09:06 / 07-02-2026
Şəmkirdə evdən qadın meyiti tapılıb
08:43 / 07-02-2026
Rusiyaya qarşı sanksiyaları sərtləşdirirlər
08:31 / 07-02-2026
İordaniya kralı Türkiyəyə gəlir
08:27 / 07-02-2026
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
23:50 / 06-02-2026
“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub - Fotolar
22:43 / 06-02-2026
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
22:00 / 06-02-2026
Müğənni Şəbnəmin yeni fotosessiyası... - Fotolar
21:37 / 06-02-2026
Azərbaycan Premyer Liqasında XIX turun təyinatları məlum olub
19:47 / 06-02-2026
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
19:12 / 06-02-2026
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
18:36 / 06-02-2026
Azərbaycan Rusiyaya nota verib
18:12 / 06-02-2026
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
18:07 / 06-02-2026
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
17:49 / 06-02-2026
10 günün əsgəri hospitalda vəfat edib
17:24 / 06-02-2026
"İmişli" 25 yaşlı oyunçu ilə anlaşıb
17:11 / 06-02-2026
QHT sədri avtomobil qəzasında həyatını itirib
17:01 / 06-02-2026
Qəddafinin oğlu yalnız ailə üzvlərinin iştirakı ilə dəfn ediləcək
16:36 / 06-02-2026
Güllələnən müəllimə əməliyyat olunub
16:24 / 06-02-2026
Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsinin həcmi nə qədərdir?
16:22 / 06-02-2026
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
16:20 / 06-02-2026
Azərbaycanda gömrük rüsumlarının dərəcələri dəyişib - Qərar
16:13 / 06-02-2026
Azərbaycan və İranın müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər
15:45 / 06-02-2026
General aparat rəhbəri təyin olunub
15:32 / 06-02-2026
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:30 / 06-02-2026
ABŞ və İran arasında danışıqlar başlayıb - Yenilənib
15:27 / 06-02-2026
İlan Ginnesin Rekordlar Kitabına düşüb - Foto
15:13 / 06-02-2026
MOK separatçı ermənilərə görə BOK-a etirazını bildirib
15:07 / 06-02-2026
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
14:43 / 06-02-2026
İrəvan Vensin səfərindən nə gözləyir?
14:42 / 06-02-2026
Səfər Mehdiyevin keçmiş köməkçisi həbs edilib
19:34 / 05-02-2026
Yas mərasimlərində israfçılığa qarşı çağırış: Gəncədə sadələşdirmə təşəbbüsü dəstəklənir
19:47 / 06-02-2026
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:04 / 04-02-2026
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
11:12 / 06-02-2026
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
23:34 / 03-02-2026
Keçmiş deputata məxsus obyektləri sökürlər
14:10 / 05-02-2026
Ağır cinayətlərdə ittiham olunan ermənilərə hökm oxunub - (Yenilənir-8) - Fotolar
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
11:00 / 03-02-2026
İranın sabiq prezidenti “Epşteyn faylları”nda: onlar görüşüblər?
23:12 / 03-02-2026
Müəmmər Qəddafinin oğlu öldürülüb
11:09 / 04-02-2026
ABŞ gəmiqayırma sənayesi üçün Türkiyə ilə danışıqlar aparır
16:43 / 04-02-2026
Azərbaycan sülhə mane olan qüvvələrin qarşısını alacaq
Yuxu dilinə çevrilmiş mətn - Kənan Hacı yazır
Tarix: 14-04-2023 20:10 | Bölmə: Kənan HACI

Kənan HACI
Koppuş və şən homunkul (insanabənzər canlı) qorxu və ümidlərimizi, həyəcanlarımızı, həsrət və nisgilimizi, nigaranlıqlarımızı gecələr qayğısızcasına beynimizdə yuxu şəklində toxuyur. Ziqmund Freyd isə bu yuxu şifrəsini qırır, bu zaman homunkul şlyapasını çıxarıb öz rəqibi qarşısında təzim edir. Bu prosesə nağıl kimi deyil, gerçəklik kimi baxaq. Əlbəttə, bu, tipik XIX əsr antropomorfizmi idi. Psixoanalitik qazıntılar insan beyninin yuxu bucağına çata bilmir. Bu xam sahədə araşdırmalar aparan Freyd belə bir qənaətə gəlmişdi ki, yuxular sıxışdırılmış arzuların təhrif olunmuş şəkildə gerçəkləşməsidir.
Roma epikürçülüyünün ən tanınmış nümayəndələrindən olan Lukresi “Cisimlərin təbiəti haqqında” poemasında yazır ki, “əgər kimsə bir işlə səylə məşğuldursa, özünü uzun müddət həmin işə həsr edirsə, yuxuda da eyni şeyləri edir”.
İnsan həyatın mənası, yaradılışın səbəbiylə bağlı suallara cavab axtarır. Bəlkə elə bu sualların cavabı yuxularımıza sızır?
Adi insanlarla sənətkarların yuxuları arasında böyük fərqlər var. Dəyərli şair dostum Səlim Babullaoğlunun “Ədəbi yuxular”ını oxuyandan sonra bu qənaətimdə sabitqədəməm. Həyatımız yuxularımıza bu və ya digər şəkildə sızdığı kimi yuxuların da həyatımıza müəyyən qədər təsiri olur.
Yeniyetmə vaxtımda bir gün yuxuda gördüm ki, kənd yolunda maşın sürürəm. Halbuki, o vaxt heç maşın sürməyi bacarmırdım. Mənə maşın sürməyi heç kim öyrətməyib. Atamın maşını olsa da, heç vaxt maşın sürməyimi istəməyib. Sadəcə, ilk dəfə sükan arxasına keçib motoru işə salmışam və yola çıxmışam. Bütün həyatım boyu da belə olub. Qəribədir ki, ilk dəfə sürdüyüm maşın məhz yuxumda gördüyüm maşının eynisi idi. Bu məqam ilkin dövrlərin özünütəsdiq cəhdlərindən biri idi. Həmişə bu oxşarlığı izah etməkdə çətinlik çəkmişəm.
Sənət də yuxu kimi sürüşkən, ələgəlməzdir. Hər bir yazıçı subyektiv yaşantılarından yola çıxır. Ədəbiyyat təkcə özünüifadə vasitəsi deyil. Hər bir yaradıcı insanın içində həyatla, dünyayla bağlı sonsuz suallar yaranır. Bu suallara cavab tapmaq üçün sənətə üz tuturuq.
Tarkovski yazır ki, sənətin funksionallığının əsasında idrak ideyası dayanır, bu təəssürat özünü katarsis şəklində büruzə verir.
İnsan bu dünyaya ona görə göndərilib ki, özünün zühurunu dərk etsin. İnsanın əbədi iztirabının mənbəyi də məhz budur. O, sonsuz sualların cavabını sənətdə axtarır. Sənət bu suallara tam mənada cavab verirmi? Hər kəsin öz cavabları, dünyanı, özünü dərketmə üsulları var. Amma...
Səməd Vurğun demiş, hələ ki, “sirrini verməyir sirdaşa dünya...”
İnsanın cövhərində mövcud olan eqosentrik mexanizm aramsız olaraq onu özünütəsdiqə məcbur və təşviq edir. Sənət məhz bu məqamda doğulur. Yuxu ilə gerçəkliyin sərhədində...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək