18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Metyu Brayza: “Makronun bəyanatı şokedici idi” - Müsahibə
Tarix: 02-10-2020 13:27 | Bölmə: Müsahibə / Slayd

Minsk qrupunun sabiq həmsədri: “Əvvəlcə, ona görə ki, bunu deyən Minsk qrupu həmsədri olan ölkənin lideridir. O, leqal vəziyyəti bilməlidir. Leqal olan isə odur ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza Fransa prezidenti Makronun tamamilə ədalətsiz və qəzəb doğuracaq bəyanatı ilə bağlı APA-ya müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Cənab Brayza, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırkı hərbi-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Görünür, baş nazir Paşinyan həmsədrlərin və əlbəttə ki, Azərbaycan və Ermənistan liderlərinin müzakirə etdiyi Madrid prinsiplərindən və uzun illərdir müzakirə edilən bütün digər məqamlardan uzaqlaşdığı üçün təzyiqə məruz qalır. O, çox provokativ addımlar atmağa başlamışdı və bunu hamımız bilirik. Məsələn, o, “Dağlıq Qarabağ Ermənistandır”, “bizim tamam yeni yanaşmaya ehtiyacımız var” kimi cümlələr işlətmişdi, Madrid prinsiplərinin artıq keçərli olmadığını demişdi. Daha sonra biz qondarma Dağlıq Qarabağ “prezidentinin” ofisini Şuşaya köçürməsi kimi addımları gördük, onlar “parlamentin” də Şuşaya köçürüləcəyini elan etdilər.
Keçmişdə prezident İlham Əliyevlə bu məsələ ilə bağlı uzun müzakirələr aparmış biri kimi deyə bilərəm ki, İlham Əliyevin bir neçə həftə öncə - 15 sentyabrdakı çıxışında da dediyi kimi, bu müzakirələr artıq mənasız idi. Bu isə o anlama gəlir ki, itirilmiş əraziləri geri qaytarmaq Azərbaycanın hökumətinin borcudur. Mən dəqiq deyə bilmərəm ki, hərbi əməliyyatları ilk hansı tərəf başlayıb, amma bilirdim ki, hər iki tərəf iyul ayındakı qarşıdurmadan etibarən ağır hərbi texnikanı təmas xəttinə yığırdı. Mənim qənaətim budur ki, davam edən hərbi əməliyyatlarda Azərbaycan bir sıra əraziləri bənzəri görünməmiş şəkildə geri qaytararaq, Ermənistanın Dağlıq Qarabağa tədarükünü potensial olaraq çox çətinləşdirib. Beləliklə, bunlar çox ciddi hərbi nailiyyətlər kimi görünür.
- Necə düşünürsünüz, 2016-cı ilin aprel döyüşləri ilə müqayisədə hazırkı hərbi əməliyyatların əsas fərqləri nələrdir?
- Bu əməliyyatlar daha böyük miqyaslıdır. Ağır silahlardan bənzəri görünməmiş bir şəkildə istifadə edilir. Düşünürəm ki, digər fərq PUA-lardan istifadədir. Mən görüntüləri izləmişəm, ona görə də bu dəfə fərqli olduğunu deyə bilərəm. Digər fərqli bir məqam isə budur ki, görünür, Azərbaycan qoşunları əks-hücumu davam etdirəcək və deyəsən spesifik məqsədi var. Budəfəki hərbi əməliyyatlar nə qədər davam edəcəyi bilinməyən atışmalardan fərqlidir. Əlbəttə, 2016-cı ilin aprelində də önəmli Lələtəpə yüksəkliyini geri almışdı. Amma bu dəfə görünür ki, əməliyyat bir sıra ərazilərin geri qaytarılmasına hədəflənib.
Mənim sosial mediada gördüyüm daha bir məqam isə bu idi ki, hərbi təlimləri olmadığını deyən gənc ermənilər şəhərdə gəzişərkən polis tərəfindən toplanılır və birbaşa ön cəbhəyə göndərilirlər. Lakin onların heç bir hərbi təlimləri yoxdur, silahları yoxdur, onlar dəhşətə düşmüş görünürlər. Bu mənə onu deməyə əsas verir ki, Ermənistan döyüşü davam etdirmək üçün kifayət qədər qüvvəsinin olmamasından narahatdır. Bu da təbii ki, aprel döyüşlərindən fərqli situasiyadır. Sonuncu fərq isə iki amildən ibarətdir. Bunlardan birincisi Türkiyənin nümayişkaranə şəkildə Azərbaycanı dəstəkləməsi, digəri isə Rusiyanın neytrallığıdır.
- Azərbaycan budəfəki hərbi əməliyyatları sülhə məcburetmə adlandırır. Bununla bağlı nə deyə bilərsiniz?
- Mənim tam olaraq niyə belə adlandırmasına dair fikrim yoxdur, ola bilsin ona görə belə adlandırılır ki, Azərbaycan xalqı hiss edir ki, həqiqi daxili, uzunmüddətli hərbi-siyasi sülh Azərbaycanın öz ərazilərinin ondan alındığı bir müddətdə və ya başqası tərəfindən işğal edildiyi bir müddətdə heç vaxt mümkün olmayacaq. Ola bilsin ki, bu anlamda əməliyyatlar bu cür adlandırılır. Mənim sözlərin istifadəsi, söz seçimi baxımından maraqlı hesab etdiyim digər maraqlı məqamı diqqətinizə çatdırım. Mən bu gün ABŞ Konqresinin erməni diasporunun güclü olduğu Kaliforniya ştatından olan üzvlərinin təşəbbüsü ilə hazırlanmış Azərbaycanı qınayan bəyanatını gördüm. Bu bəyanatda onlar Azərbaycanı aqressiv adlandırırdılar, amma qeyri-leqal adlandırmırlar. Çünki öz ərazilərini geri qaytarmaq qanunla da təsdiq olunur.
- Necə düşünürsünüz, hərb meydanındakı uğurları danışıqlar bərpa ediləcəyi təqdirdə Azərbaycanın mövqeyinə necə təsir edəcək?
- Bu dəqiqə bu barədə danışmaq mümkün deyil. Çünki Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları Ermənistanı da əks-hücum etməyə məcbur edir. Mən düşünürəm ki, Paşinyan Azərbaycan öz ərazilərini tam geri qaytaracağı təqdirdə daha zəif çıxacaq və bilmək olmaz, bəlkə də siyasi baxımdan əziyyət çəkəcək. Ona görə də sual budur ki, Ermənistan ordusu nə qədər güclüdür və Rusiya müdaxilə edərək yardım edəcəkmi? Mənim qənaətim budur ki, etməyəcək. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq bilir ki, döyüşlər Azərbaycanın ərazisində aparılır. Ona görə də Azərbaycan, məsələn, Füzuli və Cəbrayıl rayonlarını qaytarır və dayanır - əlbəttə ki, bu mənim biləcəyim iş deyil - burada möhkəmlənir, onda bu Azərbaycanın mövqeyində dramatik dəyişiklik yaradacaq. Bu zaman Azərbaycanın əlində saxladığı ərazilərinin xəritəsi dəyişir və bu, Azərbaycana danışıqlar zamanı daha güclü mövqe verir.
Onu da deyim ki, müzakirələr yenə olacaq. 19-cu əsrin məşhur hərbi siyasi fiqurlarından olan Karl fon Klauzevitsin belə bir deyimi var: “Müharibə siyasətin başqa vasitələrlə davamıdır”. Lenin isə bunu tərsinə çevirərək demişdi ki, siyasət müharibənin başqa vasitələrlə davamıdır. Məncə fon Klauzevits haqlıdır. Ona görə də yeni siyasi mərhələ olacaq və hərbi mərhələ sadəcə olaraq danışıqların növbəti raunduna hazırlıqdır. Diplomatiya bu cür işləyir. Güc təhlükəsi reallıqda diplomatik alətdir.
- Ötən gün Fransa prezidenti Emmanuel Makron Latviyaya səfəri zamanı belə bir ifadə işlətdi ki, Türkiyənin ritorikası Azərbaycanı Dağlıq Qarabağı yenidən “işğal etməyə” cəsarətləndirir. Minsk qrupunun həmsədri olan bir ölkənin liderinin belə bir bəyanat verməsini necə şərh edirsiniz?
- Bu bəyanat şokedici idi. Əvvəlcə, ona görə ki, qeyd etdiyiniz kimi, bunu deyən Minsk qrupu həmsədri olan ölkənin lideridir. O, leqal vəziyyəti bilməlidir. Leqal olan isə odur ki, bura Azərbaycanın ərazisidir. İkincisi də ona görə ki, o canişin kimi, imperiya dərəbəyi kimi danışdı. Sanki Azərbaycan öz qərarlarını verə bilmir. Sanki Azərbaycan əks-hücum üçün suveren qərar qəbul edə bilmir və mütləq Türkiyə tərəfindən cəsarətləndirilməli və ya dəstəklənməlidir. Bu, həqiqətən də təkəbbürlülükdür. Mən düşünmürəm ki, bu doğrudur. Amma mən əminəm ki, Azərbaycanda hamı Türkiyənin dəstəyinə görə sevinir, lakin bilirsiniz ki, Azərbaycan öz qərarlarını özü verə bilir.
- Yəni siz düşünürsünüz ki, Makron münaqişənin leqal bazasını bilmədən belə bir ifadə işlədib?
- Mən onu deyirəm ki, onun belə deməsi məni şok etdi, çünki o, leqal konteksti bilməli idi. Digər faktor isə budur ki, o, prezident Ərdoğanla bir ildən çoxdur ki, çox mənfur siyasi mübarizəsini davam etdirir. Yəqin xatırlayırsınız, prezident Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında ötən ilin avqustunda müzakirələr olmuşdu, Tramp Suriyanın şimalında Türkiyə hərbçilərinin hərəkətinə etiraz etməmişdi. Bu zaman isə Makron bildirdi ki, Türkiyə NATO müttəfiqi kimi davranmır. Makron Ərdoğana bütün Suriya və Liviya savaşları boyunca hücumlar etməkdədir. Bildiyimiz kimi, Liviyada Fransa açıq şəkildə Haftarı dəstəkləyir, Türkiyə isə BMT-nin tanıdığı leqal hökumətin yanındadır. Makronun bəyanatlarına görə məndə təəssüf hissi yaradan digər məqam isə budur ki, Türkiyə yeganə qərb ölkəsi, yeganə ölkədir ki, öz əsgərlərini İdlibdə döyüş meydanına göndərdi və Rusiya və Suriya rejiminin dayandırmaq üçün mübarizə apardı. Beləcə, yəqin ki, yüz minlərlə mülki şəxsin həyatını xilas etdi. Bu zaman dronlar və s. də daxil olmaqla çox inteqrasiya olunmuş hərbi taktikalardan istifadə edirdi. Bunun üçün NATO sevinməlidir. Bu insanların həyatını xilas etdiyinə görə, Makron əslində Türkiyəyə təşəkkür etməlidir. Əvəzində isə siyasi səbəblərə görə Türkiyəyə hücum edir, hazırda da bu hücumlar Azərbaycana yönəlik şəkildə davam edir.
- Cənab Brayza, ortada BMT-nin icra edilməmiş 4 qətnaməsi var. Niyə bu gün heç kim bu qətnamələr barədə danışmaq istəmir?
- İnsanlar danışırlar. Mən çox sevinirəm ki, bu gün ilk dəfə “CNN İnternational”da, BBC-də, “Al Jazera”da xəbərlər gördüm və burada Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu deyilirdi, onlar BMT-nin qətnamələri barədə danışırdılar. Əlbəttə, bu qətnamələr haqqında sadəcə danışmaq kifayət deyil, amma bu, bir başlanğıcdır. Bu göstərir ki, Azərbaycan indi diplomatiyasında düzgün hərəkət edir və hərbi cəhətdən qədərindən artıq hərəkətlərə yol verməsə, Qərbdə erməni lobbiçiliyi tərəfindən formalaşdırılan ənənəvi birtərəfli baxışı dəyişdirə bilər.
- Mənim suallarım bitdi. Bu məsələ ilə əlaqədar soruşmadığım, amma demək istədiyiniz başqa bir sözünüz varmı?
- Mən hamı üçün dua edirəm. Qoy bu döyüşlər tezliklə başa çatsın. Bundan sonra diplomatik fəaliyyətə qayıdılacaq. Ümid edirəm ki, hər iki tərəf 2009-cu ilin yanvarındakı və iyulundakı “Madrid prinsipləri”nə, razılaşmalara qayıtmaq kimi bir müdriklik göstərəcək. Çünki bu yeganə məntiqli həll yoludur. Çünki bütün digər versiyalar yoxlanılıb və ya Azərbaycan, ya da Ermənistan tərəfi üçün məqbul olmayıb. Baş nazir Paşinyan “Madrid prinsipləri”nə geri qayıtmalıdır.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər