13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
10:02 / 21-11-2024
BMT rəsmisi: "Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq"
09:58 / 21-11-2024
Akula idmançını parçalayıb
09:51 / 21-11-2024
Vladimir Zelenskinin gizli planı varmış
09:42 / 21-11-2024
Merkel: “Tramp Putinə heyran olub”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
09:36 / 21-11-2024
Bjaniya: “Moskvaya müraciət etməmişik”
09:26 / 21-11-2024
Mask Trampın dəstəyi ilə almanlara meydan oxuyur
09:23 / 21-11-2024
BMT Baş katibi Azərbaycana gəlib - Foto
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
17:14 / 19-11-2024
Zenqin Mask haqqında dedikləri təəccüb doğurub
Ağ-qara fotoşəkil - Kənan Hacı yazır
Tarix: 17-09-2020 12:23 | Bölmə: Kənan HACI
(Hekayə)
Lələtəpə döyüşlərində həlak olmuş polkovnik Sənan Axundovun xatirəsinə həsr olunur.
Sənan Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra ixtisasını artırmaq məqsədilə Almaniyayaya getmək haqda düşünürdü. Bir müddət Silahlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmət göstərdi. Ancaq fikri-zikri təhsilini artırmaq idi. Uşaqlıqda tez-tez xəyalında Almaniyanın şəhərlərini canlandırırdı. Babası Berlinə qədər döyüş yolu keçmişdi, hər dəfə nəvəsinə döyüş xatirələrini danışanda o da uşaq marağıyla babasının yanını kəsdirib qulaq asırdı. Müharibənin romantikası uşağı özünə cəlb edirdi, xəyallarını qanadlandırırdı, damarlarında qanı cuşə gəlirdi. Davud babanın qələbə günü Berlində çəkdirdiyi ağ-qara şəklə baxmaqdan doymazdı. Şəkildə babası tankı üstündə şəstlə oturmuşdu. O, heç cür təsəvvür edə bilmirdi ki, şəkildəki cavan, cüssəli igid qarşısında oturmuş həmin bu qocadır. Babasının nə vaxtsa gənc, yaraşıqlı bir döyüşçü olması ona qəribə gəlirdi. Hər dəfə Davud baba hərbi formasını əyninə geyinəndə qamətini dik tutmağa çalışırdı və onda Sənan hardasa bu kişi ilə şəkildəki qəhrəmanı eyniləşdirməyə çalışırdı. Bu köhnə fotoşəkildən başqa o uzaq ölkə barədə onda heç bir təsəvvür yox idi. Buna baxmayaraq, onda babasının qalib əsgər kimi daxil olduğu ölkəni təsəvvür etmək istəyi güclü idi. Gözünə Remarkın, Henrix Böllün romanlarının illüstrasiyalarını xatırladan küçələr görünürdü. Gecə gözünü yuman kimi Remarkın təsvir etdiyi Qərb cəbhəsi yuxularına girirdi, özünü “uzaq stansiyada” doğmalarını gözləyən adam kimi görürdü. Bu obrazlar həmişə şəkildəki kimi, ağ-qara olurdu.
Köln şəhərinin hava limanından çıxarkən içinə dolan təəccüb hissini uzun müddət unuda bilmədi. Əvvəlcə bunun nədən qaynaqlandığını anlaya bilməmişdi, sonra hər şey ona aydın olmuşdu. Qarşısında uzanıb gedən Kölnü rəngli fotolentə alırdılar və şəhər hərəkətdə idi. Yoldan ötən bir fotoqraf onun alman hərbçisi ilə bir neçə dəfə şəklini çəkdi. Bir neçə gündən sonra həmin fotolar qaldığı otaqda stolun üstündə onu gözləyirdi. Ağ-qara şəkildə hündürboy, hərbi geyimli bir kişi ilə söhbət edirdi. Arxa planda isə hansısa qədim bina görünürdü. Sanki şəkil reallığı yox, onun Almaniya haqqında olan uşaqlıq fantaziyalarını əks etdirirdi. Gözlərini çəkmədən şəklə baxırdı, burda necə də babasının cavanlığına bənzəyirdi.
Bu vaxt Nəcibə otağa daxil oldu və Sənanın əlindəki şəklə baxıb təəccübləndi:
- Aa, bu şəkil niyə belə rəngsizdir?
- Möcüzədir, - deyə Sənan gülümsədi.
Akademiyada dünyanın müxtəlif ölkələrindən gələn gənc hərbçilər təhsil alırdı. Sənan onlara öz vətəni haqqında, onun coğrafiyası, mədəniyyəti, ədəbiyyatı haqqında danışır, geniş məlumatlar verirdi, yad, uzaq bir ölkədə də öz xalqına xidmət etməyi özünün müqəddəs vəzifəsi hesab edirdi. İstəyirdi ki, dünyanın bütün insanları onun ölkəsini tanısın. Azərbaycanın qədim tarixi haqqında danışmaqdan yorulmaz, usanmazdı. O qədər maraqlı, təfərrüatıyla danışırdı ki, müxtəlif xalqların nümayəndələri onu maraqla dinləyir, dediklərini yaddaşlarına köçürmək istəyirdilər. Almanlar arasında özünə yeni dostlar qazanmışdı, insanlarla ünsiyyət qurmaq bacarığı hər yerdə dadına çatırdı. Alman dilini bilməsi onun üçün avantaj idi, o, burda təhsil almaqla yanaşı alman mədəniyyəti ilə, bu ölkənin tarixi, etnoqrafiyası ilə dərindən maraqlanırdı.
Alman dilində kitablar oxuyurdu. Alman ədəbiyyatının patriarxı Hötenin “Gənc Verterin iztirabları” romanını gənclikdə oxumuşdu və bu eşq dramı onun qəlbini yaralamışdı, yaddaşında dərin iz buraxmışdı. Avtobiqrafik xaraketer daşıyan bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbbətini təsvir etmişdi. Əsərin sonunda çarəsiz Verterin sevgi iztirablarına dözməyib intihar etməsi onun duyğularını alt-üst etmişdi. Düşünmüşdü ki, görəsən özü belə bir çarəsiz eşqə mübtəla olsaydı, nə edərdi? Bu qənaətə gəlmişdi ki, o, heç vaxt intihar etməz, öz sevgisi uğrunda mübarizə aparardı. Şükürlər olsun ki, tale ona gözəl bir sevgi qismət etmişdi. Məktəb çağlarında gördüyü buruqsaç qız illər keçəndən sonra bir toy məclisində qarşısına çıxmışdı və o, qızı görən kimi sanki yaddaşında bir şimşək çaxmışdı. O qızı xatırlamışdı. Tale onu yenidən Sənanın qarşısına çıxarmışdı. Elə həmin toy məclisində Sənan qərarını vermişdi: taleyini bu qızla bağlayacaq.
Görəsən Sənan həmin toy günündə o qızın gözlərindən nələri oxumuşdu? Yəqin Tanrı ona insanları üzündən oxumaq məharəti də veribmiş. Bu gözlərdə sonsuz vəfa, sədaqət parlayırdı. O, hiss edirdi ki, elə bil hansısa axın onları bir-birinə yaxınlaşdırır, bu axının mənbəyi hardan idi? O anlarda Sənan bu haqda düşünə bilməzdi, hissin, duyğunun antennaları ancaq o dalğanı tuturdu və bu, izaholunmaz bir vəziyyət idi. Sevgi hansı axınla gəlir, insanın ürəyində necə yuva qurur? Bu suala bir kimsə cavab verə bilməz. Sevgi buludunun yağış vaxtı gəlib çatmışdı. Evdə valideynləri, çöldə dostları arada ona evlənmək vaxtının çatdığını deyirdilər, amma o, bütün fikrini, diqqətini təhsilinə yönəltmişdi. Ağlına gəlməzdi ki, bir gün qəfil sevgi hissi varlığına hakim kəsiləcək. Demək, hər işin bəlli vaxtı gəlib çatmayınca valideynlərin, dostların məsləhətləri bir fayda verməz. Bu qız ona taleyin hədiyyəsi idi. Taleyin arxa qapısından sivişməklə aradan çıxmaq mümkün deyil, orda mütləq qismətinlə üz-üzə gələcəksən.
Almaniyaya getmək istəyi ikinci plana keçdi. Qərara gəldi ki, əvvəlcə ailə quracaq, sonra ailəsiylə birlikdə xaricə təhsil almağa yollanacaq. Bu fikir yaşamaq eşqini bir az da artırdı, sevdiyi qadınla xarici ölkəyə səfərini gözləri önündə canlandırdı, bu xəyal ona o qədər cazibədar göründü ki, bədəninə istilik yayıldı. Taleyin bu xoş təsadüfü üçün Tanrısına minnətdarlıq etdi. Məktəbli qızın gözlərindəki işıq onu sehrləmişdi, bundan sonra o işığa pərvanə olacaqdı. İndi onların arasında duyğu çarxı fırlanırdı, bu karusel yalnız onlar üçün idi, hər ikisini göylərin yeddinci qatına qaldırırdı. Oğlan qıza heyran olmuşdu və bu heyranlığın dərinliklərinə varmaq istəyilə gözünü ondan çəkmirdi. Həmin anlarda şüuruna daxil olan hər şeydə özü üçün əlavə bir ləzzət kəşf edirdi. Bu təsadüfi görüş onun nəzərində təbiətin gözəlliyinə nə isə daha həyəcanlandırıcı bir şey əlavə edirdi. Həmçinin, təbiətin gözəlliyi qızın gözəlliyini bir qədər də artırırdı. Onun təsəvvüründə bu gözəlliklər təbiətlə vəhdətdə daha mükəmməl idi. Qız da təbiətin bir parçası idi. Sənan anlayırdı ki, bu qıza ən mübhəm arzularını etibar edə bilər, həyatındakı bütün dəyərləri onun sevgisi və ona bəxş etdiyi xoşbəxtlik hissi ilə ölçməyə hazırdır. Sənan sevgi radarına düşmüşdü və hələ bir insan oğlu bu radardan yayına bilməmişdi. O da həmin milyonlardan biri idi. Vaxt-vədə yetişmişdi, özünə ev-eşik qurmalı, könül yarı ilə ömür yollarında qoşa addımlamalıydı. Qız mat-mat ona baxırdı, gözlərini bu yaraşıqlı cavandan çəkə bilmirdi, deyəsən o da sehrlənmişdi.
Dünyanın ilk insanı Adəm qəlbinin səsini dinləməsəydi, qəlbindəki arzuya doğru qoşmasaydı, yasaq edilmiş meyvə eləcə ağacın budağında qalacaqdı. Qəlb insana insan olduğunu bu cür hiss etdirdi. Bəzən aydınlıqdır, bəzən qaranlıq, görən gözümüz, eşidən qulağımızdır. Qəlb küləyin havada oynatdığı quş tükü kimidir. Qəlb arzuların doğulduğu yerdir. İnsan oğlu qəlbini uzun macəralardan sonra kəşf etdi, duyğular ona bələdçilik etdi, hisslər onun beyninə aramsız siqnallar göndərməyə başladı. İnsan həyəcanlananda əlini sinəsinə tutdu, sol tərəfdəki döyüntüdən içindəki təlatümü hiss etdi. Qəlb aramsız olaraq “tup-tup” döyünürdü. Sənan da o qıvrımsaç qızı görəndə qəlbi elə döyünməyə başladı, ürəyinin ritmi sürətləndi. O qız Sənanın ürəyini baxışlarından oxumuşdu. İki ürək arasında anidən bir rabitə yaranmışdı. Köksümüzün içində ahənglə döyünməsinə baxmayın, onun hər vuruşunda insan dəyişir, haldan-hala düşür. Sevinc də, kədər də, göz yaşı da onun nişanələridir. Qəlb eşq nuruyla münəvvər olur. Nəcibə Sənanın gözlərinə çıxmış o işığı gördü. Oğlan sanki onun sükutunu dilə tuturdu. Baxışları danışdı, aralarında bir sevgi körpüsü uzandı və onlar bu körpüdən keçib səadətə qovuşdular. Nağıllarda deyildiyi kimi, göydən üç alma düşdü... Hər nağılın sonunda göydən üç alma düşmür axı.
Sənan düşünürdü ki, Tanrı materiyanın bütün qatlarını özündə cəmləşdirən qüvvədir. Kainatın bu ümumi gücü də Yaradan adlanır. Biz Yaradanı özümüzə olan münasibəti, mərhəmətinə görə dəyərləndiririk. Digər işlərinə qarışmırıq. Bizdən başqa hansı öhdəlikləri var, başqa dünyada onu necə adlandırırlar, hansı zirvəyə qoyurlar - bu haqda heç nə bilmirik. Yaradan kainatdakı bütün yaradılışın düşüncə gücüdür. Biz də o düşüncənin zərrəsiyik. Bəzən kortəbii şəkildə bu gücə tabe oluruq, sırf onun iradəsindən çıxmamaq üçün düşünülməmiş addımlar atırıq. Yaradanı dərk gücümüz, həyat istiqamətimiz müəyyən edir. Yəni, Yaradan bütün həyatımızı proqramlaşdırıb idarə edən düşüncədir. O, hər şeydir, hamıdır, ömür boyu şüuraltı çatmaq istədiyimiz ən böyük zirvədir. Həyatımızın ali məqsədi Yaradana yetişməkdir. Bizim üçün O, bizi hər yerdə, hər şeydə sevən, bətnində gəzdirəndir. Biz onun sevgisinin təzahürüyük. Zahirini görmürük. Amma bəxş etdiyi maddi, mənəvi nə varsa, hamısına görə məhəbbət borcunu özünə qaytarırıq. Onunla bütövləşən ali insan Yaradanının yaratdıqlarını da sevəcək, qoruyacaq, özündən sayacaq. Xırda sevgilərdən ən nəhənginə doğru irəliləməyə can atacaq. Biz Tanrını dinlərdə, mistikada, təbiətdə, elmdə, hətta ondan üz çevirənlərdə axtarırıq. Bir şeyi unuduruq. O, bizim ən mükəmməl halımızdır. Onlar indi həyatlarının ən mükəmməl halını yaşayırdılar və Tanrıya çox yaxın idilər. Axı deyirlər, sevənlər Tanrıya hamıdan yaxın olurlar.
Uzaq Almaniyaya yollananda da ömürlərinin ən məsud, bəxtiyar çağlarını yaşayırdılar. Həyatın romantikası onları öz qoynuna almışdı. Burda özlərinə yaxşı dostlar qazanmışdılar. Sənan dil bilgisini daha da mükəmməlləşdirmişdi, alman dilində sərbəst danışıb kitablar oxuyurdu. Nəcibə sevgisiylə, qayğı və nəvazişi ilə ona güc bəxş edirdi, könül yarı yanında olduğu üçün Sənanın heç bir dərd-səri yox idi. Mənəvi rahatlıq onun uğurlarını təmin edirdi, gecə-gündüz oxuyur, hərbi təlimlərdə iştirak edir, hərb sənətinin sirlərinə daha dərindən yiyələnməyə çalışırdı. Nəcibə ilə Sənan bir-birlərinin fikirlərini tamamlayırdılar, biri ağzını açanda o biri bilirdi ki, nə deyəcək. Bəzən heç sözə də ehtiyac qalmırdı, bir-birlərini bircə baxışla anlayırdılar. Sənan həmişə Nəcibənin orijinal fikir və düşüncələrindən heyrətlənir, onunla qürur duyurdu:
- Səninlə qürur duyuram. Sənin kimi duyğulu, ağıllı, dərin düşüncəli həyat yoldaşım olduğu üçün özümü xoşbəxt hesab edirəm. Sənə olan sevgim günbəgün, saatbasaat artır.
Ərinin bu sözləri Nəcibənin duyğularını oxşadı:
- Necə sevirsən məni?
- Torpaq suyu, günəşi sevən kimi!
Günləri beləcə, sevgiylə ləbələb dolu keçirdi. Tale hələ ki, onlara bu fürsəti vermişdi. Günləri həmin fotodakı kimi ağ-qara deyil, rəngarəng keçirdi. Sənan həyat reallıqlarına qeyri-səlis məntiqlə yanaşmağı bacarırdı. Qeyri-səlis məntiqə görə, ağla qara arasında saysız-hesabsız rənglər mövcuddur, elə ağın da tərkibində başqa rənglər sayrışır, qaranın içindəki rəng çalarlarını tapmaq mümkündür. İnsanların çoxu həyatı iki rəngdə - ağ və qara görür. Amma yaradıcı insanlar, düşüncə sahibləri həyatın polifoniyasını, rənglər palitrasını təfəkkür işığında görə bilirlər. Sənan da belə insanlardan idi. Nəcibə onun işgüzarlığına, vətənpərvərliyinə, xarakterinə heyran idi. Sənan həyatı Nəcibə üçün maraqlı etməyi bacarırdı, bu da qadını xoşbəxt edirdi.
Bir gün Sənan evə dönəndə Nəcibəyə maraqlı təklif etdi:
- Nəcibə, gəlsənə, bizim bu alman dostlarımız üçün bir yarpaq dolması bişirəsən? Bu ermənilər hər yerdə yarpaq dolmasını öz adlarına çıxırlar. Tarix boyu bizdən oğurlaya-oğurlaya özlərinə qondarma tarix düzəldiblər. İndi də yeməklərimizə göz dikiblər. Qoy almanlar görsünlər ki, mətbəximiz necə zəngindir. Hə, nə deyirsən?
Nəcibə gülümsəyib razılıq verdi:
- Nə deyirəm. Bişirərəm.
Əl-qolunu çırmayıb işə başladı və bir azdan mətbəxdən yarpaq dolmasının adamı məst edən ətri otağa yayıldı. Sənan qonşu evlərdə yaşayan dostlarını bir otağa yığdı. “Sizə əsl milli Azərbaycan yeməyi hazırlamışıq. Görün, heç ömrünüzdə belə dadlı yemək yemisiniz?” – deyə qürur hissi keçirirdi. Almanlar yarpaq dolmasının bükülmə qaydasını bilmək istəyirdilər. Gənc alman zabitlərindən biri maraqla soruşdu:
- Yəqin bu dolmanın bükülməsi üçün xüsusi aparatınız var.
Sənan şaqqanaq çəkib güldü:
- Aparat Nəcibənin əlləridir.
Qonaqlar dolmanı bəh-bəhlə yeyib onu bişirənə “əhsən” dedilər. Onlar dolma sözünü heç cür tələffüz edə bilmirdilər, Sənanla Nəcibə də onların bu uğursuz cəhdlərinə ürəkdən gülürdülər. Dolma onlara necə xoş gəlmişdisə, onlar tez-tez Sənandan xahiş edirdilər ki, Nəcibə dolma bişirsin, biz də gəlib yeyək. Şərqin ruhani dincliyi ilə Qərbin xaotik hay-küyü bir masanın arxasında qəribə şəkildə bir-birini tamamlayırdı.
Sənanın gözü bir anlıq çarpayının böyründəki dolabın üstünə qoyulmuş ağa-qara fotoşəklə sataşdı. Möcüzə baş vermişdi; şəkil rəngli idi.
16-17 sentyabr, 2020-ci il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır
3-04-2020, 17:50
Kənan HACI - Virussuz dünya və ya Hararinin görə bilmədiyi fəlakət - Kənan Hacı yazır