19:19 / 09-07-2025
Sabah bəzi bölgələrə dolu düşəcək - Xəbərdarlıq
18:52 / 09-07-2025
Etiraz aksiyalarına reaksiya sərt olub
18:48 / 09-07-2025
Pərviz Şahbazov: "OPEC-lə əməkdaşlığa dair müzakirələr apardıq"
18:39 / 09-07-2025
Putin Rusiyaya bir milyon hindistanlı gətirəcək
18:30 / 09-07-2025
İsrailə silah daşıyan gəminin qarşısı kəsiləcək
18:23 / 09-07-2025
Kreml Trampın Moskvanı bombalamaq hədəsinə münasibət bildirib
18:05 / 09-07-2025
Prezident İlham Əliyev BƏƏ-də: yeni saziş imzalanıb - (Yenilənib) - Fotolar
18:03 / 09-07-2025
Şikayətçi: “Gecə arvadımın meyitini mənə verdilər”
17:50 / 09-07-2025
Sabiq məhkəmə hakimi kassasiya şikayəti verib
17:42 / 09-07-2025
Daha 24 maşın hərraca çıxarılıb
17:36 / 09-07-2025
Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiqlənib
17:36 / 09-07-2025
Özünü təyyarənin mühərrikinə atan şəxs ölüb
17:29 / 09-07-2025
Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilib
17:23 / 09-07-2025
Qaradağda səkiyə çıxan maşın iki nəfəri vurub - Ölən var
17:21 / 09-07-2025
Kremlin planı Rusiyanı xilas edə bilməyəcək
17:18 / 09-07-2025
Səbayıl Bağırovla müqaviləyə xitam verilib
17:10 / 09-07-2025
Tələbələrin köçürülməsinə başlanılır
16:41 / 09-07-2025
Hindistanda körpü çöküb, maşınlar suya düşüb
16:06 / 09-07-2025
Sabiq rəis və sektor müdiri hakim qarşısına çıxarılıblar
15:49 / 09-07-2025
Professor: Azərbaycanla bağlı reallığı Rusiyada da yaxşı dərk edirlər
15:29 / 09-07-2025
Mərkəzi Bank: "Manatın ucuzlaşması uzunmüddətli deyil"
15:02 / 09-07-2025
“Gəncə” klubu argentinalı mütəxəssislə anlaşıb
14:27 / 09-07-2025
Azərbaycan-Ermənistan sərhədində təxribatlar ola bilər - Ekspert
13:59 / 09-07-2025
Rusiya 728 dronla hücuma keçib
13:54 / 09-07-2025
Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib
13:20 / 09-07-2025
XİN: "İranın Ermənistandakı səfirinin iddiaları qəbuledilməzdir"
13:01 / 09-07-2025
Mərkəz rəhbəri barədə daha bir qərar qəbul edilib
12:49 / 09-07-2025
Hansı rayonda daha çox boşanma var? - Siyahı
19:48 / 04-07-2025

12:16 / 08-07-2025

15:10 / 07-07-2025

20:15 / 06-07-2025

09:26 / 05-07-2025

13:32 / 06-07-2025

10:35 / 05-07-2025

09:47 / 06-07-2025

19:49 / 04-07-2025

11:01 / 07-07-2025

17:43 / 07-07-2025

22:09 / 06-07-2025

Qəhqəhə qalası - Kənan Hacı yazır
Tarix: 25-06-2023 15:43 | Bölmə: Kənan HACI

Kənan Hacı
Bənzərsiz şairimiz Kəramətə ithaf edirəm
Bazar günü idi, amma bu gün adi iş günlərindən heç nə ilə seçilmirdi. Çünki insanlar şənbə-bazar günləri də işləyirdilər. Bazarla üzbəüz kababxananın daimi müştəriləri hələ şirin yuxuda idilər. Onlar işsizlər zümrəsinə aid idilər. Nə sirr idisə, Allahın ver günü yeyib-içməyə pul tapırdılar. Axşamüstü onların səs-küyü buraları başına götürəcəkdi. Maşınlara baxan saqqallı, nimdaş geyimli qoca, kababxananın odun doğrayanı, yaxınlıqda yaşayan ruhi xəstə və bir neçə avara qayğılı halda soyumuş çaylarını hortuldadır, səbirsizliklə axşamı gözləyirdilər. Axşam onların da qarnı doyacaqdı...
İki alim küncdə oturub toyuq kababıyla araq içir, Qəhqəhə qalasından danışırdılar. Kababçı ilə ofisiantın qəhqəhəsi onların səsini batırırdı.
Şairin istehzalı təbəssümü isə ac pişiklərdən başqa heç kəsin diqqətini cəlb etmirdi. O, özü-özünə danışırdı:
- Əgər insanı yenidən yaratmaq iqtidarım olsaydı, onu tamam ayrı cür yaradardım. Amma iş işdən keçib, indi heyfsilənmək daha gecdir. Ölənəcən yaşamalıyıq...
Alimlərin masasından da qəhqəhə qopdu. Tut ağacının yarpaqları titrəşdi. Soyumuş çayını içənlər suiti kimi bərkdən xorla köks ötürdülər. Cavan jurnalist kafeyə girib şairi görüncə ona doğru yan aldı. Şairin təbəssümü səmimi şəkil aldı:
- Ooo, student! Sən hara, bura hara? Gəl, gəl mənim guşənişinliyimə bir az ortaq ol. Sonra çıxıb gedərsən.
Cavan jurnalist masanın küncündə oturdu. Şair dolu qədəhi ona doğru sürüşdürdü:
- İç! Bu dünyaya ayıq başla baxmaq olmur, övladım.
Student bilirdi ki, insanların bir-birini başa düşməsi üçün uzun-uzadı izahatlara ehtiyac yoxdur. Ehtiyac bütün insanları birləşdirmişdi, hamı eyni dildə danışırdı. Dərd dilində. Gözlər dərd dilinin izahlı lüğəti idi. Adamlar bu dili anlamaq üçün tez-tez bir-birlərinin gözlərinə baxırdılar.
Araq studentin beynini dumanlandırdı. Yəqin çoxdandır içmir, ondandı. Orqanizm hələ buna hazır deyil.
Şair yenə gülümsədi:
- Amma sən mənə baxma. Mən araqla oynayıram. Araq məni yıxa bilməz, amma səni yıxmaq üçün bir rumka bəs edir.
- Araqsız da həyat məni yıxıb, ustad...
Şairə bu sözlər təsir eləmədi. Qaralmış üzündə istehza sayrışmağa başladı.
- Sənə elə gəlir. Sən nə görmüsən ki, bu həyatda?! Mənim bir günümü yaşamağa gücün çatmaz.
Şair yaltaqlar sürüsü içində Qəhqəhə qalası kimi ucalırdı. Onu əyməyə, sındırmağa gücləri çatmamışdı. Çoxları bu qalaya dırmanmaq, onun fəth etdiyi zirvəyə yaxın düşmək istəmişdi, heç biri bacarmamışdı. Şair o zirvədə məğrurcasına qəhqəhələriylə o misgin adamların başına daşlar yağdırmışdı.
Şair dolu qədəhi başına çəkdi.
- İllərdir işsizəm, ustad. Mənə iş vermirlər, - Student dilləndi.
Şair bir dilim pomidoru ağzına atıb sakitcə cavab verdi:
- Sənə elə gəlir. Əslində hamıdan çox işləyirsən. Sənin işin yazmaqdı. Get otur, yazılarını yaz. Bunu sənə illər öncə demişdim...
Bu gün bazar günüdü... Amma nədənsə müştəri azdı...
- Şənbə... bazar... Mənim üçün belə anlayışlar mövcud deyil. Mən hər gün işləyirəm. Araq içəndə də, gözəl bir qadınla sevişəndə də, səyahət edəndə də, yatanda da... Mənim yazı masam bax, bu araq süfrəsidir.
- Ustad, yadındadır, dar bir quyuya düşmüşdüm. Ordan bir qara əl uzandı, məni işıqlı yer üzünə çıxartdı. O əl sənin əlin idi...
Əhəmiyyətsizcəsinə əlini yellədi:
- Boş ver, mən kiməm ki... Sən özün özünü xilas elədin. Mən sadəcə, vasitəçi idim.
- Ustad...
Sözümü kəsdi:
- Məndən olsaydı, bu kafenin adını “Qəhqəhə qalası” qoyardım...
25 iyun, 2023-cü il
Yasamal.
Bölməyə aid digər xəbərlər

Hekayə

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır