17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Elçibəyin yaxın dostu olan partiya sədri zəhərlənib
Tarix: 29-09-2019 21:23 | Bölmə: Dünya / Xəbərlər
Elçibəyin yaxın dostu olan partiya sədri zəhərlənib

İYİ partiyasının lideri Meral Akşenerin səhhətində problem yaranıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akşener mədəsində yaranan kəskin ağrılarla bağlı bu gün Ankarada xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstəxanada onun rahatsızlığı böyük ölçüdə aradan qaldırılıb: "Səhhətində yaranan problemlə bağlı Akşenerin bu gün deputatlarla görüşü ləğv edilib. İlkin məlumata görə, o, sabah xəstəxanadan evə buraxılacaq".

Xatırladaq ki, bir neçə gündür Ankarada mədə ağrıları və bulanmaları ilə bağlı xəstəxanalara çoxsaylı müraciətlər olub.

Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş bunun səbəbini şəhərə verilən su ilə əlaqələndirib.

Onu da qeyd edək ki, Akşener Azərbaycanda mərhum Əbülfəz Elçibəyin yaxın dostu kimi tanınır.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}