Gürcüstan Ukraynadakı səfirini geri çağırıb - Gərginlik
Tarix: 24-04-2020 17:34 | Bölmə: Dünya / Xəbərlər
Gürcüstan Ukraynadakı səfirini geri çağırıb

Gürcüstan Kiyevdəki səfirini Mixeil Saakaşviliyə Ukraynada vəzifə verilməsinə etiraz olaraq geri çağırıb.

UNIAN xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani Ukrayna prezidenti Vladimir Zelenskinin Saakaşvilini baş nazirin müavini vəzifəsinə təyin etməsi haqqında qərarından çox məyus olduqlarını deyib. 

Bildirilib ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini geri çağırıb.

Ukrayna Milli Polisinin keçmiş başçısı, Birləşmiş Milli Hərəkatın üzvü Xati Deknoidzenin sözlərinə görə, Gürcüstan hökuməti bununla Ukraynaya qarşı praktik olaraq diplomatik müharibə elan edib/Report.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}