18:14 / 28-04-2024
"Boinq" kosmosa uçacaq - Fotolar
18:00 / 28-04-2024
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
17:52 / 28-04-2024
Türkiyə səmasında insanabənzər cismlər peyda olub
17:21 / 28-04-2024
Sədərəkdə sursat partlayıb: iki nəfər həlak olub
16:57 / 28-04-2024
Göygöldə naməlum meyit tapılıb
15:02 / 28-04-2024
Bu gün magistraturalara qəbul imtahanı olub - Yenilənib
14:08 / 28-04-2024
Sabahın hava proqnozu açıqlanıb
11:09 / 28-04-2024
Ukraynaya məxsus 17 PUA vurulub
08:08 / 28-04-2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
07:56 / 28-04-2024
Ağdamda növbəti mina partlayışı olub, xəsarət alan var
22:50 / 27-04-2024
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
22:39 / 27-04-2024
Yunanıstanın baş naziri Türkiyəyə səfərə hazırlaşır
18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
18:15 / 27-04-2024
DİN: "Toplum TV”-nin əməkdaşı saxlanılmayıb"
17:09 / 27-04-2024
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
15:53 / 27-04-2024
Ali Məhkəmənin hakimi özünü öldürüb
14:39 / 27-04-2024
Prezident bir qrup sahibkarı təltif edib - Siyahı
13:42 / 27-04-2024
ANAMA əməkdaşı Şuşada minaya düşüb
12:45 / 27-04-2024
Laçının Sus kəndinə ilk köç olacaq - Fotolar
12:11 / 27-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
11:59 / 27-04-2024
Dünyanın ilk süni enerji adası tikilir
10:14 / 27-04-2024
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
09:27 / 27-04-2024
Britaniyanın lüks avtomobilləri Rusiyaya daşınır
08:18 / 27-04-2024
"Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - Fotolar
08:09 / 27-04-2024
Rusiyada azərbaycanlılarla taciklər arasında kütləvi dava: ölən və yaralananlar var
21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
09:21 / 24-04-2024
Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
09:19 / 24-04-2024
Azərbaycan Kuboku: bu gün finalçılar bəlli olacaq
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
13:21 / 24-04-2024
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
14:30 / 24-04-2024
İlham Əliyevlə Sadır Japarov görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənib)
00:11 / 24-04-2024
İrana qarşı sanksiya siyahısı genişləndirilib
21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
00:06 / 24-04-2024
Ukraynada partlayışlar baş verib
Azərbaycanın İKT layihələri beynəlxaq arenaya çıxır
Tarix: 07-11-2017 17:17 | Bölmə: Layihə / Xəbərlər
Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdrilməsi, yeni texnologiyaların cəmiyyətin bütün təbəqələri tərəfindən mənimsənilməsi üçün davamlı tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Hamı üçün İKT” sosial layihəsi əsasında ofis proqramlarından peşəkar istifadə üzrə ödənişsiz təlimlərə başlanılıb.
Təlimlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.
Mərkəzdən “Reytinq” qəzetinə verilən məlumata görə, ilk təlim oktyabrın 25-də Bakı şəhərinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunub. Onlayn formada keçən təlimə paytaxtla yanaşı, Mingəçevir şəhəri, Lənkəran, İmişli, Bərdə, Göyçay, Şamaxı və Qəbələ rayonlarının Elektron Hökumət Təlim-Tədris mərkəzləri də qoşulublar.
Məlumatda bildirilib ki, Azərbaycanda İKT-dən istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb, ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Qeyd olunub ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qarşıya qoyduğu hədəflərdən biri də bütövlükdə İKT-nin tətbiqinin asanlaşdırılması üçün bu texnologiyalara dair bilik və məlumatların geniş şəkildə əhaliyə çatdırılmasıdır.
Layihənin sonunda mənimsənilən biliklərin səviyyəsinə görə dinləyicilərə Bilik Fondu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları veriləcək.
Azərbaycanın startap ekosistemi Oksford Universitetində
Ən mühüm məqamlardan biri də odur ki, artıq Azərbaycanın İKT ilə bağlı həyata keçirdiyi layihələr, hazırlanan modellər beynəlxalq müstəviyə çıxıb. Qeyd etmək lazımdır ki, özümüzə məxsus modellərin bir sıra beynılxalq tədbirlərdə təqdim olunması və müsbət qarşılanması ölkədə İKT sahəsində həyata keçirilən tədbirlərin müsbət nəticəsidir.
Birləşmiş Krallığın Oksford Universitetində keçirilən “Rəqəmli İqtisadiyyatın İnkişaf Təsirləri” mövzusunda beynəlxalq tədqiqat qrupunun növbəti konfransında Azərbaycanın startap ekosistemi barədə məlumat verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Reytinq”ə verilən məlumatda bildirilib ki, Birləşmiş Krallığın İqtisadiyyat və Sosial Tədqiqatlar Şurasının maliyyə dəstəyi ilə Oksford İnternet İnstitutunun təşkil etdiyi konfransda rəqəmli iqtisadiyyatın inkişaf etməkdə olan ölkələrin inkişafına təsiri məsələləri müzakirə olunub. İkigünlük konfransda Azərbaycanda rəqəmli iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər də müzakirə edilib. Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov beynəlxalq tədqiqat qrupunun üzvü olaraq, konfransda geniş təqdimatla çıxış edib. Təqdimat ölkəmizin startap ekosisteminin inkişafı və dövlət-özəl qurumların tərəfdaşlığının bu inkişafa təsiri mövzusuna həsr edilib.
Nüfuzlu beynəlxalq universitetlərin professorlarının, beynəlxalq təşkilatların rəqəmli iqtisadiyyat üzrə ekspertlərinin, inkişaf etməkdə olan ölkələrin rəqəmli iqtisadiyyat üzrə aparıcı mütəxəssislərinin qatıldığı konfransda ölkəmizin rəqəmli iqtisadiyyatın inkişafı baxımından bir sıra inkişaf etməkdə olan dövlətlərdən irəlidə olduğu vurğulanıb.
Elektron imza təcrübəmizi BMT-də
Azərbaycanın elektron imza təcrübəsi BMT-nin toplantısında təqdim olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən “Elektron ticarət və rəqəmli iqtisadiyyat” üzrə hökumətlərarası ekspert qrupunun ilk iclası keçirilib. İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi də iştirak edib.
Ekspert qrupunun əsas məqsədi rəqəmli iqtisadiyyatın dünya ölkələri üzrə qeyri-bərabər inkişaf etdiyini nəzərə alaraq, elektron ticarətin imkanlarından faydalanmaqda və mövcud çətinliklərin aradan qaldırılmasında inkişaf etməkdə olan ölkələrə dəstək olmaqdır.
Müxtəlif beynəlxalq təşkilatların rəsmiləri ilə yanaşı, 70-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi hökumətlərarası ekspert qrupunun iclasında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hazırlanan “İnformasiya İqtisadiyyatı 2017” hesabatı təqdim olunub. İclasda inkişaf etməkdə olan ölkələrdə rəqabətədavamlı elektron ticarət və rəqəmli iqtisadiyyatın qurulması ilə bağlı ehtiyacların müəyyənləşdirilməsi, inkişaf etməkdə olan ölkələrin texnoloji infrastrukturunun yaxşılaşdırılması üçün görüləcək işlər, elektron ticarətin imkanlarından maksimum yararlanmaq və mövcud çətinliklərin aradan qaldırılması üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə tərəfdaşlıq formalarının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.
Sonra 2016-cı ildə UNCTAD tərəfindən təsis olunmuş beynəlxalq “www.etradeforall.org” platformasının inkişafına dair məlumat verilib. Bu platforma inkişaf etməkdə olan ölkələrə elektron ticarətin potensialından faydalanmağa imkan verir. Bu təşəbbüs vasitəsilə ölkələr potensial tərəfdaşlarla əlaqə qura, yeniliklər və elektron ticarət üzrə ən son məlumatları əldə edə bilərlər.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Azər Bayramov elektron ticarət və rəqəmli iqtisadiyyatın inkişafı üzrə Azərbaycan təcrübəsindən, elektron hökumətin, elektron xidmətlərin və Açıq Hökumət məlumatlarının elektron ticarətin inkişafında mühüm rolundan danışıb. Qeyd edilib ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri, mobil hökumətin və mobil imzanın geniş tətbiqi ölkəmizdə elektron ticarətin inkişafına mühüm təkan verəcək. Çıxışda ölkələrarası elektron ticarətin inkişafı üçün elektron imzaların qarşılıqlı tanınmasının əhəmiyyəti və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər barədə məlumat verilib. Elektron imzanın tətbiqi ilə bağlı Azərbaycan təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və uğurlu təcrübə kimi qeyd olunub.
“Asan İmza” beynəlxalq aləmə təqdim edilib
“Asan İmza” Kiyevdə keçirilən “PKI Forum UA–2017” IV Beynəlxalq forumunda təqdim edilib. “B.EST Solutions” şirkətindən bildirilib ki, Kiyev şəhərində “PKI Forum UA–2017” IV Beynəlxalq forumu keçirilib. Tədbir Ukraynanın Ədliyyə Nazirliyi, Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti və Elektron İdarəetmə Məsələləri üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil edilib. Forumun təşkilatçısı “İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları” Ümumukrayna Assosiyasiyası olub. “PKI Forum UA–2017”də işıqlandırılan əsas məsələlər elektron identifikasiyanın yeni xidmətləri və texnologiyaları, eləcə də elektron şəkildə inzibati və digər xidmətlərin təqdim edilməsi üçün elektron rəqəmsal imzanın (Mobile ID, Bank ID, Blockchain) tətbiqi perspektivlərinə həsr edilib. Elektron identifikasiya və etibarlı xidmətlərin təqdim edilmə sisteminin təhlükəsizliyi, standartlaşdırma və normativ-hüquqi bazanın vəziyyəti, texniki həllərin digər sistemlərlə əlaqəsinin mümkünlüyü və digər mövzular müzakirəyə çıxarılıb.
Azərbaycanda Mobile ID Konsorsiumunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan AZINNEX (Azerbaijan Consortium of Export Innovations) Konsorsiumunun üzvü, eləcə də “Asan İmza” mobil elektron imza xidmətinin operatoru hesab edilən “B.EST Solutions Azərbaycan” şirkətinin rəhbəri Yana Krimpe “Mobile ID – Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlərə təhlükəsizlik açarıdır” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edək ki, Yana Krimpe forumda ikinci dəfə iştirak edir.
“B.EST Solutions” şirkəti və “Asan İmza” komandası Azərbaycanın innovativ brendi sayılan “Asan İmza”nın müxtəlif ölkələrə ixracı istiqamətində intensiv işlər aparır. “Ümid edirik ki, “Asan İmza” əhalinin geniş təbəqəsinə elektron xidmətlərin göstərilməsi zamanı Ukraynanın nəinki innovativ identitentinə çevriləcək, eyni zamanda, Azərbaycanla Ukrayna arasında nəqliyyat-logistik marşrutların inkişafı, biznes-prosedurların ixracı və sadələşdirilməsi üçün yeni innovativ imkanlar yaradaraq ölkələrimiz arasında transsərhəd elektron xidmətlərin qurulması zamanı əsas əlaqələndirici element qismində çıxış edəcək”, - deyə Yana Krimpe qeyd edib.
Kriptoqrafik mühafizə sistemlərinin reallaşdırılmasında Ukrayna həmkarlarının peşəkarlığını yüksək qiymətləndirən Yana Krimpe yeni texnologiyaların reallaşdırılması və xüsusilə post-kvant kriptoqrafiyasının reallaşdırılması məsələsində yüksək texnoloji təcrübənin qarşılıqlı şəkildə zənginləşdirilməsi məsələlərində iki ölkə arasında əməkdaşlığın davam etdirilərək yeni perspektivlər açacağını vurğulayıb.
Forumda Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən “Azexport.az” portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla, innovativ Azərbaycanın son nailiyyətləri təqdim edilib.
Prezident sərəncamı və real nəticələr
Bu gün portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Yana Krimpe, eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq fərdiləşdirilmiş dövlət blokçeyn texnologiyasının necə reallaşacağını, bütün tranzaksiyaların harada log, imza və vaxt möhürünə malik olacaqlarını konfrans iştirakçılarına nümayiş etdirib. Vurğulanıb ki, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində “Azexport.az” portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Sərəncama əsasən, “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq.
Sərəncamın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənib. Əsasnaməyə görə, portaldan gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə, portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə reallaşdırılır.
Digər prosedurlar da “Asan İmza” gücləndirilmiş mobil elektron imza vasitəsilə həyata keçiriləcək. “mResidence” layihəsi konfrans iştirakçılarının xüsusi marağına səbəb olub. Bu layihə xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa, bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə imkan verir. Bu yaxınlarda istifadəyə verilən “AsanDoc.az” portalı sayəsində isə orada audentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” ilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə, portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilib, eləcə də özəl şirkətlərlə sənəd dövriyyəsi prosesi sadələşdirilib. “PKI Forum UA–2017”nin iştirakçılarına “Asan İmza” vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, “Elektron hökumət”, “Asan Ödəniş” portallarının və Azərbaycanın maliyyə sektorunun innovativ xidmətləri təqdim edilib.
Onu da vurğulamaq lazımdır ki, bütün bunlar göstərir ki, Azərbaycan İKT sahəsində qısa müddətdə həyata keçirdiyi islahatlar nəticəsində nəinki ölkədə müsir texnoligiyanın tətbiqinə nail olub, hətta öz modeli ilə dünya müstəvisinə çıxmağı da bacarıb. Bu da yaxın gələcəkdə Azərbaycanın İKT üzrə dünya ölkləri sırasında ön cərgədə olacağından xəbər verir.
Z.MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:02
Bu gün magistraturalara qəbul imtahanı olub - Yenilənib
Bu gün, 11:09
Ukraynaya məxsus 17 PUA vurulub
Dünən, 18:49
Abşeronda qətl törədilib
Dünən, 18:15
DİN: "Toplum TV”-nin əməkdaşı saxlanılmayıb"
Dünən, 15:53
Ali Məhkəmənin hakimi özünü öldürüb
Dünən, 12:45
Laçının Sus kəndinə ilk köç olacaq - Fotolar
Dünən, 10:14
Xankəndidə silah və sursatlar aşkarlanıb
26-04-2024, 18:08
Erməni deputatlar saxlanılıb
26-04-2024, 11:05
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib
26-04-2024, 09:51
"Yeni Klinika"nın mühafizə rəisi saxlanııb
26-04-2024, 09:27
Keçmiş icra başçısı mülk davasına başlayıb
26-04-2024, 08:47
Bayden Trampın məhkəməsini izləməyə vaxt tapmır
26-04-2024, 08:26
Ruslar ABŞ-a məxsus "Patriot" sistemini oğurlayır
26-04-2024, 07:32
Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar
25-04-2024, 18:02
Naxçıvanda fond sədri vəzifədən çıxarılıb
25-04-2024, 17:25
Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə edilib - Fotolar
25-04-2024, 14:29
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
25-04-2024, 12:39
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb
25-04-2024, 12:25
Bakıda üç məktəbin direktoru cəzalandırılıb
25-04-2024, 11:03
İordan çayının qərb sahilində gərginlik böyüyür
25-04-2024, 09:52
Xankəndidə yenə silah-sursat tapılıb
25-04-2024, 07:39
Tramp: “Bayden yəhudilərə nifrət edir”
25-04-2024, 07:34
Fransızların ardınca amerikalılar...
24-04-2024, 19:16
“Su-35”-lər "Patriot"-u aldada bilir
24-04-2024, 17:04
Keçmiş nazirin meyiti tapılıb
24-04-2024, 16:26
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
24-04-2024, 15:26
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
24-04-2024, 14:30
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
24-04-2024, 13:00
Prezident generalı təltif edib - Sərəncam
24-04-2024, 10:23
Xankəndidə yenə silah-sursat tapılıb
24-04-2024, 08:46
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
24-04-2024, 08:37
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
24-04-2024, 08:23
Pekin taykonavtların adını açıqlayıb
24-04-2024, 08:20
Argentina iranlı nazirin həbsini tələb edir
24-04-2024, 08:11
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
24-04-2024, 00:08
Britaniya döyüş təyyarələrini Polşaya göndərəcək
23-04-2024, 23:09
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23-04-2024, 18:05
Makron Zelenskiyə yalan vədlər verib
23-04-2024, 16:14
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
23-04-2024, 14:37
Astara sakini 51 kq narkotiklə tutulub
23-04-2024, 12:11
Əliyev Zelenskini COP29-a dəvət edib
23-04-2024, 11:10
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
23-04-2024, 10:04
Xankəndidə silah-sursat aşkarlanıb
23-04-2024, 09:54
Azərbaycan ərazisində zəlzələ olub
23-04-2024, 00:05
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
22-04-2024, 23:33
Sülhməramlılar Qarabağdan Ermənistana gedir
22-04-2024, 21:32
Ruslar Xarkovdakı teleqülləni dağıdıb - Foto
22-04-2024, 20:55
Əliyevlə Putin birgə nahar ediblər
22-04-2024, 15:08
Ukrayna daha 250 min şəxsi səfərbər etməlidir
22-06-2022, 12:01
Patrik Andrade "Qarabağ"dan ayrılıb
31-05-2021, 10:30
Ermənilər dövlət sərhəddində növbəti təxribat törədib?
11-01-2020, 17:00
Mərkəzi Seçki Komissiyası DSK-nın qərarını ləğv edib
27-01-2019, 21:02
Elektron elm üçün fundamental layihələr icra olunur - Foto
20-01-2019, 11:03
Müasir texnologiyaların tətbiqi daha da sürətlənir
12-01-2019, 18:12
“Qaynar xətt” vətəndaşların işini asanlaşdırıb
5-01-2019, 10:28
Bir mərkəzdə 46 elektron xidmət... - Fotolar
29-12-2018, 21:27
İKT sahəsində mühüm araşdırmalar aparılıb
22-12-2018, 21:39
İnnovativ və texnoloji yeniliklər…
15-12-2018, 22:52
İKT-yə investisiya qoyuluşu 69 faiz artıb
8-12-2018, 23:15
50-dən artıq startap...
30-11-2018, 07:12
İKT ilə bağlı yeni tədbir…
25-11-2018, 08:57
Elektron dövlət və E-elm... - Yeniliklər
19-11-2018, 09:46
Vətəndaşlara “şəxsi kabinet” hazırlanır
4-11-2018, 17:41
Elektron sənəd dövriyyəsi yeni mərhələyə qədəm qoyur
28-10-2018, 06:21
“Rəqəmsal hökumət”ə keçid başlayıb
20-10-2018, 20:14
Dövlət orqanlarında elektron xidmətlərin təşkili araşdırılır
15-10-2018, 01:12
İKT sektoru üzrə gəlirlər 1,2 milyard manata yüksəlib
7-10-2018, 06:54
“Azərbaycan kosmik sənayedə də mövqeyini ortaya qoyur”
29-09-2018, 14:26
Elektron ticarətin strategiyası hazırlanır
24-09-2018, 00:33
Elektron mediada təhlükəsizlik müzakirə olunub
16-09-2018, 11:19
İnformasiya ehtiyatları təkmilləşdirilir - Qaydalar
1-09-2018, 00:13
İKT sahəsində yeni layihələr reallaşdırılacaq
24-08-2018, 15:12
Müasir texnologiyaların tətbiqi genişlənir
13-08-2018, 10:12
Daha bir peykimiz orbitə hazırlanır
5-08-2018, 15:32
Ölkəmizdə elektron ticarət dövriyyəsi artır
30-07-2018, 13:35
İKT üçün yeni tədbirlər planı var
23-07-2018, 02:27
Müasir texnologiyalar daha da təkmilləşdirilir
14-07-2018, 14:01
“Elektron hökumət”ə müraciətlərin sayı 23 milyonu ötüb
7-07-2018, 22:21
Əmlakla bağlı elektronlaşma prosesi genişlənir - Yenilik
30-06-2018, 14:10
Müasir texnologiyalar biznes mühitini yaxşılaşdırır
23-06-2018, 10:45
İKT sahəsində elmi araşdırmalar davam etdirilir
11-06-2018, 01:03
Virtual məkan uşaqlar üçün təhlükəyə çevrilib - Ekspert
2-06-2018, 11:32
Elektron sənədləşmənin yeni mərhələsinə start verilib
26-05-2018, 21:57
İKT böyük şirkətləri bir araya gətirib
19-05-2018, 21:50
“Elektron dövlət” idarəçilik keyfiyyətini artıracaq
14-05-2018, 20:32
“Mobil elektron imza" layihəsinə start verilib
6-05-2018, 21:58
İnformasiya təhlükəsizliyi ilə bağlı yeniliklər edilir
28-04-2018, 10:46
Uşaqların zərərli informasiyalardan qorunması prioritetə çevrilib
23-04-2018, 23:28
Çətin relyefli ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi üçün yeni işlər görülür
16-04-2018, 19:59
Təhlükəsizlik Mərkəzi Azərbaycanın virtual sərhədlərini necə qoruyur?
8-04-2018, 12:25
Elektron media və sosial şəbəkələrin problemi – Ekspertlər
31-03-2018, 06:58
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
17-03-2018, 08:46
İKT üzrə yeni tədqiqatlar aparılır
11-03-2018, 09:23
“Azerspace-1”in 25-dən çox ölkədə müştəri bazası var
3-03-2018, 09:32
Elektron arayışların tətbiqi...
25-02-2018, 11:06
Şagird qəbulunun elektronlaşdırılması valideynlərin işini asanlaşdırıb
12-02-2018, 22:01
Təhsildə müasir texnologiyaların tətbiqinə yeni imkanlar yaranır