18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır
Tarix: 31-01-2022 10:43 | Bölmə: Kənan HACI

Zaman o qədər sürətlə ötür ki, bir də gördün, papağını yan qoyub səllimi gəzən adamın başındakı həmin papaq qəfildən tərsinə çevrildi; kimlərsə onun içinə pul atmağa başladı. Həyat bəzən adamla belə zarafatlar edir.
Pandemiya da zamanın bəşəriyyətlə növbəti zarafatlarından biridir. Koronavirus bilmirsən ciddidir, ya adamla məzələnir. Hekayənin ortasında girinc-girifrar qalmış bir qocanın əlindən tutub postpandemiya küçəsinə keçirmək istəsəm də, bu cəhdim uğursuz alındı.
- Adam gözləyirəm, bacıoğlu. Sən yolundan qalma, - etinasızcasına, üzümə baxmadan dillənir.
Danışığından təngnəfəsliyi hiss olunur. Maskasız adamdır. Yolun o üzündəki açıq kafenin yiyəsi deyəsən onu tanıyır. Qocaya şokoladlı çay təklif etsə də o, bu təklifdən nəzakətlə imtina edib çox vacib bir adamı gözlədiyini və onsuz boğazından heç nə keçməyəcəyini bildirdi.
Kafe yiyəsi də əl çəkənə oxşamırdı, mağazaların qarşısında hava ilə şişirdilərək quraşdırılmış kloun kimi elə hey durmadan əlini yelləyib onu çağırırdı. Sanki gələcəkdən boylanan postinsan idi. Qoca dodaqucu deyindi:
- Bu, nə həyasız adamdır? Ay kişi, mənim hekayəm yarımçıq qalıb, onu mütləq bitirməliyəm. Obraz isə tərslkdən yubanır. Harda qaldı bu cüvəllağı?!
- Nə? Hekayə? – təəccüblə qocanı başdan-ayağa süzdüm.
- Hə də. Zalım oğlu, yalançı ustalar kmi işi yarımçıq qoyub, aradan çıxıb.
- Siz... yazıçısınız? – deyə soruşdum.
- Yox, Kamaz şoferiyəm! – üstümə çımxırdı.
- Üzrlü sayın. Sizi tanıya bilmədim, - sakitcə dilləndim.
- Alə, əlbəttə, yazıçıyam. Bəs sən mənim kitablarımı oxumamısan?
- Yoox.
- Mən durğu işarələrini dildən sürgün etmiş yeganə yazıçıyam.
Susdum. Qoca davam etdi:
- Durğu işarələri illüziyadır. Məsələn, nöqtəni götürək. Nöqtə nisbi məna daşıyır. Cümlədə ola da bilə, olmaya da bilər. Olmasın nöqtə, olsun vergül, ya quyruqlu nöqtə. Bitmş fikrin arxasınca bir övuc nöqtə də atmaq olar. Sual işarəsinin işi-peşəsi ancaq soruşmaqdır, şah tənbəlidir, cavabı özü tapmaqla arası yoxdur. Özü kmi acgözü yoxdur. Nida işarəsinin qənimidir. Nida bəzən çarəsizlikdən gəlib durub onun yanında, cümləyə ritorika donu geydirir. Sual işarəsi də kürəyni nida işarəsinə söykəyib kef edir. Yenə ən ciddisi, mühafizəkarı nöqtədir. Nöqtə bunların ağsaqqalıdır; bütün mübahisələrə son qoyur. Bu durğu işarələri bütün günü bir-birini yeyib tükətməklə məşğuldur. Bunların kökü kəsilsin!
Həyatımda birinci dəfə idi ki, belə maraqlı yazıçıya rast gəlirdim. Bu dəfə başını qaldırıb düz gözlərimin içinə baxdı. Gözlərinin dibində durğu işarələri bir-birinə qarışmışdı.
- Küçələr doludur maskalı adamlarla. Elə bil şəhər nəhəng bir karnaval meydançasıdır. Adamlar özü olmağı yadırğayıb.
- Ağsaqqal, sən çox güman ki, Qodonu gözləyrsən, - dedim.
Qoca yazıçı çox yorğun görünürdü. Cavab verməyə həvəsi qalmamışdı.
- Qodo, - deyə pıçıldadı, - onu sən də tanıyırsan? – Üzünə dərin bir məyusluq çökdü.
- Elə bizi oturduğumuz yerdə işə salan bu dələduz Qodo deyil? Bütün ömrüm onu gözləməklə keçdi. Başı batsın onun!
Əsəbi halda yaddaşındakı “delete” düyməsini basdı. “Omikron mövsümü” hekayəsi yaddaşının D diskindən silindi. Spirt şüşəsini və əzik-üzük maskanı paltosunun qoltuq cibindən çıxarıb zibil qutusuna tulladı. Elə bil üstündən dağ götürüldü. Dərindən nəfəs alıb yüngülləşdi. Bu qlobal kədəri şokoladlı çayla canından çıxara bilməyəcəkdi. Yaşına xas olmayan qıvraq addımlarla yolu keçib kafeyə girdi və özünə çay deyil, şərab sifariş verdi. Kafenin yiyəsi – postinsan qalib ədayla əlləri cibində kənardan qoca yazıçını müşahidə edirdi.
Qoca yadına nəsə düşübmüş kmi qəfildən hekayənin jalyüzünü çəkdi ki, onu kimsə görüb narahat etməsin.
Müəllif hekayənin çölündə qaldı...
30 yanvar, 2022-ci il
Bölməyə aid digər xəbərlər

Hekayə

9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43