Ukrayna və Türkiyə hərbi əməkdaşlıq sazişi imzalayacaq
Tarix: 11-07-2020 09:03 | Bölmə: Dünya / Xəbərlər
Ukrayna və Türkiyə hərbi əməkdaşlıq sazişi imzalayacaq

Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşü keçirilib. Ukraynada baş tutan danışıqlar zamanı iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanması imkanlarını araşdırmağa dair razılıq əldə edilib.

Ukrayna liderinin rəsmi saytında verilən xəbərə görə, tərəflər müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi imzalamaq imkanlarını araşdırmağa razı olublar.

Bundan əlavə, Ukrayna və Türkiyə NATO-nun müvafiq proqramı çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}