09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Türkiyə ordusu Resulaynı azad edib
Tarix: 12-10-2019 15:13 | Bölmə: Dünya / Xəbərlər
Türkiyə ordusu Resulaynı azad edib

Türkiyə ordusu "Barış Pınarı" əməliyyatının 4-cü günü YPG/PKK-nın nəzarətində olan ən böyük rayonlardan birini - Resulaynı terrorçulardan azad edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, əməliyyatın ən kritik nöqtələrindən biri sayılan Resulayn bu gün Türkiyə ordusu ilə Azad Suriya Ordusu tərəfindən azad olunub: "Ordu artıq Resulayn bölgəsinə daxil olaraq, rayonda tam hakimiyyətə sahiblənib. Əməliyyat zamanı xeyli silah-sursat ələ keçirilib. Hazırda ərazidə mina axtarışları davam edir".

Faktı Milli Müdafiə Nazirliyi yazılı açıqlama ilə təsdiq edib.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb