17:19 / 22-10-2025
Nazir içilərinə maşın yuduzduran direktoru vəzifə təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
13:03 / 22-10-2025
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
12:56 / 22-10-2025
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
12:41 / 22-10-2025
Sabah bəzi ərazilərə yağış yağacaq
12:39 / 22-10-2025
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
12:36 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıya gəlib - Fotolar
12:19 / 22-10-2025
Mal əti bahalaşıb - Yeni qiymətlər
11:58 / 22-10-2025
İsrail türk ordusunun Qəzzaya gəlişini istəmir
12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

“Azərbaycanda sanballı çekistlərin olmasına cox da inanmıram”
Tarix: 10-11-2015 21:07 | Bölmə: Müsahibə / Slayd

Artıq neçə müddətdir ki, mətbuatın gündəmi Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən proseslərlə bağlıdır.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa "Reytinq” qəzetinə müsahibəsində deyib ki, əslində, MTN-lə bağlı nə baş verdiyini aydın şəkildə bilmək bir qədər çətindir:
- Çünki nazirin hansı motivlərlə işdən çıxarılması, yaxud həbslərin hansı səbəbdən aparılması çox da aydın deyil. Bu prosesdə ölkənin təhlükəsizliyi ilə bağlı hansı ciddi hadisələrin olduğunu bir qədər sonralar biləcəyik, yaxud kimlərsə memuarlarında daha dəqiq yazacaq ki, nə baş verib.
Amma faktiki olaraq, cəmiyyəti daha çox düşündürən Milli Təhlükəsizlik Nazirliyinin öz funksiyasından kənar fəaliyyətlə məşğul olmasıdır. Bunu Azərbaycanda bilməyən kimsə yox idi. Sahibkarların pul vermək üçün səfərbər edildiyi və müəyyən dərəcədə də işgəncə verilərək, qorxudularaq, şantaj edilərək qanunsuz vəsaitin ödəndiyi məkan kimi MTN cəmiyyətin diqqətində idi. Yəni, MTN-ni şantaj, işgəncə və digər qanunsuz vasitələrlə pul yığan quruma çevirmişdilər. Ona görə də, bir çox iş adamlarının ora çağırılaraq "soyulması” ilə bağlı cəmiyyətdə yayğın söz-söhbətlər gəzirdi.
- Sizcə, nazirin işdən uzaqlaşdırılması və yüksək rütbəli şəxslərin həbsi yalnız bu kontekstdədir, yoxsa başqa ciddi səbəblər də var?
- Bu, bir qədər fərqli sahədir deyə, təfsilatlı məlumat əldə etmək çətindir. Nazirin işdən çıxarılmasının və həbs olunanların böyük əksəriyyətinin məhz, bu motivlə həbs olunmasını dəqiq bilmirəm. Hazırda irəli sürülən ittihamlar, cinayət işindəki maddələr kimin hansı əsasda həbs olunduğunu bilməyə əsas vermir.
Amma mənim tanıdığım sahibkarlar var ki, MTN tərəfindən təzyiqlərə məruz qalıblar. Hətta orda göstərilən işgəncədən, qeyri-qanuni vəsait alınmasından sonra intihar edənlər də olub. Hesab edirəm ki, həbslər bu motiv əsasında həyata keçirilibsə, bu, daha ağlabatan versiyadır. Ancaq ola bilsin ki, dövləti cinayətə əl qoyan müəyyən addımlar da atılıb.
- Baş verənlərlə bağlı ictimaiyyəti daha təfsilatlı məlumatlandırmağa ehtiyac varmı?
- Məncə, burada Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələ olduğuna görə, bu məsələdə çıxış eləmək, açıqlama vermək bir qədər çətindir. Çünki ölkə təhlükəsizliyi ilə bağlı elə məsələlər ola bilər ki, onun açılması ümumi işimizə ziyan vurar. Amma xüsusiylə iş adamlarını, sahibkarları rahatlatmaq üçün müəyyən mesajlar verilməlidir ki, artıq heç bir sahibkara bu motivlə təzyiq etmək, ora aparmaq, pul qoparmaq məqsədiylə təhdidlər etmək ənənəsi olmayacaq. Məncə, bunu təlqin eləmək kifayət edər.
Bir də, dinləmələrlə bağlı cəmiyyəti rahatlatmaq lazımdır ki, dövləti əhəmiyyəti olmayan məsələrlə bağlı qeyri-qanuni dinləmələrin həyata keçirilməsi baş verməyəcək. Bunları cəmiyyətə çatdırıb, nazirliyin də nüfuzunu qorumaq lazımdır.
- Bəlkə də bu mesaj sıravi insanları rahatladar, amma ölkənin elitasında və düşünən insanlarda narahatlıq var. Çünki işdən çıxarılan, həbs olunan şəxslər illərdir, dövləti əhəmiyyət daşıyan informasiyalara sahibləniblər. Bu mənada dövlətçiliyimizə hər hansı təhlükə ola bilərmi?
- Bu cür məsələlər dövlətçiliyimiz üçün ciddi təhlükə yaratmır, çünki bütün dünya dövlətlərində belə hadisələr baş verir. İtaliyada da mafiya ilə əlaqədar fəaliyyətlər baş verir, vəzifə səlahiyyətlərindən sui-istifadə halları Rusiyada da yaşanıb. Ona görə də, məsələni çox da dramatikləşdirmək, dövlətin gələcəyi üçün təhlükə sindromu kimi göstərmək yanlış olardı.
Burada bir məsələyə diqqət yönələ bilər: o da bu qurumların fəaliyyətinə nəzarət mexanizminin hazırlanması və onların da buna tabe olmalarıdır. Bunun da dünyada sivil yolu parlament nəzarətinin mövcud olmasıdır. Bu qurumların fəaliyyəti ilə bağlı vaxtaşırı müzakirələrin aparılması müəyyən dərəcədə faydalı olardı. Əgər bu olarsa, daha elitar formada bu qurumların fəaliyyətinə nəzarət imkanı yaranar.
Qapalı iclaslarda, komitə səviyyəsində bu məsələlərə baxıla bilərdi. Heç bir nəzarət mexanizmi olmayanda ısə bu cür problemlər ortaya çıxır. Görürsünüz, müəyyən məsələlər aydınlaşandan sonra dövlət başçısı qəti addımlar atdı.
Amma bu cür məsələlərlə hər şeyə nəzarət etmək mümkün deyil. Bu işdə ictimai nəzarət fəal olmalıdır ki, prezidentə də bu məsələlərlə bağlı təhlükə siqnalını çatdırsın. Məsələnin əsas kökü budur. Ona görə də, buna dövləti təhlükə kimi baxmıram və bu məsələyə sadəcə, cəmiyyəti narahat edən bir problem kimi baxıram.
- Ölkədə baş verən gizli və aşkar hadisələr bütün detalları ilə bu qurumda toplanırdı. Necə düşünürsünüz, hazırda həbs olunan şəxslərin həm dövlət əhəmiyyətli, həm də özəl informasiyaları kənara sızdırmaq imkanları varmı?
- Təbii ki, bu da mümkündür. Əgər pul qarşılığında bu işlərə qol qoyurlarsa, ölkəni də, onun maraqlarını da sata bilərlər. Amma faktiki olaraq, Azərbaycan açıq bir ölkədir, ona görə də kənara hansısa informasiya sızdırılmasına görə böyük bir ajiotaj gözlənilmir. Onsuz da sputnik məkanından həm Rusiya, həm ABŞ, həm də qabaqcıl texnologiyaya malik digər ölkələr informasiya əldə edə bilirlər. Yəni, bu məsələdə hansısa məmur qrupunun köməyinə ehtiyac qalmır. Burada söhbət Azərbaycan vətəndaşına verilən əzab-əziyyətdən gedir. Mahiyyət budur ki, vaxtiylə Hacı Məmmədovun dəstəsini zərərsizləşdirən şəxslər onu MTN-də saxlayaraq, ondan kriminal fəaliyyət göstərməyin yolunu öyrənib, bu yolu davam etdiriblər. Ona görə də, nə Hacı Məmmədov, nə də MTN formatında özbaşınalıq göstərən bir məmur qrupunun fəaliyyətinin bu qədər nəzarətsiz olmasına yol vermək olmaz.
Belə hallar təkcə bizdə deyil, başqa dövlətlərdə də baş verir və bunu xüsusi, əlahiddə təhlükə kimi göstərmək doğru deyil. Bu, epizodlardır və onların təkrarlanmaması üçün vaxtında önləyici addımlar atmaq, səmərəli nəzarət mexanizmi qurmaq lazımdır.
- Fazil bəy, o fikirlər də səslənir ki, MTN rəsmilərinin iştirak etdiyi dövləti xəyanətdə digər nazirlərin də "izi” var. Sizcə, hazırda vəzifədə olan yüksək çinli məmurların da bu prosesə cəlb olunması və cəzalandırılması realdırmı?
- Hər halda, bu da kifayət qədər istisna olunmayacaq bir məsələdir, çünki dövlət qurumlarında çalışanların bir-biri ilə ünsiyyətləri var, əksəriyyətinin qohumluq əlaqələri mövcuddur. Amma bu, kiminsə ittiham olunmasına əsas vermir. Kimsə MTN-nin hansısa əməkdaşı ilə görüşübsə, şəkil çəkdiribsə, buna görə kimisə nədəsə ittiham eləmək doğru olmaz. Bizə həqiqəti aşkara çıxarmaq lazımdır ki, kim bu kriminal əlaqələrdə rol alıb, kim prosesə dəstək verib, kimlər şantaj olunub, kimlərin bu məsələlərlə bağlı problemləri yaranıb. Bunlar aydınlaşandan sonra bir çox faktlar üzə çıxacaq. Bu səbəbdən də nazirlərin və başqalarının şantaj olunması məsələsində, bu qurumdan daha çox həmin şəxslərin özünü qınamaq lazımdır. Çünki dövlət vəzifəsində çalışan şəxslər elə həyat qurmalıdırlar ki, onlara irad tutulası məsələlər az olsun. Tutalım bir məmurun özü, ya övladı harın həyat yaşayırsa, avtoşluq edirsə, qeyri-qanuni yolla toplanan milyonlarla xarici ölkəyə sərmayə yatırırsa və digər addımlar atırsa, bütün bunlar cəmiyyət tərəfindən də mənfi qarşılanır. Məmurlar diqqət eləməlidirlər ki, nəinki özümüzün MTN-i, başqa xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən şantaj edilərək ölkə əleyhinə fəaliyyət göstərməyə məcbur edilməsinlər. Yəni, əsas məsələ buna rəvac verməməkdir, çünki bizimki olmasa da, başqası edəcək.
- Bu arada dövlət sirrinin qorunması, onunla işləyən məmurların fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər oldu. Ümumiyyətlə, bu sahədə hüquqi baza necədir, boşluqlar var, yoxsa...
- Mövcud qanunlar yetərlidir. Burada söhbət ayrı-ayrı şəxslərdən gedir ki, vəzifələrindən sui-istifadə edib, özbaşınalığa yol veriblər. Yəni, şəxslər özbaşınalıq ediblərsə, bunu qanunun tələblərinə zidd olaraq, həyata keçiriblər. Kimsə məhkəmənin hökmü olmadan başqasını dinləmək hüququna sahib deyil ki? Kimsə hansısa sahibkarı MTN-nin zirzəmisinə salıb şantaj yolu ilə ondan külli miqdarda pul tələb edirsə, burada hansısa qanundan danışmağa dəyməz. Ona görə də, burada qanun çatışmazlığı, yeni qanunun qəbuluna ehtiyac duyulmur. Burada söhbət ondan gedir ki, MTN-dəkilər qanuna əməl etməyiblər. Amma mən yenə də parlament nəzarəti mexanizminin qurulmasının tərəfdarıyam. Hər halda, indiki şərtlərdə ölkə prezidentinin bu quruma kənardan bir şəxs təyin etməsi müsbət haldır. Ən azı, buradakı dəstə ilə əlaqəsi olmayan və prinsipial mövqeyi ilə tanınan şəxsin bu quruma rəhbər gətirilməsi ortaya çıxan nöqsanların aradan qaldırılmasına ümidi artırır.
- 11 il əvvəl Eldar Mahmudov nazir təyin olunanda bir çoxları qeyri-peşəkarın bu posta təyin olunmasının yanlış olduğunu iddia edirdi. Artıq nəticə göz qabağındadır. Necə düşünürsünüz, bu posta peşəkar çekistin gətirilməsi zərurət deyilmi?
- Peşəkarlıq və ya qeyri-peşəkarlıq – bu, bir az müzakirə olunası məsələdir. Çünki Azərbaycanda "peşəkar çekist" deyilən kadrı tapmaq çox çətindir. Sovet dövründə hazırlanan kadrların sistemdə olması və onların hansısa quruma rəhbərlik etməsi yetərli deyil. Bir məktəb olmalıdır, Azərbaycanda isə bu olmayıb, sovet məktəbinin bir ünsürü kimi qalıb. Azərbaycanda sanballı çekistlərin olmasına çox da inanmıram. Ola bilsin ki, bu sahədə peşəkar insanlar var, amma sayları çox azdır. Hər halda, vaxtiylə mən, Prezident Aparatında sistemi koordinasiya elədiyimə görə kifayət qədər məlumatım var. Böyük çoxluğu da Rusiya kəşfiyyat sisteminə bağlı insanlar olduğu ücün, bir çox hallarda Azərbaycanın maraqlarına xidmət etmələri inandırıcı görünmür. Ona görə də, indiki şərtlərdə prinsipial bir adamın bu quruma gətirilməsi, dövlətçilik kursunun qorunmasında prinsipləri olan birinə səlahiyyət verilməsi yaxşı haldır. Ən azı, sistemdəki natamamlıqları və nöqsanları ortadan qaldırma imkanına sahib olacaq.
- Ancaq nazir kürsüsü hələ də boşdur...
- Adətən bu cür postlara rəhbərlik vəzifəni icra etmək variantında verilir ki, bir neçə müddətdən sonra həmin şəxs nazir postuna təqdim edilir. Güman eləmirəm ki, bura başqa yerdən nazir gətirilsin. Çox güman ki, elə bu seçim yekun seçim olacaq.
Bölməyə aid digər xəbərlər

Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Bu gün, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
Bu gün, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
Bu gün, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Dünən, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
Dünən, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
Dünən, 13:59
Ukrayna parçalana bilər
Dünən, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb