00:02 / 17-10-2025
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar (Yenilənib)
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

13:38 / 13-10-2025

Həqiqət naminə bədii yalan - Kənan Hacı yazır
Tarix: 20-01-2021 19:21 | Bölmə: Kənan HACI

Hansısa tarixi şəxsiyyət haqqında əsər yazırsansa, tarix kitabında yazılanları təkrarlamamalısan. Ədəbiyyat faktlarla üst-üstə düşməyən bədii gerçəklik yaradır. Rus yazıçısı Yuri Belov yazır ki, Tolstoyun yaratdığı Kutuzov tarixdə yaşamış Kutuzovdan tamamilə fərqli bir obrazdır. Ədəbiyyatdan həqiqəti əks etdirməyi deyil, həyatın mahiyyətinə nüfuz edə bilməyi tələb etmək lazımdır. Söhbət bədii əsərdən gedirsə, burada hətta real personajlar bədii fikrin inkişafı üçün həqiqətə uyğun olmayan addımlar ata bilərlər. Sənət bədii həqiqətin dərinliyinə enə bilmək, həyatın mahiyyətini göstərə bilmək üçün bədii yalandan istifadəyə yol verir. Dövrün tarixi mənzərəsini geniş görə bilmək üçün ona həm sənədlərin, həm də əfsanələrin gözüylə baxmaq lazım gəlir. Əgər sən hansısa gerçək qəhrəmanın həyatını qələmə alırsansa, bu həyat yazıçının yaradıcılıq mətbəxində formasını dəyişərək tamamilə başqa cür təzahür edir. Yazıçı eyni zamanda həm sənədliliyə, həm bədiiliyə yönəlir, bunların arasında balansı qoruyub saxlayır.
Hal-hazırda iki şəhid haqqında paralel olaraq iki roman üzərində işləyirəm. Yaradıcı həyatım boyu bu qədər çətinlik çəkdiyim olmayıb. Heç vaxt sifarişlə nəsə yazmamışam, istər-istəməz özünü çərçivədə hiss edirsən, bədii manevrlər etməyə ehtiyat edirsən, təxəyyülünü cilovlayırsan, daha çox fakta söykənməyə çalışırsan. Sonra düşünürsən ki, sən sadəcə, konstatasiya ilə məşğulsan. Qızıl ortanı tutub getmək çox çətin görünür. Şahidlərin şablon, standart fikirləri sənə heç bir material verməyəndə təxəyyülünü işə salmağa məcbur olursan. Başqa əlac qalmır. Yazıçı üçün ən çox çətinlik yaradan məhz bu məqamdır. Necə edəsən ki, həqiqətə sadiq qalasan, faktı təhrif etməyəsən? İnsanlar hiss və yaşantılarını ifadə etməkdə çətinlik çəkirlər, hadisələri sanki unutmuş kimi görünürlər yaxud danışmaq istəmirlər. Belə olan halda yazıçı fantaziyası köməyə yetir.
Amma şəhidlər haqqında, onların döyüş yolu haqqında yazmaq hər bir Azərbaycan yazıçısının mənəvi borcudur. Peşəkar qələm sahibi, tanınmış jurnalist Aida Eyvazlının “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyini oxuyanda heyrətə gəlmişdim. Bu kitab aprel döyüşlərinin salnaməsidir. Mən bu əsəri roman kimi oxudum və gerçəkdən də bu əsər publisistikadan daha çox roman janrına daha yaxındır. Bir dəfə də bu haqda yazmışdım; bir qadının ürəyi üçün bu yük çox ağırdır. Həssas, kövrək qadın qəlbi şəhid analarının ağrısını, kədərini özündə necə daşıya, onu necə sözə çevirə bilib?! Sonra düşündüm ki, Vətən sevgisi, vətəndaşlıq duyğusu yazıçının qələmi üçün lampadakı fitil rolunu oynayır, o fitil yandıqca ürəyinin odunda bişən sözlər bir-birinin yanında düzülür. Təbii ki, bundan belə ədəbiyyatımızda qalibiyyət mövzusu daha geniş işlənəcək, bədii əsərlər yazılacaq. Mən bir neçə il bundan öncə aprel döyüşləriylə bağlı “İsgəndər şikəstəsi” adlı kinopovest yazdım. Ötən il Qarabağ savaşıyla bağlı bir neçə hekayə yazdım, mətbuatda çap olundu. İndi də iki roman üzərində çalışıram. Düşünürəm ki, bu əsərləri bitirdikdən sonra uzun müddət dincəlmək lazım gələcək. Səhhətimdə yaranan problemlər əvvəlki templə işləməyə imkan vermir. Ola bilsin, bundan sonra daha heç nə yazmayım.
2019-cu ildə Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişiylə bağlı “Hacı İsgəndər” romanını yazdım, kitab çap olundu. Kitabın təqdimatı ərəfəsində pandemiya səbəbindən bütün tədbirlər ləğv edildi. O kitab da diqqətdən kənarda qaldı. Türkiyədə şeirlər, Bakıda hekayələr kitablarım çap olundu. Yeni esselər yazdım. Ötən ilin yayında “Kəpənək vadisi” adlı bir roman yazdım. Yəqin ki, bu il imkan olsa, o romanı kitab halında çap etdirəcəyəm. Pandemiyanın bu il bitəcəyinə ümid edirəm. İndi məni ən çox qayğılandıran isə üzərində çalışdığım iki romandır. İstərdim ki, qələbə ilə bitən Zəfər savaşımızda mənim də qələm adamı olaraq kiçik bir payım olsun.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır