07:51 / 27-10-2025
Kino şirkətlərinin müqaviləsi kütləvi etirazla qarşılanıb
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
11:28 / 26-10-2025
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
10:46 / 26-10-2025
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
10:27 / 26-10-2025
Azərbaycan millisinin üzvü əməliyyat olunub
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Əfsunçu - Ənvər Çingizoğlu yazır
Tarix: 06-09-2021 14:54 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf
Biz bu yazımızda “əfsun” və “əfsunçu”dan söhbət açacağıq. Onu da qeyd etməliyik ki, əfsunlar - şifahi xalq ədəbiyyatının mənşə etibarilə çox qədim, şamanizm və ibtidai təsəvvürlərlə bağlı olan janrıdır. Erkən türk dünyasında bu sözlər işlənmirdi. Onları əvəz edən başqa sözlər vardı.
Mahmud Kaşğarinin “Divan”ında həmin anlamlara rast gəlirik. Bunlardan biri “yalvı’ sözüdür. (Kaşgari Mahmud. “Divanü Lüğat-it-Türk”. Dörd cilddə. III cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əsgər). Bakı, “Ozan”, 2006, 400 səh. S.35) Divanda “yalvı” sözü əfsun, sehr, cadu, tilsim, talisman kimi izah olunur. Sehrbaza isə “yalvıçı” deyirdilər. Uzun illər ərzində dilimizdə “yalvı”, “yalvıçı” sözləri unudulub, onların əvəzinə “əfsun”, “əfsunçu” sözləri daxil olub. Əfsun - (farsca), ovsun, sehr deməkdir (Azərbaycan dilinin ilahlı lüğəti. 4 cilddə, II c.. Bakı: Şərq-Qərb, 2006, 792 səh., s. 66). Bu sözdən yaranan əfsunçu isə sehrbaz anlamındadır. Əfsun xalq arasında afsın, ofsun biçiminə düşüb.
Əfsunlar insanların təbiət hadisələri qarşısında acizliyindən və qorxularından yaranıb. Onlar qorxunun qarşısını almaq üçün magiyadan istifadə etməyi düşünüblər. Bu qənaətə gəlmək olar ki, ata-babalarımız qorxu və magiyanın bir-birinə təsirini xalq təbabətinin formalaşması üçün əsas amil hesab edib, xəstəliklərin sağalmasında dərman bitkilərinin rolunu əfsunla yanaşı görüb, bu zaman sözün sehri ilə dərman bitkisinin daha güclü olacağına olan inamın daşıyıcısının əfsunçu olduğunu düşünüblər.
Qeyd edək ki, əfsun ritualla əlaqəlidir və ritualın əsas komponentidir. Əslində əfsun söylənməsi, ayinin xüsusi qaydalarına riayət olunmaqla keçirilən ritualdır. Ona görə də əfsun adı altında bəzən təkcə sözlü mətn deyil, həm də müvafiq ritual anlaşılır. Ritualla əlaqə əfsunun ifadəli praqmatik xarakterini, ciddi qeydə alınan strukturunu, mətnin “gücünün” azalmasına səbəb ola bilən hər hansı bir dəyişikliyin edilməməsi kimi xüsusiyyətlərini aydınlaşdırır. Əfsunun əsasında real və düşünülən dünya arasındakı qarşılıqlı əlaqə, insan və təbiətin bir-birini qarşılıqlı şəkildə qurtarması və eyniyyəti, makro və mikrokosmos məntiqi haqqında təsəvvürlər durur.
“Əfsun sözün gücünə inamı əks etdirir. Əfsun oxşar səslərin və sözlərin müəyyən ahəngdə deyilişi ilə ifadə olunan inanclardan biridir. Əfsunun deyilməsində əsas amil insan və ya başqa canlıya (məsələn, ilana) psixi təsir göstərməkdir. Əfsundan təbiət hadisələrini cilovlamaq, onu öz arzusuna ram etmək məqsədilə də istifadə olunur. Obyektdən kənarda əfsun yoxdur” (Əliyev R. Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər). Bakı: 2012, 350 səh., s. 284).
Qarabağda ilan əfsunçusuna “sofu” deyilirdi. “Sofu” sözü sufi kəliməsindən yaranıb. Sufinin əfsunla, əfsunçuluqla nə əlaqəsi? Bunu araşdıraq. Səfəvilər dövlətinin qurulmasında əsas rol oynayan Qızılbaş ellərindən biri də qaradağlılardır. Tarixi qaynaqlarda Qaracadağ sufiləri adlanan bu qurum Şeyx Heydərin müridləri arasında özlərinə yer tapıblar. Tarixçi Oqtay Fərzəliyev yazır: "Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları çəkilir". (Əfəndiyev Oqtay, Azərbaycan Səfəvilər dövləti, Baki, “Azərbaycan nəşriyyatı”, 1993, 296 səh. S. 39) Qaradağ və Talış sufiləri oturaq əhaliyə mənsub idilər.
Qaradağ sufiləri hələ Babəkin dövründən bəri şiəliyi və əhlihəqq təriqətlərini seçiblər. Əhlihəqq dərvişləri şamançılığın, zərdüştlüyün bəzi ritullarını saxlayır, məqamı gəldikcə həyata keçirirdilər. Şiə dərvişləri isə oba-oba, kəndbəkənd gəzib, ilan oynatmaqla, ilan tutmaqla güzəranlarını təmin edirdilər.
Qaradağ sufiləri əfsun oxuyub, ilanı çağırar, tutar, torbaya atıb aparardılar. Heç vaxt ilanı öldürməzdilər. Dağda-daşda, çöldə-biyabanda, kimsəsiz yerlərdə buraxardılar.
Mövlanə Məhəmməd Füzuli deyirdi:
Zikri-ləbinlə zülfünə can buldu dəstrəs,
Onun kimi ki, oxuyub əfsun ilan tutar. (Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh. s.104.)
Mən şəxsən iki nəfər Qaradağ sufisini, sofusunu görmüşəm. Biri Cəbrayıl bölgəsinin Qumlaq kəndində yaşayan Sofu Yusif baba idi. Yeniyetməlik çağıma təsadüf edir. Sofi Yusif baba əslən qaradağlı idi. Dədə-babaları hansı zamandasa Qarabağda məskunlaşmışdı. Sofu Yusif baba gəlirdi Xudayarlı obasına, ilan əfsunu oxuyurdu:
Talxam, haydı,
Şalxam, haydı,
Cəfər, Cəfər.
Cinni bəşər.
Şahmar.
Yelmar,
Gülmar.
Mələyim, quzum,
Şünağzı məndə.
Dəyməsin, aşmasın.
Yüzənni gəmsin,
Ya Süleyman peyğəmbər, –
deyib əfsunu püf eləyirdi, ilanları adamın başına dolandırırdı. O duzu həyətə səpirdilər, heyvanlara verirdilər ki, mal-qara, həyət-baca sədəmədən, xata-baladan uzaq olsun.
Dəfələrlə ilanlarını başıma toxundurmuşdu. Əfsununu üzümə üfləmişdi.
Sofu Yusif baba söhbət eləyirdi ki, urus gəlib məni apardı. Dedim, görən nə günah işlətmişəm. Dedilər ki, dağda, mağarada bir əjdaha var - yekə, onu tutmalısan.
Üç dənə cızıq çəkdim, çəliyimnən, dairəvi. Oxudum, qışqırdım, oxudum, qışqırdım. Gördüm kü, oyanıb, gəlir. Gəldi birinci cızığı keçdi, ikincisini keçdi, üçüncüdə qışqırdım, dayandı. Tutdum qoydum xarala, verdim onlara. Maa təzə pal-paltar, sor-sovqat, pul verdilər.
Nə illah, eləyirdiksə, Sofu Yusif baba ilanları çağırmırdı. Deyirdi ki, ilanlar qarğışcıl olurlar.
İkinci qaradağlı sofunu İranda gördüm. Aslandüz şəhərinin dövrəbərində olan Orta Maqsudlu qışlağında dostum Murad Dirəxşangildəydim. Onda köhnə evləri vardı. Yatdığımız otaqda ilan vardı. Çöldə çay içərkən, bu heyndə bir sofu gəldi. Muradın anası rəhmətlik Məşədi İpək arvad sofuya üz tutdu:
Ocaq, evimizdə ilən var, tuta bilərsənmi?
Sofu razılıq verdi. Evə daxil olub, qışqırmağa başladı:
- Mar, gəl hey!
Bir azdan şölə çıxdı. Tutduğu ilanı Məşədi İpək arvada göstərdi:
- Bu idimi?!
Məşədi İpək arvad təsdiqlədi.
Bakıya qayıdandan sonra, redaksiyamızda veriliş aparan məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor Qara Mustafayevə bu əhvalatı danışdım. Bildirdi ki, ilanlar tamamilə kar məxluqdurlar. Səsə reaksiya vermirlər.
Həyatda elə olaylar baş verir ki, reallıqla ayaqlaşmırlar.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki