16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:50 / 17-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:48 / 17-10-2025
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
12:43 / 17-10-2025
Paşinyan katolikosun ailəsinə hücum edir
12:30 / 17-10-2025
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
12:11 / 17-10-2025
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
12:05 / 17-10-2025
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
12:05 / 17-10-2025
Azərbaycanın xarici dövlət borcu azalıb
11:57 / 17-10-2025
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
11:45 / 17-10-2025
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
11:18 / 17-10-2025
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
11:17 / 17-10-2025
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
11:05 / 17-10-2025
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
10:57 / 17-10-2025
Üç tanınmış hakim təqaüdə göndərilir
10:47 / 17-10-2025
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
10:41 / 17-10-2025
Ukrayna oyundankənar vəziyyətə salınır
10:26 / 17-10-2025
Xidmət: "Yağışlı hava davam edəcək"
10:12 / 17-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
10:10 / 17-10-2025
Bakıda iki nəfər bıçaqlanıb
18:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:32 / 13-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

12:11 / 17-10-2025

13:38 / 13-10-2025

17:10 / 12-10-2025

Fətulla xan Əkbər - Ənvər Çingizoğlu yazır
Tarix: 16-05-2021 09:47 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Qacarlar dövründə Baş nazir vəzifəsində çalışmış şəxslərdən biri də Fətulla xan Əkbərdir. O, yerinə yetirdiyi bir çox tarixi missiya ilə xalqın sevimlisınə çevrilə bilib. Məşrutə dövründən etibarən ölkənin siyasi hakimiyyət olimpində möhkəm yer tutmağı bacarıb.
Fətulla xan 1878-ci Gilan əyalətinin Rəşt şəhərində anadan olub. Atası Hacı Mirzə Məhəmmədəli xan Əmşai Gilanın iri mülkədar ailəsinə mənsub idi. Babası Əkbər xan bəylərbəyi Nasirəddin şah dövrünün tanınmış əyan-əşraflarından sayılırdı. Dövlətin şimal gömrüklərini icarəyə götürmüşdü.
Fətulla xan təhsilini ailə şəraitində aldıqdan sonra əmisi Sadıq xanın övladları ilə bir yerdə oxuyub. Təhsilini tamamladıqdan sonra Qacar ordusunda naib (leytenant) rütbəsində xidmətə başlayıb. 1889-cu ildə əmir tümən (general-leytenant) rütbəsi daşıyırdı.
Fətulla xan Əkbər əvvəlcə Salari-Əfxəm, Salari-Əzəm, Sərdari-Mənsur ləqəblərini alıb.
Fətulla xan Əkbər 1901-ci ildə Poçt və teleqraf idarəsində xidmət edib. O, poçtu illik 600 tümənə icarəyə götürmüşdü. Sonra həmin xidmətin vəziri vəzifəsinə yüksəlib.
Fətulla xan Əkbər Məşrutə hərəkatı dövründə Sərdari Mənsur kimi məşhur idi. O, məşrutəçiləri himayə etdiyi üçün vəzifəsindən kənarlaşdırılıb. Bu hadisədən iki həftə sonra, 1908-ci ildə Məclis topa tutulub. Məclisin nümayəndələri bəstə əyləşiblər. Məhəmmədəli şah əlinə keçən millət vəkillərini Xorasana, Kəlat bölgəsinə sürgün etdirib.
Fətulla xan Əkbərin əmisi uşaqları Mirzə Kərim Rəşti, Əbdülhüseyn xan Müəzzəzüsultan (Sərdari-Möhyi), Əmidüssultan və digərləri məşrutəçilərlə birgə Gilanda qiyam qaldırıb, yolları tutublar. “Səttarxan komitəsi” yaradaraq Məşrutə inqilabına açıq dəstək veriblər. Bu dəstə başqa mücahidlərlə birləşib, əvvəlcə Qəzvini, sonra Tehranı ələ keçirib. Fətulla xan Əkbər bu dəstəyə bel bağlayaraq Məşrutə Hərəkatının qüdrətli şəxslərindən birinə çevrilib. Məhəmmədəli şah Rusiya səfirliyinə sığındıqdan sonra ölkəni idarə edəcək 28 nəfərlik komissiya yaradılıb. Fətulla xan Əkbər də həmin komissiyanın üzvü olub.

Fətulla xan Əkbər yeni təşkil olunmuş hökumətdə Poçt və teleqraf naziri vəzifəsini tutub.
Fətulla xan Əkbər Məhəmmədvəli xan Tənkabuninin birinci Baş nazirliyi dövründə Ədliyyə naziri təyin olunub.
Fətulla xan Əkbər 1914-cü ildə Talış və Qorqandan Milli Məclisə nümayəndə seçilib.
Fətulla xan Əkbər Əbdülməcid mirzə Eynüddövlənin Baş nazirliyi dövründə (1 may 1915 – 18 avqust 1915) Ədliyyə naziri olub. Hökumət Kirmanşah hadisələrinə görə süqut etmişdi. Ölkədə ikihakimiyyətlilik yaranmışdı.
Fətulla xan Əkbər Əbdülhüseyn mirzə Fərmanfərmanın Baş nazirliyi dövründə (25 dekabr 1915 – 1 mart 1916) Poçt və teleqraf naziri vəzifəsində çalışıb.
Milli Məclis Məhəmmədvəli xan Tənkabuniyə Sepəhsalari-Əzəm ləqəbini verib. Sultan Əhməd şah Qacar da xas fərmanla təsdiqləyib. Onun əvvəlcə daşıdığı Sepəhdari-Əzəm ləqəbini Fətulla xan Əkbərə verdilər. Eyni zamanda da Poçt və teleqraf naziri vəzifəsini daşımağa başladı.
Fətulla xan Əkbər Mirzə Həsən xan Vüsuqüddövlənin birinci Baş nazirliyi dönəmində (29 avqust 1916-cı il - 5 iyun 1917-ci il) Qacarlar dövlətinin Daxili işlər və Hərbi nazirliklərinə başçılıq edib.
Fətulla xan Əkbər 1920-ci ildən 1921-ci ilədək Qacarlar dövlətinin Baş naziri olub. Bu dönəmdə onun bacarıqlı bir siyasi xadim, hökumət rəhbəri və təşkilatçı kimi fərdi keyfiyyətləri üzə çıxıb. Məhz bu qısa vaxt Fətulla xanı İranın ən görkəmli siyasi xadimlərindən biri kimi öz xalqına tanıdıb və sevdirib.
Fətulla xan Əkbər 1921-ci ildə Rza xan Sərdari-Sipəhin hərbi çevirilişindən sonra Rəştə yollanıb.
Fətulla xan Əkbər Rəştdən Milli Məclisə nümayəndə seçilib. Onun çıxışlarından yadda qalanı: “Milli Məclis vəkillərindən hər biri öz mənafeyini ümumiran mənafeyindən üstün tutur”.
Fətulla xan Əkbər 1967-ci ildə Tehran şəhərində dünyasını dəyişib, İbn Babaveyh gorgahında dəfn edilib.
Fətulla xan Əkbərin Möhsün xan adlı oğlu vardı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır