19:59 / 30-12-2024
Zelenski: "Sülhə çalışmalıyıq"
17:32 / 30-12-2024
“Hərbi jurnalist Rəşad Süleymanov” mükafatınin qalibləri bəlli olub
13:06 / 30-12-2024
Sabahın hava proqnozu açıqlanıb
12:41 / 30-12-2024
Prokurorluqdan təyyarə qəzası ilə bağlı - Açıqlama
10:57 / 30-12-2024
Azərbaycandan Suriyaya 200 ton ərzaq göndərilir
10:45 / 30-12-2024
Milyarderin gizli yeraltı sığınacağı üzə çıxıb - Fotolar
10:16 / 30-12-2024
Çin xidmətçi robot istehsalına başlayır - Fotolar
10:06 / 30-12-2024
Amerikanın 39-cu prezidenti vəfat edib - Foto
00:14 / 30-12-2024
Azərbaycanda yeddi gün qeyri-iş günü başlayıb
22:23 / 29-12-2024
Azərbaycan XİN başçısının müavini Suriyaya səfər edib - Foto
19:46 / 29-12-2024
Lukaşenko Əliyevə məktub yazıb
19:04 / 29-12-2024
Azərbaycanda qalma müddəti ilə bağlı qaydalar dəyişib
18:03 / 29-12-2024
İlham Əliyev Naxçıvan Qaz İstismar Xidməti ilə bağlı sərəncam imzalayıb
18:00 / 29-12-2024
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək
17:56 / 29-12-2024
"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlər ediləcək
17:39 / 29-12-2024
Prezident üç ekipaj üzvünə Milli Qəhrəman adı, ikisinə orden verib
17:35 / 29-12-2024
Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb
16:58 / 29-12-2024
Putin İlham Əliyevə yenidən zəng edib
16:39 / 29-12-2024
Yanvar ayına olan hava proqnozu açıqlanıb
16:29 / 29-12-2024
Milyarder ifrat sağçıları hakimiyyətə gətirməyə çalışır
16:01 / 29-12-2024
Ukraynalı qaçqınların yalnız 10 faizi vətəninə qayıtmaq istəyir
15:33 / 29-12-2024
Xəstəxanaya yerləşdirilən baş nazir məhkəmə iclasının ləğvini istəyir
15:32 / 29-12-2024
İlham Əliyev ekipaj üzvlərinin vida mərasimində iştirak edib - (Yenilənib) - Fotolar
15:25 / 29-12-2024
Hazırladığı torta zəhər qoyan qadın ailə üzvlərini öldürüb
15:10 / 29-12-2024
İlham Əliyev Azərbaycan televiziyasına müsahibə verib
15:02 / 29-12-2024
Ukrayna ilk dəfə ABŞ-dan maye qaz idxal edib
14:58 / 29-12-2024
Yermak: “Şimali Koreya və İran qoşunlarının NATO-nun qarşısına çıxması realdır ssenaridir”
14:38 / 29-12-2024
İsti hava 3700 insanın ölümünə səbəb olub
14:25 / 29-12-2024
Türk ordusu terrorçuları məhv edib
14:14 / 29-12-2024
Təyyarə qəzaları artır: bir həftədə 3 qəza, 212 ölüm qeydə alınıb - Foto
22:53 / 25-12-2024
Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb - Video (Yenilənib+) - Fotolar
00:01 / 26-12-2024
Bu gün Azərbaycanda matəm günüdür
21:21 / 25-12-2024
Nazirlik: "Bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb"
09:32 / 26-12-2024
Dünya şöhrətli rejissor "Odisseya"nı ekranlaşdıracaq
17:06 / 26-12-2024
AZAL-ın təyyarəsini Rusiya vurub - (Yenilənib)
10:14 / 26-12-2024
Təranə Səmədova şikayətini geri götürüb
12:29 / 26-12-2024
AFFA "Turan Tovuz"u cərimələyib
12:46 / 26-12-2024
AFFA futbolçular cəzalandırıb
11:10 / 26-12-2024
D8-də Pezeşkian üçün çətin anlar və ütülü bəyanatlar
18:19 / 27-12-2024
Xəzərdə qədim gəmi aşkar edilib
16:16 / 27-12-2024
AZAL Rusiyanın şəhərlərinə uçuşları dayandırıb - (Yenilənib) - Siyahı
10:07 / 27-12-2024
Rusiya lideri “Dartanyan”ı təbrik edib
Deputat: “Qərb Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil” - Müsahibə
Tarix: 05-06-2021 19:46 | Bölmə: Müsahibə
Qüdrət Həsənquliyev: “Onlar hesab edirlər ki, Rusiya Dağlıq Qarabağda yerləşməklə öz mövqelərini bir az da gücləndirir, Ermənistana və Azərbaycana təsir imkanlarını daha da artırır. Bu səbəbdən Ermənistandan istifadə etməklə bu münaqişənin davam etməsinə və gərginliyin saxlanmasında maraqlıdırlar”
İyunun 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir. İddialara görə, səfər çərçivəsində Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsi də müzakirə oluna bilər. Hətta Qəbələ rayonundakı keçmiş radiolakasiya stansiyasının da Türkiyənin istifadəsinə veriləcəyini iddia edənlər var.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Reyting.az-a müsahibəsinə Türkiyə prezidentinin səfərindən gözləntilər və hərbi baza məsələsi ilə bağlı deyilənlərə cavab verməklə başladı:
- Türkiyənin Azərbaycanda hərbi bazasının açılacağını gözləmirəm. Amma Ərdoğanın hərdəfəki səfəri Azərbaycan üçün çox böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Çünki bu, dünyaya, region dövlətlərinə bir mesajdır ki, biz iki qardaş dövlətik, bu dövlətlər həmişə bütün məsələlərlə bağlı bir yerdədir. Bu baxımdan dövlətlərarası hər hansı sazişlər imzalanmasa belə, səfərin siyasi əhəmiyyəti çox böyükdür.
Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür, hazırda bu quruma sədrlik edir. Bu səbəbdən də indiki mərhələdə hərbi baza ilə bağlı qərarın qəbul olunacağını düşünmürəm.
Ermənistanla da sülh sazişi imzalanmadığından, bu, bəzi ölkələri qıcıqlandırar, sülh prosesini ləngidər, çətinləşdirə bilər.
Bizim hazırki qanunvericiliyimizə, Hərbi Doktrinamıza görə də yalnız siyasi şərait dəyişərsə, xarici ölkələrin müddətli hərbi birləşmələrinin Azərbaycanda yerləşdirilməsinə icazə verilir. Hərbi bazanın yerləşdirilməsi üçün əvvəlcə qanunvericilik dəyişdirilməlidir.
Amma, əlbəttə ki, siyasi iradə olandan sonra qanunu dəyişmək çox asandır. Bizim milli təhlükəsizlik strategiyamız, Hərbi Doktrinamız, “Müdafiə haqqında” qanunumuz var. Yəni onu qeyd etmək istəyirəm ki, qanunvericiliyi dəyişdirməklə bunu etmək olar. Amma indiki dövrdə bunu real saymıram.
- Xeyli müddətdir Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Siz bunu Türkiyənin Qarabağda hərbi mövcudluğu üçün yetərli sayırsınızmı? Ümumiyyətlə, Monitorinq Mərkəzinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, Monitorinq Mərkəzindəki hərbçilərin sayı hər iki tərəfdən eynidir. Amma bölgədə Rusiyanın sülhməramlıları var, Türkiyəninki yoxdur.
Biz Türkiyəni özümüzün strateji tərəfdaşımız sayırıq, ona görə də vəziyyət elədir ki, ermənilərin iddiasınca, Rusiya bizim də strateji tərəfdaşımızdır. Amma ermənilər Türkiyəni düşmən dövlət kimi qəbul edirlər, ona görə də deyirlər ki, onlar sülhməramlı ola bilməzlər. Baxmayaraq ki, 44 günlük savaşda Türkiyənin bizə verdiyi dəstəkdən çox Rusiya Ermənistana dəstək verib. Düzdür, bizə müasir silahlar satılmışdı, amma Rusiyanın Ermənistana hətta pulsuz silahlar verdiyini də bilirik. Yəni bizim arzularımız başqadır.
Səmimi deyirəm, vətəndaşlarımız da Türkiyənin burada hərbi bazalarının olmasını, qarşılıqlı hərbi yardım haqqında saziş imzalamağımızı və digər məsələlərin reallaşmasını çox istəyir. Amma mövcud reallığı və geopolitikanı da nəzərə almaq lazımdır. Biz bu məsələdə müəyyən böyük güclərin də mövqelərini nəzərə almalı, maraqlarını öz siyasətimizdə mütləq diqqətdən keçirməliyik. O baxımdan hazırki mərhələdə hakimiyyətin belə bir addım atacağını düşünmürəm.
- Qüdrət bəy, Ermənistanın sərhədlə bağlı təxribatları son günlər dəfələrlə təkrarlanıb. Sizcə, bu, hakimiyyəti itirmək təhlükəsi ilə üzləşən Nikol Paşinyan və ətrafındakıların, onun hakimiyyətdən getməsinə çalışan keçmiş prezident Robert Köçəryan və tərəfdarlarının, yoxsa xarici qüvvələrin ssenarisidir?
- Əvvəla, hazırda Avropa Birliyi və ABŞ tərəfindən məsələyə bu cür yanaşılır: Rusiya 44 günlük savaşda öz bitərəfliyini saxlamaqla əslində Azərbaycana dolayısı ilə dəstək verib, yəni Ermənistanı müdafiə etməyib.
Avropa Birliyində, ABŞ-da da belə fikir var idi ki, Rusiyanın bir çox fəaliyyətinə göz yumurlar, Rusiya da o torpaqların Ermənistanın nəzarətində qalmasını təmin etməlidir. Rusiya bunu etmədiyinə görə onlar bu ölkəyə münasibətdə qəzəblidirlər və bilirlər ki, artıq keçmiş Dağlıq Qarabağ ərazisi də faktiki surətdə indi Ermənistanın yox, Rusiyanın nəzarətindədir. Yəni Ermənistanın nəzarətindən çıxıb. Əslində bizim üçün də o mənada fərqi yox idi ki, əgər biz ora nəzarət etmirdiksə, indi Ermənistan da nəzarət etmir, Rusiya nəzarət edir. Amma biz işğal altındakı 20 faiz ərazimizin 16 faizini azad etmişik. Ona görə də bölgədə sabitliyin yaranmasını istəmirlər. Qərb bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında, bu problemin çözülməsində maraqlı deyil. Onlar hesab edirlər ki, Rusiya Dağlıq Qarabağda yerləşməklə öz mövqelərini bir az da gücləndirir, Ermənistana və Azərbaycana təsir imkanlarını daha da artırır. Bu səbəbdən Ermənistandan istifadə etməklə bu münaqişənin davam etməsinə və gərginliyin saxlanmasında maraqlıdırlar. Paşinyanın Parisə səfəri zamanı da bunu müşahidə etdik.
Paşinyan da diqqəti daxildəki gərginlikdən yayındırmaq və əhalini yeni müharibə qorxusu ilə təhdid edərək seçkidə özünə səs verməyə yönəltmək istəyir.
Köçəryanın tərəfdarları isə ordudakı kadrları vasitəsi ilə gərginliyi artırmaq istəyir. Bildiyimiz kimi, onun orduda tərəfdarları var. Uzun illər “Qarabağ klanı” - əvvəlcə Köçəryan, sonra Sarkisyan prezident olublar, həm dövlət aparatına, həm də orduya çox sayda adamlarını yerləşdiriblər.
Sərhədlərimizin pozulmasında, yolların minalanmasında məqsəd Azərbaycan hərbçilərinin minaya düşərək ölməsi, gərginliyin artması, vəziyyətin daha da qızışmasıdır. Onlar bundan istifadə edərək əhalini inandırmaq istəyirlər ki, Paşinyan hakimiyyətdən getməsə, sakitlik olmayacaq. Beləliklə, istəyirlər ki, əhali Paşinyanın əleyhinə səs versin, onu devirsinlər. Hazırda elə bir vəziyyət yaranıb ki, Azərbaycandan və Türkiyədən başqa bu bölgədə sülh istəyən yoxdur. Bunu nə Qərb, nə də Ermənistandakı siyasi qüvvələr – nə iqtidar, nə də müxalifət istəmir. Hər biri çalışır ki, Qarabağ kartından öz maraqlarına çatmaq üçün hansısa formada istifadə etsin.
- Qarabağ kartından istifadə Ermənistanda iyunun 20-nə nəzərdə tutulan parlament seçkiləri ilə bağlı kampaniyada da istifadə olunur. Proqnozunuz necədir? Robert Köçəryanın, yaxud ölkənin ilk prezidenti Levon Ter-Petrosyandan hansının hakimiyyətə qayıdışı realdır? Bu halda nələr baş verə bilər? Paşinyanın hakimiyyətdə qalmaq şansı varmı?
- Ter-Petrosyan, onların arasında hazırda verdiyi açıqlamalara görə məsələlərə daha praqmatik yanaşan, daha realist siyasətçi kimi görünür. Amma o, nə ölkənin daxilində, nə Rusiyada, nə də Qərbdə ciddi dəstəklənmir. Qərbin dəstəklədiyi - biz ona şərti olaraq “Sorosçular” deyirik - Paşinyandır. Rusiyanın da dəstəklədiyi əsas fiqur Köçəryandır. Hamı bilir ki, Putin də onu dostu hesab edir, həbsdə olanda Ermənistana gəlib onun həyat yoldaşı ilə görüşmüşdü. Köçəryan da Moskvaya səfər edib, orada onunla ən yüksək səviyyədə görüşlər keçirib. Ona görə də düşünürəm ki, əsas mübarizə Köçəryanla Paşinyan arasında gedəcək.
Paşinyanın Köçəryan və Rusiya ittifaqına qalib gəlməsi mümkünsüz görünür. 44 günlük savaşdan sonra Paşinyanı ona görə devirmədilər ki, çevriliş kimi qiymətləndirələcəkdi və beynəlxalq birlik Ermənistandakı yeni hakimiyyəti qəbul etməyəcəkdi. Ona görə də, sadəcə, Baş qərargah rəisi, zabitlər bəyanatlar verdilər, yavaş-yavaş təzyiqi artırdılar ki, Paşinyan məcbur olub seçkiyə getsin. Yəqin ki, seçkiyə qədər də təzyiqləri daha da artıracaqlar. Hər bir halda, görsələr ki, Paşinyan yerini qoruyub saxlaya bilir, çox böyük ehtimalla onu öldürəcəklər. Əgər Paşinyan öldürülməsə belə, müxalifətin seçkilərin nəticələrini tanıyacağı inandırıcı deyil.
Bizə məlumdur ki, Köçəryanın zamanında parlamentin spikeri Karen Dəmirçiyan, Baş nazir Vazgen Sarkisyan parlamentdə güllələniblər. Bunlar terrora meylli millətdir, keçmişdə türk diplomatlarına, AXC-nin banilərinə qarşı da terror törədiblər. Bu cür terrorlar Azərbaycanda, Bakıda da törədilib.
Yaxınlarda müsahibələrimdən birində söyləmişdim ki, Paşinyanın “fatihəsi” oxunub və onun siyasi meyit kimi dəfn ediləcəyi zaman məsələsidir. Amma ola bilsin ki, onu siyasi meyit kimi yox, əsl meyit kimi dəfn etsinlər. Bunu ona görə söyləyirəm ki, biz Paşinyandan sonrakı dövr haqqında düşünməliyik. Paşinyanın hakimiyyətdən getməsi zaman məsələsidir...
- Qeyd etdiniz ki, Köçəryanın bu seçkilərdə qalib gəlmək şansı daha çoxdur. Paşinyanın hakimiyyətdən getməsindən sonra Qarabağ məsələsində, ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərində hansı fərqli situasiya yarana bilər?
- Bilirsiniz, biz onu müzakirə etmirik ki, hansı bizim xeyrimizədir, mən reallıqdan danışdım. Reallıq hazırda belədir.
Amma Köçəryanın da hakimiyyətə qayıdıb üçtərəfli bəyanatdan imtina edəcəyini düşünmürəm. Ona görə ki, orada Putinin imzası var və üçtərəfli bəyannamənin arxasında Rusiyanın nüfuzu dayanır.
Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə, atəşkəs haqqında saziş imzalandıqdan sonra Putin mətbuata ilk açıqlamasında dedi ki, bu, gələcək rəhbərlərin həll edəcəyi məsələdir. Nəzərə alsaq ki, Putin 2036-cı ilə qədər hakimiyyətdə qalmağı düşünür, deməli, bu məsələ də 2036-cı ildən sonraya qalır.
Rusiyanın Qarabağa 5 il müddətinə gəldiyini də düşünmürəm, yəqin ki, orada davamlı olaraq qalacaqlar. Amma hakimiyyətə gələcək yeni rəhbərlə sülh sazişi imzalaya biləcəyik, ya yox, bunlar başqa mövzuların müzakirəsidir. Məsələn, Rusiyanın Ermənistanın Azərbaycan və Türkiyə ilə barışıb-barışmamasına, yaxud münaqişənin davam edəcəyinə maraqlı olmasından da çox şey asılıdır. Bunu gələcək göstərəcək. Azərbaycanın və Türkiyənin nə qədər güclü olmasının da məsələnin həllində rolu böyükdür.
Hesab edirəm, indiki mərhələdə Azərbaycan çalışmalıdır ki, Rusiya ilə bölgədə sinxronlaşdırılmış fəaliyyət göstərsin. Rusiya bizim strateji tərəfdaşımızdır, münasibətlərimiz hazırda çox yaxşıdır, bunu inkişaf etdirmək lazımdır. Biz elə etməliyik ki, gələcəkdə Qarabağ üzərində suveren hüquqlarımızın tam bərpasına Rusiya mane olmasın. Qərbin bu işdə bizə mane olcağını bilirik, Rusiyanın da bu məsələdə onlarla müttəfiq kimi çıxış etməsinə imkan verməməliyik. Bunun üçün Rusiya ilə olan bütün fikir ayrılıqlarına, maraqların bəzi məsələlərdə toqquşmasına baxmayaraq, çalışmalıyıq ki, etirazları da elə səviyyədə, elə çərçivədə edək ki, münasibətlər zədələnməsin. Biz münasibətlərin inkişafında maraqlı olmalıyıq.
Bilirəm ki, insanlarımız da Rusiyaya münasibətdə birmənalı mövqedə deyillər, çoxu münaqişənin bu qədər davam etməsində, həll olunmamasında Rusiyanı günahlandırır. Amma istəyirəm vətəndaşlarımız onu da bilsin ki, siyasətdə dövlətlərin maraqları var. Rusiya böyük dövlət olduğundan, biz də Azərbaycan dövləti olaraq onun maraqlarını müəyyən mənada nəzərə almalıyıq, çalışmalıyıq ki, maraqlarımızı uzlaşdıra bilək, Rusiya ilə toqquşmayaq.
Rusiya ilə bizi 200 illik tarix, mədəni, humanitar, siyasi əlaqələr birləşdirir, orada 2 milyona qədər azərbaycanlı yaşayır. Rusiya Azərbaycan üçün böyük bazardır, ən başlıcası böyük qonşumuzdur, nüvə silahına malikdir. Ona görə də Rusiya ilə münasibətlərin yaxşı olması üçün, məncə, hər kəs çalışmalıdır. Bu o demək deyil ki, biz Rusiyanın hər dediyini etməliyik, bizə münasibətdə, məsələn, haqsız davranış olacaqsa, ona susmalıyıq. Amma dediyim kimi, bunu elə formada etməliyik ki, münasibətlərimizə ziyan dəyməsin.
- Bəy, bir qədər də iqtisadi məsələlərə toxunmaq istərdik. Ölkədə benzinin qiymətinin qaldırılması növbəti dəfə narazılıqla qarşılandı. Bu, eyni zamanda bazarda qiymət artımına səbəb olur. Sizcə, bu siyasətin arxasında nə dayanır?
- Yaxınlarda bu məsələ ilə də bağlı fikrimi bildirmişdim. Demişdim ki, hökumətin diqqəti hazırda daha çox Ermənistanla sərhədlərin demorkasiyasına və Dağlıq Qarabağ probleminə yönəlib, islahatlar isə sanki bir az unudulub. Amma iqtisadi islahatlar sürətləndirilməli, ölkədə qanunun aliliyinin təmin olunması istiqamətində konkret addımlar atılmalıdır.
Benzinin qiymətinin artırılmasına gəldikdə, əvvəla bu onunla əsaslandırılır ki, Azərbaycanda istehsal olunmadığından xaricdən alırıq. Birinci növbədə soruşmaq lazımdır ki, niyə istehsal olunmur? Mən dəfələrlə bu məsələni parlamentdə qaldırmışam ki, indiki neftayırma zavodu tikiləndə şəhərin kənarı sayılırdı. Amma 70-ci illərdə Əhmədli, Günəşli qəsəbələri salınanda, həmin ərazi artıq şəhərin mərkəzi oldu. Dünyanın heç bir yerində şəhərin mərkəzində neftayırma zavodu olmaz. Həmin ərazidən keçəndə maşının şüşəsini endirmək olmur. Məsələn, Babək prospektində, “Koroğlu” metrostansiyasının ətrafında və digər ərazilərdə normal nəfəs almaq mümkünsüzdür. Səngəçalda müasir neftayırma zavodu tikilməli idi. Əgər belə bir zavod tikilsəydi, indi benzinin qiyməti də qalxmazdı. İndi də hesab edirəm ki, o zavod oradan çıxarılmalıdır. Dünən (müsahibə iyunun 3-də götürülüb-red.) Tehrandakı neftayırma zavodunda partlayış olub, zəhərin hamısı ətrafa yayılıb. Allah göstərməsin, Bakıdakı həmin zavodda da texnogen qəza baş versə, şəhərin yarısı pis günə qalacaq. Əgər o zavodu oradan çıxartmaq üçün pulumuz yoxdursa, xaricdən investorları cəlb edə, yaxud şərikli tikə bilərik. Ümumiyyətlə, neft-kimya sənayesini inkişaf etdirmək imkanımız var. Məsələn, avtomobil şinlərini, avtomobil mühərriki yağlarını xaricdən alırıq. Halbuki, çox müasir avtomobil şini istehsal edən müəssisə tikib, məhsulumuzu hətta region ölkələrinin bazarlarına da çıxara bilərik.
Azərbaycana bu cür gəlirli sahələrdən pul gətirilməlidir. Dövlətə məxsus olan inhisarçı şirkətlər bölünməlidir, özəlləşdirilməlidir, xidmət sahələri uzun müddətə idarəetməyə verilməlidir, yaxud onlar da özəlləşdirilməlidir. Bu cür köklü islahatlara gedilməsə, həmişə maliyyə sıxıntısı ilə üzləşəcəyik.
İndi dövlətin Qarabağı bərpa etmək üçün vəsaitə ehtiyacı var. 2020-ci ildə bizim ümumi daxili məhsulun həcmi 4,3 faiz azalıb. Bu, çox böyük və ciddi göstəricidir. Belə olduğu halda istehsal və emal müəssisələri yaradılmalıdır. Azərbaycanda hər şey demək olar ki, az qala xaricdən idxal olunur. Bizim satdığımız neft məhsulları, meyvə və tərəvəzdir. Ona görə də böyük islahatlara ehtiyac var.
Benzinin qiymətinin artmasının səbəbini də dedim. Hökumət deyir ki, xaricdə neftin qiyməti qalxdığına görə biz də yanacağı baha alırıq.
- Sizcə, bir müddətdən sonra elektrik enerjisinin, qazın qiymətlərində də artım ola bilərmi?
- Suyun qiyməti onsuz da iki dəfə qaldırılıb. Vəsait olmayacağı təqdirdə, inhisarçı şirkətlərin də vəsaitlərdən çox səmərəsiz istifadə etdiyini, xərcləri məqsədyönlü şəkildə şişirtdiyini, idarəetmənin optimallaşdırılmadığını, həddindən artıq çox lazımsız struktur vahidləri yaratdıqlarını, kadrların sayının həddindən artıq şişirdildiyini nəzərə alsaq, artımlar gözləniləndir.
Bizə məlumdur ki, dövlət mülkiyyəti özünü doğrultmur. 74 illik sovet hakimiyyəti zamanı da sübut olundu ki, dövlət mülkiyyəti həm hamımızındır, həm də heç kimin. Məsələyə belə yanaşma var: kim nə bacarır, oğurlayır.
- İnhisarçı şirkətlərdən söhbət düşmüşkən, biri də AZAL-dır...
- AZAL, SOCAR, başqaları da var…
- Məsələn, AZAL ilə bağlı ən böyük narazılıq biletlərin qiymətindən qaynaqlanır…
- Deyirdilər ki, heç vaxt Ermənistanla müqayisə aparmayaq. Amma Ermənistana qalib gəlmişik, indi müqayisə etmək olar. Bu ölkədə 7-8 aviaşirkət var. Bu niyə Azərbaycanda olmasın?
AZAl-ı minimum 3 yerə bölmək lazımdır ki, rəqabətlilik olsun. Heç bir şirkətin bazarda 30 faizdən artıq payı olmamalıdır.
Dövlət Neft Şirkətini də eyni qaydada bölmək lazımdır. Rusiyada neçə neft şirkəti var? Saysız-hesabsızdır. Azərbaycanda niyə bir neft şirkəti olmalıdır? Bunu parçalayıb özəlləşdirmək lazımdır.
Normal ölkədə qiymətli kağızlar bazarı olmalıdır. Bizdə birjalar formal bir şeydir, tenderlərin hamısı formaldır. Elə ev var ki, 80 müəssisə yaradıblar. Ona görə də tenderin şərtləri dəyişdirilməlidir. Bununla bağlı dəfələrlə təkliflər də vermişik, çox təəssüf ki, nəzərə alınmayıb.
Dövlət vəsaitlərindən səmərəli istifadə olunmalıdır. Əminliklə deyirəm ki, dövlət şirkətləri, səhmdar cəmiyyətləri vəsaitlərdən səmərəli istifadə etmirlər, büdcəyə kifayət qədər vergi vermirlər, ödədikləri qəpik-quruşdur.
2020-ci ilin hesabatına görə, ölkədə 5400 dövlət müəssisəsi var. Bu qədər dövlət müəssisəsi nəyə lazımdır? Bunları bazara çıxarıb bəzilərini satmaq lazımdır, investisiya müsabiqələri keçirilməlidir ki, daha yaxşı şərt təklif edən investisiya qoyub iş yerlərini bərpa etsinlər.
Deputat seçildiyim Xətai rayon ərazisində Tağıyev adına trikotaj fabriki var. Vaxtilə orada 7 min adam çalışıb. 28 hektar ərazisi var, indi istifadəsizdir, yataqxanaları da başlı-başına qalıb. Oranın bir klubu var, seçicilərlə görüş keçirəndə uçub-dağılır. Yəni dövlət mülkiyyəti özünü doğrultmur.
Son vaxtlar saysız-hesabsız xəstəxanalar, olimpiya kompleksləri tikirik. Həmişə deyirdim ki, neftin pulu ilə bir ucdan tikirik, amma zaman gələcək bunları saxlaya bilməyəcəyik. İndi həmin vəziyyət yaranıb, müasir avadanlıqlar ala bilmirik, müasir tibbi cihazlarla təmin edə bilmirik. Bir sözlə, köklü islahatlar lazımdır.
- Bakıda növbəti “Formula-1” yarışı keçirilir. Siz iki il əvvəl bu yarışın Bakıdan kənarda keçirilməsini təklif etmişdiniz. Amma yarış yenə Bakının mərkəzində təşkil olunub, yollar bağlanıb, əhali problemlərlə üzləşib…
- Bəli, o vaxt təklif etmişdim ki, bu yarışı Gəncə şəhərində, yaxud Naxçıvanda təşkil etmək lazımdır. Yarış hələ başlamayıb (müsahibə iyunun 3-də götürülüb-red.), iki gün əvvəl mən buradan (Bütöv Xalq Cəbhəsi Partiyasının Yasamal rayonundakı qərargahından – red.) 8-ci mikrorayona 45 dəqiqəyə getmişəm. Şəhərə cənub hissədən giriş bağlı olduğundan “Sədərək” bazarında işləyənlər Dərnəgül yol ilə getməyə məcburdur. İnsanlar çox əziyyət çəkir, hamı narazılığını bildirir. Amma bizim millətin dözümlü olduğunu da bilirik...
Onlara yazığımız gəlməlidir. Millət səsini çıxartmırsa, bu qədər əzab-əziyyət vermək də düzgün deyil. 3 milyon əhalisi olan Bakının küçələri dardır, yarışın keçirildiyi Neftçilər prospekti şəhərin girişidir. O yolu bağlamaq nəyə lazımdır?
Azərbaycanda bu idman növünə maraq yoxdur. Yenə deyirəm, xalqımızın rahatlığı naminə bu yarışı dərhal ləğv etmək lazımdır. Bu, axırıncı yarış olmalıdır. Yaxud yerini Gəncə və Naxçıvan şəhərinə dəyişmək lazımdır. Oralarda müəyyən yollar bağlansa da, əhali Bakıdakı qədər əziyyət çəkməyəcək. Fikrimcə, hökumət bu barədə düşünməlidir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə