10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

12:32 / 13-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

İlham İsmayıl: “Bəzən 20 Dekabrda – Çekist günündə də təbriklər alıram” - Müsahibə
Tarix: 28-03-2018 08:00 | Bölmə: Müsahibə / Slayd

Ehtiyatda olan polkovnik deyir ki, dövlət təhlükəsizliyi orqanı keçmiş nüfuzunu bərpa etməklə yanaşı, təhlükəsizliyimizi təhdid edən hallara qarşısı xeyli işlər görülməlidir
Bu gün dövlət təhlükəsizliyi orqanının əməkdaşları peşə bayramlarını qeyd edirlər.
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Moderator.az-a müsahibəsində DTX-nın da fəaliyyətinə toxunub.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- 99 il əvvəl Azərbaycanın xüsusi xidmət orqanları yaranıb və 28 mart - təhlükəsizlik orqanlarının peşə bayramıdır. Bu həm də Sizin gününüz, peşə bayramınızdır, deyilmi?
- Sualınızda bir qədər şübhə çaları hiss etdim. Sanki mən bu günü qəbul etməyə də bilərəm.
Əlbəttə, mənim də peşə bayramımdır. Müstəqil dövlətimizin xüsusi xidmət orqanının yaranma günü bizim günümüz, bizim peşə bayramımızdır.
- SSRİ zamanında “KQB”-də xidmət edənlərin bəzən 20 Dekabrı - “çekist gününü” qeyd etdiklərini eşitmişəm, ona görə sualım belə səsləndi.
- Burda da bir qəbahət yoxdur, hətta xidmət illərinin hamısı SSRİ zamanına təsadüf edən keçmiş əməkdaşların 20 dekabrı yad etməsi, o demək deyil ki, vətəninə, müstəqilliyə sadiq deyil. Bu, ideoloji və ya sovet nostalgiyası yox, keçmiş əməkdaşların peşəsinə, keçdiyi yola sadiqliyi, öz şəxsi bioqrafiyasına normal münasibətidir. Keçmiş iş yoldaşlarımdan, çox nadir hallarda olsa da, 20 dekabrda da təbrik zəngləri gəlib, amma 28 mart bizim əsl peşə bayramımızdır, mənim üçün daha əlamətdardır.
- Təhlükəsizlik orqanlarının tarixindən soruşmayacam. Bunu internetdən də öyrənmək olar. 20 dekabrın verdikləri ilə 28 martın bəxş etdiklərini müqayisə etmisinizmi? Siz hansında özünüzü rahat hiss etmisiniz - 20 dekabrda, yoxsa 28 martda?
- Əvvələn deyim ki, bunlar heç müqayisəyə gəlməz. 28 mart Vətənimin müstəqilliyi, bir dövlət olaraq yaranması, imperiyadan qurtulmasının nəticəsidir. Müstəqil dövlətin yaranmasını, millətin azadlığını heç nə ilə müqayisə etmək olmaz, hətta fərdi qaydada məhrumiyyətlər yaşansa da.
O ki qaldı özünü rahat hiss etməyə, buna daha çox maddi və mənəvi prizmadan yanaşmaq olar. 14 ilə yaxın xidmətimin cəmi 4 ili müstəqillik illərinə düşür. 10 ilə yaxını Sizin dediyiniz kimi 20 dekabra - SSRİ zamanına aiddir. Müstəqilliyin ilk illərində və ondan əvvəlki dörd ildə-yəni 1988-ci ildən başlayaraq ölkədə faktiki olaraq müharibə gedirdi və xidmət illərimin yarısı gərgin siyasi, hərbi proseslərin, hadisələrin içində keçib.
İmtiyazlara qalsa, əlbəttə 20 dekabrın üstünlükləri çox idi. Mən birillik Minsk Ali Kursunu bitirib Gəncəyə gələndə şəhərin mərkəzində bir otaqlı mənzillə təmin olundum. Evlənən kimi, yenə şəhərin mərkəzində iki otaqlı mənzil verdilər. Şəhər kənarında kiçik də olsa, torpaq sahəsi də verildi. Maaşımız da o dövr üçün çox normal idi.
Başqa imtiyazlar da vardı. İstirahət evlərində məzuniyyət zamanı pulsuz dincəlmək, yol pulunun dövlət tərəfindən verilməsi, müalicə və sairə.
- Bəs, müstəqillik illərində - 28 martda nə əldə etdiniz?
- Azərbaycan Respublikasının vətəndaşı oldum. Bilirsiniz, bizim üçün, yəni 180 il Rusiya imperiyasının müstəmləkəsi olan Azərbaycan üçün müstəqilliyin qazanılması, dövlət olmamız heç bir maddiyatla ölçülə bilməz. Bundan ötrü can qurban vermək lazımdır.
- Anlayıram, bu mənim üçün də aydındır. Amma, yenə də...
- Onda belə deyək: 20 dekabrda əldə etdiyim bütün maddiyyatı müstəqillik dövründə satıb yaşamaqla məşğul olmuşam. 20 dekabrın verdiyi evləri satıb, kirayədə qalırıq.
- Yəni müstəqil dövlət - 28 mart Sizə heç nə vermədi.., maddi cəhətdən..
- Yox. 1994-cü ildə Bakıya xidmətə dəvət edən o vaxtkı nazir Namiq Abbasov paytaxtda evimin olmadığını bilirdi. Söz verdi ki, tezliklə ev verəcək, növbəyə götürdülər, amma bir ildən sonra mən istefa verdim. Vəssalam.
- Peşmansınız?
- Nəyə? İstefa verib ev ala bilmədiyimə? Siz nə danışırsınız? İmtina etməyi bacarmaq mənəviyyat məsələsidir, maddiyat yox.
- Amma, “ehtiyac qul edir qəhrəmanı da”, onsuz da olmur axı?
- Əlbəttə, olmur. Amma, minimumla da xoşbəxt olmaq mümkündür. O sözləri Səməd Vurğun bəlkə də özü üçün demişdi. O dövrün siyasi ab –havası o qədər sərt idi ki, böyük mənəviyyat və istedad sahibləri zülmün qarşısında geri çəkilməyə məcbur olublar. Görünür şair də dözə bilməyib, nəyəsə razılıq verəndə ürəyindən bu sətirlər keçib. Əslində qul oldunsa qəhrəman olmursan.
- Yaxşı, başqa müqayisə aparaq: 20 dekabrla müqayisədə bizim xüsusi xidmət orqanının peşəkarlığı, ümumi səviyyəsi necədir?
- Burda birmənalı cavab vermək çətindir. Nəzərə alın ki, Azərbaycan SSR DTK-sı SSRİ DTK-nın strukturu idi. Sovet DTK-nın adı dünya çapında olan bir təşkilat olub, bu gün də onun varisi FTX və XKX dünya səviyyəsində bir xüsusi xidmət orqanıdır. 70 il biz də o məktəbin üzvü olmuşuq. Deməli, məktəb qalır. Vəzifələr, metodlar, miqyas fərqli olsa da. Sadəcə, 11 il 3 aylıq “oboxeyis” idarəetməsi bu məktəbi darmadağın etdi. İndiki DTX, hesab edin ki, sıfırdan olmasa da, ona yaxın yerdən yenidənqurma ilə məşğuldur və özünüz də hiss edərsiniz ki, artıq bu təşkiatın adı çirkli məsələlərdə hallanmır. Keçmiş nüfuzunu bərpa etməklə yanaşı, islahatların aparılması, bütün istiqamətlər üzrə ölkənin təhlükəsizliyini təmin etmək, əməliyyat şəraitinə uğurla nəzarət etmək, beynəlxalq terrorizmin, radikal islamın, separatçılığın, ümumiyyətlə dövlət təhlükəsizliyini təhdid edən bütün halların qarşısını almaq istiqamətində hələ xeyli işlər görülməlidir və mənə də çatan məlumatlara görə bu yöndə iş aparılır.
Bildiyiniz kimi xüsusi xidmət orqanımız kataklizmlər yaşayıb. Siz deyən kimi keçmiş imperiya orqanı ilə təzə-təzə möhkəmlənməyə başlayan bir xidməti müqayisə etməyimiz doğru olmaz.
- Yəni biz kiçik dövlətik və təşkilatımız da iddialı ola bilməz?
- Xeyr. Bir tarixi faktı deyim. İsrail 1948-ci ildə yaranıb. İsrail xüsusi xidmət orqanları-istər Mossad, istər Şabak dövlətin yarandığı ilk illərdən dünya səviyyəli təşkilatlardır. Əsas məsələ dövlətin apardığı siyasət və xüsusi xidmət orqanı qarşısında qoyduğu vəzifədir. Təşkilat o vəzifələrə uyğun hərəkət etməklə formalaşır. Dövlətin tarixi, yaşı, böyük-kiçikliyi, professionallıq üçün vacib şərt deyil.
- Ermənistan düşmən dövlətdir. Sizcə düşmən dövlətlə, konkret olaraq işğal olunmuş Qarabağda bizim xüsusi xidmət orqanları lazım olan işləri görürmü? Siz bu sahədə tələb olunan işdən razısınızmı?
- Əgər o işlər görülürsə də, mən bunu bilmirəm, bilsəm də demərəm. Yox, görülmürsə də, yenə heç nə deyə bilmərəm. Sadəcə, mənim narazılığım o olub ki, bizim xüsusi xidmət orqanı və Müdafiə Nazirliyi birgə xüsusi təxribat dəstəsi yaradıb, işğal altında olan yerlərdə qanunsuz məskunlaşmanın qarşısını almaq məqsədilə, yeni yaradılan infrastrukturları məhv etməli idi.
- Bəs, əksinə, düşmənin, ümumiyyətlə xarici kəşfiyatın fəaliyyətinə qarşı, qısası, casuslara qarşı necə, fəaliyyət qənaətbəxşdirmi?
- Açığı, Sizin narahatlığınızı başa düşürəm, amma bu suala da birmənalı cavab vermək mümkün deyil. Siz hətta bu sualı orda işləyən rəsmi əməkdaşa versəniz də, konkret cavab ala bilməzsiniz. Əks-kəşfiyyat tədbirləri görülür və casus yaxalamaq, ifşa etmək asan iş deyil. Yadınızdadır, az qala hər ay mətbuatdan oxuyurduq ki, MTN neçə kiloqramsa narkotik tutub. Casusu ifşa etmək, yaxalamaq, belə asan məsələ deyil və uzun çəkən prosesdir. Axı qarşı tərəf də peşəkardır. Hər halda bu istiqamət təhlükəsizlik xidmətinin ən çox diqqət yetirdiyi sahədir.
- Keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, bugünkü təhlükəsizlik məsələləri üzrə ekspert kimi Sizi peşə bayramı münasibətilə təşkil olunmuş rəsmi tədbirlərə dəvət etsələr gedərsinizmi?
- İndiyədək belə bir hadisə baş verməyib. Açığı, gözləmirəm və heç kimi də qınamıram. Bu, önəmli deyil.
- O zaman peşə bayramı münasibətilə biz Sizi təbrik edirik.
- Təşəkkür edirəm. Mən də peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarını, eyni zamanda bu peşənin bütün keçmiş əməkdaşlarını təbrik edir, gələn il 100 illik yubileyi dövlətimizin təhlükəsizliyi adına uğurla qarşılamağı arzu edirəm.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Dünən, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
Dünən, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
Dünən, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
Dünən, 00:02
Füzulinin işğaldan azad olunmasından beş il ötür
16-10-2025, 17:56
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır