23:34 / 16-12-2025
Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb
21:31 / 16-12-2025
Balakəndə qəzada ölənlərin sayı artıb
20:37 / 16-12-2025
Monqolustan ət ixracını iki dəfə artıra bilər
20:30 / 16-12-2025
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
18:55 / 16-12-2025
Yasamalın başçısı vətəndaş qəbulunu necə təşkil edir?
18:34 / 16-12-2025
“Süni intellekt haqqında” qanun tətbiq olunacaq
18:26 / 16-12-2025
Dünya bazarında qızıl ucuzlaşır
18:02 / 16-12-2025
Bu şəxslər dövlət rüsumundan azad olunacaq
17:49 / 16-12-2025
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
17:43 / 16-12-2025
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
17:24 / 16-12-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:06 / 16-12-2025
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verilib
16:41 / 16-12-2025
Baş nazir: Bondidəki hücum İŞİD ideologiyasından ilhamlanıb
16:25 / 16-12-2025
Ərdoğan: "Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındır"
16:18 / 16-12-2025
TRIPP dəhlizi rəsmi Tbilisini niyə qıcıqlandırır?
15:59 / 16-12-2025
Məşhur kinorejissor milyarderlərin sırasına qoşulub
15:43 / 16-12-2025
"Qarabağ" cərimələnib
15:34 / 16-12-2025
Deputat: “Acınacaqlıdır ki, qadınlarımız da siqaretdən istifadə edir”
15:34 / 16-12-2025
Bəşər Əsəd sirləri açmaq istəyir
15:12 / 16-12-2025
Naməlum obyekt sürətlə Yerə yaxınlaşır
15:10 / 16-12-2025
General-mayor vəzifəsindən azad edilib
14:55 / 16-12-2025
Regional Təhsil İdarəsinin müsadirə olunan əmlaklarının çoxu qaytarılıb
14:37 / 16-12-2025
Rusiya müvəqqəti Milad atəşkəsini rədd edir
14:35 / 16-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
14:33 / 16-12-2025
Cəmil Həsənli yenə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb
14:32 / 16-12-2025
Erməni vitse-spiker: Rusiyanın “Tramp marşrutu”nda iştirakı müzakirə mövzusu deyil
14:19 / 16-12-2025
Xocalının daha iki kəndinə köç olub - (Yenilənib) - Fotolar
14:15 / 16-12-2025
Azərbaycanın neft ixrac etdiyi ölkələr - Siyahı
14:02 / 16-12-2025
Avropada həyəcan təbili çalınır
13:15 / 16-12-2025
Əjdər Olun müraciəti rədd olunub
17:49 / 16-12-2025
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
14:41 / 15-12-2025
Yetirməmlə fəxr edirəm - Professor yazır
14:17 / 15-12-2025
Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
18:20 / 14-12-2025
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
14:51 / 12-12-2025
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:35 / 16-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
17:29 / 12-12-2025
Çinə qarşı yeni koalisiya formalaşdırılır
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
11:26 / 13-12-2025
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
00:20 / 12-12-2025
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
10:36 / 13-12-2025
Lionel Messinin 21 metr hündürlüyündəki heykəli nümayiş olunub
14:07 / 12-12-2025
Tramp: Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər
Əlisəmid Kürün “Yol”dan başlanan yolu - Kənan Hacı yazır
Tarix: 09-02-2024 14:22 | Bölmə: Kənan HACI

Kənan HACI
Əlisəmid Kür poeziyasında sözün keçmişi və gələcəyi var. Keçmiş dilin qan yaddaşıdır, Əlisəmid Füzulidən Əli Kərimə qədər keçilmiş yolun başında durmuş Söz Cəngavəridir. 70 yaşın zirvəsində qaya kimi dayanıb. 2006-cı ildə yazdığım və ədəbi mühitdə böyük rezonans doğurmuş “Əlisəmidin bir üzü” yazımın elektron variantı olmadığı üçün (yazı arxivimdədir) 2011-ci ildə yazdığım bu yazını təqdim etməklə böyük şairimizi təbrik edirəm!
Əlisəmid Kürlə yenə bir payız axşamı görüşdük. Dedilər ki, şair son vaxtlar “Nizami” kinoteatrının yaxınlığındakı çayxanada tez-tez görünür. Ora baş çəkdim, gözümə dəymədi, telefonuna zəng etdim. “Sən də mənə zəng edərmişsən!” dedi. Hiss etdim ki, son vaxtlar onu aramadığımdan məndən incikdi. Dedi “Vətən” kinoteatrının qabağına gəl.
Çoxdandı ki, Torqovını Əlisəmidin havasıyla gəzmirdim. Yadıma subay-salıq vaxtlarım düşdü, o dövrdə Əlisəmidlə bu məşhur küçəni o qədər o baş-bu baş var-gəl etmişdik ki! Havanın sazağı canımızı üşüdürdü, tərs kimi dişə dəyəsi bir kimsə də yox... Onda Əlisəmid haqda belə bir şeir yazmışdım:
...bir axşam
dəyməmiş alçatək
turş bir ümidi
Yavanlıq elədik,
bir parça sevinci
qara çörək kimi
böldük yarıya...
Uzaqdan adamların tünlüyü içindən Əlisəmidi seçdim. Həmzəli İlyas sağ, fotoqraf Şahin isə sol tərəfdən şairi “qoruyurdular”.
Əlisəmiddən müsahibə almaq zor işdir. Onunla yarım saatlıq söhbət yüz müsahibəyə dəyər. Müsahibə sözünü dilimə gətirmədim. Hal-əhvaldan sonra Şahin şəkillərimizi çəkdi. Və Sahil bağına tərəf addımlamağa başladıq. Söhbət hərlənib-fırlanıb yenə “Yol” qəzetinin üstünə gəldi.
“Yol” Əlisəmidin həyatında əlamətdar mərhələdir. Bu qəzet çox qarışıq bir zamanda yarandı, hamının siyasətə qurşandığı, siyasətlə nəfəs aldığı, mütaliə limitini siyasi qəzetləri oxumaqla doldurduğu bir zamanda diqqəti yenidən ədəbiyyata yönəltmək asan bir iş deyildi.
- Əlisəmid, “Yol”a çıxanda özünlə kimləri götürmüşdün?
- Hamı cavan uşaqlar idi. Bilirsən, “Yol”da bütöv bir nəsil yetişib, indi o cavanların demək olar ki, hamısı ədəbiyyatda imzasını təsdiq etmiş yazarlardır. Biz gənclərə sözün əsl mənasında meydan verdik, azı hər bir yazarın potensial imkanlarının açılması üçün ona şərait yaradılmalıdır. Bu yolun başlanğıcında bizdən əvvəl gedənlər olub və biz bu yolu sadəcə, davam etdirdik və estafeti gənclərə ötürdük.
- Sən “Yol”a hansı vaxtda gəldin?
- 1991-ci ilin mayında. Siyasət hamını yemişdi, ədəbiyyat deyilən məfhum bu ölkədə elə bil donmuş vəziyyətdə idi. Mən qəzetdə şöbə müdiri kimi işə başladım, 1993-cü ilin yanvarından isə artıq baş redaktor idim.
- Bir az o dövrdən danış. Yazıları hansı prinsip əsasında seçirdin?
- Bilirsən, o dövrdə sanki hamımız güllə altına düşmüş maşının içindəydik. Çox ağrılı yazılar verirdik. Yadımdadır, belə bir rubrikamız var idi - “Müharibə və yazıçı”. “Qəzet içində qəzet” rubrukası vardı, bu rubrikanı tamamilə cavanlara etibar eləmişdim. Sonra “Üzü qibləyə”, “Cənnət qapıları” rubrikaları yaratmışdıq, o zaman belə mövzulara çox böyük ehtiyac vardı. İnsanların mənəvi təsəlliyə ehtiyacları vardı, bu mövzular yenidən özümüzə gəlmək üçün çox vacib idi. Torpaqlarımızı itirmişdik, o boyda dərdin içində marağı ədəbiyyata yönəltmək elə bilirsən, asan idi?!
- O dövrün gənclərindən kimləri xatırlayırsan ki, onları ilk dəfə sən çap eləmisən?
- Salamın, Qulu Ağsəsin, Xanəmirin şeirlərini ilk dəfə biz çap eləmişik. “Baca” ədəbi qrupuna, “2+” ədəbi cərəyanına hər dəfə geniş yer verirdim ki, qoy özlərini tam şəkildə ifadə eləyə bilsinlər. “Altun-Ay” mükafatını təsis elədik və bu mükafatı rəhmətlik Qədir İsmayıl, Tofiq Abdin və Murad Köhnəqala aldı. Gənclər üçün də “Altay-Alp” adlı mükafat təsis etmişdik, bu mükafatı da Salama və Qulu Ağsəsə verdik. Daha sonra rəssam Məzahir Avşar, Aydın Talıbzadə, İqrar Cəfəroğlu da bu mükafata layiq görüldülər. Bu mükafatların verilməsi ədəbi aləmdə çox böyük rezonans doğurdu. O vaxt indiki kimi ədəbi saytlar yox idi, internet imkanları yox idi, bircə dənə müstəqil ədəbiyyat qəzeti yox idi. AYB-nin jurnalları böyük fasilələrlə nəşr olunurdu. Biz buzu əridə bildik.
- Mənim yadımdadır, dünya ədəbiyyatından tərcümələr də verirdiniz. Akutaqavanın novellalarını, Soljenitsının geniş bir yazısını mən ilk dəfə “Yol”da oxumuşdum.
- Ay sağ ol. Yaxşı yadıma saldın, onda Akutaqavanı, Brodskini demək olar ki, heç kim tanımırdı. Onların bircə əsəri də bizim dilə tərcümə olunmamışdı. Sonradan Afaq Məsud Markesin “Patriarxın payızı”nı çevirdi. Ondan da əvvəl biz A. Kamyu, Heminquey, Oskar Uayld, M. Svetayeva, Anna Axmatova, Tomas Vulf, Borxes, Brodski, Selincer və digər dünya miqyaslı yazıçı və şairlərin əsərlərini öz dilimizdə çap edirdik.
Bir dəfə Ramiz Rövşən redaksiyaya gəlmişdi, heyrət içində mənə dedi ki, Əlisəmid, sən bu materialları haradan axtarıb tapırsan? Qeyri-təvazökar səslənsə də deyim ki, bu imzaların hamısını Azərbaycan oxucusuna ilk dəfə biz tanıtmışıq. Biz və “Xəzər” jurnalı. Bu, faktdır.
- Əlisəmid, o vaxt qəzet buraxmağın texniki cəhətdən də çətinlikləri vardı. Çətinliyiniz çox olurdu?
- İndi qəzet buraxmağa nə var ki? Biz senzura dövründə qəzet çıxarırdıq. Başımızın üstündə “qlavlit” deyilən demokl qılıncı var idi. Texniki baxımdan da əziyyət çox çəkirdik. Yazılar makinada yazılırdı və mətbəəyə göndərilirdi, orda da metranpaj yazıları yığırdı, sonra ciddi şəkildə yenidən oxunurdu ki, korrektura səhvləri olmasın. İndiki nəsil dozakl nə olduğunu bilməz. Çox çətin idi, çox.
- Sən o zaman üçün hadisə sayılacaq bir qəzetin baş redaktoru olmusan. İndi də “Yol” qəzeti xatırlanır. Necə düşünürsən, qəzet dövrü keçib, ya yox? Ümumiyyətlə, qəzeti necə görürsən?
- İnanmıram ki, qəzet nə vaxtsa sıradan çıxsın. Qəzet həmişə olacaq. Mən qəzeti canlı orqanizm kimi görürəm, qəzetin də iti gözü, iybilmə qabiliyyəti, eşitmə həssaslığı olmalıdır. Qəzet var ki, görür, eşidir, amma danışmağı bacarmır. Bax, indiki qəzetlərin əksəriyyəti belə bir vəziyyətdədir. Elə qəzetlər var ki, onlar ancaq iyə cumurlar, bunlar boz qəzetlərdir.
Ancaq ən əsası, qəzetin ürəyi olmalıdır. Mən qəzeti belə görürəm.
- Son vaxtlar təzə şeirlərinə rast gəlməmişəm. Nəsə yazırsan?
- Hə, işləyirəm. Xeyli təzə şeirlər var. Rəhmətlik Eyvazın (E. Əlləzoğlunu nəzərdə tutur.-K.H) xatirəsinə bir şeir yazmışam. “Qəbriniz qoşa qarısın”. İstəyirsən, sənə oxuyum?
- Oxu, Əlisəmid.

Əlisəmid həmişə olduğu kimi, öz şeirini əzbər deyir:
Bir vaxtlar özü yazmışdı:
“qışın bu soyuğunda heç adammı ölər”
Beyninə qan sızdı,
Ölüm onu haqladı qışın soyuğunda.
...Ölüm qansızdı.
Son nəfəsinə çatmadıq.
Nə deyəcəkdi?
Nədən danışacaqdıq?
Üzüağ idi dost yanında,
Üzü açıq uzanmışdı üzü qibləyə.
Son dəfə mən onun üzünü gördüm.
Gözləri qapalı,
Üzündə bir uşaq təbəssümü,
Dodağında bir dua yeri.
Ağlamağımız, anlamağımız üçün
bu adam nə deməli idi daha?
Ömür onu yormuşdu,
O, yazmaqdan doymurdu.
Mən onu yaxşı tanıyırdım,
O, ölümü ilə də
Qara yazı başlamışdı,
Qarayazılı qardaşım.
Onsuz da ənbər qoxusunu
Alan alıb, allanıb.
Olub, olub, qadın olub
Yıxılan evin dirəyindən
Göz yaşı ilə sallanıb.
Ağlatdıqca ağladan,
Sızlatdıqca sızladan,
Yazılmayan dərddi dərd!
Yazı yazan belə yazıb,
Qara yazıb,
qarayazılı qardaşım...
Hövsan soğanı çox acıdır,
Hövsan qəbristanlığı yayla.
Ruhunuz göz-gözə, əl-ələ,
Qəbriniz qoşa qarısın.
Qoşa qəbirə layla...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir