14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

16:15 / 18-10-2025

11:59 / 15-10-2025

Özünə kənardan baxan Səməd Vurğun və iki Vaqif - Kənan Hacı yazır
Tarix: 13-11-2021 13:44 | Bölmə: Kənan HACI

Gözüm gözünüzdən uzaq olsa da,
könüldən könülə yollar görünür.
50 illik yubiley təntənəsinə təşəkkür məktubunda xəstə şair dostlarını və oxucularını bu misralarla salamlayırdı...
Səməd Vurğun ölüm döşəyində yatarkən niyə məhz bu iki misranı xatırlamışdı? "Vaqif" dramında Vaqifin dilindən deyilmiş bu iki misra hansı assosiasiyaları doğurur? Ömrün-günün vəfasızlığınımı xatırladır, insanın öz etibarsızlığına haqq qazandırmasınımı qəsd edir?
İnsan doğulduğu gündən öləcəyi günə qədər yalnız getməklə məşğuldur. Dərsə, işə, uzaq səfərlərə... Və bütün bu getməklərin sonunda səni gözləyən bir qapıdan içəri keçirsən və bir də heç vaxt geri qayıtmırsan... Könüldən könülə yollar isə uzandıqca uzanır, şaxələnir, meridianlara çıxır...
"Şair, hökmdarın hüzurundasan!" Bu misra bir əsrə yaxındır ki, özündə böyük mətləbləri daşımaqla məşğuldur. Şumlanıb dincə qoyulmuş bu tipli ideoloji şeir sahələri gələcəkdə ədəbiyyat tariximizi araşdıracaq alimlər üçün xam torpaq misalında olacaq.
Stalinə yazılan mədhiyyələr bir yana, "Rəhbərə salam" şeiri bir yanadır. Bu şeir dövrün ruhunu özündə dəqiqliyi ilə əks etdirən nadir şeir nümunələrindəndir.
"Salam gətirmişəm hüzuruna mən,
bu gündən, gələcək qərinələrdən".
Axı Səməd Vurğun bu misraları da qələmə almışdı:
Alın tərimizi içdi böyüklər
gümüş qədəhlərdə al şərab kimi...
Ünvan başqaydı, amma hamı bilirdi ki, şairin qəsdi nədir... Bu qədər şəffaf işarəni sezməmək mümkünsüzdür. Gizlin (gizlin olduğu qədər də aşkar) işarələrin boşluğunda dolaşan mənalar Səməd Vurğunun əksər mətnlərində tez-tez görünüb itir. Səməd Vurğun ziddiyyətli şəxsiyyət deyildi, təpədən-dırnağa zamanəsinin övladı idi və onun şəxsiyyətində zamanın paradoksallığı və sistemin mahiyyəti öz əksini tapırdı.
37-ci il repressiyasında sağ qalanların vicdanı zədələndi. 38-ci ildə Səməd Vurğun “Vaqif” dramında Qacarın dilindən yazırdı:
Qılınclar toqquşub iş görən zaman
Neylər dediyiniz quru bir vicdan?!
Xatırlayıram, ömrünün son illərində Süleyman Rüstəm deyirmiş ki, “heç kəs bilmir ki, sovet sisteminin al bayraqları arxasında nələr dururdu”. Hər halda KQB arxivlərində Süleyman Rüstəmin Mikayıl Müşfiqlə bağlı bir cümləsi belə yoxdur. Deyirlər, repressiya maşını ziyalıları gedər-gəlməzə yollayanda o, Pirşağıdakı bağında oturub qorxu içində yoldan keçən maşınların səsinə qulaq verirmiş. 90-cı illərdə bu haqda bir yazı da yazmışdım. O yazıdan sonra Sabir Rüstəmxanlı ilə söhbət əsnasında dəyərli şairimiz dedi ki, Qarabağ hadisələrindən sonra Süleyman Rüstəmin içində bir şübhə baş qaldırmışdı. Onun kommunizm ideallarına inamı sarsılmışdı və dərin peşmançılıq hissi keçirirdi.
Səməd Vurğun da bu qorxuları yaşayıb. Total qorxu bütün yaradıcı insanların düşüncəsini şikəst etmişdi.
Könüldən könülə yollar görünür...
Bu yollarda da qorxu adlı məşum senzorlar dayanmışdı, azad fikrin qarşısını kəsirdilər...
Ürəkdən ürəyə çəkilən yollar, körpülər ən etibarlı yollar, körpülərdir. Bu yollar işıq sürətindən də itidir. Ömür möhlətinin bitəcəyində Səməd Vurğunun nisgil dolu məktubuna bu iki misranı əlavə etməsi onun özünü dissosiativ obrazda görmək istəyindən doğurdu. Özünə kənardan baxmaq, oxucularının və qələm dostlarının gözündə görünən Səməd Vurğunu tanımaq istəyirdi...
Bu təsnifatın müdhişliyi
Yollar yorğunu Vaqif Səmədoğlu isə sonda əlində çəlik Yaradana üz tutub belə dedi:
Allah, özüm gəlim,
ya kimisə göndərəcəksən?..
Hər üçü - Molla Pənah Vaqif də, Səməd Vurğun da, Vaqif Səmədoğlu da Azərbaycan poeziyasını yeni yola çıxartdı. Biri dilimizi ərəb-fasr izafətlərindən təmizlədi, biri dilimizi filtrdən keçirib durultdu, o birisi isə dilin ifadə imkanlarını daha da genişləndirdi.
Hər üçünə min rəhmət!
12 noyabr, 2021
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır