görəsən, seçki və seçkisonrası proseslərdə hər hansı ciddi dəyişiklik gözlənilirmi?
“Reytinq” qəzetinin bu və ya digər suallarını Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Əliyev cavablandırıb.
- Teyyub bəy, artıq prezident seçkilərinə ayyarım vaxt qalıb. Hazırkı seçkiöncəsi durumu necə dəyərləndirirsiniz?
- Növbədənkənar prezident seçkilərinin elan edilməsi respublika prezidentinin konstitusion huququdur və o, bu huquqdan istifadə edib.
Ancaq növbədənkənar seçkilərin elan edilməsinin səbəbləri barədə hakimiyyət yetkililərinin irəli sürdüyü fikirlər - H.Əliyevin 95 illik yubileyi, Xalq Cümhuriyyətinin 100 illiyi, Ordu quruculuğunun 100 illiyi və s. növbədənkənar seçkilərin keçirilməsi üçün ciddi əsaslar hesab edilə bilməz. Bu tədbirlərin hamısı iyul ayına qədər yekunlaşacaqdır. Bundan sonra seçkilərin payızda keçirilməsinə qədər 4 aya yaxın vaxt qalırdı. Əgər 2 aya növbədənkənar seçki keçirmək mümkündürsə, 4 aya niyə mümkün olmasın?
Yəqin daha ciddi səbəblər var və prezident onları nəzərə alaraq növbədənkənar seçki təyin edib. Təki ölkəmiz, dövlətimiz üçün xeyirli olsun!
Ancaq növbədənkənar seçki elan edilməsinə baxmayaraq, ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur.
- Müxalifət yenə pərakəndə düşdü. Bir qrup boykot edir, bir qrup sadəcə, seçkidə iştirak eləmir, bir qrup isə seçkidə iştirak qərarı verib.
- Növbədənkənar seçkilərin elan edilməsi əksər müxalifət partiyalarını seytnot vəziyyətinə saldı. Prezident seçkilərində iştirak etmək üçün ciddi hazırlıqlara və az olmayan maliyyə vəsaitlərinə malik olmaq lazımdır. İndiki seçkilərdə iştirak etmək üçün heç bir müxalifət partiyasının belə imkanı yoxdur. Boykotun və pərakəndəliyin əsas səbəbləri bunlardır.
Seçkidə öz namizədi ilə iştirak qərarı verən müxalifət partiyalarının mütləq əksəriyyətinin fəaliyyətinin elə seçkidə iştirak etmək istəkləri ilə bağlı bəyanatları ilə bitəcəyini söyləmək olar.
- Reallığı nəzərə alanda seçkiyə qatılan müxalifəti şanslı saymaq mümkün deyil. Sizcə, xalq niyə seçkiyə, eləcə də müxalifətə etimad göstərmir?
- Hər kəsə gün kimi aydındır ki, seçkinin fovariti İlham Əliyevdir və onun prezident seçiləcəyi şübhə doğurmur. İndiki şəraitdə xalqın müxalifətə etimad göstərməməsindən söhbət gedə bilməz. Xalq reallığı görür və kimin qalib gələcəyini bilir. Ona görə də nəticəsi qabaqcadan bəlli olan prosesə maraq göstərmir.
- Sizin partiya seçkidə hansı formada iştirak edəcək?
- Təkamül Partiyası reallığı giymətləndirməyi bacarır, hər şeyi ağ-qara prizmada yox, öz rəngində görür. Və həmişə ölkəmizdə baş verən proseslərə obyektiv yanaşır, fəaliyyətində xalqımızın, dövlətimizin mənafeyini hər şeydən üstün tutur. Bunu nəzərə alaraq partiyanın Mərkəzi Şurası seçkilərdə iştirak etmək haqda qərar qəbul edib və biz seçkilərdə iştirak edəcəyik. İştirakın forması barədə son qərarı, şəraiti nəzərə alaraq, Mərkəzi Şuranın Siyasi Bürosu verəcəkdir.
- Ümumiyyətlə, Təkamül Partiyasının hansısa namizədi dəstəkləməsi nəyisə dəyişəcəkmi?
- Bu haqda partiyanın kimi dəstəkləyəcəyi barədə qərarından sonra fikir söyləmək olar.
- Seçkidən sonra hökumət üzləri dəyişdirilir. Sizcə, ciddi dəyişiklik gözləməyə dəyərmi?
- Konstitusiyaya görə yeni prezident seçildikdən sonra hökumət tam tərkibdə istefaya göndərilir. Ancaq indiki hökumət üzvlərinin bir partiyaya mənsub olduqları nəzərə alınarsa və bir çox başqa səbəblərdən onların çoxunun öz postlarını saxlayacaqlarını söyləmək olar. Yəni ciddi dəyişikliklər gözlənilmir.
- Əsasən hansı sahələrdə dəyişikliyə ehtiyac var?
- Biz daim xalqın arasındayıq. Xalqın nə düşündüyünü, nəyə ehtiyacı olduğunu, necə yaşadığını, nəyi, hansı dəyişiklikləri istədiyindən xəbərdarıq. Ona görə də hökumətin tərkibində ciddi dəyişikliklər olmasa da, heç olmasa, bəzi önəmli sahələrdə dəyişikliklərin olmasını məqsədəuyğun hesab edirik. Fikrimizcə, ciddi dəyişikliyə ehtiyacı olan ən önəmli sahə təhsildir. Son illər islahat adı altında həyata keçirilən tədbirlər orta məktəbdən ali məktəblərə qədər tədrisin bütün sahələrində ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmayıb. Əksinə, qrant almaq naminə sonu düşünülməyən qərarlar tədrisin keyfiyyətinə mənfi təsir göstərib, müəllimlərin nüfuzuna ciddi zərbə vurub.
Çexov deyirdi ki, bir milləti çökdürmək istəyirsənsə onun müəllimini nüfuzdan sal. Ona görə də təhsil sahəsinə rəhbərliyə bu sahədən xəbəri olmayan, bir məsələ haqqında verdiyi qərarı tez-tez dəyişən təsadüfi adamlar yox, tədris prosesini əla bilən, elmə, təhsilə qiymət verməyi bacaran və təhsil sahəsində çalışan insanları cəlb etmək lazımdır.
Ölkənin maliyyə-kredit siyasətini həyata keçirən Maliyyə Nazirliyinin və Mərkəzi Bankın rəhbərliyində dəyişikliyə ehtiyac var. Maliyyə Nazirliyinin maliyyə siyasəti, Mərkəzi Bankın yürütdüyü monetar və kredit siyasəti ölkənin iqtisadi inkişafına ciddi maneədir. 2015-ci ildə manatın kəskin devalvasiyasında bu qrumların yarıtmaz maliyyə-kredit siyasətinin də müstəsna rolu var. Ancaq devalvasiyanın nəticələrinin heç olmasa, yumşaldılması üçün bu dövlət qrumlarının fəaliyyətində heç bir yenilik görünmür. Ölkənin bank sisteminin çökməsində, problemli kreditlərin artmasında, bunun qarşısının alınması üçün heç bir tədbir görülməməsində təqsirkar bu qurumlar deyilmi?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində dönüş yarada biləcək rəhbərə ehtiyac var. Bu nazirliyin pensiya siyasəti heç bir ölçüyə sığmır. Qısa müddət ərzində “Pensiya haqqında” qanuna, pensiyaların hesablanma qaydalarına nə qədər əlavə və düzəlişlər etmək olar? Məgər, heç olmasa, 3-5 il qüvvədə olacaq qanun hazırlamaq olmazmı? Bu nazirliyin pensiyaların indeksləşdirilməsinə dair təklifi isə “Ginnesin rekordlar kitabı”na yazılmalıdır.
Bu ilə qədər, dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da növbəti ildə pensiyalar əvvəlki ildəki inflyasiya dərəcəsinə görə artırılırdı. Qeyd edilən nazirliyin “Pensiya haqqında” qanuna təklif etdiyi və qüvvəyə minmiş, dünyada analoqu olmayan, qaydaya görə isə 2018-ci ildən pensiyalar əvvəlki ildə ölkədə orta əməkhaqqının artım faizinə görə indeksləşdiriləcəkdir. 2017-ci ildə əmək haqqının artım faizi isə inflyasiya səviyyəsindən 2 dəfədən də aşağıdır.
Dövlət Statistika Komitəsinin fəaliyyəti isə heç bir tənqidə sığışmır. Bu komitənin yaydığı rəsmi statistik göstəricilərin bir çoxu ölkədəki real vəziyyəti əks etdirmir. Hətta müxtəlif rəsmi statistik məcmuələrdə eyni göstəricinin miqdarında fərqlər var. Ölkədə işləyənlərin, işsizlərin sayı, işsizlik səviyyəsi haqqında bu komitə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin məlumatları arasında uyğunsuzluq var və s.
Məlumdur ki, ölkənin iqtisadi inkişaf siyasətinin hazırlanmasına birbaşa cavabdeh olan İqtisadi İnkişaf Nazirliyidir. Ölkənin iqtisadi inkişaf səviyyəsi, bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəlilik səviyyəsi göz qabağındadır. İqtisadi inkişafa ciddi maneə olan və iqtisadiyyatın bütün sahələrində tuğyan edən inhisarçılığın qarşısının alınması üçün tədbirləri kim görməlidir?
- Teyyub bəy, hər seçki ilində hökumət iqtisadi vəziyyətin yaxşılaşması üçün müəyyən addımlar atır. Seçki ilində hansı iqtisadi yumşalmalar gözləyirsiniz?
- Yuxarıda qeyd etdiyim dövlət qurumlarında ciddi kadr islahatları aparılmasa, hər hansı yumşalmaların baş verəcəyini düşünmürəm. Ənənəvi siyasət davam edəcək.
- Pensiya və təqaüdlər, bəzi sahələrdə əmək haqları artırıldı. Bu artımı bazardakı bahalaşmaya adekvat sayırsınızmı?
- 2015-ci ildə manatın kəskin devalvasiyasından sonra gündəlik tələbat mallarının çoxunun qiyməti ən azı 50-60 faiz, bəzilərininki, məsələn, yağın qiyməti isə 2-3 dəfə artıb. Bunun müqabilində əmək haqqının 5 manat, pensiyaların 5,7 faiz, bəzi kateqoriyadan olanların 10,0 faiz artmasını bazardakı bahalaşmaya adekvat saymaq olarmı?
- Bu illə bağlı gözləntiləriniz necədir? Böhranlı vəziyyət davam edəcək, yoxsa müsbətə doğru nələrsə gözləməyə dəyər?
- Ölkədə iqtisadi vəziyyətin əsaslı şəkildə dəyişilməsi üçün ciddi sosial-iqtisadi siyasətin, real tədbirlərin həyata keçiriləcəyi gözlənilmir. Böhranlı vəziyyətin davam edib-etməməsi isə neftin dünya bazarındakı qiymətindən asılı olacaqdır.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Bu gün, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
Bu gün, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
Bu gün, 13:59
Ukrayna parçalana bilər
Bu gün, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
Dünən, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
Dünən, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Dünən, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Dünən, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
Dünən, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır