22:37 / 31-03-2025
Zelenski prezident seçkilərinə hazırlaşır
19:41 / 31-03-2025
Keçmişə və gələcəyə yollanmaq reallığa çevriləcək
19:03 / 31-03-2025
Donetski ələ keçirmək rus ordusu üçün prioritetdir
18:45 / 31-03-2025
Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb
18:31 / 31-03-2025
PUA və dronlar mövqelərimizə yaxınlaşıb, hərbçilərimiz atəşə tutulub - (Yenilənib)
17:25 / 31-03-2025
Genetik Ehtiyatlar İnstitutunun həyətindəki ağacları kəsirlər
17:15 / 31-03-2025
Xaçmaz və Qubanın kəndlərində yanğın olub
15:24 / 31-03-2025
Qlobal fond bazarlarında gərginlik yaranıb
15:11 / 31-03-2025
Atəşkəs Kiyev üçün təhlükə yarada bilər
14:31 / 31-03-2025
Əliyevlə Pezeşkian arasında telefon danışığı olub
14:12 / 31-03-2025
Sabahın hava proqnozu açıqlanıb
13:26 / 31-03-2025
Gərginlik yenidən artır: İran raketlərini həyəcan vəziyyətinə gətirib
12:49 / 31-03-2025
Sabah Almaniya prezidenti Azərbaycana gəlir
12:01 / 31-03-2025
Abşeronda oğul anasını qətlə yetirib
11:51 / 31-03-2025
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
11:37 / 31-03-2025
Prezident İlham Əliyev paylaşım edib - Foto
11:25 / 31-03-2025
Azərbaycana narkotik gətirən İran vətəndaşları saxlanılıb
10:51 / 31-03-2025
Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım edib - Foto
10:24 / 31-03-2025
Pentaqon rəhbəri məxfi məlumatları xanımı ilə bölüşür - Foto
10:08 / 31-03-2025
Ermənistanın əsassız iddialarına son qoyulmalıdır
09:58 / 31-03-2025
Ombudsman 31 mart soyqırımı ilə əlaqədar bəyanat yayıb
00:03 / 31-03-2025
Azərbaycanlıların soyqırımından 107 il ötür
23:39 / 30-03-2025
"Zirə" "Şamaxı"ya qalib gəlib
20:02 / 30-03-2025
May ayında iki gün iş olmayacaq
18:01 / 30-03-2025
Şeyx: "Bu, şəxsi işimdir, hər şeyi açıqlamalıyam?"
17:46 / 30-03-2025
Ərdoğan: "Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir"
17:45 / 30-03-2025
Belaruslu müxalifətçi itkin düşüb
15:24 / 30-03-2025
Ermənilər kəşfiyyat uçuşlarına cəhd edib, növbəti təxribata əl atıblar
14:06 / 30-03-2025
Sabah hava necə olacaq? - Proqnoz
10:52 / 30-03-2025
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib
13:35 / 27-03-2025

14:54 / 27-03-2025

23:29 / 28-03-2025

16:12 / 27-03-2025

14:31 / 27-03-2025

14:22 / 27-03-2025

15:42 / 27-03-2025

22:59 / 27-03-2025

12:28 / 27-03-2025

20:24 / 27-03-2025

21:35 / 28-03-2025

23:32 / 28-03-2025

Azərbaycan-Baltik əlaqələri... - Kənan Hacı yazır
Tarix: 13-09-2022 12:05 | Bölmə: Kənan HACI

Kənan Hacı
Ədəbiyyat, mədəniyyət xalqları birləşdirən ən çevik dəyərlər sistemidir. Xalqlar arasında körpüyə çevrilən sənət müxtəlif dillərdə danışan insanları birləşdirir, qarşılıqlı mədəni-ədəbi əlaqələr ümumən ədəbiyyatın, mədəniyyətin inkişafını şərtləndirməklə bərabər həm də bu xalqları müxtəlif sahələrdə bir-birinə daha da yaxınlaşdırır, multikultural dəyərlərə öz töhfəsini verir. Bu baxımdan, sənət adamları, yazıçılar, şairlər həmişə həmin prosesin ön cərgəsində olublar. Onlar mədəni plüralizmin effektiv tənzimlənməsində və xalqlararası münasibətlərin təməllərinin formalaşmasında əsas rol oynayan personalardır.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev uzun illərdir ki, (qırx ildən çox) Vilnüs şəhərində yaşayır. Azərbaycan-Litva ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmətləri var. Bu illər ərzində tədqiqata cəlb etdiyi mövzulara nəzər salmaq kifayət edir ki, Mahir Həmzəyevin ictimai, elmi, ədəbi fəaliyyətinin miqyasını təsəvvür edəsən: - Baltik-Azərbaycan, həmçinin Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələri, ədəbi paralellər və bədii tərcümə məsələləri, kulturoloji və komparativistik araşdırmalar; "Kitabi-Dədə Qorqud" dastanı Baltik xalqlarının dillərində; Baltik xalqları mühacirləri və diaspora təşkilatlarının XIX–XX əsrlərdə Qafqazda elmi, mədəni və ictimai-siyasi fəaliyyəti; Böyük Litva Knyazlığının karaim, tatar, polyak və yəhudi varislərinin Azərbaycan və Türkiyə ilə elmi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələri; 1918-1922-ci illərdə Litva - Cənubi Qafqaz dövlətlərarası münasibətləri və Litvanın Bakıdakı Konsulluğunun fəaliyyəti; Litva ədəbiyyatının klassiki, müstəqil Litva dövlətinin Bakıda ilk konsulu Vintsas Krevenin 1909-1920-ci illərdə Azərbaycandakı pedaqoji, elmi, mədəni, ictimai-siyasi və diplomatik fəaliyyəti; Azərbaycan Xalq Cümhuriyyəti siyasi mühacirlərinin XX əsrin 20-30-cu illərində Litva-Polşa karay və tatar türkləri ilə ictimai-siyasi əlaqələri; 1944-1953-cü illərdə Litva müstəqilliyi uğrunda SSRİ dövlətinə qarşı müqavimət hərəkatı və partizan müharibəsində iştirak etmiş azərbaycanlı „meşə qardaşları“nın həyat və döyüş yolları. 1980-2019-cu illərdə bu mövzulara həsr edilmiş 400-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalələri Litvada və Azərbaycanda dərc olunubdur.
Mahir müəllim 2002, 2008, 2011 və 2012-ci illərdə Ümumdünya Litva Ensiklopediyasının Vilnüsdə çıxmış II, XIV, XX və XXI cildlərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də Azərbaycan yazıçı və şairləri - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anarın yaradıcılığı barədə 22 adda ensiklopedik məqalə hazırlayıb çap etdirib. Mahir Həmzəyev diaspora sahəsində də ölkələrimiz arasındakı insan resurslarının faydalılığı baxımından böyük işlər görüb. Bir alim və qələm adamı olaraq zəkasını, intellektini müxtəlif ipostaslarda realizə etmək vaxt baxımından mümkünsüz görünür. Amma daxilindən gələn Vətənə xidmət duyğusu, ziyalılıq və vətəndaşlıq qeyrəti onu bu işləri görməyə sövq edir. Necə deyərlər, iş görmək, xidmət etmək üçün vaxt məhdudiyyəti yoxdur.
Bu günlərdə isə məhsuldar ədəbiyyatşünas alimin səkkiz fəsildən ibarət “Azərbaycan-Baltik mədəni əlaqələri. XIX-XXI əsrlər” kitabı işıq üzü görüb. Kitabın mövzu dairəsi o qədər genişdir ki, bu informasiya zənginliyi və tematik ardıcıllıq oxucuda məmnunluq hissi doğurur. Müəllif Azərbaycan-Baltik mədəni əlaqələrinin tarixinə nəzər salır, bu əlaqələri şərtləndirən amilləri konseptual yöndən təhlilə cəlb edir. Bu kitab həm də ona görə əhəmiyyətlidir ki, alim arxiv materiallarına əsaslanaraq bir sıra nadir tarixi faktları üzə çıxarmış, Baltik xalqlarını Azərbaycanla bağlayan ictimai, siyasi, mədəni, ədəbi tellərin yaranmasında xidmətləri olmuş görkəmli şəxsiyyətlərin ölçüyəgəlməz xidmətlərini kitab səhifələrində əbədiləşdirmişdir.
Alim “Xəzər sahillərində Baltik ab-havası” adlı müəllif sözündə yazır:
“Kitabın əsas məramı Azərbaycan və Baltik xalqları arasındakı tarixi və icti-mai-mədəni əlaqələrin köklərini axtarıb üzə çıxarmaq və bu əlaqələr zəminində ölkələrimiz arasında yeni məzmunlu mədəni körpülər salmaq, müasir dövrdə münasibətlərimizi genişləndirmək, xalqlarımızı mənəvi cəhətdən bir-birinə yaxınlaşdırmaq, Baltik ölkələrində bizə dost münasibət bəsləyənlərin sıralarını artırmaq və ölkəmizin Baltik ölkələrindəki imicini gücləndirməkdən ibarətdir.

Bununla yanaşı, topluda qədim mədəni əlaqələrimizdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, həmçinin SSRİ dönəmindəki Azərbaycan–Baltik mədəni əlaqələrini müstəqil dövlət maraqları çərçivəsində qiymətləndirmək və milli maraqlara uyğun şəkildə dəyişdirmək, Azərbaycanla Baltik regionu arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yer tutmasını təmin etmək kimi məsələlər işıqlandırılıb.
Kitab həm də Azərbaycanla Baltik ölkələri arasında mədəni əməkdaşlıq və dialoq strategiyasını daha məzmunlu və dinamik tərzdə həyata keçirməyə stimul vermək məqsədini güdür”.
Bir neçə il bundan öncə Litva ədəbiyyatının görkəmli ədəbi simalarından olan Vintsas Krevenin “Azəristan ölkəsi” kitabını Mahir Həmzəyevin tərcüməsində oxumuşdum. Yeri gəlmişkən, deyim ki, dəyərli şair dostum, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun rəhbəri olduğu “ATV Kitab” layihəsinin ən maraqlı, böyük marağa səbəb olan kitablarından biri də V. Krevenin “Azəristan ölkəsi” kitabı olmuşdu. Şəxsən mən bu kitabı böyük maraq və heyrət hissiylə oxumuş, Krevenin Azərbaycandakı pedaqoji fəaliyyətiylə bağlı bilmədiyim çox şeyləri öyrənmişdim. Mahir Həmzəyevin kitabındakı ilk yazı da məhz böyük pedaqoq, qəlbən Azərbaycana bağlı olmuş Litva yazıçısı Vintsas Krevenin həyatı və yaradıcılığı haqqındadır. Krevenin həyatının əhəmiyyətli bir hissəsi Azərbaycanla bağlı olmuşdur. Yazıda bu barədə müfəssəl məlumat verilir.
Kitabda ən çox diqqətimi çəkən və güman edirəm ki, qoca tarix üçün də olduqca böyük önəm daşıyan “Qarabağ düyünü Litva diskursunda” bölümü oldu. Yazıçı Qarabağ həqiqətlərinin Baltik ölkələrində yaşayan insanlara da çatması üçün intellektini, zəkasını səfərbər edib və hadisələrin mahiyyətinə dərindən nüfuz edərək əsl ziyalı mövqeyi nümayiş etdirib. Litva Azərbaycanlıları Cəmiyyəti daim bu istiqamətdə ardıcıl fəaliyyət göstərib. Müəllif yazır:
“Vurğulamaq istərdik ki, müstəqilliyin bərpa olunmasından sonrakı dövr Litva və Azərbaycan mediasında xeyli sayda Qarabağ mövzulu müxtəlif publikasiyalar işıq üzü görüb. Ən fərqli janrlarda yazılmış bu publikasiyaların müəllifləri arasında Vitautas Landsbergis, İmantas Melyanas, Tomas Çivas, Gintaras Visotskas, Riçardas Lapaytis, Vitaliyus Karakorskis, Donatas Valançyauskas, Arvidas Banyulis, Aydanas Praleyka, Vidmantas Valyuşaytis, Aras Lukşas, Laurinas Kasçyunas, Antanas Tila, Kestutis Oginskas, Rita Milyute, Paulyus Vaytekunas, Ramunas Trimakas, Tomas Srebalyus, Yuras Pojela, Egidiyus Vareykis, Arunas Valinskas, Andryus Burba, Antanas Raşimas, Algimantas Liekis, Lyaonas Yurşa kimi litvalı qələm sahibləri vardır.
Bu gün arqumentlərə söykənən tam bir əminliklə konstatasiya edə bilərik ki, müasir Litva–Azərbaycan ictimai-siyasi, kulturoloji və publisistik əlaqələrinin başlıca qolunu Qarabağ münaqişəsi mövzulu müxtəlif janrlı əsərlər və tərcümələr təşkil edir. Düşünürük ki, yaxın gələcəkdə yuxarıda göstərilən litvalı müəlliflərin bu mövzulu əsərlərindən götürülmüş seçmələrdən ibarət ayrıca bir tərcümə kitabının nəşr edilib Azərbaycan ictimaiyyətinə təqdim olunması diqqətəlayiq hadisə olardı”.
Mahir Həmzəyev Qarabağ mövzulu həmin əsərlərin bir qismini, habelə onların bəziləri haqqında yazılmış annotasiya, resenziya və icmalları Litva, polyak və rus dillərindən Azərbaycan dilinə tərcümə edərək, səciyyəvi misallar qismində kitabın bu fəslində xronoloji ardıcıllıqla oxuculara təqdim edir. 20 yanvar faciəsi, Xocalı qətliamı və xalqımızın başına gətirilmiş digər müsibətlər Litva yazıçılarının gözüylə təhlil edilir və bu yazıları Azərbaycan oxucusuna çatdıran məhz Mahir Həmzəyevdir. Mahir müəllim, eyni zamanda Azərbaycan yazıçılarının da Baltik ölkələrində tanınmasında, təbliğində böyük işlər görür, Azərbaycan ədəbiyyatının klassikləri, müasir qələm adamlarımız haqqında esselər, məqalələr yazır. Bu kitabda həmin yazıların böyük əksəriyyəti toplanıb.
Mahir Həmzəyev Litvada Azərbaycanın səsidir. Litvalılar Azərbaycanla bağlı həqiqətləri onun yazılarından öyrənirlər. Biz də bu kitabdan çox şeyləri öyrəndik. Düşünürəm ki, Mahir Həmzəyevin uzun illərin zəhməti sayəsində ərsəyə gətirdiyi bu qiymətli kitab hər iki ölkə üçün son dərəcə faydalı və əhəmiyyətlidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır
3-04-2020, 17:50
Kənan HACI - Virussuz dünya və ya Hararinin görə bilmədiyi fəlakət - Kənan Hacı yazır