21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Deputat: “Rusiya və digərlərində qıcıq doğuran odur ki, Türkiyə niyə böyük heyətlə gəlir” - Müsahibə
Tarix: 20-11-2020 11:25 | Bölmə: Müsahibə / Slayd

Tahir Kərimli: “Türkiyə ölkəmizə havadan və qurudan nəzarəti həyata keçirmək üçün tələb olunan sayda qüvvə ilə gələcək. Nə qədər qısqansalar da, əsas odur ki, Türkiyə hərbçiləri Qafqaza daxil olacaq”
Azərbaycan Ordusu işğalçı Ermənistanı acınacaqlı vəziyyətlə üzləşdirdikdən sonra üç ölkə arasında imzalanmış bəyanat nəticəsində həm Rusiya sülhməramlılarının, həm də Türkiyə hərbçilərinin ölkəmizin ərazisinə daxil olmasına qərar verildi. Rus sülhməramlıları artıq Qarabağda fəaliyyətə başlayıb, Türkiyə hərbçilərinin də tezliklə gələcəyi gözlənilir.
Ali Məhkəmənin sabiq sədri, Vəhdət Partiyasının rəhbəri, Milli Məclisin deputatı Tahir Kərimli Reyting.az-a müsahibəsində deyib ki, rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini qənaətbəxş sayır, Türkiyə hərbçilərinin gəlişini isə yüksək qiymətləndirir.
- Tahir bəy, müharibə bitdi. Sizə görə, nəticələr nədən ibarətdir?
- Lenin məşhur bir fikri var. Deyir ki, bir çəlləng balı bir qaşıq qatqı ilə zəhərə çevirmək mümkündür.
Bilirsinizmi, çox böyük qələbə əldə edilib. Baxın, biz, bir zamanlar bir kəndin işğaldan azad edilməsi həsrəti ilə yaşamışıq. İndi rayonlarımız hərbi və siyasi yollarla geri qaytarılıb, bəziləri dekabrın 1-nə qədər qaytarılacaq. Belə bir atmosferdə Rusiya sülhməramlıların götür-qoy edilməsi sanki yuxarıda dediyim kimi, balı zəhərləmək cəhdidir. Mən anlayıram, bu məsələlər aktualdır, kimlərsə narahat ola bilər. Amma mənim arzum budur ki, vətəndaşlarımız dövlətimizə, Ali Baş Komandana güvənsin.
Baxın, biz arzusunda olduğumuz torpaqlarımızı azad etmişik. Bu bizim tarixi qələbəmizdir. Son 100 illiklərdə belə qələbəmiz olmayıb, həmişə torpaqları itirə-itirə gəlmişik.
Biz nə istəyirdik? Qələbə, torpaqlarımızın geri qaytarılmasını. Torpaqlarımız da, şükürlər olsun ki, geri qaytarılıb. Bu, böyük hadisədir.
- Xarici diplomatlar Dağlıq Qarabağın statusuna dair müxtəlif fikirlər səsləndirir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Cənab Prezident açıq deyir ki, kimin nə deməsinə baxmayaraq heç bir status olmayacaq. Bizimlə yaşamaq istəyində olan ermənilər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib yaşasınlar, qəbul etməyənlərə bu dövlətdə yer yoxdur. Başqa cür ola bilməz! Həm də belə məsələlərdə başqa dövlətlərə inanmaq olmaz.
Həmçinin biz nəzərə almalıyıq ki, siyasət - mümkün olanları əldə etmək sənətidir. Biz Rusiya, ABŞ və ya Almaniya kimi nəhəng dövlət deyilik ki, hamıya ultimatum verək. Əlbəttə, elə hallar ola bilər ki, bu, bizim iradəmizdən kənar baş versin. Bu kimi hallarda güzəştə getməyimiz lazım olur. Açığı, biz, son 44 gündə böyük uğur əldə etmişik, ən azı 95 faiz qələbə qazanmışıq. Rus sülhməramlıları da Qarabağda müvəqqətidir.
- Hesab edirsiniz ki, rus qoşunlarının Qarabağda olması müvəqqəti xarakter daşıyır?
- Bəli, mən hesab edirəm ki, müvəqqətidir. Digər tərəfdən, bu məqamda rus sülhməramlıları bir sıra aspektlərdə müsbət rol oynayır. İndi tamamilə Azərbaycan əleyhinə bəyanat verən Fransa və Amerikanın qarşısında Rusiya dayanır. Həm də indi Minski qrupunun həmsədr ölkələrindən Azərbaycanın mövqeyinə ən yaxını Rusiyadır. Çünki açıq elan edir ki, Qarabağ Azərbaycan ərazisidir və biz bura müdaxilə edə bilməzdik.
İkincisi, rus sülhməramlıları erməni qoşunlarını işğaldakı ərazilərdən çıxarır. Və bölgəyə bir nəfərdə olsun əlisilahlı şəxs buraxmır. Bölgəyə yalnız mülki insanların girişinə icazə verir.
Rusiyanın mövqeyi belədir ki, gələcəkdə danışıqlar olarsa, status məsələsi müzakirəyə çıxarıla bilər. Amma biz indidən bunu istisna edirik.
Erməni işğalçıları son 30 il ərzində başımıza müsibətlər gətirib, torpaqlarımızda at oynadıb. İndi onların torpaqlarımızdan çıxarılması, ərazilərimizin bütövləşməsi prosesi gedir və bu, tarixi qələbəmizdir. Ona görə də mən tövsiyə edirəm ki, bizim bir çəlləng balımıza bir qaşıq zəhər qatmasınlar.
- Türkiyənin bu poseslərdə fəaliyyətini necə qiymətləndirirsiniz? Bu ölkənin Azərbaycana hərbçi göndərməsini doğru addım sayırsınızmı?
- Aldığım məlumata görə, ötən gün Fransa və ABŞ nümayəndələri Rusiya Xarici İşlər Nazirliyindən çıxmayıblar. Onların etirazlarından biri də Rusiyanın Türkiyə hərbçilərinin bölgəyə daxil olmasına imkan verməsi ilə bağlı olub. Hər halda Türkiyə Rusiya qədər olmasa da, əsas uduş odur ki, Monitorinq Mərkəzində fəal iştirak edəcək və bu məsələ artıq qətiləşib. Türkiyənin kontingenti gələcək. İndi Rusiya və digərlərində qıcıq doğuran odur ki, yaxşı, monitorinqi 20-30 hərbçi apara bilərsə, Türkiyə niyə böyük heyətlə gəlir. Amma bu, Azərbaycanın suveren hüququdur. Biz istənilən dövləti BMT Nimamnaməsinə uyğun olaraq öz ərazimizə dəvət edə bilərik. Onları da harada yerləşdirəcəyimiz öz işimizdir.
Türkiyə heç vaxt bizi atmayıb, əksinə, təbii müttəfiqimizdir və daima yanımızda olub. Biz də qarşılıqlı olaraq onları istəyirik.
Təbii ki, Türkiyənin Qafqaza gəlişi kimlərdəsə narazılıq yaradır. Açığını deyim, xaricdə belə fikir var ki, türklər bununla kifayətlənməyəcəklər və daha irəli gedəcəklər. Qoy getsinlər, bu bizim xeyrimizədir. Türk bizi özündən bilir, biz eyni insanlarıq. Hesab edirəm ki, Türkiyənin bölgədə rolu getdikcə artacaq. Bir sözlə, bu, Azərbaycanın dirilişidir, başlanğıcdır.
- Azərbaycana hansı sayda türk hərbçisi gələcək?
- Monitorinq Mərkəzində yəqin ki, məhdud sayda olacaq. Tam bilinmir. Türkiyə Prezident Aparatının parlamentə göndərdiyi və qəbul edilən layihədə bu məsələ Türkiyə prezidentinin səlahiyyətinə verilib. Yəni Türkiyə prezidenti məqbul saydığı sayda hərbçi göndərə bilər.
Türk qoşunlarının burada iştirakı Azərbaycanın maraqlarından irəli gəlir. Üstəlik, bu, Türkiyə və Azərbaycan arasındakı hərbi müqavilələrdən də irəli gəlir. Başqa sözlə, biz monitorinq fəaliyyətindən kənarda əlavə qüvvə tələb edə bilərik. Əlbəttə, gizlətmək də lazım deyil. Türk ordusu nə qədər çox olsa, bir o qədər yaxşıdır. Türklər ən yüksək səviyyədə monitorinq həyata keçirəcəklər.
44 günlük müharibə zamanı da gördük ki, türk dronları dünya hərb sənayesinin ən müasir avadanlığıdır. Odur ki, Türkiyə ölkəmizə havadan və qurudan nəzarəti həyata keçirmək üçün tələb olunan sayda qüvvə ilə gələcək. Nə qədər qısqansalar da, əsas odur ki, Türkiyə hərbçiləri Qafqaza daxil olacaq.
- Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı sənəd əslində siyasi bəyannamədir, yəni hüquqi sənəd deyil. Bu mənada siz hüquqşünas kimi necə düşünürsünüz, əlavə sənədlərin imzalanması gözlənilirmi?
- Əlbəttə, bu sülh sazişi deyil. Əgər sülh sazişi olsaydı Konstitusiyamızın 95-ci maddəsinin 17-ci bəndinə əsasən Azərbaycan parlamentində müzakirə olunardı. 10 noyabr sənədi sadəcə, tərəflərin öz üzərlərinə götürdüyü, xüsusilə, Ermənistanın qəbul etdiyi öhdəliklərdir. Yəqin ki, gələcəkdə başqa sənədlər də qəbul oluna bilər. Amma Azərbaycanın əsas marağı odur ki, işğalçılar dekabrın 1-nə qədər rədd olub torpaqlarımızdan çıxsınlar. Bundan sonra biz, təzminat məsələsinin üzərinə düşəcəyik. Daha dəqiqi, törədilən hərbi cinayətlərə, vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə Ermənistanın məsuliyyətə cəlbinə nail olmağa çalışacağıq.
- Siz, Azərbaycanın Ermənistan üzərinə təzminat qoya biləcəyini mümkün sayırsınız?
- Əlbəttə, mümkün sayıram. Dünya ermənin tərəfində olsa belə, beynəlxalq hüquq sistemi var. Eləcədə Azərbaycan Mülki Məcəlləsinin 21-ci maddəsi var, Cinayət Məcəlləsində müvafiq maddə, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin plenumlarının qərarları var. Hansı ki, bunlar kompensasiya və təzminat məsələlərini müəyyən edir. Eyni zamanda beynəlxalq hüququn Haaqa konvensiyaları var. Bu konvensiyalar müharibə cinayətlərinə görə, bizim təzminat hüququmuzu təsdiq edir. Cenevrə konvensiyaları və ona əlavə olunan protokollar da bunu mümkün sayır. Nəhayət, təcavüzkarlığın müəyyən edilməsi və təzminat, kompensasiya məsələlərinə dair BMT qərarları var. Bir də Küveyt-İraq məsələlərində, Almaniya ilə bağlı təzminat beynəlxalq hüquqda da təsbit olunub. Hətta bəzi yerlərdə buna görə ərazi iddiaları qaldırılıb. Məsələn, Potsdam Sülh Konfransının qərarı ilə Kalininqrad alınaraq SSRİ-yə verilib. Və ya Almaniya torpaqları Polşaya birləşdirilib. Hesab edirəm ki, təzminat məsələləri realdır və maksimum bunun üzərində işləməliyik.
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər