11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

12:32 / 13-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

Vəkilin romanı - Kənan Hacı yazır
Tarix: 31-01-2021 12:15 | Bölmə: Kənan HACI

Mən çox nadir hallarda detektiv janrda nəsə oxuyuram. Bu janrın bütün dünyada oxucuları çoxluq təşkil edir. Böyük oxucu kütləsinın detektiv-triller, macəra ədəbiyyatına marağı tükənməzdir.
Bu janrın tarixi olduqca qədimdir. Dünyanın ilk cinayəti Qabilin Habili öldürməsiylə başlayır. Qədim yunan dramaturqları Sofoklun “Çar Edip”, Evripidin “Medeya” əsərləri də cinayət motivləri üzərində yazılıb. Dünya ədəbiyyatının nəhənglərindən sayılan Şekspirin “Hamlet” dramında kifayət qədər detektiv elementlər mövcuddur. Bildiyiniz kimi, əsərdə Hamletin əmisi onun atasını öldürərək anasıyla izdivaca girir. Dostoyevskinin “Cinayət və cəza”sını xatırlayın. Raskolnikov qoca sələmçini öldürdükdən sonra içində yatmış vicdan oyanır.
Detektiv bir janr olaraq Edqar Alen Podan sonra romançılığın bir növü kimi xarakterizə edilməyə başladı. Dünyada detektiv janrın Yan Fleminq, Erl Stenli Qardner, Hedli Çeyz, Karter Braun kimi ustaları var. Çox az yazıçı var ki, öz əsərlərində kriminal süjetlərdən istifadə etməsin. Əvvəllər bu janrın hermetik detektiv növündən istifadə edirdilər. Yəni hadisələr qapalı, dar məkanlarda baş verirdi (evdə, qatarda, gəmidə və sair). Janr inkişaf etdikcə hadisələrin çevrəsi də genişlənməyə başladı.
XX əsrdə detektiv janrının Jorj Simenon, Artur Konan Doyl, Aqata Kristi kimi nəhəngləri meydana çıxdı. Artur Konan Doyl Şerlok Holmsu, Aqata Kristi Erkül Pyaronu, Jorj Simenon isə komissar Meqreni yaratdılar. Bu obrazlar bu gün dünya oxucusunun sevimli obrazlarına çevrilib.
XXI əsrdə detektiv-triller artıq yeni məna və məzmun kəsb etməyə başlayır, təhkiyə, süjet və struktur yenilənir. Bu gün yazılan detektiv romanlar klassik romanlardan əsaslı şəkildə fərqlənir.

Bu günlərdə tanınmış vəkil Adəm Məmmədovun “Qətlin sonu” detektiv romanını oxudum. Roman detektiv janrının tələblərinə tam cavab verməklə cəmiyyətdəki bir sıra ciddi problemləri gözardı edir, ziqzaqvari süjet xəttindən istifadə edən müəllif sanki roman içində roman yazmaqla obrazları uğurla finiş xəttinə gətirib çıxarır. Əsər qanunun aliliyi prinsipinə söykənərək "insan və ədalət" ideyasını ön plana çıxarır.
Adəm Məmmədov ölkənin vəkillik tarixində ən çox bəraət qərarının qəbul edilməsinə nail olmuş peşəkar vəkildir. Ölkə teleməkanında hüquqi maarifləndirmə sahəsində mühüm xidmətləri var. Uzun müddətdir ki, Lider televiziyasında “Hüquq və Ədalət”, “İnsan və Qanun” verilişlərinin ideya rəhbəri və aparıcısıdır. Onun belə bir populyar janrda roman yazacağı gözlənilən idi. Zəngin həyat və iş təcrübəsinin verdiyi imkanlar belə bir əsərin – detektiv-trillerin yaranmasına səbəb oldu. İngilis alimi Robert Kolyer yazır ki, “Uğur – günbəgün yenilənən kiçik çalışmaların toplanması deməkdir”. Co Vitali isə “Açar” kitabında yazır: “Ağlınıza ideya gələn andan hərəkətə keçin və bu ideyanı gerçəkləşdirin. Kainat sürəti sevir. İçinizdəki baryeri aşıb yeni mərhələyə qədəm qoyun”.
Adəm Məmmədovun yeni romanı onun fəaliyyət sferasını genişləndirməklə yeni bir mərhələnin başlanğıcını qoydu. Roman macəra ədəbiyyatının oxucuları üçün bir sürpriz olmaqla yanaşı “vəkil necə olmalıdır” sualına da doğru-dürüst cavab verir. Mən çox istərdim ki, bu roman hüquqşünasların və vəkillərin stolüstü kitabına çevrilsin. İnsanların hüquqlarını müdafiə edərkən hansı taktiki gedişlərdən istifadə etmək lazımdır? Vəkil olmaq üçün vacib şərtlər nədən ibarətdir? Romanda bu suallara cavab verilir. Əsərin baş qəhrəmanı vəkil David fəaliyyətində dörd əsas şərti özünün həyat kredosu kimi qəbul edir: vicdan, ədalət hissi, prinsipiallıq, cəsarət. Süjet, kompozisiya, hadisələrin öz təbii axarı ilə ardıcıl inkişafı, lakoniklik bir tərəfə, romanın uğurlu alınmasının bir səbəbi də təhkiyəsinin sadəliyi, dilinin aydınlığı, vəziyyət və məqamların təsvirinin dəqiqliyidir.
“Qətlin sonu” romanı peşəkar bir vəkil tərəfindən yazılıb və yuxarıda qeyd etdiyim kimi, bu baxımdan əsər həm də gənc vəkillər üçün əyani dərs vəsaiti ola bilər.
Roman dörd fərqli hadisənin sintezi üzərində qurulub.
Əlbəttə, istənilən əsər müəllifin özünüifadəsidir. İndiyədək hansısa vəkilin roman yazdığını eşitməmişdim. Adəm bəy bu romanla həm də bir ilkə imza atıb. Düşünürəm ki, bu cür əsərlərin yazılmasına çox böyük ehtiyac var.
Romanın böyük rezonans doğuracağına əminlik hissiylə Adəm bəyi təbrik edirəm!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır