19:50 / 03-09-2025
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
19:08 / 03-09-2025
Putin: Azərbaycanla Rusiya arasında problemlər var, amma...
18:40 / 03-09-2025
Universitetlərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
18:20 / 03-09-2025
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
18:12 / 03-09-2025
Tiktoker xanımın anası məhkəmədə dindirilib
18:03 / 03-09-2025
Putin Zelenskini Moskvaya dəvət edib
17:56 / 03-09-2025
Putin: "Rusiya Ukraynanın Aİ-yə daxil olmaq hüququna heç vaxt şübhə etməyib"
17:30 / 03-09-2025
"Canavarlarla rəqs edən" aktyor vəfat edib
17:18 / 03-09-2025
Saxta domenlər bloklanıb
17:04 / 03-09-2025
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
17:01 / 03-09-2025
"Benfika" - "Qarabağ" oyununa bilet neçəyə olacaq? - Açıqlama
16:57 / 03-09-2025
Sosial mediada qadınları şantaj edən şəxs tutulub
16:53 / 03-09-2025
İlham Rəhimova sanksiya tətbiq olunub
16:30 / 03-09-2025
Merz: Putin hərbi cinayətkardır!
16:09 / 03-09-2025
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
16:00 / 03-09-2025
Bəzi yerlərdə leysan yağacaq - Xəbərdarlıq
15:51 / 03-09-2025
AFFA “Neftçi” və futbolçunu cəzalandırıb
15:30 / 03-09-2025
Bəhruz Səmədovun apellyasiya şikayəti təmin etməyiblər
15:11 / 03-09-2025
Azərbaycan və Türkiyənin energetika nazirləri görüşəcək
15:01 / 03-09-2025
Çempionlar Liqası: "Qarabağ"ın heyəti açıqlanıb
14:46 / 03-09-2025
Sərnişin hava limanının anons sistemini ələ keçirib
14:44 / 03-09-2025
Yaqub Məmmədovun oğlu prorektor təyin olunub
14:42 / 03-09-2025
Putin KXDR əsgərlərinə görə Kim Çen Ina təşəkkür edib
14:36 / 03-09-2025
Ruslar “Ansat” helikopterini sınaqdan keçirib
14:32 / 03-09-2025
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
14:08 / 03-09-2025
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
14:01 / 03-09-2025
Hakim Aytac Əhmədova cəzalandırılıb
13:51 / 03-09-2025
İsrail təyyarələri Türkiyə səmasından istifadə edirmi?
13:41 / 03-09-2025
Kreml Trampın fikirlərinə reaksiya verib
13:26 / 03-09-2025
Üç kollecə direktor müavini təyinatı olub
08:13 / 30-08-2025

19:36 / 30-08-2025

18:20 / 31-08-2025

08:49 / 31-08-2025

00:24 / 30-08-2025

15:02 / 31-08-2025

09:27 / 30-08-2025

00:10 / 30-08-2025

08:55 / 01-09-2025

18:08 / 30-08-2025

18:10 / 01-09-2025

15:49 / 30-08-2025

Əli Əliyev: “Hakimiyyətdəki köhnə qvardiya gedişatın qarşısını almağa çalışır” - Müsahibə
Tarix: 01-04-2018 09:27 | Bölmə: Müsahibə / Slayd

Partiya sədri: “Onların üstün olma ehtimalı az da olsa, var. Əgər o qrup güc gələ bilsə, bizi yalnız inqlabi dəyişikliklər vəziyyətdən çıxara bilər”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Reytinq”ə müsahibəsində seçki ətrafında baş verən və baş verəcək proseslərdən danışıb.
Ə. Əliyev seçkiöncəsi, seçkigünü və seçkisonrası dönəmlə bağlı maraqlı məqamlara toxunub.
- Əli bəy, seçkidə iştirak etmək istəsəniz də, alınmadı, amma seçki prosesi gedir. Öncə bilmək istərdik, namizədlərin qeydə alınmasına qədərki dövrü necə qiymətləndirirsiniz?
- Mənim seçkiyə qatılmaq qərarım ölkədəki siyasi proseslərə münasibətdən irəli gəlir. Bizə görə, dövlətin inkişafı, normal tərəqqisi üçün obyektiv, qanuni, demokratik prosedurlar zəruridir. Lakin təəssüf olsun ki, bunu hamı anlamır. Xüsusən prezident Əliyevin komanda üzvlərinin bir qismi, xüsusən də siyasi proseslərə, o cümlədən seçkiyə cavabdeh olanlar qavramaq istəmirlər ki, dövləti durğun, hərəkətsiz halda saxlamaq ciddi fəsadlar verə bilər. Bu şəxslər başa düşmək istəmirlər ki, bütün neqativ addımların bumeranq effekti olur. Bu gün də orataya çıxmasa, nə vaxtsa mütləq əks zərbə göndərildiyi ünvana qayıdır.
Biz müxalifətin bir qədər fərqli kəsimini təmsil edirik. Mübarizə fəlsəfəmizə görə təslimçilik yolverilməz, kiminsə aləti olmaq satqınçılıqdır. Özü də bu naxələf əməl milli maraqlara zərbə vuran nadürüstlükdür. Hesab edirik ki, siyasi spektrdə hakimiyyəti prinsipial olaraq tənqid edən, bu zaman qanun və əxlaq normalarını gözləyən, hakimiyyət komandasının bütün üzvlərini sərt şəkildə ictimaiyyətə təqdim edən, cəmiyyətdəki qüsur və cinayətləri ifşa etmək gücündə, cəsarətində olan müxalifət seqmentinə ehtiyac çoxdan yaranıb. Yenə də hakimiyyətin bir qrup təmsilçiləri “Prezidenti tənqid etmək olmaz” tezisindən çıxış edib, özlərini “canıyanan” göstərməyə çalışırlar. Atalarımız deyib ki, “Ağladanın yanında otur, güldürənin yox”. Bu sadə həqiqəti hakimiyyətə başa salmaqda çətinliyimiz var.
Sualdakı “Alınmadı” məsələsinə aydınlıq gətirim. Bu situasiya bütövlükdə hamıya ziyandır. Alınmaması hər hansı qanun pozuntusu, ya çatışmazlığımızla bağlı deyil. Sadəcə, seçki menecerləri, yəni Prezident Administrasiyasının səlahiyyətləri hesab etdilər ki, biz bir çox meyarlarla onların “yazdıqları” ssenariyə uyğun gəlmirik. Qərar siyasidir. Onunla uyğun gəlmirik ki, nə biz, nə də Tural Abbaslı diqtə olunan şouda iştirak edib, ayrılmış rolu icra etməyəcəkdik. Görünür, həm də bizim məcbur edilməyimiz üçün tutanaqların da olmadığını bildiklərindən bizi prosesdən kənarda saxlamağa üstünlük veriblər.
Kənarda saxlanmağımızın müsbət tərəfi də olmamış deyil. Qeydiyyat bir daha göstərdi ki, seçki administrasiyası MSK binasında deyil, İstiqlaliyyət küçısindəki Ağ Evdə yerləşir. Bizim haqqımızda müxalifətdəki nadanların danışdıqları hədyanların da puç olduğunu bir daha sübut etdik.
Bu yerdə bir məsələni xüsusi vurğu ilə deməliyəm. Müxalifətin bir cinahından üzərimizə gəlinmənin səbəbi, məhz bu xəttin ideoloqlarının bizim heç vaxt ideyamıza satqınlıq etmədiyimizi bilmələridir. Bu müxalifət möhtəkirlərinin təmiz avtobioqrafiyaya malik olmadıqlarını isə bütün Azərbaycan bilir, yetər ki, kimsə bunu yada salsın. Bu səbəbdəndir ki, bizim siyasi xəttimiz həm iqtidar, həm də müxalifətin bu cinahından təzyiqə məruz qalır. Amma hər iki tərəf arxayın olsun, bizi mövqeyimizdən çəkindirə bilməyəcəklər.
Qeydiyyat mərhələsinin yekunları barədə də bir neçə kəlmə söyləmək istərdim. 8 namizəd qeydə alınıb. Bu dəfə qeydə alınmış namizədlər korpusunun mütləq əksəriyyəti, yəni 7-si 2013-cü il seçkilərinin namizədləridir. Baxın, hansı normal siyasi mühitdən danışmaq olar ki, 5 il ərzində namizədlər heyəti dəyişməyib. Deməli, dövlət yerində sayıb.
Başqa bir fakt - Prezident Əliyevin nominal “alternativlərindən” 4 nəfəri parlament üzvüdür. Yəni etibar edilib, sınanaraq təcrübə toplamış etimadlı şəxslərdir. MSK sədrinin isə, “tərəfsiz” münsif olaraq namizədlik vəsiqəsini yalnız Prezident Əliyevə onun iş otağında təqdim etməsi qeydiyyat mərhələsinin, həm də bütövlükdə seçki prosesinin ən ciddi markeridir.
- Artıq təbliğat-təşviqat kampaniyası başlayıb. Bu mərhələni müşahidəçi kimi necə qiymətləndirirsiniz?
- Təbliğat mərhələsini kim müşahidə edir ki? Televiziya debatları istisna olmaqla, kampaniya adına hansısa əlamət varmı? Hətta təşviqat lövhələrinə yapışdırılan şəkillər içərisində, ötən seçkidən qalmış şəkilləri yapışdıranlar da var. Bəlkə də yeni çapdır, amma yeni dizayna ehtiyac görməyiblər. Görünür, alınmış pul “mükafatlarına” qənaət etmək, lüzumsuz işlərə vəsait xərcləməyi məsləhət bilməyiblər. Yəni “Köhnə hamam, köhnə tas” misalı.
Lakin təbliğatda yeniliklər də olmamış deyil. Artıq namizədlər öz platforma və ideyalarını cəmiyyətə sərbəst çatdıra bilməzlər. Mövzu seçimini də seçki başbilənləri öz üzərlərinə çəkiblər. Namizədlərə “Nədən danışmaq lazımdır?” haqda baş sındırmağa ehtiyac qalmayıb. Bu gedişatla növbəti seçkidə yəqin debatlara Prezident Administrasiyasından namizədlərin kuratoru özü qatılıb, namizədlərdən hansının nə düşündüyünü özü şəxsən deyəcək. Olan məlumata görə, hələlik namizədlərin əksəriyyətinə şparqalka paylanır və rollar bölünür.
- Namizədlərin TV-dəki debatları barədə nə deyə bilərsiniz?
- Debatlara toxundum. Əlavə olaraq onu deməliyəm ki, Sərdar Cəlaloğludan başqa hamı ssenari üzrə hərəkətdədir. Bircə Sərdar bəy seçki axarına burulğan qatır. Lakin o da potensialını sona qədər işə salmır. Düzdür, zaman qıtlığını da nəzərə almaq lazımdır. Son debatda isə ADP sədri ipə-sapa yatmadığını nümayiş etdirdi.
Bir məsələni də deməliyəm. Hələlik heç kəs seçkinin əsas elementi olan TV çıxışlarında Prezident Əliyevin hakim komandanın lideri kimi 5 illik fəaliyyətinə qiymət vermək təşəbbüsü göstərməyib. Mövcud olan tabu əyani surətdə namizədlərin davranışında görünür. Hətta bəzi rəsmi opponentlərin dili Prezidenti tərifləməkdən qabar olub. Nə qədər ki, Prezidentin fəaliyyətinə obyektiv qiymət verilməyəcək, inandırıcı prosesdən danışmağın yeri olmayacaq.
Mənim fikrimcə, kimlərsə onu da inandıra biliblər ki, tənqid pis işdir. Amma sağlam tənqid, qərəz və şəxsi maraqdan məhrum fikirlər siyasi inkişafa, təftişə gətirən ən qısa siyasi cığırdır. Özünə güzgüdə baxmayan insanı necə təsəvvür etmək olar. Güzgüyə heç baxmayan insan haqda hansı fikir formalaşa bilər? Sağlam, qərəzsiz müxalifət iqtidarın güzgüsüdür. Prezident Əliyev bilməlidir ki, dövlətə normal siyasi sistem lazımdır. Laborator siyasətçilər, istixana partiyaları dövlətin təməli ola bilməzlər. Bu səbəbdən də saxta siyasi sistemdən imtinanın vaxtı çoxdan çatıb.
- Maraqlıdır, seçki günü səsvermə ilə bağlı gözləntiniz nədir? Sizcə, səs faizləri necə ola bilər?
- Gözləntim təkcə ehtimallara deyil, həm də aldığım məlumatlara söykənir. Onsuz da birinci mərhələ barədə söylədiklərim seçkinin taleyini aşkarlayır - İlham Əliyevin növbəti dəfə Prezident elan olunacağı şübhə doğurmur. Maraqlısı “səsvermə” nəticələrinin siyasi altyapısıdır. Yəni komanda bu gün növbəti dəfə Prezident kürsüsünə əyləşəcək İlham Əliyevə hansı ictimai dəstək dərəcəsini nümayiş etdirmək istəyəcək. Ehtimalım bir neçə gün əvvəl 80 faizdən yuxarı səs yazılacağı ilə bağlı idi. Bir neçə gündür ki, dairə seçki komissiyalarına Bakıdan gedən direktivlər barədə məlumatlar almağa başlamışam. Deyilənlərə görə seçki şəbəkəsinə 70-80 faiz iştirak, 80-85 faiz arası səs isə qalibə yazılması tapşırığı barədədir.
Əslində qalibin dəstək göstəricisini təsdiq edən digər element də dövriyyəyə buraxılıb. Müxtəlif mənşəyi naməlum sorğu təşkilatları siyasi nəzarətdə olan TV-lərdə İlham Əliyevin dəstəyinin 82.5 faiz civarında olduğu barədə ictimai rəyə impuls aşılamağa başlayıb. Əslində, seçki ssenarisinin bütövlükdə tərtibatı da hakimiyyətin narahatlıq və əndişə sindromu yaşadığını göstərir.
Çox zaman qalmayıb. Gözləyək. Məlumat mənbələrimizi və analiz imkanlarımızı bir daha sınaqdan keçirək.
Bir məsələni deməyə bilmirəm. Dünya müqayisədə qavranılır. Ötən həftə Misirin hərbi diktatoru və Qərbin vassalı Əs Sisi növbəti dəfə özünü prezident elan etdi. Müvafiq qurumlar onun “qələbəsinə” 90 faiz rəqəmi pərçim etdilər. İnsaf xatirinə deməliyəm ki, orada Sisinin bir alternativi var idi, o da demək olar ki, Misirdə geniş tanınmayan şəxs idi. Əgər bizdə də seçki nəticəsi üzrə qalibə belə fantastik üstünlük yazılsa, müqayisədə namizədlərin sayı kənara qoyularsa, qalan komponenetlərə görə elə Misir seçki modelinə uyğunluğumuz üzə çıxacaq. Yadınıza salım ki, bizim hakimiyyətdə Misir modelinə vurğunluq çoxdan vardır. Xırdalandakı Mübarək heykəli, Misir parkı, önəmli YAP-çıların parlament və hökümət səviyyəsində Misirlə müqayisələr yaxın keçmişimizin xatirələridir. Düzdür, Mübarək yıxılandan sonra dərhal heykəl-filan yığışdırıldı. İndi də yəqin Əs Sisiyə heykəl qoyub gözümüzə soxarlar ki, Misirə baxın. Bizdəki alternativ bir nəfər deyil 7-dir, hakimiyəti saxlamaq üçün də hələlik ordudan deyil, polis qüvvələrindən istifadə edirik. Nə isə...
- Əli bəy, belə demək mümkündürsə, birinci məlumdur, digər namizədlərdən kimin ikinci olacağını gözləyirsiniz?
- Birinci məlumdur, bunu dedik. İkinci, üçüncü, növbəti - bu boş məsələdir. Yerdə qalan 6 nəfər hakimiyyət üçün eyni statusdadır. Təbii ki, o sırada Sərdar bəy mənim üçün yoxdur. İnanmıram ki, ADP sədri o sırada durmağa razı olacaq. Son çıxışında xüsusən Sərdar bəy bunu sübut etdi. Onunla danışmışam. Son üç çıxışında Sərdar Cəlaloğlu fərqli performans nümayiş etdirəcək. Bir sözlə, Sərdar bəy o sırada mənim üçün yoxdur. Yerdə qalanları hakimiyyət necə istəsə, elə də düzəcək. Onlar da köhnə-təzə Prezidenti təbrik edib, növbəti təminat və üstünlükləri gözləyəcəklər. Bu qədər sadə...
- Seçkidə iştirak etməyən müxalifət seçkisonrası hansı addımlar ata bilər, yaxud hansı istiqamətdə mübarizə aparmaq labüddür? Seçkidən sonra nəticələri tanımayan müxalifətin kütləvi etirazlara başlaması və prosesi daha geniş kütlələrə sirayət etdirə bilməsi mümkündürmü?
- Seçkidən sonra iqtidar-müxalifət müstəvisində nəyinsə kəskin dəyişəcəyinə inanmıram. Çünki hələlik geniş kütlələr, xüsusən məmur ordusu və biznes elitası hərəkətə gəlməyib. Prezident manevrləri ilə bu təbəqələri nəzarətində saxlamağa müvəffəq olur. Lakin bu müvəqqəti xarakter daşıyır. Hakimiyyət daxilindəki ziddiyyətlər antoqonist fazaya keçməkdədir. Seçkidən sonra bu proses mütləq qabaracaq. Ola bilər bu rəqabət siyasi səhnədə hiss olunmasın. Amma pərdəarxası savaşın qızışması qaçılmaz olacaq.
- Yəni, müsbət nəsə ola bilər?
- Mən kifayət qədər nikbinəm. Cəmiyyətə də pessimizm aşılamaq niyyətim yoxdur. Lakin siyasi mübarizənin kraterini müəyyən etmək çox mühümdür. Mənə görə rəqabətin mərkəzi iqtidar-müxalifət müstəvisindən çox, iqtidardaxili çəkişmə meydançası olacaq. Bu prosesdə beynəlxalq amil də, siyasi, informativ, maliyyə, digərləri də fraqmentar şəkildə qoşulacaqlar. Bir sözlə, ölkəyə dəyişikliklərin gəlmə ünvanı iqtidardaxili savaşdan müəyyən ediləcək. Təbii ki, müxalifət gücləri də bu amansız və miqyaslı mübarizədə iştirak edəcəklər. Kimlərsə bilə-bil, kimlərsə bilmədən. Mübarizə qaçılmazdır.
Amma bir perspektivi də qeyd etmək zəruridir. Hakimiyyətdə kök salmış köhnə qvardiya hər vəhclə bu gedişatın qarşısını almağa çalışır. Onların üstün olma ehtimalı az da olsa, var. Əgər o qrup güc gələ bilsə, bizi yalnız inqlabi dəyişikliklər vəziyyətdən çıxara bilər. Birinci gedişatdakı təkamül bu halda istisnadır.
- Başqa bir məqama da toxunmanızı istərdim. Seçkidən sonra hökumət yenidən formalaşdırılacaq. Müxtəlif fikirlər səsləndirilir ki, seçkidən sonra bəzi qocaman nazirlər yeni komandada olmayacaq. Bu istiqamətdə sizin gözləntiləriniz nədən ibarətdir?
- Suala demək olar ki, cavab verdim. İqtidardaxili mübarizə həm də seçkidən sonra postların necə bölüşdürələcəyi ilə bağlı ortaya çıxacaq. Köhnələr nüfuzlarını qorumaq, yenidən seçilmiş prezident isə hakimiyyət gəmisinin xilası barədə düşünəcək. Çünki gəmini xilas etməsələr, hamısının boğulacağının fərqindədirlər. Orada nəyin baş verəcəyinə təsir imkanlarımız məhdud olduğundan, gedişata münasibətimi bildirim. Bizi millət olaraq iki perspektiv gözləyir.
Birinci gedişatda hakimiyyətdə mühafizəkarlar -köhnələr güc gəlir, hər şeyi olduğu kimi saxlamağa təşəbbüs göstərilir. Bu halda ya son illərdəki kimi sürüngən tale, çətinlik nəticəsində dövlətçiliyin qonşuların birinə tabe etdirilməsidir.
İkinci gedişatda mühafizəkarların zəiflədilməsi, islahatlara cəhd və ölkənin normal, mədəni inkişaf yoluna çıxarılmasıdır.
Düzdür, bu yol da asan deyil. Çünki daxili və xarici təzyiqlər amansız olacaq. Lakin bu yolun alternativi yoxdur.
Dəyişikliyi və açılımı mən yalnız belə görür və arzulayıram. Hadisələrin xaotik inkişaf ssenarisini təhlükəli sayıram və bunu arzulamıram.
Bir məsələni də xüsusi qeyd etməliyəm. Dəyişiklik dedikdə, mən idarəçilik fəlsəfəsinin dəyişməsini zəruri sayıram. Ölkədə rəqabət, demokratiya, təməl azadlıqlar bərpa olunmayana, hakimiyyət qollarının biri-birinə nəzarəti bərqərar olmayana qədər, vətəndaşın dövlətə etimadı yüksəlməyənə, nəhayət, şəhidə və ailəsinə hər addımında ehtiram və sayğı hakim olmayana qədər heç nə dəyişməyəcək. Dəyişiklik qoca julikin yerinə cavan nadürüstün gətirilməsi demək deyil. Dəyişiklik həm də əməldə xalq və dövlət malına xəyanətin qarşısının alınması, korrupsiya, xalq dili ilə oğurluğun kökünün kəsliməsidir.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
Bu gün, 18:03
Putin Zelenskini Moskvaya dəvət edib
Bu gün, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
Bu gün, 13:51
İsrail təyyarələri Türkiyə səmasından istifadə edirmi?
Bu gün, 12:48
Dünyanı məhv etmək gücünə malik raketlər nümayiş olunub
Dünən, 13:56
Rusiya Avropanın iki ölkəsində gərginlik yaradıb
Dünən, 12:16
Kiyevə hücum: insanlar metro stansiyalarına sığınıb
Dünən, 07:40
Yerdə güclü geomaqnit qasırğası başlayıb
Dünən, 07:33
Masazırdakı yanğında iki nəfər ölüb - (Video)
1-09-2025, 18:10
Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur
1-09-2025, 16:45
Çində Azərbaycanla bağlı tarixi qərar verilə bilər
1-09-2025, 15:17
ATƏT-in Minsk Prosesi bağlanır - Qərar verilib
1-09-2025, 13:53
Kriminal avtoritet həbs olunub - Foto
1-09-2025, 12:31
Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan?
1-09-2025, 08:55
Çində Əliyev-Ərdoğan görüşü keçirilib - (Yenilənib) - Foto
1-09-2025, 07:23
20-yə yaxın gəmi Qəzzanın blokadasını yarmağa gedir
31-08-2025, 15:02
İlham Əliyev Çində görüşlər keçirib - (Yenilənib) - Fotolar
31-08-2025, 08:49
Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü keçirilib - (Yenilənib) - Fotolar
30-08-2025, 00:10
Azərbaycanla ABŞ arasında Anlaşma Memorandumu imzalanlb
29-08-2025, 16:23
Hərbi xidmətə çağırış başlayır
29-08-2025, 15:41
Cümşüd Nuriyev: Bizi təxribata çəkə bilməzlər
29-08-2025, 13:34
BMT-nin İrana qarşı sanksiyaları bərpa olunur
29-08-2025, 13:06
“İşğal” sözü Rusiyanı qəzəbləndirib
29-08-2025, 12:51
Avropa bufer zona yaratmaq istəyir
29-08-2025, 11:50
Rusiya Minsk qrupunun buraxılmasını dəstəkləyir
29-08-2025, 11:00
Yeri fəlakət gözləyir?
29-08-2025, 10:45
Günəşdə güclü partlayış qeydə alınıb
29-08-2025, 10:15
Ukraynaya təhlükəsizlik zəmanətində Türkiyə əsas rolu oynayır
28-08-2025, 18:43
Azərbaycan səfirliyinə zərər dəyib - XİN Rusiyanın Kiyevə hücumu ilə bağlı məlumat yayıb
28-08-2025, 12:44
563 ədəd PUA, “İsgəndər-M” və digər raketlər vurulub
28-08-2025, 12:11
İrəvanla Bakı arasında yeni səhifə açılır
28-08-2025, 10:26
Ali məktəb və kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb
28-08-2025, 10:06
Sabah daha üç şəhidimiz dəfn olunacaq - Fotolar
28-08-2025, 08:00
Putin və Zelenski İstanbulda görüşə bilərlər
27-08-2025, 18:09
Bakının üç rayonunda söküntü işlərinə başlayırlar
27-08-2025, 14:59
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri elan olunub
27-08-2025, 13:31
Qəzzanın tam işğalı üçün hücumlar başlayıb
27-08-2025, 12:50
Keçmiş rəqiblər barışır: Türkiyə Səddamla əlaqə qurur
27-08-2025, 10:14
İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib - Video
27-08-2025, 09:28
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub
26-08-2025, 14:43
Cəlaloğlu: Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir
26-08-2025, 11:13
Zəngəzur dəhlizi Türkiyəyə effektiv yol açır