18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

Dərdi içində boğanların yazıçısı - Kənan Hacı yazır
Tarix: 16-10-2022 15:40 | Bölmə: Kənan HACI

Kənan Hacı
Damət Salmanoğlunu şeirləriylə tanımışam. Məzmun və mündəricə baxımından çoxşaxəli olan bu şeirlər sadə, mütəvazi, lirik arxitektonikası ilə minillik poeziyamızın qaynaqlarından süzülüb gələn ənənəyə söykənir. İnsana, həyata, hadisələrə həssas münasibət, adicə daş parçasına, bir budağa, bir yarpağa şairanə baxış müəlliflə oxucu arasında səmimi münasibət yaradır.
Qiyabi tanışlığımız şeirlə başlasa da tale elə gətirdi ki, bir gün yollar bizi eyni ünvana – Şuşa səfərinə çıxardı. Müqəddəs arzumuzun gerçəkləşməsinə eyni vaxtda şahidlik etdik. Və mən onu bir insan kimi də yaxından tanıdım. Şəxsiyyət defisiti yaşandığı bir zamanda insanın yaxşı dosta hava-su kimi ehtiyacı yaranır. Məlum bir məsəl var, birindən soruşurlar ki, filankəs necə adamdır, deyir hələ yol yoldaşı olmamışam. Şuşa səfəri Damət Salmanoğlu ilə bizi bir-birimizə daha da yaxınlaşdırdı.
Bir gün hekayələrini mənə oxumağa verdi. Bu hekayələri böyük maraqla oxudum. Xarakterlər adama tanış gəlir, onları hardasa gördüyünü xatırlamağa çalışırsan. Damət bəyin hekayələrinin qəhrəmanları ətrafımızdakı sadə insanlardır. “Sən əsl dostsan”, “Solmuş çiçəyin tumurcuğu”, “Boğulan dərd” və digər hekayələrdə 44 günlük Zəfər savaşımızın qəhrəmanları təsvir edilib. Sənət bizə təkcə estetik zövq aşılamır, həm də toplumsal bir yaddaş yaradır. Yarandığı çağın zehniyyətinə, yaşam tərzinə, gələnəklərinə, dəyərlərinə yaradıcı baxış sərgiləyir. Yazıçının göstərdiyi səmtdən baxsaq, qulağımıza pıçıldanan həqiqətləri daha aydın şəkildə eşidə bilərik. Müharibə dövrünün fraqmentləri bu minimalist hekayələrin içinə səpələnib. Düşmən gülləsi dolu kimi yağır, lakin əsgər öz yaralı dostunu döyüş meydanından çıxarmaq üçün geri qayıdır və görür ki, yaralının nəfəsi hələ üstündədir. Dostunu görüb “bilirdim ki, məni aparmağa qayıdacaqsan”,- deyir və gözlərini əbədi yumur.
Bu hekayəni oxuyanda izaholunmaz hislər keçirdim və Aprel döyüşlərində minaya düşmüş zabit yoldaşını xilas etmək üçün geri qayıdan və onu xilas edib özü minaya düşərək həlak olan polkovnik-leytenant Sənan Axundovu xatırladım. Döyüş tariximiz belə fədakarlıqla zəngindir. Zəfər savaşında bircə nəfər belə fərarimiz olmadı. İgid oğullarımız dünya hərb tarixində analoqu olmayan döyüş nümunələri göstərdilər. Ləyaqətlə, mərdcəsinə, qəhrəmanlıqla döyüşdülər. Bu cümlələrdə zərrə qədər pafos yoxdur. Qarabağın döyünən ürəyi Şuşanı cəsur əsgərlərimiz sıldırım qayalara dırmanaraq düşmənlə əlbəyaxa döyüş nəticəsində işğaldan azad etdilər. Damət Salmanoğlunun hekayələrinin qəhrəmanları həmin cəngavərlərdir.
“Boğulan dərd” hekayəsində təhkiyəçi dəniz kənarında bir şəhid anasıyla rastlaşır, onun qüssəli görkəmini görüb dərdinə şərik olmaq istəyir. “Mən də sizin bir övladınız. Əgər istəsəniz, bu dərdli qürurun nədən ibarət olduğunu mən də bilmək istərdim”.
Ana öz həyat hekayətini ona danışır və deyir:
“Əlbəttə, bala. İndi bütün xalqımın övladları mənim övladımdır. Görürəm, siz çox alicənab insansız. Mən də yaşıma və həyat təcrübələrimə söykənərək deyə bilərəm ki, insan sərrafıyam, bala. Üzünə baxan kimi hiss edirəm ki, kimin ürəyi necədir. Mənim oğlum hərbçiydi, polkovnik-leytnant idi. Çox igid və Vətəninə bağlı bir oğlan idi. Öz oğlum olduğuna görə demirəm ha, bunu bütün el-oba deyir”.
Sonra davam edir:
“Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu. Bütün Azərbaycan xalqı fəxr eləyir ki, Vətənin belə cəngavər igidləri var. Mən də fəxr eləyirəm ki, bizim rəşadətli ordumuz Vətənimizi yağılardan azad edib. Mən bir ana kimi, bir vətəndaş kimi qurur duyuram ki, mən igid oğul anasıyam, mən Şəhid anasıyam!”
Budur Azərbaycan qadını! Dərdi öz içində boğmağı bacaran qadın. Ədəbiyyatımızda məhz bu cür yenilməz qadınların, onların böyüdüb tərbiyə verdiyi igidlərin obrazı yaradılmalıdır. Göründüyü kimi, müharibə mövzusu tədricən ədəbiyyatımızda öz əksini tapır. Qalib xalqın yazıçısının mətnlərində bu qalibiyyət təhkiyə tərzinə, cümlələrin ahənginə qədər qabarıq hiss olunur.
“Şuşa fatehi” hekayəsində yazıçı Şuşanın işğaldan azad edilməsini ayrıntıları ilə qələmə alıb. Hekayəni həyəcansız oxumaq mümkün deyil. Qələbənin ehtişamı, dadı-duzu var bu hekayədə.

Damət Salmanoğlunun hekayələri özündə dövrün havasını hiss etdirən mətnlərdir. Bu hekayələrdə hissi baxımdan konsentrasiya son dərəcə güclüdür. Hadisələrin dinamizmi bu hekayələri birnəfəsə oxumağa sövq edir. Sevgi, xəyanət, kənd-şəhər mövzulu hekayələrini oxuduqca İsi Məlikzadə realizmindən süzülüb gələn nostalji hislərə köklənirsən. Xüsusən, “İndiki zamanda”, “Nakam eşqin harayı” hekayələrində. Kənddə yaşayan qoca ata, şəhərdə yaşayan övlad. Sevdiyi qızla əhd-peyman bağlayıb əsgərliyə yollanan və qayıdanda onu görməyib ağlını itirən zavallı gənc. Damət Salmanoğlu bu mövzuda olduqca maraqlı bir hekayə yazıb və fabulada peripetiyanı ustalıqla qura bilib.
Qocaman yazıçı Qərib Mehdi Damət Salmanoğlunun hekayələri haqqında belə yazır:
“Hərdən yazılarda publisist notlar da özünü biruzə verir. Janrın janra qarışması cəmiyyətin ədəbi-siyasi sifarişidir. Nəzərə çatdırdıqlarım müəllifin "İndiki zamanda" hekayəsində özünü daha qabarıq göstərir. Belə təhkiyə tərzi topluda azlıq təşkil edir.
Yazıçının əsas silahlarından biri də yüksək tutumlu bədii dildir. Razılıq doğuran haldır ki, Damət Salmanoğlunun yazıçı dili təbii, koloritli, yumşaq və obrazlıdır”.
Ustad yazıçının fikirlərinə bir şeyi əlavə etmək olar: Damət Salmanoğlu nəsrində mental stixiya hakimdir. Sevgi-xəyanət xətti üzərində qurulan hekayələrdə yazıçı əsasən xəyanət motivini önə çəkir. Sevgisiz qurulan ailələrdə xəyanət detektoru işə düşür və gənc qızlar çox vaxt valideynlərinin istəyinin qurbanına çevrilirlər. “Ağ atlı şahzadə”, “Nakam eşqin harayı”, “Səssiz haray” və digər hekayələrində yazıçı fərqli psixoloji tipləri ailə kontekstində təsvir edir. Bu obrazlar həyatlarını öz əməlləriylə çətinləşdirirlər, sevgiyə zaman ayırmadıqca içlərindəki işıq da öləziyir.
Ədəbi mətnlər bəlli bir kateqoriyaların məhsuludur. Dil, təhkiyə, struktur... Hər mətn də öz leksik məzmun və mündəricəsini diktə edir. Damət Salmanoğlunun hekayələrində fabulaya uyğun olaraq təhkiyə tərzi dəyişir.
Yazıçının nəsil şəcərəsiylə bağlı yazdığı tarixi-sənədli mətn isə geniş bir roman üçün zəngin material verir. Əminəm ki, bu maraqlı tarixçə nə vaxtsa bitkin bir romana çevriləcək.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır