18:59 / 11-11-2025
Əli Əsədov İrakli Kobaxidzeyə zəng edib
18:48 / 11-11-2025
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
18:18 / 11-11-2025
Türkiyənin hərbi təyyarəsi Gürcüstanda qəzaya uğrayıb - Əliyev Ərdoğana başsağlığı verib (Yenilənib)
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
12:24 / 11-11-2025
Zukerberqin qeyri-qanuni məktəbini bağlayıblar
12:13 / 11-11-2025
Yeni avtomobil dünya rekordu qazanıb
10:59 / 11-11-2025
Rusiyalı milyarder və arvadı qətlə yetirilib
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
15:55 / 10-11-2025
Toy karvanında ağır qəza: ölən və yaralı var - Foto
13:00 / 10-11-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:39 / 10-11-2025
Dönərdən 7 nəfər zəhərlənib
11:38 / 10-11-2025
Bakıda ər arvadını balta ilə öldürüb, sonra özünü asıb
09:06 / 10-11-2025
Azərbaycan ərazisində zəlzələ olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
15:58 / 09-11-2025
İtkin düşən 17 yaşlı şəxs tapılıb - Foto
15:52 / 09-11-2025
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
14:18 / 09-11-2025
Sabahın hava proqnozu açıqlanıb
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
20:17 / 08-11-2025
Bakıda hərbi parad olub - Video - (Yenilənib) - Fotolar
20:00 / 08-11-2025
Azərbaycan Ordusu regionda ön sıradadır - Fotolar
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
15:40 / 08-11-2025
Prezident: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
14:07 / 08-11-2025
İlham Əliyev: “İndi onlar təcridxanada Azərbaycan çayı içirlər” - Video
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
19:39 / 07-11-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir
17:18 / 08-11-2025
Azərbaycan, Türkiyə və Pakistan liderləri birgə nahar edib - Foto
10:54 / 08-11-2025
Ərdoğan Azərbaycana gəlib - (Yenilənib)
20:20 / 08-11-2025
Bakıda keçirilən hərbi paradda iştirak edən ölkələr - Siyahı
14:55 / 07-11-2025
“Lukoil” Azərbaycandakı yataqları tərk edəcək - Səbəb
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
00:04 / 08-11-2025
Azərbaycanda Zəfər Günüdür
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
20:50 / 07-11-2025
Dindarlar Azərbaycan prezidentinə müraciət ünvanlayıblar
Məhəmmədsadıq xan Sisiyan Qarabaği: mətin və mərdanə bir ömür - Fotolar
Tarix: 02-06-2020 16:17 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Azərbaycan xalqı dünya sivilizasiyasına görkəmli simalar, tanınmış hərbi xadimləri bəxş etmişdir. Onlardan biri də bütün mənalı ömrünü hərb sənətinə həsr etmiş Məhəmmədsadıq xan Sisiyan Qarabağidir.
Qarabağda - Cəbrayıl bölgəsinin Şıxlar kəndində ərdəmli bir ərən ocağı var. Adı gözəl peyğəmbərimiz Məhəmmədin (s.ə.s.) ənsarlarından Cabiriyə dayanır. Mən bu ocağın nümayəndələrinin yayılması, yerləşməsi, yerdəyişməsini izləyib kitab hazırlayıram. Məsləhət yerim Şıx ocağının tanınmış nümayəndəsi Əli Rüstəmovdur. Əli müəllim məsləhət gördü ki, Şıxlar ocağı ilə bağlı Cəbrayılla paralel olaraq Sisiyan, Ağdam, Tərtər, Şamaxı, Xaçmaz bölgələrində də axtarış aparım. Sisyan rayonunun mərkəzində Cabiri-Ənsari nəslindən bir qol tapdım. Bu qolun yaşayış yolunu izlədim. Ordan İrimiz kəndinə köçmüş, erməni basqını nəticəsində Urud kəndinə butalanmış, ermənilərin dördüncü dalğa tərkisində isə Azərbaycana pənah gətirmişlər. Sonralar öyrəndim ki, Cabiri-Ənsari ocağının nümayəndələrindən biri Güney Azərbaycana butalanıb. Onun ardınca İran İslam Respublikasına yollandım. Çox arayıb-axtarandan sonra tapdım. Tədqiqatdan sonra öyrəndim ki, həmin ocaqdan 5 general çıxıb. Onlardan birini sizə nişan verməyi gərəkli bildim.
Məhəmmədsadıq xan Qarabağda, Sisiyan mahalında məşhur olan ənsarilər soyuna məxsusdur. Bu soyun ulu babası Şеyх Mustafa bəydir. Şеyх Mustafa bəy Cabir Ənsarinin törəmələrindən idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət еtmişdi.

Hacı Şеyх Mustafa bəyin Əbdülmütəllib bəy, Abdulla bəy adlı oğulları vardı.
Hacı Şеyх Mustafa bəyin ikinci oğlu Abdulla bəy Sisiyan kəndində anadan olmuşdu. Mahal ərazisindəki torpaqlarını idarə еtməklə güzəran kеçirirdi.
Abdulla bəyin Fərzəli bəy, Rəhim bəy, Adıgözəl bəy, Məhəmmədəli bəy, Möhbəli bəy adlı oğulları vardı. (Çingizoğlu Ənvər, Hacı Mustafa bəyin törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2009, №8, s.41-44)
Abdulla bəyin beşinci oğlu Möhbəli bəy Qarabağın Sisiyan mahalının mərkəzi Sisiyan kəndində doğulmuşdu. Molla yanında oхumuşdu. İrimis kəndinə köçüb torpaqlarını idarə еtməklə məşğul idi.
Möhbəli bəy Qacarlar dövlətinə sığınmışdı. Nədən? Nədəni budur ki, Qafqaz müharibələri Cənubi Qafqazın həm siyasi, həm də etnodemoqrafik xəritəsinin dəyişməsi ilə müşayiət olunurdu. Qarabağa və onun bir bölgəsi olan Zəngəzura kompakt şəkildə ermənilər yerləşdirilir, onlara geniş imtiyazlar verilirdi. Eyni zamanda çar hökuməti tərəfindən türk-müsəlman əhalinin etnik sərhədlərinin daraldılması istiqamətində digər məqsədli tədbirlər həyata keçirilirdi. Üstəlik də xanlıqlar dövründən sonra, Çar Rusiyasının tərkibində olduğu vaxt Azərbaycanda hərb işinin yeni bir mərhələ başlamışdı. Bu dövrün səciyyəvi cəhəti ondan ibarət idi ki, Çar Rusiyasının tərkibində olarkən azərbaycanlılar hərb işinə cəlb edilmirdilər. Bunun əsas səbəblərindən biri o idi ki, Çar Rusiyası bu rejimin işğalına qarşı qətiyyətli mübarizə aparmış Azərbaycan xalqının övladlarına etibar etmirdi və əmin deyildi ki, azərbaycanlılara paylanmış silahlar rejimin özünə qarşı çevrilməyəcəkdir. Rusiya işğalına qarşı belə bir barışmaz mövqe əhali arasında kifayət qədər güclü idi.
Qarabağ bəylərinin həyatının məzmun və mənasını hərbi qulluq təşkil edirdi, şərəf və onunla qırılmaz şəkildə bağlı olan verilmiş sözə və ya anda sədaqət mövcudluqlarının mənəvi dominantı olduğundan onları heç kim və heç nə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsindən imtinaya məcbur edə bilməzdi. Bu kimi amillər Möhbəli bəyi Arazdan adlamağa vadar etdi.
Möhbəli bəy Qacar ordusunda mühacirlərdən ibarət süvari qoşuna yazıldı. Şahı mühafizə edən bu atlılar qızılişləməli kəmər bağlayırdılar.
1848-ci ildə Qacarlar dövlətinin vəliəhd şahzadəsi Nasirəddin mirzənin şah taxtına əyləşməsindən sonra Təbrizdən özü ilə gətirdiyi vəzir Əmir Kəbir Mirzə Tağı xanı sədr-əzəm təyin etməsindən sonra da islahatlara cəhd oldu. Əmir Kəbir şahın dəstəyi ilə mərkəzi hökumətin hakimiyyətini gücləndirmək, dövlət aparatını və ordunu yenidən qurmaq istiqamətində islahatlara başladı. Bununla yanaşı maliyyə sisteminin gücləndirilməsi, sabit vergi normalarının qoyulması və vergi yığımını qaydaya salmaq, sənaye və ticarətin inkişafına yardım etmək və s. sahələrdə islahatlar nəzərdə tutulurdu. (Adəmiyyət Firudin. Əmire-Kəbir və İran, Tehran, 1969.)
Rusiya vasitəsilə Avropaya gedən zaman rus kazakları ona möhtəşəm bir parad nümayiş etdirdilər. Bunu çox bəyənən Nasirəddin şah çardan xahiş etdi ki, bu cür qoşun rus təlimatçıları tərəfindən İranda da yaradılsın. Nasirəddin şah Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçdən bir daha xahiş edir ki, İranda Kazak dəstəsinin yaradılmasını sürətləndirsin. Mixail Nikolayeviç də öz növbəsində çara bu barədə məruzə edir. Çar ona sərəncam göndərir ki, hazırlığa başlasın. (Павлович М . П. К азачья бригада в Персии (из истории персидской контрреволюции). — Новый Восток, кн. 8–9, Москва, 1925, с. 181.)

Möhbəli bəy Kazak briqadasında xidmət etmiş, Nasirəddin şahdan xan ünvanı almışdı.
Möhbəli xan Qarabaği mirpənc (general-mayor) rütbəsinə qədər yüksəlmişdi.
Möhbəli xanın Məhəmmədsadıq xan, Mahmud xan adlı oğlanları vardı.
Məhəmmədsadıq xan Möhbəli xan oğlu 1861-ci ildə anadan olmuşdu. Hərbçi olan atasının yolu ilə gedərək Kazak briqadasında xidmət etməyə başlamışdı. 1907-ci ildə mirpənc (general-mayor) rütbəsində idi. Sərdari-Məxsus ləqəbini daşıyırdı. Məşrutə dövründə Tehranda xidmət edirdi. Ona şəhərin şərq hissəsinin qorunması tapşırılmışdı. Məşrutəçilərə meyl etdiyindən onları incitməmişdi.
Məhəmmədsadıq xan Sisiyan Qarabaği 1916-cı ildə sərdar dərəcəsi ilə Kazak briqada komandirinin müavini təyin edilmişdi.
Məhəmmədsadıq xan Sisiyan Qarabaği 1919-cu il hadisələrində kazakların dövlət işlərinə müdaxiləsinə yol verməmişdi. 1919-cu il avqustun 9-da Vüsuqqüdövlə hökuməti ölkəni siyasi və iqtisadi cəhətdən İngiltərədən asılı vəziyyətə salan İngiltərə-İran sazişini imzalamağa məcbur oldu. Həmin sazişə əsasən Qacarlar ordusu, maliyyəsi, yol inşaatı, xarici ticarət və sosial-iqtisadi həyatın bir çox sahələri ingilis müşavirlərinin və təlimatçılarının nəzarəti altına düşdü. Bu isə bütün İranda etiraz nümayişlərinə səbəb oldu. Bu işi təhqiq etmək üçün komissiya yaradıldı. Məhəmmədsadıq xan Sisiyan Qarabaği həmin komissiyaya daxil edilmişdi.
Məhəmmədsadıq xan Sisiyan Qarabaği 1935-ci ildə Tehran şəhərində vəfat edib. (Aqili Baqir, Şərhi-hal rical siyasi və nizamiyi müasir İran, Tehran, 1370, II c. s.849)
İstedadlı sərkərdə və görkəmli ictimai xadim Məhəmmədsadıq xan Sisiyan Qarabaği danışarkən onun yüksək insani keyfiyyətlərini xatırlamamaq qeyri -mümkündür. Tanrı ona ən yüksək əxlaqi-mənəvi dəyərlər bəxş etmişdi. O, mərdanə və mətin ömrünü ləyaqətlə başa vurmuşdu. İnsanlara yaxşılıq etmək, qorumaq, yurdunu müdafiə etmək onun həyatının əsas qayəsini təşkil edirdi. Məhəmmədsadıq xan Sisiyan Qarabaği qayğıkeş və ailəcanlı ata, sədaqətli həyat yoldaşı olmuşdu. O, ləyaqətli övladlar böyüdərək onları doğru yola yönəltmişdi.
Məhəmmədsadıq xan Sisiyan Qarabağinin oğlanlarından biri, Məhəmmədhüseyn xan Löhhak xanın qiyamında, Bocnurdda həlak olmuşdu. Onun oğlu Əbdürrza Ənsari Məhəmmədrza şah Pəhləvinin hakimiyyətində daxili işlər naziri olmuşdu.
Baqir Aqili yazır ki, Məhəmmədsadıq xan Sisiyan Qarabağinin qızlarından biri sərləşkər (general-mayor) Əhməd xan Naxçıvanskinin xanımı idi. (Aqili Baqir, Şərhi-hal rical siyasi və nizamiyi müasir İran, Tehran, 1370, II c. s.849) Dəqiqləşdirdik ki, bu qız əslində Məhəmmədsadıq xanın qardaşı Məhəmmədbağır xanın qızı olub. Faktların təhlili göstərir ki, professor-doktor Baqir Aqili müraciət etdiyi məsələyə tam ciddi yanaşmayıb. 3 cilidlik bioqrafik kitabı bir çox səhv və səfsəfə ilə doludur. Türk-Azərbaycan mənşəli şəxsiyyətlər onu qıcıqlandırıb. Heç birinin bəlli-başlı bioqrafiyasını hazırlamayıb. Qacarlar dövründə təkəm-seyrək fars kökənli hərbçi və siyasətçilərin bioqrafiyasına xüsusi canfəşanlıq göstərib.
Maraqlıdır ki, bu ocağın yeniyetmələrinin xarakteri ata-baba şöhrətindən bəhrələnməyə imkan verməyib, buna görə onlar, siyasi varis kimi irsi daha da inkişaf etdirməyə çalışıblar.
Biz bir ömrün salnaməsini yazmağa çalışdıq. Əslində, bu salnamənin daha parlaq səhifələri hələ yazılmayıb. Araşdırmalarımız davam edir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək