21:28 / 27-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub - (Yenilənib)
20:31 / 27-10-2025
"Bank Respublika"nın borcları artıb - Əmanətlər geri çəkilib
20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
19:59 / 27-10-2025
Rəşad Dağlı əməliyyat olunub
19:51 / 27-10-2025
Ciddə Qülləsi dünyanın ən hündür göydələni olacaq - Foto
18:08 / 27-10-2025
Ceyhun Bayramov Ayşe Berris Ekinci ilə görüşüb
18:03 / 27-10-2025
Qırıcılarımız Bakı səmasında - Video
17:51 / 27-10-2025
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:36 / 27-10-2025
Rəqqasə: “Zalımların o dünyada yanmasının nə xeyri var?”
17:26 / 27-10-2025
Nobel mükafatını ən çox hansı ölkənin təmsilçiləri alıb? - Siyahı
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:45 / 27-10-2025
İran: Rusiyadan “S-400” tələb etməmişik
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
16:28 / 27-10-2025
Bu şəxslərin maaşı qalxıb - Siyahı
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:11 / 27-10-2025
ASC-də nöqsanlar aşkar edilib
15:58 / 27-10-2025
Bakıda və Abşeronda güclü külək olacaq - Xəbərdarlıq
15:47 / 27-10-2025
"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan olunub
15:29 / 27-10-2025
Ölkədən çıxışın bloklanmasını daha br qurumdan yoxlamaq mümkün olacaq
15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
15:16 / 27-10-2025
Pokrovskda qanlı döyüşlər davam edir
15:04 / 27-10-2025
UNO hesab edilən kometa Yerə doğru istiqamət götürəcək - Foto
14:52 / 27-10-2025
Zabil Qəhrəmanovun həbsindən şikayəti verilib
14:40 / 27-10-2025
İki məşhurun rəsm əsəri satışa çıxarılıb - Fotolar
14:30 / 27-10-2025
Laçın şəhərində əmək yarmarkası keçiriləcək
14:24 / 27-10-2025
Türkiyə xarici işlər nazirinin müavini Azərbaycana gəlib
13:18 / 27-10-2025
Döyüş filmi kimi çəkiblər, amma...
13:10 / 27-10-2025
Audiovizual Şura MTV kanalı ilə bağlı protokol tərtib edib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
15:51 / 23-10-2025
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
Yay gününün unudulmaz ad günü...
Tarix: 12-11-2023 09:00 | Bölmə: Kənan HACI

Kənan HACI
Dəyərli alimimiz Əliheydər Ağakişiyevin əziz xatirəsinə
Həyatımızdan çox insanlar keçir, bəzisi unudulur, bəzisini kölgə kimi xatırlayırıq, bəziləri və həm də çox az bir qismi isə yaddaşımızda, xatirələrimizdə silinməz iz buraxır. Biz taleyimizdə önəmli rol oynamış insanları, güclü emosiyalar doğuran hisləri yadda saxlayırıq. Bizim düşüncə tərzimizi dəyişən insanlar var, onlar bizə rəngarəng və canlı xəyallar bəxş edirlər. Sadəcə, ona görə ki, onların daxili aləmi o qədər zəngin, o qədər nüfuzedicidir ki, onlar daxilən duyduqlarını bölüşməyə böyük ehtiyac duyurlar. Onlar səmimiyyəti ilə, nikbin əhval-ruhiyyəsi ilə, müsbət enerjisi ilə qəlbimizə yol açırlar.
Bu günlərdə aramızdan əbədi ayrılmış dəyərli alim, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dilinin tətbiqi məsələləri elmi-tədqiqat laboratoriyasının müdiri, respublikanın əməkdar müəllimi Əliheydər Ağakişiyev məhz belə insanlardan idi. Onunla uzun illər idi ki, dostluq, tanışlıq münasibətlərimiz vardı. Bəzən həyatdan küsəndə, yorğun vaxtlarımda ərkyana məni danlayırdı, “bu nə yorğunluqdur belə, yaşamaq, yazmaq-yaratmaq lazımdır”,- deyib əlini kürəyimə vururdu. Həmişə kitablarımı oxuyub görüşəndə fikirlərini bildirirdi. Həyata son dərəcə bağlı idi, həyatdan zövq almağı bacarırdı. Son dərəcə zəhmətkeş alim və tərcüməçi idi. Böyük türkoloq Lev Qumilyovun “Etnogenez və yerin biosferi” əsərini dilimizə tərcümə etmişdi. BDU-nun dosenti Fikrət Əlizadə deyir ki, Əliheydər müəllim bu əsəri o qədər məharətlə dilimizə tərcümə etmişdi ki, Kamil Vəli Nərimanoğlu onun tərcüməsi barədə demişdi: "Elə bil, Qumilyov əsəri rusca deyil, azərbaycanca yazıb".
Fikrət müəllim daha bir məqamı da xatırlayır: “Dostum Əliheydər böyük ürək yiyəsi idi. Ona əlimə gizli keçmiş "Müqəddəs Kitab"a - "Bibliya"ya daxil olmayan xeyli sahifəli "Barnaba İncili"nin rus variantını göstərdim. O bunu çox tez və deyərdim ki, böyük həvəslə tərcümə etdi. Cünki burada 12 həvaridən biri olan Barnabanın İsa peyğəmbərin özü və onun dilindən eşitdiyi kimi, dünyanı xilas edəcək peyğəmbərin gələcəyi barədə məlumat verilir. Elə buna görə Orta əsrlərdə "Barnaba İncil"i "Müqəddəs kitab"dan qəsdən çıxarılmış və hazırkı vaxta qədər qadağan olunmuşdur.
Əliheydər müəllimin hesabına bu nadir variant ilk dəfə olaraq azərbaycanca çap olundu. Həmin İncil daha sonra - 2007-ci ildə Rusiyada tam variantda nəşr edidi. Ona zəhmətinə görə pul təklif edəndə qəti şəkildə etiraz etdi və dedi ki, bunu yaymaq mənəvi borcumuzdur. Qoy məndən də bir pay olsun!”
O, belə təmənnasız insan idi. Onunla üzbəüz əyləşib söhbət etmək, bir məclisdə iştirak etmək, yol yoldaşı olmaq maraqlı idi. Mədəni, nəzakətli, geniş erudisiyaya malik ziyalı idi. Əliheydər müəllim təkcə öz sahəsini deyil, elmin müxtəlif sahələrinə dərindən bələd idi, maraq dairəsi son dərəcə geniş idi. Onunla beş-on dəqiqəlik söhbət kifayət edirdi ki, arada doğmalıq yaransın. Elə zənn edirdin ki, ən məhrəm bir insanla dərdləşirsən. Hər insana müyəssər olmayan nadir xüsusiyyətlərə malik idi... İnsanı dinləməyi bacarırdı, o dəqiqə həmsöhbətində yüksək əhval-ruhiyyə yaratmağı bacarırdı. Şux zarafatlarıyla, şirin danışığı ilə, yeri gələndə qeyri-rəsmi davranışıyla...

Yaza-yaza fərqinə varıram ki, onun haqqında keçmiş zamanda danışıram. Bu müdhiş həqiqətə inanana bilmirəm...
Cəmi bir il bundan öncə, ötən ilin yayında Əliheydər müəllimin ad gününü ailəsiylə birlikdə İsmayıllıda, səfalı bir guşədə qeyd etmişdik. Bilirdim ki, ağır xəstəliklə çarpışır. Amma həmin gün o qədər şux, qıvraq görünürdü ki, ölümün onun həndəvərində dolaşdığına heç kəs inanmazdı. Hamımızın içində bir arxayınlıq yaranmışdı ki, Əliyehdər müəllim möhkəm adamdır, artıq xəstəliyə qalib gəlib. Dedik-güldük, şənləndik... İş yoldaşları da bu məclisə şirinlik qatdılar. Həyatımızın unudulmaz günlərindən birini yaşadıq. İndi həmin gün çəkdirdiyimiz fotolara baxıram, qəlbimə həzin bir qüssə dolur. Sən demə, xəstəlik gizlində öz işini görürmüş...
Hamımız bilirdik... Bilirdik ki, o, sağalmaz bir mərəzlə döyüşür və bütün iradəsini səfərbər edib, məğlub olmaq istəmir. O ad günündə heç nədən şikayətlənmədi, “hər şey yaxşıdır, sağalıram”,- dedi. Biz isə özümüzü inandırmağa çalışdıq. İnanmışdıq da...
Heyhat... Tanrının ona ayırdığı ömür möhləti bitdi... Dəyərli bir alimi, ziyalını itirdik. Əliheydər müəllim ömür payını elmə sərf etdi, elm fədailərindən oldu. İnsanların ən xasından, ən yaxşısından oldu, işığını hər kəslə bölüşdü, qəlbinin sevgisini heç kəsdən əsirgəmədi... Elmi və zəkası ilə insanlığa nümunə oldu.
İsmayıllıda keçirdiyimiz o yay axşamını xatırlayıram. Onun duzlu-məzəli söhbətləri yadıma düşür. Evdəkilərdən xəlvəti həyətə düşüb siqaret çəkməyi gözümün önünə gəlir... Yaddaşın kamerası o günə yönəlib... Mən xatırlayıram. İnnən belə yalnız xatırlaya biləcəyik... Əliheydər müəllim yaddaşımızda işıqlı xatirələriylə qalacaq...
Həyatımızdan çox insanlar keçir, bəzisi unudulur, bəzisini kölgə kimi xatırlayırıq, bəziləri və həm də çox az bir qismi isə yaddaşımızda, xatirələrimizdə silinməz iz buraxır. Əliheydər Ağakişiyev məhz o insanlardan idi.
Ruhu şad olsun!
11 noyabr, 2023
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki