"Hey­dər Əli­ye­vin əley­hi­nə ge­dən­lə­rin əksəriyyəti indi yük­sək və­zi­fə­də otu­rub­lar" - Müsahibə
Tarix: 23-01-2017 15:03 | Bölmə: Müsahibə / Slayd

 

Əli Ömə­rov: "Ə­li­ye­və gül­lə atan­lar, onun çı­xı­şı­nı kə­sən­lər Mil­li Məc­lis­də də təm­sil olu­nur, mil­yard­lar qa­za­nır, vil­la­la­ra, ob­yekt­lə­rə sa­hib olublar. Elə­lə­ri var ki, tür­mə­də ya­tıb çı­xıb, bu gün na­zir kür­sü­sün­də otu­rub"

Ar­tıq 20 Yan­var fa­ci­ə­si­nin 27-­ci il­dö­nü­mü arxada qal­dı. Hər il bu ta­rix ərə­fə­sin­də rus qo­şun­la­rı­nın kim­lər tə­rə­fin­dən Azər­bay­ca­na çağırıl­ma­sı mü­za­ki­rə möv­zu­su olur. 

Mü­za­ki­rə­lər za­ma­nı o da qeyd olu­nur ki, 20 Yan­var ha­di­sə­lə­ri za­ma­nı in­di­ki Baş na­zir Ar­tur Ra­si-zadənin im­za­sı ilə Mosk­va­ya te­leq­ram vuru­lub və "qayda-­qa­nun ya­ra­dıl­ma­sı" üçün qoşun ye­ri­dil­mə­si­nə eh­ti­yac ol­du­ğu bil­di­ri­lib.

Azər­bay­ca­nın keç­miş baş pro­ku­ro­ru Əli Ömə­rov "Rey­tinq­"ə mü­sa­hi­bə­sin­də bu mə­sə­lə­yə də to­xu­nub.

Reyting.az saytı həmin müsahibəni təqdim edir:

- Mən, hər za­man hə­qi­qət tə­rəf­da­rı ol­mu­şam. O za­man da, elə in­di də hə­qi­qə­ti söy­lə­yi­rəm.

O vaxt yan­var fa­ci­ə­si Ali So­vet­də mü­za­ki­rə olunan­da rus qo­şun­la­rı­nın Ba­kı­ya kim­lər tərəfindən ça­ğı­rıl­dı­ğı üzə çıx­dı. Şəx­sən mən, Ali So­vet­də sə­nəd gös­tər­dim və is­tin­ta­qa təq­dim et­dim. O sə­nəd­də gös­tə­ri­lir­di ki, Na­zir­lər So­ve­ti səd­ri­nin bi­rin­ci mü­a­vi­ni Ar­tur Ra­si-­za­də Moskva­ya te­leq­ram vu­ra­raq, rus qo­şun­la­rı­nı Bakı­ya ça­ğı­rıb.

Sə­nə­din məz­mu­nu be­lə idi. Ar­tur Ra­si-­za­də Baka­ti­nə yaz­mış­dı ki, bur­da er­mə­ni­lə­ri öldürürlər, xa­hiş edi­rəm, kö­mək gön­də­rin.

Am­ma mən iki gün əv­vəl Ayaz Mü­təl­li­bo­vun mü­sa­hi­bə­si­ni oxu­dum. De­yir ki, o vaxt rus qo­şun­la­rı­nın Azər­bay­ca­na gəl­mə­si­nin əley­hi­nə olub. Onun söz­lə­ri­nə gö­rə, SS­Rİ Na­zir­lər So­ve­ti­nin səd­ri Luj­ko­va te­le­fon­la zəng edə­rək de­yib ki, qo­şun gön­dər­mə­yin. Hət­ta bu te­le­fon söhbəti­ni Luj­kov öz ki­ta­bın­da da qeyd edib.

- Siz­cə, Mü­təl­li­bov bu fi­kir­lə­rin­də səmimidirmi? 

- Bi­lir­si­niz, bu­ra­da ma­raq­lı və zid­diy­yət­li mə­qam or­ta­ya çı­xır. Ne­cə olur ki, bi­rin­ci mü­a­vi­ni be­lə bir te­leq­ram vu­rur, am­ma Na­zir­lər So­ve­ti­nin səd­ri Mü­təl­li­bo­vun bun­dan xə­bə­ri ol­mur? Yə­ni, inan­dı­rı­cı gö­rün­mür. Ya o və­zi­fə­si­ni la­zı­mi sə­viy­yə­də ic­ra et­mə­yib, ya da onun xə­bə­ri olub. Əgər xəbə­ri olub­sa, ni­yə xalq­dan giz­lə­dir?

İna­nı­ram ki, Ar­tur Ra­si-­za­də Mü­təl­li­bo­vun xəbəri ol­ma­dan be­lə bir mü­hüm mə­sə­lə­də özba­şı­na hə­rə­kət edə bil­məz. Özü də Ar­tur Rasi-­za­də­nin im­za­la­dı­ğı o mək­tu­bu mən istintaqa təq­dim elə­mi­şəm.

Azər­bay­can xal­qı o vaxt mə­nim baş pro­ku­ror kimi çı­xı­şı­ma ba­xıb. O mək­tub 20 Yan­var fa­ci­ə­si ilə əla­qə­dar açı­lan ci­na­yət işi­nin ma­te­ri­al­la­rı ara­sın­da ol­ma­lı­dır.

- Bəs, o is­tin­ta­qın son­ra­kı mər­hə­lə­si ne­cə oldu?

- Son­ra­kı aqi­bət­dən xə­bər­si­zəm. Bi­lir­si­niz ki, mən son­ra­dan is­te­fa ver­dim. İs­tin­taq nə qə­ra­ra gə­lib, Ar­tur Ra­si-­za­də­ni din­di­rib­lər­mi, so­ru­şub­lar­mı ki, hə­min mək­tu­bu ki­min tap­şı­rı­ğı ilə, han­sı məq­səd­lə ya­zıb, bun­dan xə­bər­si­zəm.

Əgər mən baş pro­ku­ror və­zi­fə­sin­də qal­say­dım, Ar­tur Ra­si-­za­də­ni ça­ğı­rıb din­di­rə­cək­dim ki, kimin ica­zə­si və tap­şı­rı­ğı ilə rus qo­şun­la­rı­nın Bakı­ya ça­ğı­rıl­ma­sı­nı əks et­di­rən mək­tub ya­zıb.

O vaxt Hey­dər Əli­yev yan­var fa­ci­ə­sin­dən son­ra Azər­bay­ca­nın Ru­si­ya­da­kı sə­yir­li­yi­nə get­di və Qor­ba­ço­vu lə­nət­lə­di, par­ti­ya bi­le­ti­ni də cır­dı. Təəs­süf­lər ol­sun ki, öz xal­qı­na qar­şı ci­na­yət edən­lə­rin, Hey­dər Əli­ye­vin əley­hi­nə ge­dən­lə­rin ək­sə­riy­yə­ti in­di yük­sək və­zi­fə­də otu­rub­lar. İn­di hə­min adam­lar Hey­dər Əli­ye­vin adın­dan is­ti­fa­də edə­rək mil­yard­lar qa­za­nır­lar. Am­ma za­ma­nı gələn­də iç üz­lə­ri açı­la­caq və bi­li­nə­cək ki, on­la­rın ha­mı­sı Hey­dər Əli­ye­və düş­mən­dir. 

- Kim­lə­ri nə­zər­də tu­tur­su­nuz?

- Keç­mi­şə nə­zər ye­tir­sə­niz, hə­min döv­rə aid tele­vi­zi­ya ve­ri­liş­lə­ri­nə bax­sa­nız, hər şey ay­dın olar. Hey­dər Əli­yev çı­xış edən­də aya­ğı­nı ye­rə dö­yən­lə­rin, fit ça­lan­la­rın ha­mı­sı­nı gö­rə­cək­si­niz.

Mil­lət və­kil­lə­ri­nin də, na­zir­lə­rin də ara­sın­da yaxşı adam­lar var. On­lar vic­dan­lı, pe­şə­kar və pre­zi­den­tə sə­da­qət­li adam­lar­dır. Am­ma 80 fa­i­zi xə­ya­tən­kar­dır.

Si­zə bir mə­sə­lə­ni de­yim. Azər­bay­ca­nın bü­tün re­gi­on­la­rı­nı gə­zin, har­da yax­şı vil­la gör­sə­niz, de­yə­cək­lər ki, bu, fi­lan na­zi­rin, bu, fi­lan ko­mi­tə səd­ri­nin, ic­ra baş­çı­sı­nın, ya­xud da de­pu­ta­tın­dır.

O gün in­ter­net­də vi­de­o­ya bax­dım ki, de­pu­ta­tın mil­yon­luq vil­la­sı var. Bu de­pu­tat əmək­haq­qı ilə vil­la­nı ne­cə alıb? Bu da onu gös­tə­rir ki, bun­la­rın ək­sə­riy­yə­ti xal­qın qa­nı­nı so­rur­lar. Gö­tü­rək As­tan Şah­ver­di­ye­vi, Azər­bay­ca­nın gör­kəm­li, zəh­mət­keş adam­la­rı­nı "ot­xod" ad­lan­dı­rır. De­di­yim odur ki, ha­ki­miy­yə­tin on­la­ra ver­di­yi im­kan­lar­dan istifa­də edib pre­zi­den­tə xə­ya­nət edir­lər. Yalandan gə­lib pre­zi­den­tə mə­lu­mat ve­rir­lər ki, hər şey yax­şı­dır, na­ra­hat ol­ma. Am­ma siz də, mən də gö­rü­rəm ki, ca­ma­at han­sı və­ziy­yət­də ya­şa­yır. Ha­mı na­ra­zı­dır, ha­mı da­nı­şır. Ən pi­si isə odur ki, ha­mı pre­zi­dent­dən umur. Mə­mur­lar hər şe­yi pre­zi­den­tin boy­nu­na yı­xır, qəs­dən gərgin­lik ya­ra­dır­lar ki, in­san­lar pre­zi­dent­dən nara­zı düş­sün.

Bir mə­qa­mı xü­su­si vur­ğu­la­maq is­tə­yi­rəm, bə­zi mə­mur­lar Hey­dər Əli­ye­və sə­da­qət­li adam­la­rın ha­mı­sı­nı pis gü­nə sal­maq is­tə­yir­lər. Hey­dər Əliye­və gül­lə atan­lar, onun çı­xı­şı­nı kə­sən­lər, Mosk­va­ya qa­laq-­qa­laq şi­ka­yət ya­zan­la­rın hamısı bö­yük və­zi­fə­lər­də, Mil­li Məc­lis­də təm­sil olu­nur, mil­yard­lar qa­za­nır, vil­la­la­ra, ob­yekt­lə­rə sa­hib olub­lar. Elə­lə­ri var ki, tür­mə­də ya­tıb çı­xıb, bu gün na­zir kür­sü­sün­də otu­rub. Be­lə şey olar?

Baş­qa­la­rı­nı or­qa­na işə gö­tü­rən­də onun nə­sil-nə­ca­bə­ti­ni yox­la­yır­lar. Za­kir Nə­si­rov ki­mi ömürlük cə­za alan ci­na­yət­ka­rın öv­la­dı or­qan­da ne­cə iş­lə­yir? Əgər haqq­-ə­da­lət, qa­nun var­sa, ha­mı­ya ey­ni şə­ra­it ya­ra­dıl­ma­lı­dır.

Zül­mü­-ə­ziy­yə­ti mən çək­mi­şəm, Hey­dər Əli­yev uğ­run­da ca­nı­mı qoy­mu­şam, onun əley­hi­nə çıxan­lar bö­yük im­kan­la­ra sa­hib­lə­nib­lər.

- Ni­yə Hey­dər Əli­ye­və sə­da­qət­li olan­lar kə­nar­da sax­la­nı­lır? Bu, kim­lə­rin ma­ra­ğın­da­dır?

- Sə­bə­bi­ni bil­mi­rəm. Am­ma dü­şü­nü­rəm ki, bunun ar­xa­sın­da han­sı­sa qüv­və var. Hə­min qüv­və­lər pre­zi­den­tə ya­lan mə­lu­mat ve­rir­lər. Pre­zi­den­tə su­i-­qəsd ha­zır­la­yan­lar, Hey­dər Əliye­və gül­lə atan­lar, mə­nim həbs elə­di­yim adam­lar bu gün Mil­li Məc­li­sin de­pu­ta­tı­dır. Mən onun adı­nı çək­mi­rəm. Am­ma hər şey mə­lum­dur.

Əbül­fəz El­çi­bə­yə ya­xın olan­lar, Hey­dər Əli­ye­və qar­şı çı­xan­la­rın 20-30 nə­fə­ri de­pu­tat­dır. Bu­nu ha­mı gö­rür. Bu adam­lar xal­qı, döv­lə­ti de­yil, yalnız öz ma­raq­la­rı­nı dü­şü­nür­lər. Fə­a­liy­yət­lə­ri də rüş­vət və kor­rup­si­ya­dan iba­rət­dir.

- Əli mü­əl­lim, rüş­vət­dən, kor­rup­si­ya­dan danı­şır­sı­nız, am­ma öl­kə­də kor­rup­si­ya­ya qarşı cid­di mü­ba­ri­zə apa­rıl­dı­ğı bil­di­ri­lir. Bu mü­ba­ri­zə­ni ne­cə qiy­mət­lən­di­rir­si­niz?

- Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə­ni qə­na­ət­bəxş hesab elə­mi­rəm. Kor­rup­si­ya elə pro­ses­dir ki, ora­da yük­sək rüt­bə­li mə­mur iş­ti­rak edir. İn­di­yə ki­mi han­sı na­zir, ko­mi­tə səd­ri, ic­ra baş­çı­sı həbs olu­nub? Ya­lan­dan tibb ba­cı­sı­nı, mü­əl­li­mi, "Sobez" iş­çi­si­ni tu­tur­lar, vəs­sa­lam. On­lar da kor­rup­si­ya­nın sub­yek­ti de­yil­lər.

Elə na­zir­lik­lər var ki, ora­nı ai­lə şir­kə­ti­nə çeviriblər. Qo­hum­la­rı­nı, ya­xın adam­la­rı­nı ətrafları­na yı­ğıb­lar. Bir də­nə FHN, DİN, bir də Göm­rük Ko­mi­tə­sin­də kə­nar adam­la­rı da işə gö­tü­rür­lər. Qa­lan na­zir­lik­lə­rin ha­mı­sı ai­lə şir­kə­ti­nə çev­ri­lib.

- Adı­nı çək­di­yi­niz na­zir­lik­lər­də­ki əsas və­zi­fə­lər­də də di­gər yük­sək rüt­bə­li mə­mur­la­rın qohum­la­rı­dır?

- Bir na­zi­rin di­gər na­zi­rə xa­hiş edib qo­hu­mu­nu işə gö­türt­mə­si ay­rı mə­sə­lə­dir. Bir də var ki, rəh­bə­ri ol­du­ğun na­zir­li­yə qo­hum­-əq­rə­ba­nı yı­ğa­san. Bu­nun sə­bə­bi­ni bi­lir­si­niz­mi? Öz na­zir­li­yi­nə qo­hum­-əq­rə­ba­sı­nı yı­ğan adam­lar rüş­və­tin, kor­rup­si­ya­nın üs­tü­nü ört-­bas­dır edir.

Bi­rin­ci­si, qo­hum­-əq­rə­ba­nı öz na­zir­li­yi­nə yığ­ma­ğın özü qa­nun­suz­dur. Kor­rup­si­ya­nın mən­bə­yi bur­dan baş­la­yır. Nəq­liy­yat Na­zir­li­yin­də an­caq qo­hum­-əq­rə­ba­lar top­la­nıb. Zi­ya Məm­mə­dov qar­daş­la­rı­nı, qar­da­şı uşaq­la­rı­nı ət­ra­fı­na top­la­yıb. Bir vaxt­lar nəq­liy­yat sis­te­mi an­caq qo­hum­-əq­rə­ba­nın əlin­də idi.

Mə­nim heç kim­lə işim yox­dur, am­ma gə­rək əda­lət­li sis­tem ol­sun, haq­qı ola­na haq­qı ve­ril­sin. Elə et­mək la­zım­dır ki, ha­mı çö­rək ye­yə bil­sin.

- Siz baş pro­ku­ror olan­da ne­cə dav­ra­nır­dı­nız?

- Mən pro­ku­ror olan­da işə gö­tür­dü­yüm adam­la­rı araş­dı­ra bi­lər­si­niz. 29 nə­fə­ri işə gö­tür­müş­düm, ha­mı­sı da ye­tim-­ye­sir idi. İn­di də mə­ni har­da gö­rür­lər­sə, baş pro­ku­ror ki­mi qə­bul edir­lər. İs­mət Qa­yı­bo­vun, Mə­həm­məd Əsə­do­vun oğ­lu­nu işə gö­tür­müş­düm. İn­di yük­sək və­zi­fə­də ça­lı­şır­lar. Yə­ni, mən işə gö­tür­dü­yüm adam­la­rın ha­mı­sı kasıb ca­ma­a­tın nü­ma­yən­də­lə­ri­dir. Am­ma öz qohum­la­rım­dan heç ki­mi or­qa­na gö­tür­mə­mi­şəm.

O vaxt im­ta­han ko­mis­si­ya­sın­da təm­sil olunurdum, im­ta­han­da "5" alan­la­rın ad­la­rı­nı qeyd elə­miş­dim. Son­ra de­ka­na de­dim ki, fi­lan uşaq­la­rı mə­nim ya­nı­ma gön­də­rin. Sa­vad­lı, baca­rıq­lı in­san­la­ra yol aç­maq la­zım­dır. Am­ma in­di adam ta­nı­yı­ram ki, 6-7 il­dir pro­ku­ror kö­mək­çi­si iş­lə­yir, in­ti­har­la ci­na­yə­ti ayırd edə bil­mir. Gö­rün, və­ziy­yət nə yer­də­dir...

- De­yə­sən, pro­ku­ror­lu­ğun fə­a­liy­yə­ti Si­zi qa­ne elə­mir?

- Onu də­yər­lən­dir­mək mə­nə düş­məz. He­sab edi­rəm ki, pro­ku­ror­luq­da pe­şə­kar­lar var, am­ma çox­luq qey­ri-­pe­şə­kar­lar­dan iba­rət­dir.

- Ma­raq­lı­sı odur ki, han­sı döv­lət qu­ru­mu­nun qar­şı­sı­na nə­zər sal­san, yüz min ma­nat də­yə­ri olan şəx­si av­to­mo­bil­lər gör­mək müm­kün­dür. Siz­cə, bu ne­cə olur?

- Ay qar­daş, gu­ya bil­mir­sən­mi ne­cə olur? Əmək­haq­qı ilə o ma­şın­la­ra, vil­la­la­ra sa­hib olmaq müm­kün de­yil. Son il­lər mət­bu­at­da yüz­lər­lə be­lə fakt­lar dərc olu­nur. Bun­la­rın ha­mı­sı yox­la­nıl­ma­lı­dır.Təs­diq olu­nar­sa, hə­min adam­lar cə­za­lan­ma­lı­dır.Uşaq da bi­lir ki, ba­la­ca bir və­zi­fə­si olan adam miy­lon­lar­la va­ri­da­ta sa­hib­dir. Şa­ma­xı, Lən­kə­ran, Qu­ba və di­gər ra­yon­la­rın ha­mı­sı mə­mur­lar tə­rə­fin­dən zəbt olu­nub, mil­yon­luq vil­la­lar tik­di­rib­lər.

- Bu öl­kə­nin baş pro­ku­ro­ru ol­mu­su­nuz, Si­zin və­ziy­yə­ti­niz ne­cə­dir?

- (Gü­lür) Mən pen­si­ya ilə do­la­nan ada­mam, əla­və gə­li­rim də yox­dur. Mə­nim nə vil­lam var, nə də ba­ha­lı ma­şı­nım. Hə­mi­şə tə­miz iş­lə­mi­şəm. Hey­dər Əli­ye­vin xa­ti­ri­nə, ona söz gəl­mə­sin deyə, rüş­vət­xor­luq­la məş­ğul ol­ma­mı­şam. Hər za­man adı­mı, şə­rə­fi­mi üs­tün tut­mu­şam. O vaxt ma­aş­la, in­di də pen­si­ya ilə do­la­nı­ram.

- Sirr de­yil­sə, nə qə­dər pen­si­ya alır­sı­nız?

- 1900 ma­nat.

- Nor­mal do­la­na bi­lir­si­niz­mi?

- Tay ağ­la­ma­ya­ca­ğam ki? Do­lan­sam da, do­la­na bil­mə­səm də, ola­nım odur.

- Öv­lad­la­rı­nız hansı iş­lə məş­ğul­dur?

- Öv­lad­la­rım ev­də boş-­be­kar otu­rub­lar. Mən iş­lə­mi­rəm de­yə, on­la­rı da işə gö­tür­mür­lər. Am­ma 7 il pro­ku­ror kö­mək­çi­si iş­lə­yib, ağır ci­na­yət­lə in­ti­ha­rı ayırd edə bil­mə­yə­ni işə gö­tü­rür­lər...

- Nə əcəb, öv­lad­la­rı­nı­zı işə gö­türt­mək üçün han­sı­sa na­zir­dən xa­hiş et­mir­si­niz?

- Elə bi­lir­sən, na­zir­lər te­le­fo­na ca­vab ve­rir? İn­di ye­ni "ten­den­si­ya" var, ta­nı­ma­dıq­la­rı nöm­rə­lə­rə ca­vab ver­mir­lər. Gu­ya siz zəng edən­də te­le­fo­nu­nu­za ca­vab ve­rir­lər?

Oğ­lum El­nur Ömə­rov pro­ku­ror­lu­ğa işə qə­bul üçün sə­nəd ver­miş­di, am­ma Za­kir Qa­ra­lov ona ha­zır­da uy­ğun iş ol­ma­dı­ğı­nı bil­dir­miş­di. Hal­bu­ki Za­kir Qa­ra­lov pro­ku­ror­luq or­qan­la­rın­dan qo­vul­muş­du, onu işə mən bər­pa et­mi­şəm. Bü­tün mü­xa­lif da­i­rə­lər Qa­ra­lo­vu pro­ku­ror­lu­ğa qay­tar­dı­ğım üçün mə­ni tən­qid edir­di. Bu da Za­kir Qa­ra­lo­vun ver­di­yi qar­şı­lıq.

Mən baş pro­ku­ror olan­da bü­tün zəng­lə­rə ca­vab ve­rir­dim, la­zım olan­da gö­rü­şüb prob­lem­lə­ri­ni həll edir­dim. Mən heç ki­mə pa­xıl­lıq elə­mi­rəm. Am­ma mə­ni yan­dı­ran odur ki, o vaxt Hey­dər Əli­ye­vin yo­lun­da can qo­yan adam­la­rın ha­mı­sı­nı iş­dən kə­nar­laş­dı­rıb­lar.

Mən də "91-­lər" Hə­rə­ka­tı­nın üzv­lə­rin­də­nəm, YAP­-ın üz­vü­yəm, öv­lad­la­rım ali təh­sil­li­dir. Amma nə özü­mə, nə də öv­lad­la­rı­ma yol aç­mır­lar.

De­yə bi­lər­lər ki, sə­nin 67 ya­şın var. Hal­bu­ki bu gün mə­nim­lə ey­ni yaş­da olan 25-30 nə­fər, mən­dən 15-20 yaş bö­yük olan 10-15 nə­fər yük­sək və­zi­fə­də ça­lı­şır. Hər hal­da, bü­tün bun­lar ay­rı-seç­ki­lik­dir və mə­ni na­ra­hat edir. 

Za­ur ƏH­MƏD

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}