16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyada 1000 nəfərdən çox etirazçı saxlanılıb - Fotolar
Tarix: 05-05-2018 20:24 | Bölmə: Dünya / Xəbərlər
Rusiyada 1000 nəfərdən çox etirazçı saxlanılıb

Rusiyada “O bizim üçün çar deyil” şüarı altında etiraz aksiyası keçirilib.


Rusiya KİV-ləri xəbər verir ki, azı 1000 nəfər etirazçı saxlanılıb. Saat 17.00-a olan məlumata əsasən, ən çox etirazçı – 574 nəfər paytaxt Moskvada saxlanılıb. Çelyabinskdə 164, Yakuskda – 75, Tolyattidə - 63, Sankt Peterbuqda – 53, Krasnodarda isə 49 etirazçının saxlanıldığı bildirilir.

Krasnoyarsk, Novokuznetsk, Kaluqa, Samara, Barnaul, Penza, Kemerovo, Voronej, Tver, Kurqan, Yekaterinburq, Blaqoveşensk və Tomskda da saxlanılanlar var.

Məlumatda bildirilir ki, “O bizim üçün çar deyil” şüarlı etiraz aksiyaları müxalifət lideri Aleksey Navalnının tərəfdarları tərəfindən Rusiyanın onlarla şəhərində təşkil olunub. Aksiyalar prezident Vladimir Putinin inauqurasiyasına etiraz əlaməti olaraq keçirilir.(apa)

Rusiyada 1000 nəfərdən çox etirazçı saxlanılıb
Rusiyada 1000 nəfərdən çox etirazçı saxlanılıb
Rusiyada 1000 nəfərdən çox etirazçı saxlanılıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}