15:31 / 15-12-2025
Şəxsiyyət vəsiqəsi, pasport və daha bir neçə iş üzrə yeni xidmət qaydaları hazırlanıb
15:26 / 15-12-2025
Hərbi ekspert: Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir
15:25 / 15-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib
15:20 / 15-12-2025
İlham Əliyev altı ölkə ilə viza ləğvi barədə sazişləri təsdiqləyib
15:11 / 15-12-2025
Azərbaycan və Qazaxıstan arasında üç saziş və bir memorandum təsdiqlənib
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
14:41 / 15-12-2025
Yetirməmlə fəxr edirəm - Professor yazır
14:17 / 15-12-2025
Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
14:14 / 15-12-2025
Naxçıvan Ali Məhkəməsinə sədr təyin olunub
14:06 / 15-12-2025
Çin başqa ölkənin qızıl yataqlarını ələ keçirir
13:52 / 15-12-2025
ASC-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib
13:39 / 15-12-2025
Prezident Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb
13:37 / 15-12-2025
Çinli milyarder İlon Maskla quda olmaq istəyir
13:36 / 15-12-2025
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
13:30 / 15-12-2025
İfrat sağçı namizəd prezident seçilib
13:21 / 15-12-2025
“Bir pəncərə” informasiya sistemi yaradılıb - Fərman
13:19 / 15-12-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
13:01 / 15-12-2025
Deputat saatlıq tarif maaşı ilə bağlı dəyişikliyi şərh edib
12:35 / 15-12-2025
Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəy təsdiqlənib
12:29 / 15-12-2025
Sabah yağış yağacaq - Proqnoz
12:26 / 15-12-2025
İngilis kəşfiyyatı: MI6 casusları Ukraynanı tərk etməyəcək
12:19 / 15-12-2025
Kreml sülh planına düzəlişləri qəbul etməyə bilər
12:01 / 15-12-2025
Gəmilərə və neft kəmərlərinə hücum: Ukraynanın məqsədi nədir?
11:50 / 15-12-2025
DTX həbs olunan icra başçısı barədə açıqlama yayıb - Video
11:48 / 15-12-2025
Məşhur rejissor və həyat yoldaşı qətlə yetirilib
11:43 / 15-12-2025
Göyçə gölü yaxınlığında erməni hərbçi həlak olub
11:39 / 15-12-2025
Pənah Hüseyn: "Ən yüksək səviyyədə siyasi fəaliyyətlə məşğul olacam"
11:25 / 15-12-2025
Rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisi açılacaq
11:11 / 15-12-2025
Ukrayna ordusu Belqorodu raketlərlə vurub
11:07 / 15-12-2025
Gəncədə toy karvanında avtoxuliqanlıq edənlər həbs olunub
16:55 / 10-12-2025
Köç kompleksi - Akif Əli yazır
16:35 / 11-12-2025
“Qarabağ” üçün həyəcan siqnalı: pley-off şansı əldən çıxır?
14:56 / 11-12-2025
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
17:08 / 10-12-2025
0:8 - “Qarabağ”ın adına yaraşmır
14:51 / 12-12-2025
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
18:20 / 14-12-2025
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
18:28 / 11-12-2025
Gələn ilin qeyri-iş günləri elan edilib - Siyahı
17:47 / 10-12-2025
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
17:29 / 12-12-2025
Çinə qarşı yeni koalisiya formalaşdırılır
19:16 / 10-12-2025
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
11:26 / 13-12-2025
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
00:20 / 12-12-2025
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
Məşədi Məhəmməd Fərzəliyevin məzarının bir addımlığında
Tarix: 05-07-2023 11:54 | Bölmə: Kənan HACI

Kənan Hacı
Bir başdaşı zümzüməsi
sızlar indi qulağımda…
İsa İsmayılzadə
Muğam irsimizin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı uzun müddət idi ki, Azərbaycan muğamının sütunlarından olan əvəzsiz səs sahibi, “Şüştər” muğamının və eləcə də digər muğam və xalq mahnılarının misilsiz ifaçısı, xanəndə Məşədi Məhəmməd Fərzəliyevlə bağlı araşdırmalar aparır, onunla bağlı kitab üzərində işləyirdi. İşin ən çətini bu idi ki, Məşədi Məhəmmədin ömrünün xeyli hissəsi mühacirətdə keçmişdi və elə orda da dünyasını dəyişmişdi.
Gənclik çağlarında bir çox ölkələri gəzmiş, konsertlər vermiş Məşədi Məhəmməd 1929-cu ildə Türkiyəyə gedir və bir daha Azərbaycana qayıtmır. Bu tarixdən ömrünün sonuna qədər (1962-ci ildə dünyasını dəyişib) İstanbulda yaşayan xanəndə otuz üç il ərzində hansı işlərlə məşğul olub? Bu barədə heç bir məlumat yox idi. Gülhüseyn müəllimin uzun axtarışlarından sonra müəyyən nəticələr ortaya çıxdı. Türkiyədə yaşayan gənc tədqiqatçı Dilqəm Əhməd Gülhüseyn müəllimin təşəbbüsü ilə Məşədi Məhəmmədin izinə düşdü və bəzi sənədləri əldə etdi. Sən demə, Məşədi Məhəmməd Fərzəliyev Şuşalı Türkiyədə yaşadığı illərdə muğamdan bir gün də ayrı yaşamayıb. Orada Məhəmməd Çaylı kimi tanınan xanəndə davamlı konsertlər vermiş, ifaçılıq fəaliyyətini davam etdirmişdir.
Mərhum xalq yazıçımız Əzizə Cəfərzadənin oğlu, texnika elmləri üzə fəlsəfə doktoru Turan İbrahimov, hal-hazırda Türkiyədə təhsil alan gənc tarixçi Amin Namazlı, mən və Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi məsələni gündəmdə saxlamağa çalışdıq. Televiziya kanallarında bu haqda süjetlər getdi. Gülhüseyn müəllimin “Salam, Məşədi” kitabı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə çap olundu və kitabın təntənəli təqdimat mərasimi keçirildi. Amma bu da hələ işin sonu deyildi. Məşədi Məhəmməd Fərzəliyevin məzarının axtarılması istiqamətində işlər davam edirdi. Nəhayət, bu günlərdə Gülhüseyn müəllim özünün sosial şəbəkə hesabında belə bir status yazdı:
“Xeyli müddətdir ki, mədəniyyət nazirinin müavini hörmətli Murad Hüseynov (hələ BMM-in direktoru işləyərkən), mən, Dilqəm Əhməd və Hafiz Əhmədovdan ibarət araşdırma qrupumuz böyük Azərbaycan xanəndəsi Məşədi Məhəmməd Fərzəliyevin İstanbuldakı məzarının axtarışındayıq. Hələlik Dilqəm Əhməd xanəndənin oğlu Mahmud Çaylının və nəvəsi Çingiz Çaylının birgə dəfn olunduğu məzarı Feriköy məzarlığında tapa bildi, qrup üzvləri adından böyük təşəkkür, inşallah Məşədinin öz məzarı da tapılar!”

Beləliklə, Məşədi Məhəmmədin oğlunun və nəvəsinin məzarları tapıldı. Çox güman ki, Məşədi Məhəmməd də həmin məzarlıqda dəfn edilib. Biz ən yaxın zamanda böyük xanəndəmizin məzarının tapılacağına ümid edirik. Mənə elə gəlir ki, onun məzarı elə doğmalarının həndəvərindədir. Bəlkə də lap bir addımlığındadır!
Məşədi Məhəmmədin mənəvi varisi, dəyərli ziyalımız, elm xadimi, muğam irsimizin yorulmaz tədqiqatçısı Gülhüseyn Kazımlıya bu böyük xanəndəni xalqımıza daha yaxından tanıtdığı üçün sonsuz minnətdarlıq borcumuz var. Onun araşdırma şövqü, tədqiqatçı marağı hələ çox səsyazılarının sükutunu pozacaq, çox itgin məzarlarının həsrətinə son qoyacaq...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək