19:49 / 16-09-2025
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi başa çatıb - Video
18:00 / 16-09-2025
Dövlətə məxsus 55 maşın hərracda satılıb
17:44 / 16-09-2025
Prezidentin Azərbaycana səfəri başa çatıb - Fotolar
17:39 / 16-09-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
17:36 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub - Fotolar
17:23 / 16-09-2025
ATƏT rəsmisi: "Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb"
17:08 / 16-09-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
16:46 / 16-09-2025
Ağacın 1 qramı 10 min dollardır
16:41 / 16-09-2025
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - Fotolar
16:35 / 16-09-2025
Zaqatala sakini bağında döyülüb
16:25 / 16-09-2025
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - Foto
16:09 / 16-09-2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - Fotolar
16:07 / 16-09-2025
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
15:55 / 16-09-2025
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
15:39 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar - Fotolar
15:20 / 16-09-2025
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
15:11 / 16-09-2025
Cəlilabadda məktəbli bıçaqlanıb
15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
12:39 / 16-09-2025
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

15:37 / 14-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

00:21 / 12-09-2025

Mirzə Əli ağa Heyət: ədalətdə axsama olmur
Tarix: 13-04-2022 21:46 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər ÇİNGİZOĞLU
Jurnalist-etnoqraf
Mirzə Əli ağa Mirzə Tağı xan oğlu 1879-cu ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Loğmaniyyə mədrəsəsində mükəmməl təhsilə yiyələnmişdi. Daha sonra Nəcəf, İstanbul, Beyrut və Qahirə kimi şəhərlərin ali təhsil ocaqlarında savadını artırmışdı. Fiqhdən – dini hüquqdan tutmuş üsul, hikmət, kəlam, riyaziyyat, yüksək astronomiya, köhnə və yeni fəlsəfəyədək bir çox elm sahələrinə dərindən bələd olmuşdu. Türk, fars, ərəb və fransız dillərini bilirdi.
Onun dünyagörüşünün formalaşmasında, intibah meyilli görkəmli hüquqşünas kimi yetişməsində həmin zəngin ədəbi, mədəni və ictimai mühitin böyük rolu olub.
Mirzə Əli ağa Heyət zəmanəsinin tanınmış aydınlarından olub. O, məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınmışdır. Rəfael Hüseynov yazır: “Mirzə Əli artıq cavanlığından el-oba arasında da, ali dövlət dairələrində də savadına, dünyagörüşünə, ədalətliliyinə, doğruculluğuna görə sözükeçən, sayğı bəslənən ziyalı idi. O qədər mötəbər ki, İranda – ölkədaxili və xarici vacib səfərlər üçün təşkil olunan mühüm nümayəndə heyətlərinə mütəmadi başçı təyin edilərmiş. Bunlardan birincisi vaqe olubmuş 1906-cı ildə. Məhəmmədəli şahın dövlət çevrilişindən sonra Nəcəfdə ilahiyyat tələbələrindən ibarət bir heyət qurulur. Əvvəlcə Bəsrəyə, sonra İrana Məşrutiyyət fərmanını aparan üç böyük din böyüyü – Ayətullah Tehrani, Ayətullah Mazandarani və Axund Molla Kazım Xorasani, eləcə də digər nüfuzlu, bişkin şəxsiyyətlərin daxil edildiyi heyətə onlardan xeyli gənc Mirzə Əli rəhbər seçilmişdi. Gedir, danışıqlar aparır və Məşrutiyyətin bərpasına nail olur”. My Webpage
Mirzə Əli ağa Heyət ictihad dərəcəsinə yüksəlmişdi.

Mirzə Əli ağa Heyət İranda təmiz məhkəmə hakimi və İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynamışdır.
Cəmiyyətdə şəxsiyyətin yeri onun biliyi, elmi, humanizmi, prinsipiallığı, gördüyü işləri, vətənə, millətə, xalqa sədaqətlə xidməti ilə müəyyən edilir. Bu mənada onun şəxsiyyəti misilsiz örnək, bariz nümunədir.
O, İranın dövlətçilik, düşüncə və mənəviyyat həyatındakı seçkin simalardan olmuş, Təbriz məhkəməsinin ilk sədri, İranın Baş prokuroru və daha sonra ədliyyə naziri işləmişdi. O, məhkəmə sistemində aparılmış köklü islahatlar və struktur dəyişiklikləri ilə tanınmışdı.
Mirzə Əli ağa Heyətin çoxcəhətli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində neçə-neçə ailələr başsız qalmaqdan qurtarmışdı. Birinci Dünya savaşı illərində (1918) Osmanlılarla birlikdə "İttihadi-islam” cəmiyyətini quran Mirzə Əli ağa Heyət İran tərəfindən cəmiyyətin rəhbəri olaraq fəaliyyətə başlayıb. 1919-cu ildə bu cəmiyyət naxçıvanlıları ermənilərin şiddətli basqınlarından xilas etmişdi.

1919-cu ildə ermənilər Naxçıvanda zavallı insanları olmazın zülmlərə məruz qoyanda, şiddətli təzyiqləri ilə bu bölgəni Azərbaycan Xalq Cümhuriyyətindən qopararaq Ermənistana qatmaqçün canfəşanlıqlar edəndə naçar qalan əhali Qacar vəliəhdi Məhəmmədhəsən mirzədən kömək diləmişdi və o da Tehranın “hə”sini alaraq Mirzə Əli ağanı bir yardım heyəti və rəsmi məktubla Naxçıvana yola salmışdı...
Cavad Heyət atası haqqında yazır: "Mənim atam mərhum muctəhid Mirzə Əli Heyət ki, xalq tərəfindən sayği ilə qarşilanır və Azərbaycanda hökumətin təmsilçisi olan Qacar vəliəhdi Məhəmmədhəsən mirzə ilə də çox yaxşı munasibətləri var imiş. Osmanlılarla da yaxşica ilişkidə olmuş və onlarla birlikdə İttihad-i islam cəmiyyətini təşkil etmiş və özü də İran iizrə bu cəmiyyətin başqanlığını (Osmanli İslam ittihadının başqanı mərhum Yusif Ziya bəy idi) yapmışdır, Osmanlıların sonrakı davranış və təpkiləri barədə belə rəvayət edirdi: Rus - ingilis ordusunun, Fransiz və Amerika missionerlərinin himayəsini arxasina alan aysorilər, erməni daşnaklan və Andranik ordusu Urmiyada, Səlmasda, Xoyda və ətraf kəndlərdə miisəlmanlan ümumi qətlə uğratdiqdan sonra Osmanlı ordusu yetişdi və onların hucumu nəticəsində xristian gücləri məğlub olub əksəriyyəti fərar etdilər. Osmanlı qoşunu yerdə qalan aysoriləri və erməniləri mühasirəyə aldi. Osmanlı ordusunun başçısı Əli Ehsan Paşa mənimlə görüşüb dedi: Biz hər zaman sizə əngəl və düşmən olan bu miixərrib ünsürlərdən şəhərlərinizi təmizləmək istəyirik. Ancaq bu iş üçün ittihad-i islamm rəisi olaraq sizin razılığınız və vəliəhdin də izni lazimdir. Dedim ki, bu işi etməyiniz, çünki bu, islam və insanhq üsullanna qarşıdır və tarix boyu bu, iranlilara və sizə qarşı rüsvaylıq olaraq qeyd olunar. Dedi ki, siz gedin, vəliəhdlə məsləhətləşin, bəlkə vəliəhd razı oldu. Mən vəliəhdin yanma gedib Əli Ehsan Paşanm təklifini və öz mövqeyimi də söylədim. Vəliəhd də qətiyyətlə etiraz edib soylədi: Sakın, bu işi yapmasınlar, yoxsa tarixdə biabır olarıq. Mən Ehsan Paşaya varıb vəliəhdin fikrini çatdirdim. Əli Ehsan Paşa narahatlıqla söylədi ki, mən bu işin vəbalini öz boynuma götürüb və Azərbaycan əhalisini birdəfəlik bu xəbis ünsürlərin şərindən qurtarmaq istəyirdim, ancaq təəssüf ki, özünüz istəmədiniz".

Mirzə Əli ağa Heyət çalışdığı bütün sahələrdə, xüsusilə baş prokuror vəzifəsində işləyərkən yüksək peşəkarlıq, böyük təşkilatçılıq qabiliyyəti və obyektiv prinsipiallıq nümayiş etdirmişdir. O, mənəvi cəhətcə büllur kimi saf və olduqca təmiz adam idi. Vətəninə, millətinə və xalqına məhəbbət, bir də Qanunun aliliyinə hörmət onun amalı, həyat qayəsi idi.
Mirzə Əli ağa Heyət Təbrizdən İran senatına üzv seçilmişdi. Senator idi. Bu mötəbər kürsüdə Güney Azərbaycanın xeyrinə çox səs qazandırmışdı.
Mirzə Əli ağa Heyət 1967-ci ildə Tehran şəhərində vəfat edib.
Mirzə Əli ağa Heyətin xanımı Məsumə Sultan Firuq uruğunun başçısı, müctəhid Hacı Mirzə Məhəmmədin qızı idi. O, Türk “ağız ədəbiyatı”nın ən yaxşı örnəklərini on övladına öyrətməklə onlarda Türk dilinə, Türk ulusal dəyərlərinə sevgi oyadıb, ulusal düşüncə oluşdurmağa çalışıb.
Mirzə Əli ağa Heyət çoxşaxəli, səmərəli fəaliyyəti və dövlət adamına xas olan möhkəm xarakter cizgiləri ilə İranın dövlətçilik tarixində böyük xidmətləri olan ictimai-siyasi xadim və tanınmış hüquqşünas idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır