08:04 / 18-08-2025
Zaxarova: Fransa prezidenti “ucuz” yalan danışır
07:53 / 18-08-2025
Ruslar SOCAR-ın Odessadakı terminalını vurub
07:47 / 18-08-2025
Tramp Zelenskini Krımdan imtina etməyə çağırır
07:10 / 18-08-2025
FIFA klublararası dünya çempionatının formatını dəyişir
21:22 / 17-08-2025
Astarada 66 yaşlı kişi qətlə yetirilib
16:16 / 17-08-2025
Avropa liderləri Vaşinqtona səfər edəcək
13:08 / 17-08-2025
Sabahın hava proqnozu açıqlanıb
09:41 / 17-08-2025
İsrail hökumətinin rəhbər şəxsi ABŞ-da saxlanılıb
08:54 / 17-08-2025
Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub
20:53 / 16-08-2025
Cəlilabadda 62 yaşlı qadın öldürülüb - Yenilənib
18:21 / 16-08-2025
Müğənni Rəqsanə həbs edilib - 520 min dollarlıq ittiham
17:40 / 16-08-2025
“Şamaxı” klubunda təyinatlar olub
17:27 / 16-08-2025
Zelenski: "Cəbhə xətti boyunca çətin istiqamətlərdə uğurlar əldə edirik"
16:46 / 16-08-2025
Yazıçı Vidadi Babanlı vəfat edib
15:30 / 16-08-2025
Ceyhun Bayramovla Ukrayna XİN başçısı arasında telefon danışığı olub
13:58 / 16-08-2025
Əziz Ələkbərli: İcma qərbi azərbaycanlıların öz yurdlarına dönməsi üçün fəaliyyətini davam etdirəcək
13:46 / 16-08-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 16-08-2025
Üç hərbçiyə ali rütbə verilib
12:40 / 16-08-2025
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
11:51 / 16-08-2025
Xəzər dənizində zəlzələ olub
11:30 / 16-08-2025
Lökbatanda yaşayış binasında partlayış: bir nəfər xəsarət alıb
09:27 / 16-08-2025
Tovuz rayonunda zəlzələ baş verib
08:20 / 16-08-2025
Qərbi Azərbaycanla bağlı yeni kitab nəşr olunub - Foto
07:50 / 16-08-2025
Premyer Liqa: ilk turun daha 2 oyunu keçiriləcək
07:12 / 16-08-2025
Prezidentlərin ikinci görüşü sülhlə nəticələnə bilər
03:20 / 16-08-2025
Putin və Tramp Ukrayna ilə bağlı bir çox məqamları razılaşdırıblar - (Yenilənib+) - Video - Fotolar
22:20 / 15-08-2025
Rusiya-ABŞ görüşü Putin üçün uğurdur
22:05 / 15-08-2025
Putin və Tramp qlobal strateji təhlükəsizliyi də müzakirə edəcəklər
20:42 / 15-08-2025
Zelenski Putin-Tramp görüşündən gözləntilərini açıqlayıb
19:12 / 15-08-2025
Aya astronavt göndərəcəklər - Foto
16:10 / 13-08-2025

03:20 / 16-08-2025

11:40 / 13-08-2025

13:17 / 14-08-2025

11:58 / 14-08-2025

14:59 / 15-08-2025

20:53 / 16-08-2025

08:07 / 15-08-2025

15:51 / 14-08-2025

12:11 / 15-08-2025

20:42 / 15-08-2025

12:33 / 14-08-2025

Məhəmmədvəli xan Tənkabuni: nə yas gərəyimdir, nə göz yaşları…
Tarix: 09-05-2021 10:09 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Tarix unutqandır. Gərək çox böyük işlər görəsən ki, tarixin yaddaşında yerini tapa biləsən. Bir düzgün qərarla tarixin yaddaşında qalan şəxslərdən biri də Məhəmmədvəli xan Tənkabunidir.
Məhəmmədvəli xan Həbibulla xan oğlu 1846-cı ildə Mazandaran əyalətinin Tənkabun şəhərində anadan olub. Babası Məhəmmədvəli xan Səədəddövlə Məhəmməd şah Qacarın böyük sərdarlarından sayılıb. Ulu babası Mehdi xan Xəlabər Ağaməhəmməd xanın sərkərdələrindən olub, Qacar ailəsinə xidmət edib. Xələtbəri soyundan, Xəlabəran tayfasından idi.
Məhəmmədvəli xan Tənkabuni sərhəng (polkovnik) rütbəsində orduda xidmət edib. Bir çox daxili və xarici döyüşlərə qatılıb. İngilislərə qarşı müharibədə iştirak edib. Doğma yurdu Tənkabun şəhərinin hakimi olub.

Məhəmmədvəli xan Tənkabuni 1890-cı ildə Astrabad vilayətinə başçı göndərilib. Sonra Nasirəddin şah Qacarın əmri ilə Gilan gömrüyününü rəisi vəzifəsində çalışıb.
Məhəmmədvəli xan Tənkabuni 1896-cı ildə Müzəffərəddin şahın əmri ilə Qacarlar dövlətinin gömrük nazirliyində çalışıb. O, dövlətin import və eksportuna məsul olub.
Məhəmmədvəli xan Tənkabuni 1904-cü ildə Gilan əyalətinə vali təyin edilib.
Məhəmmədvəli xan Tənkabuni 1906-cı ildə Poçt və teleqraf naziri vəzifəsində çalışıb.
Məhəmmədvəli xan Tənkabuni Qacarlar dövlətinin maliyyə vəziri olub. Eyni zamanda da bütün zərbxanalara başçılıq edib.
Məhəmmədvəli xan Tənkabuni Qacarlar dövlətinin hərbi naziri vəzifəsində də çalışıb. Onun vəzirliyi dönəmində türkmənlərin İran zəminə basqınına son qoyulub.(Gholi Majd, Mohammad (2000), "Resistance to the Shah: Landowners and Ulama in Iran", University Press of Florida, pp. 45–46)

Məhəmmədvəli xan Tənkabuni şah tərəfindən Təbrizə, Səttar xanın və Bağır xanın üzərinə göndərilib. Təbrizə gələn Məhəmmədvəli xan mücahidlərə atəş açmayaraq, “qardaş qırğını”na getməyəcəyini bildirib. Sepəhdari-Əzəm geri dönüb. Yeni lider kimi əvvəlcə Qəzvini tutub, sonra Tehrana yollanıb.
Məhəmmədəli şah 1908-ci ildə Məhəmmədvəli xan Tənkabuni Sepəhdarın yerinə Mirzə Əli xan Ərşədüdövləni Təbrizə hücuma hazırlaşan şahpərəst qoşunların baş komandanı təyin edərək Təbrizə göndərib.
Məhəmmədvəli xan Tənkabuni Təbrizdə olarkən ətraf hakimləri məşrutəçilərə yardım etməyə çağırıb. Məhəmmədəmin Rəsulzadə bu barədə yazır: "Bu günlərdə Sipəhdar həzrətlərinə Ərdəbildən Rəşidülmülk tərəfindən bir teleqraf çəkilmiş idi. Bu teleqrafın müxtəsər məzmunu bu idi ki, “Siz alicənab məni dəvət ediyorsunuz ki, gəlib məşrutətələb olam. Bainki, məşrutətələb olmasam da bitərəf durub hökumətə də arxa çıxmayam. Bu qədər biliz ki, mən siz deyiləm ki, əvvəl Təbrizə top atam da, sonra gəlib bir-iki nəfər balıqçı gilək ilə rəfaqət salıb, məşrutətələblik iddiasın edəm.
Bu qədər bilirəm və buna etiqadım var ki, İran hənuz üsuli-məşrutə ilə idarə olunmağa hazır deyildir. Ona görə də vətənimdən ötəri müzür olan bir zavalı dəf etməyə var qüvvəm ilə çalışacağam. Və 12 min qoşun ilə gəlib sizə də bildirəcəyəm ki, Səttar xan komitəsinə üzv olmağın nəşəsi nədir”.
Sipəhdar cənabları bu teleqrafa cavab verib: “Zati alilərinin teleqrafı yetişdi, mülahizə olundu. Yazırsınız ki, 12 min nəfər ilə Rəştə gəlib mənə nəşeyi-səvadımı bildirəcəksiniz. Fəqət mən bu qədərcik deyə bilərəm ki, 12 min qoşun Gilandan ötrü çoxdur. Sizdən ötrü daha yaxşıdır ki, bu fövci-əzimin 8 minini Təbriz ordusuna göndəriniz də, 4 mini ilə bizim tərəfə gəlsəniz kifayət edər. Buyurunuz, biz siz alicənabı qəbul etməkdə bir an təkasül etmərik. Səttarxan komitəsinin üzvü olmağa gəldikdə, mən o məqami-mühümmün türbəsini qeyrilərin taci-iftixarına tərcih veriyoram”. (Məhəmmədəmin Rəsulzadə, “Tərəqqi”, № 74, 9 aprel 1909)
Məhəmmədvəli xan Tənkabuni hələ Tehran yolunda olarkən Rusiya xarici işlər naziri öz səfarətinə bu məzmunlu bir teleqraf göndərib:
“Lütfən, zati-aliləri Sepəhdari-Əzəmə bildirin ki, onun ordusu sülh şəraitində Tehrana yürüş etsə, ordan da Sədüddövlənin evinə getsə, bu teleqramın əsasında Sepəhdari-Əzəm və bütün qohumları çarın himayəsindən istifadə edə bilərlər”.

Sepəhdari-Əzəm isə cavabında yazıb: “Rusiya hökuməti elə hesab edir ki, mən bütün bu əməlləri öz şəxsi gəlirimə görə etmişəm. Mən İranın azadlığı və müstəqilliyi naminə, bir şiə müsəlman kimi Nəcəf müctəhidlərinin fitvasına tabe olmalıyam və məşrutəçilərə yardım və dəstək verməliyəm”. O, Qəzvində olarkən rus konsulu Ovseenko onu dilə tuturdu ki, Tehrana getməsin.(Казем-заде Ф. Борьба за влияние в Персии Дипломатическое противостояние России и Англии. М., 2004.) Məhəmmədvəli xan çar hökumətinin xahişini rədd edib, yürüşünü davam etdirərək, Tehrana daxil olub və şahpərəstləri təslim olmağa vadar edib. Məhəmmədəli şah qaçıb, Rusiya səfirliyinə sığınıb, sonra İranı tərk edib.
Məhəmmədvəli xan Tənkabuni 1909-cu ildə Sultan Əhməd şah Qacardan Sipəhsalari-Əzəm ləqəbini qəbul edib. O, Nəsirəssəltənə və Səədüddövlə ləqəblərini də daşıyıb.
Məhəmmədvəli xan Tənkabuni İranın ilk konstutitsiyalı hökumətinin hərbi naziri olub.
Məhəmmədvəli xan Tənkabuni 4 dəfə İranın baş naziri olub. Birinci dəfə 30 sentyabr 1909-cu ildən 25 iyul 1910-cu ilədək, ikinci dəfə 12 mart 1911-ci ildən 26 iyul 1911-ci ilədək, üçüncü dəfə 5 mart 1916-cı ildən 29 avqust 1916-cı ilədək Qacar dövlətinin hökumətinə başçılıq edib.
Məhəmmədvəli xan Tənkabuni baş nazirliyi dönəmində məşruəçilərə (şəriət üsullu teokratiya yaratmaq istəyən dinçilərə) qarşı mübarizə aparıb. Dəfələrlə Fransaya, Parisə yollanıb, demokratik idarəçiliyi öyrənib.
Məhəmmədvəli xan Tənkabuni dahi siyasətçi, təcrübəli dövlət xadimi kimi həmişə yeganə düzgün yolu seçməyə qadir olub. O, əsl peşəkar olaraq əvvəlcə bütün variantları müzakirə edib, mütəxəssislərin fikrini öyrənib, mövcud imkanları qiymətləndirib, fikrin və düşüncənin ələyindən keçirib, sonda qərar qəbul edib.
Böyük şəxsiyyətləri, dünya səviyyəli siyasətçiləri səciyyələndirən əsas cəhətlərdən biri də hadisələrə miqyaslı baxış, onları əlaqəli şəkildə kompleks görmək bacarığıdır. Məhəmmədvəli xan Tənkabuni uzaqgörən, durbin bir siyasətçi idi.
Məhəmmədvəli xan Tənkabuni Birinci, İkinci və Üçüncü çağırış İran Milli Məclisinin vəkili olub.
Məhəmmədvəli xan Tənkabuni ən zəngin şəxslərdən sayılıb. 1900-cü ildə onun varidatı 2 milyon dollar həcmində qiymətləndirilib.(Gholi Majd, Mohammad (2000), "Resistance to the Shah: Landowners and Ulama in Iran", University Press of Florida, pp. 45–46) Onun Gilanda, Mazandaranda və doğma yurdu Tənkabunda malikanələri olub.

1921-ci ildən sonra çevrilişlə hakimiyyətə gələn Rza xan Sipəh Məhəmmədvəli xanı siyasi təqibə məruz qoyub və onun varidatının bir hissəsini ələ keçirib. Sevimli oğlu Ələsgər xanı isə Ləşkərəkdə ov edərkən öldürüblər.
Məhəmmədvəli xan Tənkabuni 16 iyun 1926-cı ildə Tehran şəhərində özünə qəsd edib. Cibindən oğlu Əmir Əsədə yazılmış bir qeyd tapılıb. Qeydin məzmunu: “Əmir Əsəd, tez-təcili mənim cənazəmi o müqəddəs torpaqda, oğlum Səəddövlənin yanında dəfn elə. Elə indicə apar. Səksəndən sonra mənə matəm tutmağınız gərək deyil. Nə yas gərəyimdir, nə göz yaşları...”.
Məhəmmədvəli xan Tənkabuni qətiyyətli, qərarlı şəxsiyyət olub. Məşrutə hərəkatı dövründə verdiyi taleyüklü qərarlar, atdığı həlledici addımlar olmasaydı, qardaş qırğını baş verərdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır