15:08 / 30-09-2023
Baş Prokurorluq: separatçı qurumun daha iki təmsilçisi həbs olunub
14:52 / 30-09-2023
Silah-sursat və döyüş texnikası müsadirə olunub - Video
13:06 / 30-09-2023
Sabah hava necə olacaq? - Proqnoz
12:38 / 30-09-2023
Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib - Yenilənib
12:35 / 30-09-2023
Milli Qəhrəman Fəxri Xiyabanda dəfn edilib - Fotolar
11:43 / 30-09-2023
XİN: "Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü növbəti iddialar tamamilə əsassızdır"
11:35 / 30-09-2023
Müsadirə edilən artilleriya qurğuları... - Video
11:06 / 30-09-2023
Abşeronda dava: 3 nəfər bir-birlərini bıçaqlayıb, biri ölüb
09:58 / 30-09-2023
Elizabet - Akif Abbasovun tərcüməsi
09:15 / 30-09-2023
Qarabağdakı döyüş mövqeləri ləğv edilir - Video
02:04 / 30-09-2023
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib - Fotolar
22:02 / 29-09-2023
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri... - Video
21:59 / 29-09-2023
Belçikada kilsədə rüsvayçılıq - Din xadimləri illərlə uşaqları zorlayıblar
19:48 / 29-09-2023
İlham Əliyev Zəngilanda Forumda: "Bizim səbrimizlə oynamasınlar" - Tam mətn - Fotolar (Yenilənib)
19:24 / 29-09-2023
İşçi qrup üzvlərinin Xankəndiyə səfəri nəzərdə tutulub
19:20 / 29-09-2023
Yevlaxda ermənilərlə növbəti görüş keçirilib - (Yenilənib) - Foto
19:18 / 29-09-2023
Yeddi ölkə Ukrayna üçün sursat sifarişi verib
19:07 / 29-09-2023
Üç ölkə qanunsuz miqrasiyaya qarşı işçi qrup yaradır
18:50 / 29-09-2023
Ukraynalı diversantlar Rusiya ərazisinə daxil olmağa cəhd ediblər
18:13 / 29-09-2023
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni - Siyahısı (Yenilənib)
18:03 / 29-09-2023
Separatçı rejimin keçmiş “müdafiə naziri” Laçında ələ keçib
17:58 / 29-09-2023
Mikayıl Cabbarov Gürcüstana səfər edib
17:48 / 29-09-2023
FHN: "Xankəndi yaxınlığında partlayışda 48 nəfərin cəsədi çıxarılıb" - Video
17:35 / 29-09-2023
Bakıda əməliyyat: daha üç nəfər tutulub
17:17 / 29-09-2023
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
16:56 / 29-09-2023
Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə dəvət edib
16:33 / 29-09-2023
Qarabağda terrorlar törədən general-mayor həbs edilib - (Video) - Yenilənib
16:11 / 29-09-2023
İlham Əliyev: "Biz Qafqazda sülh və sabitlik istəyirik"
15:48 / 29-09-2023
Prezident: "Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik"
09:31 / 27-09-2023

16:30 / 25-09-2023

20:08 / 25-09-2023

14:14 / 27-09-2023

16:17 / 25-09-2023

11:50 / 26-09-2023

00:05 / 26-09-2023

00:01 / 26-09-2023

00:04 / 27-09-2023

19:55 / 27-09-2023

18:00 / 25-09-2023

Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
Tarix: 19-10-2021 09:58 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf
Mirzə Məhəmmədəli xan Füruği. Onun həyat və çoxşaxəli fəaliyyəti haqqında Azərbaycan dilində yazılmayıb. Füruğinin zəngin həyatı, titanik fəaliyyəti, İran və iranlılar, ümumən fars dünyası üçün gördüyü misilsiz işlərə İranda və dünyada yüksək qiymət verilib. Onun fəaliyyəti dönəmi İran elminin, təhsilinin, mədəniyyətinin qızıl dövrü kimi tarixə düşüb. Biz də onu tanıyaq.
Mirzə Məhəmmədəli xanın mənsub olduğu Füruği ailəsi Bağdad yəhudilərindəndir. Onlar tarixin qaranlıq çağında İsfahanda sakin olublar. Bu şəhərdə fəaliyyətləri əsasən ədəb və elmlə bağlı olub. Babası Ağa Məhəmmədmehdi Ərbab İsfahanın mötəbər tacirlərindən hesab edilib. Atası Mirzə Məhəmmədhüseyn xan Zəkaülmülk əslən isfahanlı idi. Nasirəddin şah Qacarın yaxınlarından olub. Füruği təxəllüsünü də ona şəxsən şahənşah verib.
Məhəmmədəli Füruği 15 iyun 1877-ci ildə Tehran şəhərində dünyaya gəlib. Onun təhsilinə diqqət göstərən atası, oğlu ilə şəxsən ilgilənib; ənənəvi bilik və fənnlərlə yanaşı fars ədəbiyatı və ərəb dili ilə birlikdə fransızca və ingiliscə öyrənməsinə şərait yaradıb.
12 yaşında Tehran darulfünuna daxil olan Məhəmmədəli təhsilini tamamladıqdan sonra tibbi öyrənməyə başlayıb, ancaq iki il sonra fəlsəfə və ədəbiyyata olan ilgisi səbəbiylə bu sahəni buraxıb.

Məhəmmədəli Füruği 1894-cü ildə Məmmədhəsən xan Müqəddəmin əli altında Darültərcümdə xidmət edib.
Məhəmmədəli Füruği 1906-cı ildə Milli Şura Məclisinin açıldığı dönəmdə Məclis sədrinin dəvətiylə Məclis katibliyini qurub və rəhbəri olub.
Məhəmmədəli Füruği 1907-ci ildə atasının vəfatından sonra Zəkaülmülk ləqəbini daşıyıb.
Məhəmmədəli Füruği 1907-ci ildə siyasi fəaliyyətə “Əncümən-i Adəmiyət” adlı framason təşkilatında başlayıb. Bu təşkilatın qapadılmasından sonra - 27 aprel 1908-ci ildə Tehranda olan fransızlar və bəzi iranlılarla birlikdə İranın ilk mason lojasını qurub. Bu təşkilat “Bidareye-İran” (İranın oyanması) adlanırdı.
Məhəmmədəli Füruği 1909-cu ildə hələ 32 yaşındaykən İkinci Məclisdə Tehrandan millət vəkili seçilib. Məclisdə öncə katib vəzifəsində çalışıb, sonra Məclis sədrliyinə gətirilib. Daha sonra qurulan hökumətdə maliyə naziri vəzifəsini yerinə yetirən Füruğinin məqamı yalnız addan ibarət olub. Maliyə tamamilə amerikalı məmur Donald Şusterin nəzarəti altında qalıb. Füruği 1911-1912-ci illərdə, fərqli kabinələrdə ədalət və maliyə naziri vəzifələrində çalışıb.
Məhəmmədəli Füruği 1912-ci ildən 1915-ci ilədək nazirlikdə xidmət göstərib.
Məhəmmədəli Füruği 1919-cu ildə İran üçün nəticəsiz olan Paris sülh konfransında iştirak edib.
Məhəmmədəli Füruği 1921-ci ildə Ali Məhkəmə orqanlarında işləyib.

Məhəmmədəli Füruği 1923-cü ildə xarici işlər naziri təyin olunub. İngilislərin yönəltməsi ilə hərbi nazir Rza xan Sərdar Sipəhə yaxınlaşıb. Bu yaxınlığın sayəsində növbəti dönəmdə meydana gələn kabinə dəyişikliklərində, kürsüsünü yalnız Rza xan və Füruği qoruya bilib. Dönəmin xarici işlər naziri olan Füruği, Əhməd şahın onsuz da pis vəziyyətini daha da zəiflədərək Rza xanı görünən hala gətirəcək addımlar atıb.
Milli Məclis 31 oktyabr 1925-ci ildə Əhməd şahın süqutuna səs verərək Rza xanı keçici hökumət başçılığına gətirib. Bu sırada sədrəzəm kürsüsündə əyləşən Füruği Qurucular Məclisinin təşkilatlanması üçün əmr verib. 6 dekabrda açılan Məclis, Qanun-i Əsasiyə əlavə edilən maddələrlə Rza xanı şah elan edib.
25 sentyabr 1926-cı ildə Rza şahın tacqoyma mərasimində söylədiyi çıxışda, onu “Cəm tacının və Key taxtının varisi” olaraq mahiyyətləndirib və ona Pəhləvi soyadını almasını tövsiyə edib. Bunlar Füruğinin İslam öncəsi İran tarixinə ilgisini göstərməsi baxımından diqqətçəkicidir.
Füruği 2 aprel 1927-ci ildə - hərbi nazir olarkən Parisə gedib, ora gələn bir teleqrafla Ankaraya səfir təyin edildiyini öyrənib və həmin şəhərə yollanıb. Səfir olaraq Türkiyədə olduğu zaman - 15 iyun 1928-ci ildə daha öncə imzalanan sərhəd-sınır anlaşmasına əlavə bir protokol imzalayıb. Füruğinin səfirlik vəzifəsi davam edərkən 1928-ci ilin iyul ayında Millətlər Təşkilatında İranı təmsil edən qrupa qatılmaq amacıyla Cenevrəyə gedib və 1929-cu ilin sentyabr ayında şura başçısı seçilərək 1930-cu ilin yanvar ayına qədər bu postda qalıb.
Millətlər Təşkilatında vəzifəsi sona çatdıqda İrana dönüb və 1930-cu ilin mart ayında yeni qurulan Milli İqtisad Nazirliyində vəzifəyə gətirilib. Eyni zamanda Xarici İşlər Nazirliyində çalışıb. 1931-ci ilin sentyabr ayında yenidən Millətlər Təşkilatında İranı təmsil edib. Bu sırada xarici işlər naziri vəzifəsini sürdürməkdəykən təkrar Türkiyəyə gələrək sərhəd-sınırda meydana gələn üsyanlar səbəbiylə gərginləşən münasibətləri düzəltmək istəyib. Uzun müzakirələrin ardından Tovfiq paşayla 1932-ci ilin yanvar ayında İrana gələrək 23 yanvar 1932-ci ildə yeni bir sərhəd-sınır anlaşmasının imzalanmasında iştirak edib.
Məhəmmədəli Füruği bu illərdə dünyadakı İran mütəxəssislərinin iştirakı ilə gerçəkləşən Firdovsi Konqresini təşkil edib, 1935-ci ilin may ayında fars dili və ədəbiyyatı qurumunu yaradıb. Füruğinin millətçi düşüncəsinin bir əksi olaraq qurulan bu təşkilatın amacı, farscadakı əsasən ərəb kəlimələrinin yerinə fars dilindəki qarşılıqlar olmasıdır.

1935-ci ilin iyul ayında gətirilən tək tip qiyafət geyimə məcburiyyət ölkə miqyasında böyük nümayişlərə yol açıb. Əsasən Məşhəddə meydana gələn olaylarda Gövhərşad məscidinə sığınan əhaliyə atəş açılması nəticəsində bir çox insan həyatını itirib. Hadisələrin soruşdurulması nəticəsində Füruğinin kürəkəni ilə atası Misbahüssəltənə Məhəmmədvəli xan Əsədi təqsirli biliniblər. Xorasanın naibi touliyyəsi olan Əsədi edam olunub, Füruğinin kürəkəni isə millət vəkilliyindən uzaqlaşdırılıb. Füruği qudasının bağışlanması üçün şaha rica edib, ancaq bu istək, şahın hirslənməsinə səbəb olub. Dartışma Füruğinin istefasıyla nəticələnib. Bu istefa Füruğinin siyasi həyatının bir müddətə durması anlamına gəlir. Bu tarixdən İranın müttəfiq güclər tərəfindən işgalına qədər keçən təqribən altı ildə o, guşəsinə çəkilib və bir çox elmi çalışma hazırlayıb.
Məhəmmədəli Füruğinin siyasət arenasına yenidən dönüşü müttəfiqlərin İranı işğal etdiyi dönəmdə olub. 28 avqust 1941-ci ildə Məclisdən razılıq səsi alaraq altı il fasilədən sonra təkrar Baş nazir kürsüsündə əyləşib. Rza şah taxtı oğluna buraxıb, xaricə getməyə razılaşıb, Füruğinin qələmə aldığı istefa məktubunu Məclisə təqdim edərək 16 sentyabr 1941-ci il tarixində taxtdan enib.
Gənc şahın əmriylə 21 sentyabr 1941-ci ildə eyni kabinə üzvləriylə yeni hökumət qurulub. M. Füruği bu dönəmdə əslində ölkənin tək söz sahibi idi və hətta gənc şaha etməsi lazım olanları şəxsən söyləyirdi. 3 mart 1942-ci ildə qurduğu kabinə üçün Məclisdən razılıq istəyən Füruği, yetərli səs alsa da, Məclisdə dəstəyinin azaldığının fərqində olub və eyni gün saraya gedərək, istefasını təqdim edib. İstefasının ardından şahın xas müşaviri anlamına gələn saray vəziri (vəzir-i dərbar) təyin olunub.
Məhəmmədəli Füruği sovetlərə və ingilislərə qarşı bir nizamlayıcı güc olaraq Amerika Birləşmiş Ştatları ilə (ABŞ) münasibət qurma arayışındaykən 1942-ci ilin oktyabr ayında ABŞ-a səlahiyyətli səfir təyin edilib, ancaq ömrü vəfa etməyərək 5 noyabr 1942-ci il tarixində 65 yaşında dünyasını dəyişib. O, İbn Babaveyh gorgahında dəfn edilib.
Məhəmmədəli Füruğinin Mahmud, Möhsün və Məsud adlı oğlanları vardı.
Məhəmmədəli Füruğinin yaradıcılığı əsasən gənclik illərində etdiyi tərcümələrlə bağlıdır.

M. Füruğinin ilk əsərləri fransız və ingilis dillərindən farscaya etdiyi tərcümələrdir. Georg Ravlinsonun “History, and Antiquities of the Sassanian or New Persian Empire” adlı əsərini “Tarix-i Səlatin-i Sasani” (Sasani sultanları tarixi) adıyla tərcümə edib. Tarix sahəsində tərcümə etdiyi digər bir əsər Böyük İskəndərin bioqrafiyasından ibarət olan “Tarix-i İskəndər-i Kəbir” (Böyük İskəndər tarixi) adlı kitabdır. Bu əsərin müəllifi təsbit edilməyib.
M. Füruği yeni yaradılan məktəblər üçün dərs kitabları da yazıb və tərcümə edib. Şarles Seignobosun “Tarix-i müxtəsər-i dövlət-i qədim-i Rum (Müxtəsər antik Roma tarixi) və “Tarix-i miləl-i qədimə-i məşriq (Qədim şərq millətləri tarixi) adlı əsərlərini litsey və darulfünun üçün dərs kitabı olaraq çevirib. Dərs kitabı olaraq Paul Beaureqardın siyasi iqtisad sahəsindəki kitabını “Usul-i elm-i sərvət-i miləl ya ekonomi-politik” adıyla tərcümə edib. Əsasən litseylər üçün ticarətdən hüquqa, fizikadan kimyaya kimi bir çox dərs kitabı hazırlayıb.
M. Füruğinin Əflatunun əsərlərindən etdiyi tərcümələr fars dilindəki ilk Əflatun tərcümələridir. Bu tərcümələr üçün yazdığı müfəssəl müqəddimələr də önəmlidir. Füruğinin ən önəmli əsəri şübhəsiz fars dilində ilk Qərb fəlsəfəsi tarixi olan “Seyr-e hikmət dər Urupa”dır (Avropada fəlsəfənin seyri). Bu incələmə, başlangıcından XX əsrin əvvəlinə qədər Qərb fəlsəfə tarixini əhatə edir. Əsərin sonunda Dekartın “Metod haqqında mühakimə” adlı əsəri də yer alır.

M. Füruğinin fars dilinin sadələşdirilməsi haqqında qələmə aldığı “Pəyam-i mən bə Fərhəngistan” (Fars Dil Kurumuna məktubum) adlı əsərində fars dilinin qarşı qarşıya qaldığı təhlükələrdən bəhs edib və çözüm yollarını ortaya qoyub. Fars dilinin ərəb dili ilə gərəyindən artıq iç-içə girdiyini, farsca bir çox sözün yerini ərəb kəlimələrinin aldığını dilə gətirib. Farscanın ərəbcədən təmizlənməsi xüsusunda mötədil bir yol izlənməsinin vacibliyini göstərib. Onun millətçiliyini anlamaq üçün ən önəmli əsər “İran ra çera bayəd dust daşt?” (İranı niyə sevməliyik?) adlı konfrans mətnidir.
Məhəmmədəli Füruğiyə görə millətçiliyin təməlini dil təşkil edir və nə qədər təmiz olsa, o qədər yaxşıdır.
Məhəmmədəli Füruğinin müəllim və ustadları çox idi. Onlardan biri - Seyid Həsən Tağızadə Berlində «Kavə» jurnalı və başqa mətbu orqanlar vasitəsi ilə öz fikirlərini yaymaqla məşğul olub. Onun dostları Məmmədəli Furuği və Mirzə Məhəmməd xan Qəzvini kimi fars ziyalıları da «Kavə» ilə əməkdaşlıq edirdi. Seyid Həsən Tağızadə qərbliləşməyin alovlu tərəfdarı idi. Onun «təpədən dırnağa qədər qərbliləşək» sözü çox məşhur olub.
Məhəmmədəli Füruği fəaliyyətini göz önünə sərgilədik. Biz onun həm siyasi fəaliyyətini, həm də fars dilinin, elm və təhsilin inkişafı ilə bağlı xidmətlərini əsaslı arqumentlər, tutarlı dəlillər, zəngin faktlarla diqqətə çatdırıq. Oxumaq sizdən..
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır