00:11 / 22-10-2025
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
23:44 / 21-10-2025
Əli Əsədov Gürcüstana səfər edib
23:39 / 21-10-2025
İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - Foto
23:28 / 21-10-2025
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
19:15 / 21-10-2025
Həcc ziyarətinə sənəd qəbulu başlayır
18:51 / 21-10-2025
Yüksək temperatura dözümlü metal ixtira ediblər
18:00 / 21-10-2025
“Atletik”in baş məşqçisi: "Qarabağ” turnir cədvəlində yuxarı pillədədir, amma biz..."
17:59 / 21-10-2025
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
17:48 / 21-10-2025
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
17:24 / 21-10-2025
İlham Əliyev Tokayevi Azərbaycana dəvət edib
17:11 / 21-10-2025
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
12:11 / 17-10-2025

12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

14:39 / 19-10-2025

Motivasiyasız yazıçı - Kənan Hacı yazır
Tarix: 07-01-2023 14:38 | Bölmə: Kənan HACI

Kənan Hacı
Yaşam şərtləri ağırlaşdıqca insanın motivasiyaya ehtiyacı daha da artır. Ətrafımızdan müsbət impulslar ala bilmirik, məyusluq girdabından heç cür xilas ola bilmirik. Bəs Çernyayevski demişkən, nə etməli?
Sənət adamları, xüsusən yazıçılar bu prosesi çox ağır keçirirlər. Yazıçılıq gərəksiz bir peşəyə çevrilib, oxucusuz qalmış yazıçı həyatda qalmaq üçün nələr etməlidir? Əlbəttə, biz inhisarçı yazıçıları, biznesmen yazıçıları nəzərdə tutmuruq. Onlar zatən, naməlum mənbələrdən əldə etdikləri pullarla kitablarını kütləvi tirajla nəşr etdirir, əsərlərini xarici ölkələrdə çap etdirir, muzdlu tənqidçilər vasitəsilə özlərini ədəbiyyat tarixinə sırıyırlar.
Onların yeri hər mötəbər məclisdə yuxarı başdadır. Onlar bununla da kifayətlənməyib ciddi ədəbiyyat adamlarına, əsl ədəbiyyatı yaradan yazıçılara yuxarıdan aşağı baxır, istehza edir, ürəklərində onların bu yazıq, məğlub halına gülürlər.
Onlardan biri hətta bir dəfə mənə dedi ki, heç olmasa, divara palçıq-zad vura bilirsən? Vaxtında bənnalığı, malakeşliyi öyrənsəydin, indi ac qalmazdın.
Belə bir vəziyyətdə yazıçı neyləməlidir? Nə qədər qəribə görünsə də, düşünürəm ki, bizi yalnız motivasiya kitabları xilas edə bilər. Heç bir maddi gəliri olmayan, motivasiyasız yazıçı özündə güc tapıb əsər yazmaq üçün mütləq yoxluq içində bir istinad nöqtəsi tapmalıdır. Özün özünü xilas etməlisən. Xəyal gücün vasitəsilə özünə bir ada yarat və o adada özün üçün alternativ bir dünya yarat! Zatən, ədəbiyyat alternativ dünya modelidir.
Norveç yazıçısı Hilda Östbi “Kreativlik” əsərində yazır ki, xəyal qurmadan nə kosmik gəmi, nə televizor, nə mobil telefonlar, nə Mona Liza, nə nisbilik nəzəriyyəsi, nə uzuncorab Peppi... heç nə olmazdı. Xəyallarımızı körükləyən kitablar oxumalıyıq. Bizi dərin depressiyaya, çıxılmazlıq girdabına sürükləyən kitabları kitabxananızdan çıxarıb atın. Zatən, həyat bizə bunu yaşadır.
Qrethen Rubinin “Xoşbəxtlik layihəsi”, Haim Şapiranın “Xoşbəxtlik və böyük əhəmiyyətli digər kiçik şeylər” kitablarını oxuyun. Bu kitablar dilimizə tərcümə olunub və kitab mağazalarından əldə edə bilərsiniz.
Kafkadan, Edqar Podan qəti şəkildə imtina edin. Çıxış yolu göstərməyən kitablar bizi qaranlıqlara, labirintə sürükləyir, psixikamızı zədələyir. Bu qəbil kitablar gələcəkdə psixikanızın çökməsinə səbəb olacaq və siz əsəb xəstəsi olaraq psixiatrların pasientinə çevrilə bilərsiniz. Mümkün qədər uzaq olun!
Yazıçı özü ilə dil tapa bilməsə, heç bir uğura nail ola bilməyəcək. Biz özümüz özümüzü anlamalıyıq. Mövcud reallıq hər fürsətdə bizi məhv etməyə çalışır. Lakin insan asanlıqla məğlub ola bilməz. Biz anlamalıyıq ki, hansı şərtlər altında yaşayırıq. Avstraliya yazıçısı və psixoloqu Deniel Çidiak yazır:
“İnsan düşüncə tərzini dəyişdikcə hisləri də dəyişir. İnsanın hisləri dəyişəndə onun hərəkətləri də dəyişir. İnsanın hərəkətləri dəyişəndə onun həyatı da dəyişir”.
İnsan hər an dəyişməyi bacarmalıdır. Bu, insanın təbiətindən doğan bir xüsusiyyətdir. Dəyişmək, həyata baxış tərzini dəyişmək insanın həyatında böyük hadisədir. Eyni zamanda zəruridir və qaçılmazdır. İnsan robot deyil ki, olduğu kimi qalsın. Həyat dəyişir, zaman dəyişir, dəyərlər dəyişir, insan niyə dəyişməsin?
D. Çidiak yazır ki, insan doğulan gündən bəri bədənində bircə toxuma belə olduğu kimi qalmır. Biz daim dəyişir, nəyəsə çevrilirik. Nəyə çevrilməyimiz, kim olmağımız isə özümüzdən asılıdır. Problem budur ki, əksər insanlar xəyalındakı insana çevrilə bilmir. Dəyişmək inkişaf etməyin göstəricisidir. Bizi inkişafdan saxlayan süni maneələr nə qədər çoxdursa, bütün bunlara inad, biz mütləq həyat tərzimizi, düşüncə tərzimizi dəyişməliyik. Əks halda mövcud şərtlər altında öz yazıçı kimliyimizi qoruyub saxlaya bilməyəcəyik.
İndiki zamanda motivasiya kitablarına ən çox ehtiyacı olan zümrə məhz yazıçılardır. Yazıçını məhv olmaq təhlükəsindən məhz motivasiya kitabları xilas edə bilər. Nikolay Berdyayevin sözüdür: “İnsan təbiətinə görə deyil, ruhuna görə şəxsiyyətdir”. Buna görə də ruhumuzu diri saxlamalıyıq. Təbiətimiz bizi dünyəvi hislərin əsirinə çevirdikcə maddi dünyaya da çox bağlanırıq və daha tez məhv oluruq.
Berdyayevin “İnsanın köləliyi və azadlığı haqqında” əsəri hər bir yazıçının stolüstü kitabı olmalıdır. Bu kitab da xilasedici kitablardandır. Berdyayev bu əsərində insan ləyaqətinin manifestini yazıb. Yazıçının ayaqda qalması, şəxsiyyətini, ləyaqətini qoruması üçün ən güclü vaksindir bu kitab.
Əminəm ki, az-çox söhbətin məğzini tuta bildiniz...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır