00:06 / 21-08-2025
Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib
23:38 / 20-08-2025
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib
22:37 / 20-08-2025
Qazaxda 5 ay əvvəl törədilmiş qətlin üstü açılıb
18:57 / 20-08-2025
Bakıda 31 yaşlı kişi öldürülüb
18:40 / 20-08-2025
Şavkat Mirziyoyev İlham Əliyevə məktub göndərib
18:00 / 20-08-2025
QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib
17:55 / 20-08-2025
Şikayətçi: “Rəqsanə və əri ilə şəxsən görüşüb pulları vermişəm”
17:49 / 20-08-2025
Papuaşvili: Aİ Gürcüstandan Rusiya ilə qarşıdurma tələb etməməlidir
17:36 / 20-08-2025
Putin-Zelenski görüşünə şübhələr artır
17:32 / 20-08-2025
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
17:28 / 20-08-2025
İlham Əliyev və birinci xanım “Hacıkənd”in tikintisi ilə tanış olublar - (Yenilənib) - Fotolar
17:18 / 20-08-2025
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
17:10 / 20-08-2025
Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
17:09 / 20-08-2025
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
17:00 / 20-08-2025
Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
16:24 / 20-08-2025
Çin ilk litoqrafiya qurğusunu yaradıb - Fotolar
16:09 / 20-08-2025
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
16:01 / 20-08-2025
ABŞ-da immiqrantlarla bağlı tələblər sərtləşdirilir - Foto
16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
15:42 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb - Yenilənib
15:27 / 20-08-2025
Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
15:09 / 20-08-2025
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
14:57 / 20-08-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
14:46 / 20-08-2025
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb
14:38 / 20-08-2025
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
14:32 / 20-08-2025
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
14:15 / 20-08-2025
Rusiyadan Britaniyaya gizli yolla taxta daşıyırlar
14:02 / 20-08-2025
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
13:27 / 20-08-2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:26 / 20-08-2025
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
03:20 / 16-08-2025

21:45 / 18-08-2025

17:57 / 18-08-2025

20:53 / 16-08-2025

19:18 / 18-08-2025

08:20 / 16-08-2025

17:10 / 20-08-2025

12:48 / 16-08-2025

07:52 / 19-08-2025

21:22 / 17-08-2025

07:47 / 18-08-2025

10:41 / 18-08-2025

Sənanın gündəliyi - Kənan Hacı yazır
Tarix: 23-11-2020 13:52 | Bölmə: Kənan HACI

Bu mətn 2016-cı ilin aprelində Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olmuş polkovnik-leytenant Sənan Axundov haqqında yazdığım romandan kiçik bir hissədir. Sənan Axundov Füzuli şəhərində doğulmuşdu. 1993-cü ildə Füzuli erməni quldurları tərəfindən işğal olunanda Sənanın vur-tut, 14 yaşı vardı. O, bu hadisələrin canlı şahidi olmuşdu. Tanrının ona verdiyi ömür payını hərbçi kimi yaşadı və son damla qanına qədər torpaqlarımızın azad olunması uğrunda döyüşdü. 2020-ci il oktyabrın 17-də müzəffər Azərbaycan Ordusu Sənanın doğulub boya-başa çatdığı Füzuli şəhərini işğaldan azad etdi. Və mən həmin gecə Sənanı yuxuda gördüm. Dağılmış yurd yerində ocaq qalayırdı, ocağın işığı üzünə düşmüşdü. Üzündə ilahi bir təbəssüm vardı...
Ruhun şad olsun, polkovnik-leytenant! Yurdun yağılardan təmizləndi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün Vətən oğullarının ruhu şad olsun!
Balaca Sənan özünə bir dəftərçə ayırmışdı, gördüklərini, eşitdiklərini o dəftərə yazırdı. Gündəlik yazmaq onda uşaqlıqdan vərdiş halını almışdı. Köndələnçayın sahilində, dağətəyi düzənlikdə gəzib-dolaşdığı günlərin xatirəsi həmin gündəliklərdə öz əksini tapır. On iki yaşlı uşağın xəyal dünyası nə qədər zəngin imiş. Bu sətirləri yazanda onun vur-tut, on iki yaşı vardı:
“Köndələnçay uzaqda idi. Çayın sahilinə yaxınlaşmağa ürək eləmirdim. Çayın vahiməli uğultusu canıma üşütmə salırdı. Düzənlik və dağlığa sükut çökmüşdü. Çöldə nə bir sürü, nə də payız tədarükü üçün yer şumlayan bir əkinçi gözə dəyirdi. Amma maraq məni o tərəfə çəkirdi. Əvvəlcə bir əkin sahəsinin təpəsinə dırmaşdım. Yerin səthi yaş idi, ətrafdakı kol-kos da islanmışdı deyin, orada od qalamağın mümkün olmayacağını anladım. Torpağın nəm qoxusu məni sərxoş etmişdi, bu zövqdən başım hərlənirdi. İndiyə qədər torpağın qoxusu qədər məni həyəcanlandıran heç nə olmayıb. Hava qaranlığın içindən keçib ciyərlərimə dolduqca sinəm qabarırdı. Torpağa yıxılıb onu qucaqlamaq istəyirdim. Bəxtim bircə təpənin yuxarı nahiyəsində əsən küləklə bağlı gətirmişdi. Qalayacağım od bir az yansaydı, külək onu necə olur-olsun, alışdıracaqdı. Bunu bilirdim, amma o şəraitdə od qalamaq çox çətin iş sayılırdı. Məncə, bütün odlar belədir; ilkin mərhələdə yandırmaq çətin olduğu kimi, alışıb-yandıqdan sonra onu söndürmək və qarşısını almaq da çox çətin olur.
Adətən, insanlar payız fəslinin sonlarında əkin sahələrinə guya ziyanverici həşəratlar və qurdlardan təmizləmək adı altında od vurub yandırırlar. Amma kimsə o sahələrdə quş yuvalarının da yanıb məhv olduğunu düşünmür. Davud babam erməniləri həmişə ziyanverici həşəratlarla müqayisə edir. Deyir ki, onlar bu yerlərə gələndən bizə od qoyublar, sözün əsl mənasında od qoyublar. Evlərimizi içindəki adamlarla birlikdə yandırıb külə döndəriblər. Babam hər dəfə onların vəhşiliyindən danışanda hirsimdən bütün bədənim əsir, amma biz adamları, quşları yandırmağı bacarmırıq. Novruz bayramında məhəlləmizdə həmişə tonqallar yanırdı. Böyüklər tonqalların ətrafına toplaşıb alqış, dua oxuyurdular, “ocağımız həmişə yanar olsun!” deyirdilər. Biz uşaqlar da bu tonqalın üstündən hoppanıb “ağırlığımız-uğurluğumuz bu odda yansın” deyirdik. Bu sözləri bizə valideynlərimiz öyrətmişdi.
Bu gün od çərşənbəsidir. Mən o təpənin başında tonqal qalamaq istəyirəm. Tərslikdən gecədən yağan yağış yerdə quru heç nə qoymayıb. Ocağa atdığım təzək hələ də yaş olduğundan ətrafa tüstü yayırdı. Tüstü gözlərimi acışdırırdı. Ermənilər bütün ocaqlarımızı söndürüblər, evlərin çoxunda işıq yanmır. Mənə elə gəlir ki, babalarımızın ruhu bu qaranlıq səmada dolaşır, onların qanadlarında qığılcımlar sayrışır. Çox narahatdırlar. Onlar bu yurdun gələcəyindən əndişəlidirlər.
İndi doğma kəndlərimizi qoyub gedirik. Düşmən üstünə gələndə insan gücsüz və silahsızdırsa, çarə qaçmağa qalır. İnsanın yeganə ehtiyacı ayaqları olur, bu ayaqlar bütün bədənin əziyyətini çəkir. O halda sənə yardım edə biləcək yeganə vasitə və ya istifadə edə biləcəyin yeganə vasitə ayaqların sayılır.
Adi günlərdə bu tərəflərdə əkinçilər yer şumlayırlar. İndi payız fəslinin şum zamanıdır. Amma bir kimsə gözə dəymir. Mən heç cür ocaq qalaya bilmədim. Tüstü adamı qaranlığa doğru dartırdı. Bizim ocağımızı söndürmüşdülər...
Evə qayıdıb səfər üstə olan babamı qucaqladım və hönkür-hönkür ağladım. Babam təşvişlə soruşdu ki, indiyəcən hardaydın, bala? Dedim ocaq qalamağa getmişdim. Qoy düşmən görsün ki, bizim ocağımız sönməyib, amma odun tüstülədi, yanmadı. Babam əliylə göz yaşlarımı silib gözünü uzaqda başını duman almış dağlara zillədi və dərindən köks ötürdü: “Bir şəm ki, haqdan yana, heç bad ilə sönməz. Yenə bu yerlərdə ocaqlarımız qalanacaq, bura bizim dədə-baba yurdumuzdur. Biz mütləq öz yurdumuza qayıdacağıq, bala. Mütləq qayıdacağıq”.
Babam bu sözləri o qədər əminliklə dedi ki, mən sidq-ürəkdən ona inandım. Uzaqlardakı ilğım ləpə kimi üzümüzə dəyib geri qayıdırdı. Külək babamın sözlərini tərkinə alıb qarşı dağlara çəkildi.
“Ehey, uca dağlar, çaylar, meşələr, sərin bulaqlar! Biz mütləq qayıdacağıq!” Babamın səsi dağlarda əks-səda verib bütün el-obaya yayıldı. Bütün mahal onun səsini eşitdi.
Fikir məni götürmüşdü. Babam yaman qocalıb, o, yurd həsrətinə necə dözəcək? Böyük Vətən müharibəsinin qəhrəmanı döşündəki medallardan utanırdı. Hər ilin 9 may günündə fəxarətlə geydiyi hərbi formasını büküb hardasa gizlətmişdi. O, peşmançılıq və iztirab hissi keçirirdi. Amma nahaq yerə. Mənim babam əsl qəhrəmandır. O, faşistlərə qarşı döyüşmüşdü və Berlinə qədər gedib çıxmışdı. Onlar qələbə qazanmışdılar. Babam qalib ordunun əsgəri idi.
Ermənilər də faşistdirlər, bizim torpaqlarımıza hücum edib insanlığa sığmayan vəhşiliklər törədirlər. Biz onları bu yerlərdən birdəfəlik qovmalıyıq. Biz Vətənimizə sahib çıxacağıq. Mən də böyüyb babam kimi qəhrəman olacağam və bu yerlərin itmiş işığını özünə qaytaracağıq. Bu yerlərdə ocaqlar heç vaxt sönməyəcək.
Fikir eləmə, baba. Mən sənə inanıram, sən də mənə inan!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır