İranda koronavirusdan daha 123 nəfər ölüb
Tarix: 21-03-2020 14:27 | Bölmə: Dünya / Xəbərlər
İranda koronavirusdan daha 123 nəfər ölüb

İranda koronavirusdan ölənlərin sayı artıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ötən gün virusdan daha 123 nəfər ölüb: "Bununla da ölənlərin sayı 1556 nəfərə çatıb. Əlavə olaraq, 966 nəfərdə də koronavirus aşkarlanıb".

Nazirlik bəyan edib ki, hazırda ölkədə 20610 nəfər virus daşıyıcısı var: " 7635 nəfər isə koronavirusdan sağalıb".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}