Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
Akademikin armudu stəkanındakı limon
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
On yeddi mindən çox müəllimin maaşı artacaq
Sülh savaşı - Zahid Oruc yazır
Tarix: 25-10-2016 17:07 | Bölmə: İqtisadiyyat / Xəbərlər

"Manatın ucuzlaşması davam edəcək. Onu şərtləndirən amillər getdikcə daha fəallaşır”.
Reyting.az xəbər verir ki, bu fikirlər iqtisadçı-alim Qubad İbadoğluna məxsusdur.
Q.İbadoğlu hazırda ictimaiyyəti ən çox maraqlandıran "Manatın dəyəri
dollara nəzərən nə zaman sabitləşəcək”,-sualına da cavab verib.
Qeyd edib ki, manatın dünyanın aparıcı valyuta vahidlərinə nəzərən dəyərinin uculaşmasını
şərtləndirən amillər fəaldır: "Onların qısa müddətli təsir imkanları böyük
ehtimalla manatı daha da ucuzlaşdıracaq”.
İqtisadçı 2017-ci ilə qədər fəal olacaq aşağıdakı amillərə də diqqət çəkib:
"Birincisi, "Bank Standard” bağlanan zaman aparılan qiymətləndirmələrə görə, bu bankda fiziki şəxslər 603 milyon manat məbləğində ümumi əmanətlərə, 568 milyon manat məbləğində isə qorunan əmanətlərə malikdir ki, sonuncunun da 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətlərin 62 faizi və ya 285 milyonu manatı dollarla yerləşdirilib, yerdə qalan 175 milyon manatı isə manatladır. Bununla yanaşı, eyni müştərinin həm dollar və həm də manatda əmanəti olduğu halda bank onların borclarını manatla qaytarmağa başlayıb. Bu o deməkdir, bankdan əmanətini manatla alanların sayı artacaq, eyni zamanda onlara manatla verilən əmanətlərin məbləği 175 milyon manatdan çox olacaq. Bu nağd vəsait valyuta bazarında dollara tələbatı qaldıracaq.
İkincisi, SOCAR-ın istiqrazları dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən valyuta vəsaitinin bir qismi onun sahiblərinin sərəncamından çıxarılıb. Bu amil valyuta bazarına çıxarılan şəxsi valyutaların həcmini aşağı salıb və dolların təklifini azaldıb.
Üçüncüsü, bu müddət ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasətinin davamı edəcəyi halda Dövlət Neft Fondunun bazara əvvəlki dövrlə və illə müqayisədə daha az valyuta çıxaracağı gözlənilir. Bu isə valyuta təklifinin aşağı salınmasına ciddi təsir göstərəcək, digər başqa amillərin də manatın ucuzlaşmasına təsirlərini gücləndirəcək.
Dördüncüsü, ilin sona yaxınlaşması ilə əlaqədar olaraq, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta vəsaitlərinin həcmində artım bazarda xüsusilə də dollara olan tələbatı artıracaq.
Nəhayət, ABŞ FED-in noyabrın 1-2-də gözlənilən toplantısında uçot dərəcəsinin artırılması ilə bağlı müsbət qərar vermə ehtimalının günbəgün artması da manata olan psixoloji təzyiqləri yüksəldəcək”.
Bölməyə aid digər xəbərlər















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki