18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Hikmət Hacızadə: “Rusiyanın Qarabağa sülhməramlı qüvvə yerləşdirməsinə imkan verməməliyik” - Müsahibə
Tarix: 15-10-2020 17:09 | Bölmə: Müsahibə / Slayd

Azərbaycanın Rusiyadakı sabiq səfiri: “Mən Rusiya tərəfinin tərəfsizliyini müşahidə etmirəm. Onların danışıq ritorikası durmadan sərtləşir. Dedikləri də budur ki, dayanın, qurtarın. Bu, əlbəttə, bizim üçün yaxşı hal deyil”
Artıq 18 gündür Azərbaycan Ordusu öz ərazilərində əks-hücuma başlayıb və anti-terror əməliyyatı keçirir. Bu müddətdə Azərbaycanın haqq işini dəstəkləyənlərlə yanaşı, erməni lobbisinin təsirinə məruz qalıb işğalçılarla mübarizəni pisləyən dövlətlər də var.
Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə Dağlıq Qarabağ və ətraf rayonlardakı hərbi əməliyyatlardan danışarkən Reyting.az deyib ki, bu məsələdə Rusiyanın da tərəfsizliyini müşahidə etmir:
- Azərbaycan Ordusu irəliləyir, sübut edilən hərbi uğurlar var. Biz buna çox sevinirik. Buna proses kimi baxmaq lazımdır.
Digər tərəfdən, dünyada ermənilərin qaldırdığı vay-şüvən də bizi qane edə bilməz. Fransadan, Amerikadan, Rusiyadan çağırışlar gəlir ki, “atəşkəs lazımdır, bu məsələ hərbi yolla həll olunmayacaq, gəlin müzakirələr aparaq”. Rusiya Xarici işlər naziri Sergey Lavrov bu mövzuda bir neçə dəfə danışıb, amma xeyri olmadı. Hətta dünən məlumat yayıldı ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu zəng edib. Anlamıram ki, bunlar nə etmək istəyir, məqsədləri nədir? Azərbaycan öz ərazisində əməliyyat keçirir və bu, legitimdir.
Kənar müdaxilələr məni bir qədər narahat edir. Əslində bizim arxamızda yalnız Türkiyə var, bizə dəstəyini ifadə edir.
Sözsüz ki, başqa dost ölkələr də var və sözlərini deyirlər. Amma real kömək yoxdur.
Ukrayna və Pakistanı da qeyd etmək olar.
Təəssüflər olsun ki, Qərb ölkələrindən, Avropadan, Rusiyadan belə dəstək görmürük, əksinə, onlar deyirlər ki, dayanın, danışıqlara başlayın. Məncə, mənzərə bu cürdür.
- Əslində Qərb ölkələrinin regiona təsir imkanları yoxdur. Daha çox təsir imkanı Rusiyaya məxsusdur, amma Rusiya da hələ ki, rəsmi şəkildə tərəfsizliyini saxlayır. Rusiya bundan sonra hansı addımı ata bilər?
- Mən Rusiya tərəfinin tərəfsizliyini müşahidə etmirəm. Onların danışıq ritorikası durmadan sərtləşir. Dedikləri də budur ki, dayanın, qurtarın. Bu, əlbəttə, bizim üçün yaxşı hal deyil.
Hesab edirəm ki, Rusiyanın imkanları çoxdur. Amma mən bilmirəm ki, Rusiya-Türkiyə arasında danışıqlar olubmu, olubsa, hansı məsələ müzakirə edilib. Biz bunu bilmirik. Əgər danışıq olubsa, bu, çox müsbət haldır. Yəni “siz də qarışmayın, biz də qarışmırıq” və ya “siz qarışsanız, biz də qarışacağıq”,- formatında. Əgər belə razılaşma varsa, çox əla. Yox, danışıqlar olmayıbsa, məsələ çətinləşəcək.
Rusların imkanları çoxdur. Ən azı başlayacaq Ermənistana silah-sursat verməyə, hərbi mütəxəssislər göndərməyə və s. Ruslar bu fəaliyyətlə məşğul ola bilər. Hesab edirəm ki, hələ bu təhlükə yoxdur, amma gözləmək lazımdır. Bu mənada işləri ehtiyatlı tutmalıyıq.
- Ancaq müharibə başlayandan bir neçə gün sonra Rusiya lideri Vladimir Putin elan etdi ki, müharibə Azərbaycan ərazisində gedir və Ermənistan ərazisində müharibə getsə, onlar öhdəliklərini yerinə yetirməyə hazırdırlar...
- Bəli, belə açıqlama olmuşdu. Mənim qənaətimə görə, artıq siz dediyiniz mərhələ başa çatıb. İndi yeni mərhələ başlayır. Və durmadan “sülh”, “danışıqlar”, “dayanın”,- deyirlər.
- Atəşkəs imzalandı və erməni tərəfi bir gün sonra Gəncə şəhərinə raket zərbəsi endirdi...
- Bəli, haqlısınız. Amma təəssüflər olsun ki, bu reallıq Moskvanın dediklərinə təsir etmir. Ruslar deyirlər ki, siz bir-birinizlə vuruşmayın, barışın. Kim müqəssirdir, günah kimdədir, birinci kim başlayıb, onlara görə bunun əhəmiyyəti yoxdur. Elə deyirlər ki, müharibə aparmayın, sülh masasında əyləşib danışıqlara başlayın və ya Moskvada əldə olunan humanitar atəşkəsə riayət edin. Mən Rusiyanın mövqeyini belə qiymətləndirirəm.
Yeri gəlmişkən, ötən gün Sergey Lavrov əraziyə sülhməramlı qüvvələrin gəlməsinə işarə edirdi. Ruslar öncədən bunu istəyir, bunun üçün çalışırdılar. Hesab edirəm ki, bu hal bizim üçün uyğun deyil və ona imkan vermək olmaz. Hətta sülhməramlı qüvvələr olmasa da, müşahidəçilərinin gəlməsini istəyir. Onların ideyası Ermənistan və Azərbaycan arasına sülhməramlı adı altında hərbçilərini yerləşdirmək və hər iki ölkəyə təsir imkanlarını gücləndirməkdir. Əlbəttə, biz bunu vurğulamalı və buna imkan verməməliyik. İctimaiyyət, cəmiyyət bu barədə danışmalı, media yazmalıdır.
- Azərbaycan Rusiya başda olmaqla Avropa və Qərbin bu təzyiqlərinə nə qədər tab gətirə bilər?
- Bunu deyə bilmərəm. Hesab edirəm ki, bu məsələ həm də qardaş Türkiyədən asılıdır. Türkiyənin hara qədər bizi müdafiə edəcəyini hadisələrin inkişafı ilə birlikdə görəcəyik. Hər halda bizə vaxt qazanmaq və cəbhədə işlərimizi irəli aparmaq daha vacibdir.
- Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, vəziyyət ağırdır, ciddi itkilər var və erməni ordusu cəbhənin şimal və cənub istiqamətlərində geri çəkilməyə məcbur olub. Siz, bu konteksdə Ermənistanın vəziyyətini necə qiymətləndirirsiniz?
- Ermənistanda vəziyyət sözsüz ki, ağırdır, ehtiyatları da tükənmək istiqamətində gedir. Amma onların təslim olacağı hələlik görünmür. Paşinyan da son çıxışında bəyan edib ki, sona qədər müharibə aparacaqlar. Üstəlik, erməni ordusunun cəbhənin şimal və cənub istiqamətində geri çəkilməsi Ermənistanda deyil, Qarabağda baş verir. Əlbəttə, bunlar Qarabağı özlərininki hesab edirlər. Amma ciddi zərbə alsalar da, hələlik tab gətirirlər.
Ola bilsin ki, Paşinyan bu sözləri deyəndə öz ictimaiyyətinə hansısa siqnallar verir, demək istəyir ki, bəlkə bu müharibəni qurtaraq, əyləşib danışaq. Məna həm də bu ola bilər. Məncə, bir az gözləmək lazımdır.
- Nikol Paşinyanla Rusiya arasında müttəfiqlik görürsünüzmü?
- Əslində Rusiyada Nikol Paşinyanı sevmirlər, onu arzu etmirlər və həm də onu dəyişmək istəyirlər. Bu mənada Rusiya-Ermənistan müttəfiqliyi var, Paşinyan-Rusiya müttəfiqliyi isə yoxdur.
Hərbi əməliyyatın birinci mərhələsində Vladimir Putin prosesə qarışmırdı, amma indi oradan səslər güclənir. Bir növ Paşinyanı istəmirlər, amma Ermənistanı da əldən buraxmaq niyyətində deyillər. Bəlkə də çalışıb imkan verməyəcəklər ki, biz onları sona qədər əzək.
- Bu halda biz nə etməliyik?
- Hesab edirəm ki, ordumuz mümkün qədər irəliyə getməlidir. Başqa yolumuz yoxdur. Nə qədər çox ərazi azad etsək, bizim üçün bir o qədər yaxşıdır...
- Və sonda yenə danışıqlar masası olacaq?
- Bütün münaqişələrin sonunda danışıqlar masası, diplomatiya olur. Fikrimcə, biz nə qədər çox ərazimizi işğaldan azad etsək, irəliləsək, danışıqlar masasında bir o qədər güclü tərəf olacağıq. Yəni danışıqlara artıq yeni xətdən başlayacağıq. Bu baxır bizim neçə rayonu azad edəcəyimizə, Dağlıq Qarabağ istiqamətində nə qədər irəliləyəcəyimizə. Bunlardan çox şey asılıdır. Amma mümkün qədər irəli getmək lazımdır. Bir də gördünüz dünya birləşib deyir ki, amandır, qoymayın xristianları “qırırlar”. Bax, o ana qədər biz irəliləməliyik.
- İşğal altında qalan və danışıqlar masasında ermənilərin bizə qarşı istifadə etdiyi ətraf rayonları götürmək diplomatiya baxımından sərfəlidir, yoxsa Dağlıq Qarabağın inzibati ərazilərini?
- Təbii ki, Dağlıq Qarabağ ərazilərini. Biz bu istiqamətdə nə qədər çox irəliləsək, bir o qədər yaxşıdır. Yox, əgər yalnız ətraf rayonları azad etsək, bu zaman Dağlıq Qarabağ toxunulmaz qalır və danışıqlar prosesi başlayır. Erməni tərəfi də başlayır özünü lovğa aparmağa. Amma biz Dağlıq Qarabağdan nə qədər çox torpağımızı işğaldan azad etsək, ermənilər elə danışıqlar masasında sakitcə oturacaqlar. Daha lovğalıqdan əsər-əlamət olmayacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər