11:24 / 12-07-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - Foto
11:11 / 12-07-2025
Sumqayıtda kürəkən qayınatasını öldürüb
10:21 / 12-07-2025
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
09:46 / 12-07-2025
Polis Beyləqanda 9 nəfəri saxlayıb - Fotolar
09:21 / 12-07-2025
İsmayıllı rayonunda zəlzələ olub
21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
13:51 / 11-07-2025
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir
13:50 / 11-07-2025
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
13:45 / 11-07-2025
Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzalanıb
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

17:43 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

00:11 / 11-07-2025

14:27 / 09-07-2025

14:39 / 07-07-2025

11:36 / 07-07-2025

22:43 / 07-07-2025

Nəcəfqulu xan Səmsamüssəltənə - Fotolar
Tarix: 12-05-2021 11:34 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Bəzi şəxslər siyasi mərkəzlərdən uzaq əyalətlərdə doğulurlar. Zaman keçdikcə belə şəxsiyyətlər mənsub olduğu bölgənin sərhədlərini aşaraq bütün regionun həyatında ehtiyac duyulan siyasi liderə çevrilirlər. Belə şəxsiyyətlərdən biri də Nəcəfqulu xan Səmsamüssəltənədir.
Nəcəfqulu xan 1851-ci ildə Çaharmahal və Bəxtiyari əyalətinin Çehraz kəndində anadan olmuşdu. Əslən Bəxtiyari elindəndir. Atası Hüseynqulu xan Elxani, anası Mehrəfruz xanımdır. Ata babası Cəfərqulu xan, ana babası Şəfi xandır.
Nəcəfqulu xan ibtidai təhsilini molla yanında alsa da, sonradan mədrəsədə oxuyub. Böyük qardaşı İsfəndiyar xan 1905-ci ildə vəfat edəndən sonra soylarına məxsus olan elxanlıq vəzifəsi ona çatıb. Atası 1906-cı ildə vəfat etdikdən sonra isə Müzəffərəddin şah Qacardan Səmsamüssəltənə ləqəbini alıb. Ailə irsinə yiyə durduqdan sonra fəal siyasətlə məşğul olmağa başlayıb. Kiçik qardaşı Əliqulu xan Sərdar Əsədlə əl-ələ verib, gündəmin nəbzini tutub, Məşrutə hərəkatına qatılıb.
Nəcəfqulu xan Səmsamüssəltənə 1908-ci ildən 1909-cu ilədək İsfahan əyalətinin valisi olub. Sonra bu vəzifəni Bəxtiyari elinin elbəyisi Sultan Məhəmməd xan Sərdari-Əşcəyə verərək Tehrana yollanıb.

Həmin dönəm Məhəmmədəli şaha qarşı xalqın hiddəti artmışdı. Təbriz, Rəşt, Məşhəd, Qəzvin, Kirman və Şiraz əncümənləri şahın devrilməsini tələb edirdilər. Məclisin liberal qanadı ilə sazişə gedən Şah, hökuməti istefaya göndərməyə məcbur olub. Rusiya və İngiltərənin köməyinə arxalanan Şah 1908-ci ilin iyununda Tehranda hərbi vəziyyət elan edib. Konstitusiya müdafiəçilərinə divan tutulub. İyunun 23-də Məclis və Məscid bombardman edilib. Əksinqilabi çevriliş baş verib, Əncümənlər və Məclis buraxılıb, demokratik qəzetlərin nəşri dayandırılıb.
Həmin vaxt əksinqilabi çevriliş vəziyyəti daha da kəskinləşdirib, Təbrizdə üsyan baş verib. Gilanda yaradılmış Cəngəl hərəkatının fədailəri və bəxtiyari dəstələri Tehrana daxil olublar. Şah Rusiya səfirliyində sığınacaq tapmaq məcburiyyətində qalıb.
1909-cu il iyulun 16-da fədailərin, ali ruhanilərin, keçmiş nazirlərin və deputatların iştirakı ilə Milli Şuranın fövqəladə iclası keçirilib. İclas Məhəmmədəli şahın devrilməsi və onun 14 yaşlı oğlu Sultan Əhməd mirzənin şah elan olunması barədə qərar çıxarıb, İclas müvəqqəti hökumətin yaradılması, Konstitusiyanın bərpası və İkinci Məclisə seçkilər keçirilməsi barədə də qərarlar verib.
1909-cu il noyabrın 19-da İkinci Məclisin ilk iclası keçirilib. İkinci Məclis daha demokratik olub. Orada əksəriyyət təşkil edən mülkədarlar və ruhanilərlə yanaşı aşağı təbəqələrin nümayəndələri də təmsil olunublar.
Nəcəfqulu xan Səmsamüssəltənə 3 may 1909-cu ildən 16 iyul 1909-cu ilədək birinci dönəm Qacarlar dövlətinin Baş naziri olub.

Məhəmmədəli şah İrana təkrar dönə bilmək üçün noyabr 1910-cu ildə tərəfdarlarıyla Vyanada apardığı görüşlərin ardından hazırladığı və rusların da dəstəklədiyi güclü bir ordu ilə Xəzər dənizi üzərindən Astrabad yaxınlığına gəlib; daha öncə anlaşdığı tərəfdarları da Kürdistanda üsyan başlayıblar. Hökumətin göndərdiyi ordu ilə 5 sentyabr 1911-ci ildə Vəramin yaxınlarında qarşılaşan Məhəmmədəli şahın qüvvələri məğlubiyyətə uğrayıb. Öndə gələn adamları öldürülən keçmiş şah qaçdığı Astrabaddan gəmi ilə Rusiyaya geri dönmək məcburiyyətində qalıb (fevral 1912); bu uğursuz təşəbbüs onun səltənət ümidlərini sona çatdırıb.
Nəcəfqulu xan Səmsamüssəltənə Sepəhdari-Əzəmin Baş nazirliyi dönəmində, 12 mart 1911-ci ildən 26 iyul 1911-ci ilədək Qacarlar dövlətinin Hərbi naziri olub.
Nəcəfqulu xan Səmsamüssəltənə 23 dekabr 1912-ci ildən 11 yanvar 1913-cü ilədək ikinci dönəm Baş nazir vəzifəsini tutub. Hərbi nazir vəzifəsini də özünə saxlayıb. Həmin dönəmdə dövlət daxilində bir çox böhranlar baş verib. Məhəmmədəli şah yenidən taxta qayıtmaq istəyir və tərəfdarlarını dövlətə qarşı qiyamlara vadar edir. Şahzadə Əbülfət mirzə Salarüddövlə (1881-1961) taxt-taca yiyələnmək istədiyindən xarici havadarlarına arxayın olub, məxşuşluq törədirdi. Türkmənlər sərhədboyu əyalətlərdə qətl-qarətlərlərlə məşğul olurdular.
Morqan Şusterin İranda xəzinədarlığa gətirilməsini xoş qarşılamayan Rusiya dövləti Qacarlara ültimatum verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutub. Həmin dövrdə “İranın boğulması” kitabında M. Şuster yazırdı: “İran xalqının ona veriləndən daha yaxşı həyata layiq olduğu şəksiz idi, amma ingilislər və ruslar uğur qazanmağımıza qətiyyətlə mane oldular”. (W. Morgan Shuster, The Strangling of Persia, 1st edition, 3rd impression (T. Fisher Unwin, London, 1913).
Siyasətin dərinliklərindən baş çıxarmayan Səmsamüssəltənə rəqiblərinin töhmət-təhnizlərinə cavab verə bilmirdi. Milli Məclisin təsir və təpkisiylə kabinəsi süqut etdi.
Nəcəfqulu xan Səmsamüssəltənə 1913-cü ildən 1915-ci ilədək İsfahana əyalətinə valilik edib.
Nəcəfqulu xan Səmsamüssəltənə 1 may 1918-ci ildən 8 avqust 1918-ci ilədək Qacarlar dövlətinin Baş naziri olub. O, Möcəzat komitəsinin başçılarını zindandan azad edib. Yalnız Bahadurüssəltənə komitə üzvlərinin qorxusundan zindanda qalıb.
Nəcəfqulu xan Səmsamüssəltənə Çaharmahal və Bəxtiyari əyalətindən İran Milli Məclisinə vəkil seçilib. Lorların qiyamını xüsusi amansızlıqla yatıran Rza xan Sərdari-Sipəhi sərt tənqid edib. Çətin durumda olan bölgə əhalisinə qarşı hərbi əməliyyatların başlama səbəbləri barədə Milli Məclisə məlumat verən Səmsamüssəltənə bildirib ki, İran məmləkətini Məhəmmədəli şahın çəngindən bəxtiyarilər qurtarıb. Demokratik partiyanın üzvü olan Səmsamüssəltənə öz mövqeyini aydın şəkildə ifadə etsə də, hökumət tərəfindən onu dinləyən olmayıb. O, bölgədəki cəng-cidalın qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, məclisin diqqətinə Rza xanın əməliyyatlarının fərqlərini çatdıra bilib.

Nəcəfqulu xan Səmsamüssəltənə Pəhləvilər sülaləsi hakimiyyətində heç bir vəzifə tutmayıb.
Səmsamüssəltənə Nəcəfqulu xan Bəxtiyari 1931-ci ildə vəfat edib.
Nəcəfqulu xan Səmsamüssəltənənin Mürtəzaqulu xan adlı oğlu vardı.
Nəcəfqulu xan Səmsamüssəltənənin həyat və fəaliyyəti haqqında xatırlatdığımız faktlar tam deyil. Təəssüflər olsun ki, hələlik bu qədərlə keçinməli olduq. Axtarışlarımız davam edir...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır