18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

16:07 / 20-10-2025

Dağdağan ağacına salam olsun! - Kənan Hacı yazır
Tarix: 05-10-2023 13:29 | Bölmə: Kənan HACI

Kənan HACI
Şair Fəxri Müslümün 75 yaşına bir neçə söz
Şeir şairin Tanrıya ünvanlanan dualarıdır. Hər şair şeirini dua kimi pıçıldayır. Səmanın yaxasında çiçək açır bu dualar... Şair yerdən səmanı bəzəyən bu çiçəklərə baxıb xoşbəxt olur... Torpağa səpilən buğda dənəsi kimi bu sözlərin nə zaman bəhər verəcəyini gözləməklə keçir şair ömrü... Dualar gözləntilərlə əkizdir. Dünyamızın, məmləkətimizin barış və sülh içində yaşaması üçün dualar pərvazlanır səmaya...
Bəlkə də çatmazdım səmaya, göyə,
Bu haya-haraya, bu səsə-küyə,
Ağrı uda-uda, söz yeyə-yeyə,
Göydə buludlanıb yerdə çən oldum.
Fəxri Müslümün söz ağacından bir yarpaq qopardım. “Göydə buludlanıb yerdə çənə” çevrilən şair şeirlərində yerlə göyü, ərşi-kürşü bir-birinə qatıb sözə öz ruhundan nəfəs verir. Bu sətirləri yaza-yaza ədəbiyyata yenicə qədəm basdığımız o ürkək çağlarımızı xatırlayıram. Vahid Poeziya evinə enli kürək, cüssəli, ağırtaxtalı bir kişi gəlib gedirdi. Kürəyində dağların nəfəsini, çiyinlərində başı göylərlə əlləşən ağacların sərinliyini gətirirdi. Sonralar bildim ki, əzəmətini qəlbi dağlardan alan o qədim-qayım kişi Fəxri Müslümdür. Tanışlığımız o zamandan bu günə yol gəlir. Xatırlayıram, “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavələrindən birində onun “Koroğlunun Şınıx səfəri” adlı şeirini oxumuşdum və öyrəşdiyimiz, gözümüzün alışdığı qoşma və gəraylılardan fərqli intonasiya, fərqli üslub məni bir qədər karıxdırmışdı. Bu, dastan poetikasının elementlərini özündə daşıyan, lakin modern nəfəsli bir şeir idi. Zaman şairin qələmində köhnəyə təptəzə bir don biçmişdi. Çox qəribədir, bu müasirlik ilkinliyi, qədimliyi zərrə qədər zədələməmişdi.
Sözün qaymağı, yovşan ətirli sehri şeirə yeni görüm, yeni duyum, yeni nəfəs gətirir. Dağların, çiçəklərin, suların, səhraların da ruhu var. Bunlar bütöv halda insan ruhunun təcəssümüdür. Fəxri Müslümün şeirlərində insan ruhunun necə şəkilləndiyini əyani şəkildə görürük.
Hardansa azan səsi
avazlandı,
dalğalandı həzin-həzin,
şəhərin binalarından yuxarı,
gecə ələkdən keçmişdi,
ağ-ağ çiçək kimi ağarırdı.
Üzümə sərin meh əsdi,
səhər açılmışdı,
Günəş gözümün çanağı kimi
qızarmışdı,
başımın üstündə ucalmışdı...
Səhəri dirigözlü açan şair gecəni, dünyanı ələkdən keçirir və bu metaforik yolçuluq hər gecə davam edir.
Fəxri Müslümün “Mən dağdağan ağacıyam” kitabına ön söz yazmış mərhum şairimiz Adil Mirseyid öz qələm dostunu bu cür xarakterizə edir: “...O, özü də dan üzündən gəlmiş adamdır – təpədən dırnağa qədər işıq içindədir. Bəzən şəhərin izdihamlı və laqeyd küçələri ilə onunla birgə addımlayanda mənə elə gəlir ki, o, bu şəhərdə, bu küçədə deyil, hardasa göy üzündə, bulud köçündədi. O bulud köçü Şınıx dağlarından baş alıb gəlir...”

Fəxri Müslüm
Bir də bunları yazır Adil Mirseyid: “Bu dünyada elə bir güc, qüvvə yoxdur ki, şairi boyun əyməyə, diz çökdürməyə məcbur etsin, onu atdan sala bilsin. Şairin biləyini bükmək, kürəyini yerə vurmaq hər igidin işi deyil – Şairin üstünə Tanrı kölgəsi düşər. Fəxri Müslüm kimi bir şairi bir bənövşə təbəssümü atdan salar, diz çökdürər”.
Ağrılarım çiçək-çiçək təzələndi,
Nazlanıb da keçib getdin, küsmüş kimi.
Əl daşında una dönmüş dən kimiydim,
Sən də məndən üz döndərmiş, küsmüş kimi.
Fəxri Müslümün şeirlərində türk təfəkkürünün çöl yaddaşı işarır. Böyük çölün əsintiləri var bu şeirlərdə...
Ağ bulud oynayar alnının üstə,
Bir dəli rəqs edər halının üstə.
Əl açar getdiyin yolunun üstə,
Söz-söhbət barıtdan, güllədən keçər.
Gümüşü alınlı atların üfüqlərə sonsuz yürüşündə atlının da alnında hər zaman bir ağ bulud oynayar. O alından çox buludlar ötüb keçər və sonda o alında Günəş parlayar. Türkün yenilməz ruhu qan yaddaşını oyatdıqca sözlər puçur-puçur olub açılar, misralara, avaza çevrilər. Alın yazımızı şeirə çevirənlərdən biridir Fəxri Müslüm.
Bu yolun, izin də zamanı varmış,
Dəyirman daşıdı, sahmanı varmış.
Əl göyə çatmadı, dumanı varmış,
Ağına-bozuna qarışmış olduq.
Dəli-dolu şair ömrünün yetmiş beşinci aşırımında yenə həmin dik qaməti, şax duruşu ilə söz köhlənini üzü dağlara doğru səyirdir.
Qıvrılıb ilantək sürüşüb getdim,
Ağrılar canımda boy atmış kimi.
Doğma ruhlarımla görüşüb getdim,
Özümü özümdən oyatmış kimi.
Onun poetik nəfəsi yaşın yorğunluğunu eyninə almır. O, yenə də dualarını Tanrıya ismarlayır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olsa da şairliyi müəllimliyindən öndədir. Şəhərin küçələrində qərib ruh kimi dolaşan bu dağ adamı, Adil Mirseyidin təbirincə desək, dağdağan ağacı öz kölgəsinin sərinliyindən hər kəsə pay verir. Şəhər tünlüyündə bir əsim dağ havası təbərrük kimidir.
75 yaşlı Fəxrli Müslüm “boylanıb uzaqdan xatirələrə, qəriblik çəkirik...” desə də Tanrı zəmisini biçən dərviş kimi ömrün dolaylarında dolaşa-dolaşa öz ömrünün, taleyinin nəğməsini ötməkdədir. Özü nə gözəl demiş:
Bu keçən günlərə, bu yaşa baxma,
Neçə dan üzünün mehi qalıbdı.
İllər sıralanıb ömür payında,
Güldə, çiçəyində şehi qalıbdı.
İllər ömrə-günə misra-misra naxış salıb. Bol-bəhrəli, bərəkətli ömrün zirvə yaşı mübarək olsun, Fəxri Müslüm!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır