15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
13:34 / 15-10-2025
Dövlət Xidməti işçilərinin sayı artırılıb
13:28 / 15-10-2025
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
13:28 / 15-10-2025
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
13:25 / 15-10-2025
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
13:21 / 15-10-2025
Prezident yeni idarə yaradıb - Fərman
13:04 / 15-10-2025
Sabah yağış yağacaq
12:54 / 15-10-2025
Füzuli yaradıcılığına fərqli baxış - Cəbrayıloğlu yazır
12:46 / 15-10-2025
Məşhur YAP-çıdan Ramiz Mehdiyevlə bağlı - Açıqlama
12:43 / 15-10-2025
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
12:39 / 15-10-2025
AFFA baş məşqçini cəzalandırıb
12:28 / 15-10-2025
Sabiq nazir: "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir"
12:15 / 15-10-2025
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
12:14 / 15-10-2025
Külək turbinlərini süni intellekt idarə edəcək - Foto
12:13 / 15-10-2025
TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
11:59 / 15-10-2025
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
11:57 / 15-10-2025
Xırdalanda 20 yaşlı gənc öldürülüb
11:48 / 15-10-2025
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb
11:26 / 15-10-2025
Xankəndidə III Milli Şəhərsalma Forumu başlayıb
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

19:49 / 10-10-2025

18:00 / 10-10-2025

Nazim Hüseynovun sənət dünyası - Kənan Hacı yazır
Tarix: 08-03-2024 15:41 | Bölmə: Kənan HACI

Kənan HACI
Mən uşaqlıqda rəssam olmaq istəyirdim. Rəssamlığa həvəsim izaholunmaz idi. Yəqin anamın mənə aldığı nağıl kitablarındakı rəsmlərin ecazına düşmüşdüm, rənglər məni sehrləmişdi. Müxtəlif dünyagörüşlərin, psixoloji ovqatların, real və irreal fəza müstəvilərinin kətan üzərində qovşağı doğrudan da ecazkar bir aləmdir. O mübhəm və şəffaf, mürəkkəb və aydın aləmin dili təkcə fiqurlar, anlamlar və simvollar deyil. Bu aləmin təsviri rəngkarlığın imkan və potensial zərifliyi, zənginliyi, daxili qüvvəsiylə bağlıdır. Rənglərin yetişə biləcəyi genişlik, incəlik və dəqiqlik fırçanın ucunda gizlənir. Yetər ki, o fırça sənətkar əlində olsun...
O rəsmlər əbədidir ki, baxanda düşünürsən: burada hər şey nə vaxtsa hardasa olub. Amma hər şey yenidir, təkrarsızdır, sehrli barmaqlar bu mənzərəni xülya, arzu, ideal kimi yaradıb. Mayasında gerçəklik dayanan sənət əsərləri rəssam düşüncəsinin rənglərinə boyanıb.
Sənətsiz dünya çox yoxsul görünərdi. Bugünkü avtomobil və sənaye dumanında diletant izahlar, yozumlar həssaslığımızı, estetik zövqümüzü zəhərləməklə məşğuldur. Yalançı mənalar bataqlığında dünya yoxsullaşır. Bəzən sənət adamları bu prosesin qarşısını almağa çətinlik çəkir. Bu, sənətdə meyarların itməsiylə bağlıdır. Bizim uşaqlıq və yeniyetməlik çağlarımızda sənətə bu qədər axın yox idi, sənətlə sənətkarlar məşğul olurdu. Bu gün sənət diletantların təcrübə meydanına çevrilib.
Bizim böyüklərimiz sənət qarşısında səcdə edirdilər. Valideynlərim uşaqlıqda məni rəsm sərgilərinə, tamaşalara, filmlərə aparardı. Zövq, düşüncə məhz bu dönəmdə formalaşır və sonra onu dəyişmək mümkün olmur.
Uşaqlıqda çəkdiyim rəsmlər məktəbdə müəllimlərimin də diqqətini çəkmişdi, onlar da mənim rəssam olacağıma qəti əmin olmuşdular. Amma taleyin atişləməz yolları var. O istək canımda boy atmadı, söz ahənrüba kimi məni özünə çəkdi, mən taleyimi sözə bağladım. Mətbuatda dərc olunan ilk yazım Buzovnada yaşayan rəssam Cəfər Talıboğlu haqqında idi. Onun emalatxanasından reportaj hazırlamışdım. O vaxta qədər dünya rəssamlığının zirvələri olan Mikelancelo, Leonardo da Vinçi, Rembrandt, Pikasso, Van Qoq, Salvador Dali və digər böyük sənətkarların rənglər dünyasına aşina idim. Düşüncədə baş verən metamorfoza sonradan sənət müstəvisində təzahür edir. Rəssamlıqdakı cərəyanlar da onları yaradanların düşüncə kodlarının məcmusudur.
Bənzərsiz şair və rəssam Adil Mirseyidlə dostluğumuz da mənim bilgilərimə əlavə çox şeylər qatdı. Onunla ədəbiyyatdan daha çox rəssamlıq haqqında söhbətlər edirdik. Adil Mirseyid mənə rəssam olmasam belə, rənglərin dilini öyrətmiş adamdır. Bir Bakı kafesində oturub Amadeo Modilyaninin həyat və yaradıcılığı haqqında bitmək bilməyən söhbətlərimizi xatırlayıram. O, Modilyani ilə böyük rus şairəsi Anna Axmatovanın sevgi macərasından danışırdı, mən heyranlıqla onu dinləyirdim. Siqaret tüstüsü arxasında Adil Mirseyid qeyb aləmindən xəbərlər verən bir kahinə bənzəyirdi.
uçan quşun kölgəsini
tutub basdım bağrıma
unuduldu bir anlıq unuduldu ağrı-acı
axıb gedən buludları akvarelə bənzəyən
bir qərib gündə pəncərəmin şüşəsini
döyür ağ tut ağacı
qədərində nə varsa onu yaşayacaqsan
demişdi mənə şaman kimi bir rəssam
aradan uzun illər ötüb keçib
o rəssamı xatırladım bu axşam
bu şəhərdə şaman kimi bir rəssam vardı
bir gecə ay onu çəkib apardı
təbəssümü qaldı aynada...
Adil Mirseyidin pıçıltı ilə oxuduğu şeirlər məni bambaşqa bir dünyaya çəkib aparırdı...
Rəssam dostum Nazim Hüseynovla hər dəfə görüşəndə mən o rəssamların rənglər dünyasına qovuşuram. Gözlərim önündə müxtəlif palitralar canlanır. Bizi yazıçı Ayaz İmranoğlu tanış edib. Nazimin söhbətləri də intellekt atmosferi yaradır, o, içi dolu adamdır. Zəngilan torpağının yetirməsidir. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra doğma rayonuna qayıdıb müəllimliklə məşğul olub. Fizika müəllimi olsa da qəlbi sənətlə döyünən insandır. Bu hiss onu fizikadan metafizikaya gətirib çıxarıb. Zəngilanın işğalından sonra içindəki rəssamı kəşf edib və yurd həsrətini rəsmlərə köçürüb. Zəngilan təbiətini kətana köçürdükcə içindəki ağrıları ovudub. Eyni zamanda didərgin həyatı yaşayan qəlbi yaralı həmvətənlərimizə də o rəsmlər bir təsəlli yeri olub. Onun sözləridir: “İllər öncə “Mən qayıdacam!" adlı bir tablo işlədim. İnanırdım ki, 30 il əvvəl anasının qucağıında gələn körpələr öz doğma yurdlarına əli silahlı qayıdacaq. Və qayıtdılar!!!”

Yetmiş yaşını haqlamaqda olan Nazim Hüseynov iyirmi yeddi il bu inamla yaşayıb.
Atası Şükür müəllim Zəngilanın ən yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimlərindən olub. Yüksək savadı və intellekti ilə seçilən insanlardan olan Şükür müəllimin tərbiyəsini görmüş Nazim hələ uşaq yaşlarından sənətə, ədəbiyyata böyük maraq göstərib. Nazim Hüseynovun rəngarəng boyalarla çəkdiyi rəsmlər bir neçə dəfə rayon tədbirlərində sərgilənib. Dövlət televiziyasında onun sərgiləriylə bağlı bir neçə dəfə süjetlər hazırlanıb. Uzun illər Zəngilan həsrətiylə yaşayan rəssam dostum o torpaqları öz rəsmlərinə köçürüb. Zəngilanın hər qarışı onun fırçasından süzülüb çərçivələrdə canlanıb. Bu illər ərzində saçlarına qar ələnib, amma torpaqlarımızın işğaldan azad olunacağına inamını zərrə qədər də itirməyib. Fırçasını süngüyə çevirib, sənətiylə döyüşüb. Yaddaşımızı diri saxlamağa çalışıb.
Fırça ustasının yaradıcılığında mənzərə janrı da mühüm yer tutur. Onun rəsmləri harmonik rəng keçidləri ilə diqqəti cəlb edir. Onun palitrası təbiətdən güc alır, təbiət kimi nəfəs alır. Realist üslubda təqdim etdiyi kompozisiyalarda barokko dövrünə xas olan xarakterik cizgilər öz əksini tapır.
Zəngilan həm də çinarların vətənidir. Hamımız bilirik ki, Azərbaycanda yayılan çinar növünün əsasını Zəngilan çinarları təşkil edir. Bu çinar növü Şərq çinarı və ya barmaqyarpaqlı çinar adlanır. Şərq çinarı dünyanın bir sıra bölgələrində, o cümlədən Yunanıstanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, kiçik və orta Asiyada, Cənubi Qafqazda geniş yayılıb.
Zəngilanın çinar meşəsi təkcə yerli mütəxəssislərin, coğrafiyaşünas alimlərin deyil, həm də dünya elminin görkəmli tədqiqatçılarının diqqətini cəlb edib. Erməni vandalları Zəngilanın Çinar meşəsində göylərə baş çəkən çinarlara da divan tutublar, o çinarların kökünə balta çalıblar. Nazim Hüseynov o çinarları da öz rəsmlərinə köçürüb. O, yorulmadan çalışıb, boyakarlıq və qrafika əsərləri yaradıb.
Yaşının müdriklik çağında Tanrı ona böyük Qələbəmizi görməyi nəsib etdi. İndi onu mənən rahat, asudə, xoşbəxt görürəm. O, qələbəmizi də kətana köçürüb. Çox güman ki, onun yaradıcılığında artıq yeni bir mərhələ yaranacaq. O, yenidən qurulan Zəngilanı da öz sehrkar fırçası ilə təsvir edəcək.
Uğur olsun, xoşbəxt rəssam!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır