21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Yeddi səyyarənin yeddi sirli aləmi - Kənan Hacı yazır
Tarix: 30-10-2022 23:17 | Bölmə: Kənan HACI

Kənan Hacı
Lətifə Orucun “Sirli gedişlər” romanı üzərinə notlar
Həyatın nə çox sirli gedişləri var imiş... Oğul istəyir ki, bu gedişlərdən baş çıxara bilsin. İnsan bu mübhəm gedişləri qabaqlamaq iqtidarında deyil, amma bu gedişlər insanın həyatına yön verə bilir. Şahmat oynamaq istəyən əvvəlcə bu oyunda fiqurların gediş və trayektoriyasını öyrənir, sonra kombinasiyaları öyrənir, növbəti gedişləri hesablaya bilmək, sonrakı vəziyyətləri təsəvvür etmək üçün isə iti düşüncə, bir az da fəhm lazım gəlir.
Ömür də bir şahmat taxtası deyilmi?! Mən yazıçı Lətifə Orucun “Sirli gedişlər” romanını oxuyandan sonra bu qənaətə gəldim: bəli, ömür də şahmat taxtasıdır və insanın həyatından gəlib keçmiş insanlar da bu müstəvidə hərəkət edən fiqurlardır.
Orxan Pamukun “Yeni həyat” romanı bu sözlərlə başlayır: “Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi”. “Sirli gedişlər”in mütaliəsi prosesində bir neçə dəfə bu cümləni xatıradım. İradə və xarakter baxımından zəif olan gənclər bəzən həyatın burulğanlarına tab gətirə bilmir və nəticədə onların gələcəyi zədələnir, perspektivlər dumana bürünür. Yüzlərlə, bəlkə də minlərlə gənc bu çətin sınaqlardan çıxmağı bacarmır. Ədəbiyyatın rolu bu mənada əvəzedilməzdir. Həyatımızı xilas edən kitablar haqqında çox danışmışıq, çox yazmışıq. Vaxtilə bu barədə “Xilaskar kitablar” adlı bir esse də yazmışdım. Düşünürəm ki, Lətifə xanımın qələmə aldığı “Sirli gedişlər” romanı çoxları üçün, xüsusən gənclər üçün xilaskar kitab ola bilər. Mən bu yazıda qətiyyən müəllifin zərif cinsin nümayəndəsi olması məsələsinə toxunmayacam. Sabit və lakonik bir fikri xatırladacağam: ədəbiyyatın cinsi olmur.

Amma... Bu əsərin baş qəhrəmanı Leyla da zərif cinsin nümayəndəsidir. Düşünürəm: yeniyetməliyindən bəri həyatın ağır zərbələrinə tuş gəlmiş Leyla bütün bu çətinlikləri necə adlaya bildi? Kitabın səhifələrini çevirdikcə Leylanın həyat hekayətinin izinə düşürəm. Roman paralel süjet xətti üzərində qurulub. Səkkiz yaşlı Rüfətin beynəlxalq şahmat yarışında rəqibiylə oyunu və Leylanın həyat müstəvisində rəqiblərinə qarşı mübarizəsi bir-birini tamamlayır. Həyatının başlanğıcında olan Leyla qarşısına qoyduğu məqsədlərə çatmaq üçün şahmat strategiyasını seçir. Xeyir, o, şahmat oynaya bilmir, onun beynində qurduğu strategiya riyazi təfəkkürə əsaslanır. Axı uşaq vaxtı anası da riyaziyyatı bilmirdi! Amma övladlarını riyaziyyat fənnini daha yaxşı öyrənməyə məcbur edirdi. Bu paradoksallıqda instinktiv bir məntiq gizlənir. Bu qoşa xətt əsərin emosionallıq gücünü artırır. Fəlsəfi düşüncələr hədəfə doğru istiqamət alır və nəticədə uğur əldə edilir. Bu, Azərbaycan ədəbiyyatında bir ilkdir. Şahmat və həyat üzərindən paralellər apararaq süjet xətti qurmaq müasir nəsrimizdə bir yenilikdir. Leylanın qarşısına çıxan insanlar bir növ, şahmat fiqurlarını xatırladır. O, bu mübarizədə qalib gəlməlidir.
Kasıb bir ailədə yeddi qız övladı böyüyür. Ata-ana bu qız uşaqlarını halal zəhmətlə böyüdürlər. Oqtay təcili yardım maşınında sürücü işləyir, Səriyyə evdar qadındır. Bu kasıblığı mənəvi zənginlik kimi qəbul edir, övladlarının hər birinə təhsil verməyin vacibliyini dərk edirlər. Dolanışığın çətinliyi bu ailənin xoşbəxtliyini pozmaq iqtidarında deyil. Gündəlik qayğılar qarşılıqlı hörmət və sevgi sayəsində dəf olunur. Leyla da, bacıları da belə sağlam bir mühitdə boy atırlar.
Roman oxucuya rus nəsrinin nəhənglərindən olan Vladimir Nabokovun “Lujin müdafiəsi” romanını xatırladır. Doğrudur, Nabokovun romanında Lujin həyatdan məğlub vəziyyətdə ayrılır, amma bu iki əsərin yeganə oxşar cəhəti həyatla şahmat arasındakı paralellərdir.
“Sirli gedişlər”də obrazları mənfiyə-müsbətə ayırmağa ehtiyac qalmır, onların xarakteri müxtəlif situasiyalarda açılır. Leyla Azərbaycan nəsrində bütün parametləriylə yeni bir obrazdır. Bu obrazın timsalında biz ötən əsrin 70-80-ci illərində ali məktəblərdəki eybəcərlikləri, rüşvət sindromunu, ictimai bəlalarımızı görürük. Belə bir qeyri-sağlam mühitdə Leyla əzmkarlıq göstərir, öz biliyi ilə hüquq fakultəsinə qəbul olunur və öz bacılarına da dayaq olur, onların da təhsil alması üçün çalışır. Yeddi bacı Tanrının mələkləri qismində insanları fəlakətlərdən xilas edirlər.
Leyla isə Femidanın bariz simvoludur. O, haqsızlıq və ədalətsizliyə qarşı barışmaz mövqe tutur, günahsız insanların hüquqlarını müdafiə edir, yer üzündə iblisin təmsilçiləri onu ölümlə təhdid edirlər, övladlarıyla hədələyirlər. Leyla isə öz mübarizəsindən geri çəkilmir.
Müəllif yazır:
“Beləliklə, Allahın izni, məqsədilə halal zəhmətin, istedadın sayəsində yeddi səyarənin yeddi sirli aləmi gerçəkləşmişdi və bu hadisə bütün zamanlarda, istənilən çətin şəraitdə zəhmət və elmin köməyilə istənilən məqsədə çatmağın mümkün olduğunu göstərən, yeniyetmələrə, gənclərə faydalı örnək kimi böyük əhəmiyyətə malikdir”.
Əslində romanda bütün hadisələr obrazların təkamül prosesində zəhmət və elmin böyük rolu olduğunu isbatlayır.
Yaddaşımda dərin iz buraxan obrazlar: Oktay, Səriyyə, Məsmə, Qaya, Validə, Abdulla və onların uşaqlarının köhnə ayaqqabıları... Leyla cinayətin izinə düşüb günahsız Abdullanı xilas etmək məqsədilə onların evinə gedir və ailənin çox kasıb yaşadığını görür. Uşaqlar dərsdən gələndə ayaqlarındakı köhnə ayaqqabılar ona “Yerevan” bazarından ayaqqabı alıb gətirəndə bacılarının necə sevindiyinı xatırladır. Rayon bazarına gedib Validənin uşaqlarına ayaqqabı alır, yaxşıca bazarlıq edib kəndə qayıdır və bu ailəni sevindirir. Məni ən çox təsirləndirən, duyğulandıran təsvirlərdir...
“Sirli gedişlər” romanı həyata yenicə atılmış bütün yeniyetmələrin, gənclərin stolüstü kitabı olmalıdır. Eyni zamanda hüquq fakultələrinin bütün tələbələri istisnasız olaraq bu əsəri oxumalıdırlar. Bir hüquqşünas, bir vəkil ədalətli cəmiyyətin inkişafına necə töhfə verə bilər? Vicdanlı hüquqşünas əslində necə olmalıdır, bunun üçün hansı meyarlar tələb olunur? Əsər bu suallara müfəssəl və dolğun cavab verir.
“Sirli gedişlər” romanı Leyla və ailəsinin Şuşada, Cıdır düzündəki təsvirləriylə tamamlanır. Əsərin baş qəhrəmanı da, müəllifin mənsub olduğu xalq da qalibdir və bu qalibiyyət romanın təbii sonluğunu şərtləndirir.
İnanıram ki, bu əsər öz oxucularını tapacaq və sevilən əsərlər sırasında yerini tutacaq. Ən əsası, ədəbi tənqid romana layiqi qiymətini verəcək.
P.S. Xatırladaq ki, kitaba ön sözü Xalq şairi Sabir Rüstəmxanlı yazıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır