23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

Deputat: “İslahatlar ilk növbədə məhkəmələrdən başlanmalıydı” - Müsahibə
Tarix: 27-05-2018 09:47 | Bölmə: Müsahibə / Slayd

Fazil Mustafa: “Şərait yaratmaq laqımdır ki, insanlar məhkəmələrdə hüquqlarını normal şəkildə qoruya bilsinlər. Prezidentə, ölkə rəhbərliyinə qarşı narazılıq məhkəmələrdən başlayır”
Ölkədə keçirilən prezident seçkilərindən sonra hakim komandada müəyyən dəyişikliklər oldu. Uzun illər ölkənin baş naziri olmuş Artur Rasi-zadə yola salındı, bu posta Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov gətirildi.
Bundan əlavə, bir sıra nazirlik, komitə və digər qurumlarda da dəyişikliklər baş verdi. Komandadan kənar şəxslər olmasa da, gözlənilməz fiqurlar önə çəkildi.
Bir sıra struktur dəyişiklikləri də reallaşdırıldı. Hökumətə yaxın dairədə baş verənləri böyük islahat kimi dəyərləndirsələr də, bəzi şəxslər bunun köklü islahat kimi qələmə verilməsini doğru saymır.
“Reytinq” qəzetinin bu və ya digər suallarını cavablandıran Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa maraqlı məqamlara toxunub.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Əslində, mən seçkidən sonra ölkə prezidenti tərəfindən daha ciddi və əhatəli kadr islahatının həyata keçiriləcəyini gözləyirdim. Amma görünən odur ki, bu dəyişikliklərin əhatə dairəsi o qədər də geniş olmadı.
Təbii ki, müsbət istiqamətdə dəyişikliklər baş verdi. Ayrı-ayrı sahələrə çevik, dinamik iş pronsipinə sahib olan insanlar gətirildi. Ola bilsin ki, təcrübə nöqteyi-nəzərdən bəzi kadrlarla bağlı müakirə aparmaq olar, amma düşüncə və niyyət nöqteyi-nəzərindən daha hazırlıqlı kadrların yer aldığı komanda formalaşdı.
Elə baş nazir postuna müasir dünya prinsiplərinin, tələblərinin nədən ibarət olduğunu bilən adamın gətirilməsi də müsbət dəyişiklik kimi qiymətləndirilməlidir.
Onu da qeyd edim ki, baş verən kadr dəyişiklikləri müəyyən dərəcədə struktur islahatına da çevrildi. Amma cəmiyyətdə digər sahələrdə daha ciddi, daha köklü dəyişikliklərin olması ilə bağlı gözlənti var.
Hələlik seçkidən sonra olan dəyişiklik budur. Bu dəyişikliklərin hansı nəticələr verəcəyini demək çətindir. Çünki dəyişiklilər yenidir, müəyyən müddət sonra görülən işlər barədə hansısa fikir söyləməyə əsas yaranacaq. Əgər gözləntilərə uyğun dəyişikliklər olarsa, o zaman cəmiyyətin faydasına yönəlik dəyişikliklərin baş verdiyini düşünmək mümkündür. Yox, əgər bu günə kimi mövcud olan proseslərdən fərqli bir mexanizm işə düşməsə, baş verənləri sadəcə, kadr dəyişikliyi kimi xarakterizə etməli olacağıq.
- Fazil bəy, ümumiyyətlə, belə bir fikir hakimdir ki, ölkədə mövcud sistem var və hər kəs o sistemə uyğun fəaliyyət göstərir. Yəni, kadrların önəmi yoxdur. Eyni zamanda, o fikirlər də səslənir ki, bu idarəetmə mexanizmindən əl çəkilsə, hakimiyyətin taleyi sual altına düşə bilər. Hər iki konteksti əsas görürərək nə deyə bilərsiz?
- Bəli. Belə bir düşüncə tərzi var. Guya daha demokratik dəyişikliklərə gedilsə, hakimiyyətə təhlükə yaranar. Əksinə, daha köklü dəyişikliklər nəticəsində hakimiyyət üçün yeni nəfəs, yeni başlanğıc yaranar. Ona görə də düşünürəm ki, bu prinsiplərin dəyişməsinə ehtiyac var. 20-30 il eyni sistem üzrə çalışmanın rahatlığı ola bilər, amma onun yaradacağı fəsadlar daha böyükdür. Bu cür sistemlərdə cəmiyyətin müəyyən dərəcədə yorulması baş verir. Cəmiyyət hər zaman dəyişikliklərə maraq göstərir və istəyir ki, bu dəyişikliklər onun da rifahının yaxşılaşmasına xidmət eləsin.
- Sizcə, cəmiyyət əsasən hansı sahələrdə, nə kimi dəyişiklikləri istəyir?
- Bu gün ölkədə ən ciddi problemlərdən biri inhisarçılıqdır. Bu məsələ birdəfəlik həllini tapmalı idi. Kim nə qazanıb, kim nəyi özəlləşdirib - bunlar üzərində baş sındırmağa dəyməz. Bu istiqamətdə ciddi təftişin olacağı da gözlənilmir. Amma heç olmasa, bundan sonrakı prosesdə insanları rəqabətə buraxmaq lazımdır. Kiminsə himayəsi ilə bazarın formalaşması ənənəsindən qurtarmaq lazımdır ki, alt qatlarda insanlar normal yaşaya bilsinlər. Azərbaycanda alt qatlarda insanların yaşam səviyyəsi xeyli aşağı düşüb, çox böyük əziyyətlər çəkirlər. Bunu ortadan qaldırmaq, ağır vəziyyəti yumşaltmaq, yüngülləşdirmək üçün сiddi islahatlara getmək lazımdır. Seçkidən sonra həyata keçirilən kadr islahatları buna ümid yaratdı. Amma bu kadrların cəsarəti çatıb, bu istiqamətdə nə dərəcədə dəyişikliklər edəcəyi sual doğurur. Hesab edirəm ki, bu istiqamətdə nəticələri görmək üçün bir qədər gözləmək lazımdır.
- Prezidentin təyin elədiyi və səlahiyyət verdiyi şəxsin cəsarətə nə ehtiyac var ki? Təyin olunan kadrların təqdimatında da “Prezident bu sahədəki problemlərin həllini istəyir”,- mesajı verildi. Belə olan halda həmin məmurlar kimdən çəkinməlidir?
- Prezident bundan əvvəl də kadrlar təyin edirdi. Təyinatdan 4-5 il keçəndən sonra məlum olur ki, bu kadr özünü doğrultmur. Əgər həmin məmurlar Prezidenti eşitsəydilər, yetərli idi. Çünki Prezidentin mesajları, tapşırıqları kifayət qədəq açıq idi.
Prezident deyir ki, qudurğanlıq eləməyin, xalqı incitməyin, verilən tapşırıqları yerinə yetirin. Ölkə başçısı bütün bunları hər zaman deyirdi, amma bunu hamı eşitmirdi. Əgər bütün məmurlar eşitsəydi, deyilənlərə əməl etsəydilər, o zaman problem olmazdı. O baxımdan deyirəm ki, alt qatlarda islahatların sabotaj olunması var.
Prezident istəyərmi ki, məhkəmə sistemində bu qədər ədalətsizlik olsun? Bu gün alt qatlarda, məhkəmələrdə o qədər böyük ədalətsizliklər olur ki, insanlar narazı qalır. İndi Prezident gedib aşağı səviyyələrdə araşdırma aparası deyil ki?
Ona görə də hesab edirəm ki, islahatlar ilk növbədə nazirliklərdən yox, məhkəmələrdən başlamalıydı. Nəhayət şərait yaratmaq laqımdır ki, insanlar məhkəmərələrdə hüquqlarını normal şəkildə qoruya bilsinlər. Prezidentə, ölkə rəhbərliyinə qarşı narazılıq məhkəmələrdən başlayır. Bu mənada məhkəmə-hüquq sistemində ciddi dəyişikliklərə başlamaq lazımdır. Bunlar ciddi məsələlərdir. Bu cür məqamlarda kadrları dəyişmək yetərli olmur. Ədalətin bərqərar olması prosesində məhkəmənin dəstəyi olmayanda bu proses uzun sürmür, nəticəyə varmır. Sabah, birigün yenə məhkəməyə gedəcək və orada dolaşığa düşəcək. Bu mənada məhkəmələrdə dəyişiklik olduqca vacibdir.
Bundan əlavə, ümumilikdə hüquq-mühafizə oqranlarının yeniləşməsinə ehtiyac var. Artıq elə bir dövrdür ki, insan haqları ciddi şəkildə diqqətdə saxlanılmalıdır. Bu sahədə hansısa qanunsuzluq olur, şikayət edilir və ölkə böyük məbləğdə kompensasiyalar ödəmək zorunda qalır. Avropa Məhkəməsindən qərarlar gəlir, təminatlar ödənilir. Bunlar dövlət büdcəsindən gedən vəsaitlərdir. Bunların qarşısı alınmalıdır.
- Dediyiniz alt qatdakı sabotaja, özbaşınalıqlara kimlər himayədarlıq edir? Yuxarıdan dəstəkləri olmasa, belə edə bilərlərmi?
- Onların kim tərəfindən himayə olunması barədə konkret fikrim yoxdur. Mən öz müşahidələrimi söyləyirəm. Əgər bunları bilsəydim, daha açıq danışardım, konkret addımlar atılması üçün əlimdən gələni edərdim. Söhbət ondan gedir ki, neqativ təzahürlər var və bunları ortadan qaldırmasaq, işlərimiz o qədər də yaxşı olmayacaq.
- Fazil bəy, kadr dəyişikliklərindən sonra bir tendensiyanın şahidi olduq. Deputatlardan tutmuş ictimai-siyasi fəallara qədər - hər kəs “vurulan” kadrların qarasına danışmağa başladı, yenilərə təriflər deyildi. Necə olur, adam vəzifədə olanda, yaxşıdır, çıxan kimi pis? Belə çıxır ki, insanlar konkret kadrı yox, vəzifəni bəyənirlər?
- Bizdə vəzifəyə münasibətin həlledici rolu var. Söhbət məmurdan qorxmaqdan getmir. Azərbaycanda yaltaqlanma meylləri çox güclü olur. Kim vəzifədə olursa, ona yarınmaq istəyənlər çox olur. Bir də görürsən ki, bir dəyərsiz adam hüzr yerinə gəlir, vəzifədədirsə, imkanları genişdirsə, onu başa keçirirlər. Əslində, normal insanlar bundan sıxılır. Amma bu, bizim reallığımızdır. Vəzifədən gedəndən sonra da kiminsə söyülməsi, tənqid olunması gözləniləndir.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Bu gün, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
Bu gün, 16:31
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
Bu gün, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Bu gün, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Bu gün, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
Bu gün, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
Dünən, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək