09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
08:52 / 18-09-2025
“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək
08:47 / 18-09-2025
Vens Kirkin qətli ilə bağlı kobud sözlər işlədib
08:41 / 18-09-2025
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
08:37 / 18-09-2025
Obama Trampın qüsurunu açıqlayıb
23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Vaxt əbədi qalibdir - Kənan Hacı yazır
Tarix: 04-08-2020 13:16 | Bölmə: Kənan HACI

Dəyərli şairimiz Tahir Talıblının “Söz” şeiri üzərinə qeydlər
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Bunu Sözün Peyğəmbəri Füzuli pıçıldayıb.
Təngdir qönçə dəhanın, gec gəlir avazə söz,
Bir sənəmdir nazənin, qoymuş özünü nazə söz.
Bu beyt də qəzəl dünyasının “sonbeşiyi” Əliağa Vahid təbinin çeşməsindən axıb gəlir.
Sözün yaddaşıdı sözün yaşıdı,
Ağızdan-ağıza söz qarıyacaq.
Dibinə su töksən, ağac boy atar,
Dibinə su töksən, söz quruyacaq.
Bu da müasirimiz - dəyərli şairimiz Tahir Talıblının “Söz”ündən bir bənddir. Bu misralar poetik genetikamızın müxtəlif zamanlardakı fərqli bəlirtiləridir. Söz “ağzın sirrini izhar qıldıqca” yoxdan var olur. Tanrı öz yaratdıqlarıyla həm də şairlərin vasitəsilə danışır. İnsan Tanrının yer üzündə təcəllası deyilmi?! Nəimiyə görə, insan sözdən ibarətdir, sözü yaradan hərflər onun surətində əks olunub. Nəsimi deyirdi ki, insan Allahın güzgüsüdür. Yəni insan Allahın varlığının sübutudur. Söz də qeybdən gəlir, insan beynində o sözü maqnit kimi qəbul edən, özünə çəkən bir hüceyrə var. Söz bədii formada yazılanda, deyiləndə biz bunu istedadın göstəricisi hesab edirik. İstedad insanın fitrətindədir, Tanrı onu bu cür yaradıb ki, onun vasitəsilə sözünü əhli-bəşərə çatdırsın. Bütün böyük şairlər Tanrının elçiləridir.
Tahir Talıblının şeirlərini oxuyanda mənə elə gəlir ki, söz maddiləşir, sanki bu sözlərə əllə toxuna bilərsən, sözün havası səni tutur, bir müddət o havayla gəzib dolanırsan. Məsələn, “dibinə su töksən, söz quruyacaq” misrası bədiilikdən, məcazdan çıxıb insana birbaşa mənada təsir göstərir. Axı söz bizə əmanətdir, onun keşiyində durmaq, onun saflığını qorumaq, nazını çəkmək məsuliyyətini hər an öz üzərimizdə hiss etməliyik. Biz həm də sözümüzlə vətəndaşlığımızı təsdiq edirik. Ədəbiyyat insana vətəndaş olmağı öyrədir. Mənəvi dəyərlərin deqradasiyaya uğradığı bir zamanda ən böyük zərbə elə sözə dəyir. Biz sözümüzə sahib çıxa bilmirik. Şair yazır:
Gedirəm, gəlirəm boşu-boşuna,
Xəyaldan şirin kam almaqdan ötrü.
Bir çöpün yiyəsi ola bilmirəm
Sözümün yiyəsi olmaqdan ötrü.
Sözdən qazanc ummağın özü elə sözə xəyanətdir. Tanrıdan gələn söz təmənnasız olmalıdır. İndi söz bazarında dəllalların sayı-hesabı bilinmir. Ara qarışıb, məzhəb itib. Söz dəyərdən düşdükcə Tanrının da nəzəri üstümüzdən çəkilir. Bu günün insanı bir çöp nədi, dünyanın yiyəsi olmaq istəyir. Sözü pilləkan kimi ayağı altına qoyub layiq olmadığı zirvəyə çatmaq istəyənlər növbəyə durub. Şair yazdığı şeirdən nəsə umur, umsuq şairlər yetişib. Belə bir əyyamda Tahir Talıblı kimi söz zərgəri gözdən-könüldən iraqda gəzir.
Sözün və sözünün yiyəsi olan şairlərin sözü eşidilmir. Bu gün kitab piştaxtasında qəlp söz satanların bazarı “xod” gedir. Söz Məbədgahının qapıları hər yoldan ötən üçün açıqdır, nəinki ayaqqabısı, ruhu da kirli olan adamlar o qapıdan rahat girib-çıxırlar, o məbədgahın da havasını bulandırırlar. Fransız intibahının yetişdirdiyi ədəbi dühalardan olan Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərindəki bir detalı heç unuda bilmirəm. Telem monastrının əsas giriş darvazasında yazılır ki, “riyakarlar, yalan tacirləri, yetim-yesirdən rüşvət alanlar, qansız və kələkbaz adamlar bu darvazadan yan keçsin”!
Məncə, bizim də ədəbi məbədgahlarımızın qapısı üzərinə bu tipli sözlər yazılmalıdır. O zaman söz bazarı da bağlanar, sözün dəyəri də özünə qayıdar.
Qıvrılıb ilantək qabıq qoyuram,
Mən dizə çökürəm sözümün üstə...
Çörəyim dizimin üstə olmasın,
Misralar yazsam da dizimin üstə.
Sözün önündə diz çökənlər, sözə ibadət edənlər sözü ayağı altında payəndaz edənlərin qarşısında məğlub durumdadır. Rablenin təbirincə desək, yalan tacirləri internet məkanında sözün əsl mənasında at oynadır.
Tahir Talıblının “Söz” şeiri söz haqqında yazılmış ən gözəl şeirlərdəndir. Bu şeir Sözün diriliyinə şəhadət edən ədəbi nümunədir. Bu şeiri qalxan kimi üzərinə tutub söz tacirləriylə savaşa çıxmaq mümkündür.
Qorxaqlar dünyada hələ qan deyir,
Ağıl göməşdirir, əl göməşdirir.
Tərəflər meydanda pəhləvan deyil,
Tərəflər hələ ki, söz güləşdirir.
Deyirlər vaxt hər şeyi nizamlayır. Bu şeirin yazıldığı vaxtdan az qala, qırx il keçir. O “söz güləşdirənlər”in izi-tozu qalmayıb. Tahir Talıblının “Söz”ü və sözü isə yaşayır. Özü demiş, “söz-vaxtdı, vaxtın bir üzüdü, həm də özüdü”.
Şairlər üçün vaxt sözün sinonimidir. Vaxt əbədi qalibdir!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır