21:59 / 29-10-2025
800 min illik yeraltı su hövzəsi aşkarlanıb
20:24 / 29-10-2025
İlham Əliyev Federal Milli Şuranın sədrini qəbul edib - Fotolar
20:15 / 29-10-2025
Yaponiya Trampın tələbinə əməl etməyəcək
20:06 / 29-10-2025
Avropa yenə təbii qaz problemi ilə üzləşir
19:55 / 29-10-2025
Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır
19:20 / 29-10-2025
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib - Fotolar
19:15 / 29-10-2025
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
19:05 / 29-10-2025
Polşa ilə Rusiya arasında gərginlik artır
18:57 / 29-10-2025
Kreml Trampın bəyanatına şərh verib
18:52 / 29-10-2025
Litva Belarusla sərhədi bağlayıb
18:21 / 29-10-2025
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
18:00 / 29-10-2025
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
17:44 / 29-10-2025
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
17:26 / 29-10-2025
Macarıstan AB-nin Belarusa qarşı planını pozub
17:19 / 29-10-2025
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
17:07 / 29-10-2025
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
17:05 / 29-10-2025
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
16:59 / 29-10-2025
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
16:47 / 29-10-2025
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
16:30 / 29-10-2025
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
15:30 / 29-10-2025
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
15:21 / 29-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
14:37 / 29-10-2025
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Rüşvətxor vəzir, şöhrətli şair... - Ənvər Çingizoğlu yazır
Tarix: 12-05-2021 23:45 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Çox təəssüf ki, tarixçilər obyektiv və subyektiv səbəblərdən Qacarlar tarixindən, Məşrutə dövrünün tədqiqindən ehtiyat edirlər. Bir sıra tədqiqatçılar istisna olmaqla əksər tarixçilər bu dövrə münasibətdə İrandan ehtiyatlanır. Biz tariximizin güney qolunu öyrənməsək, əlimizdən alacaqlar. Qacarlar dövrünün tanınmış şəxsiyyətlərdən olmuş Mirzə Həsən xan Vüsuqüddövlənin tariximizdə xüsusi yeri var.
Həsən xan 19 sentyabr 1873-cü ildə Tehran şəhərində anadan olmuşdu. Atası Mötəmədüssəltənə Mirzə İbrahim xan Qəvamüddövlə Məhəmməd xanın oğludur. Mirzə Məhəmmədtağı Qəvamüddövlənin nəticəsi, Mirzə Haşımın kötükcəsi, Mirzə Möhsünün isə törəməsidir. Aştiyani ailəsinə mənsubdur. Anası Tavus xanım Mirzə Məhəmməd xan Məcdülmülk qızı Əmini soyuna bağlıdır.
İbtidai təhsilini ailə şəraitində, atasından alan Həsən xan sonra ədəb elmini Mirzə Əhməd Gülpəyaqanidən öyrənib. Fəlsəfəni isə əvvəlcə Mirzə Həşim Rəştinin, sonra Mirzə Əbülqasim Cilvənin yanında əxz edib. Fransa və İngiltərəyə gedib, bilik və dünyagörüşünü təkmilləşdirib.

Mirzə Həsən xan Aştiyani 1892-ci ildə Azərbaycanda mustovfi vəzifəsində çalışıb. Vəliəhd Müzəffərəddin mirzə ilə tanışlığın binasını qoyub. Onun araçılığı ilə Nasirəddin şahdan Vüsuqüddövlə ləqəbini alıb.
Mirzə Həsən xan Vüsuqüddövlə Məşrutə inqilabından sonra Milli Məclisə nümayəndə seçilib və ölkənin idarə olunmasında iştirak edib. Otuz nəfərdən ibarət olan idarə heyətinin üzvü idi. Bu heyət Şeyx Fəzlulla Nurinin və digərlərinin edamına fərman vermişdi.(Nəqşe rövşənfekiran dər tarixe müasire İran, c.I, s.576)
Mirzə Həsən xan Vüsuqüddövlə dəfələrlə Məclisin deputatı seçilib, müxtəlif nazir vəzifələrində çalışıb. O, ilk dəfə Sepəhdari-Əzəmin kabinəsində Maliyyə naziri olub.(Müzakireye cələseye nəhim dövreye duvvum məclise şureye milli, 1327)
3 may 1909-cu ildə Sepəhdari-Əzəmin kabinəsi istefa verdikdən sonra Mirzə Həsən xan Vüsuqüddövlə Nəcəfqulu xan Səmsamüssəltənin kabinəsində Xarici işlər vəziri olub.
Mirzə Həsən xan Vüsuqüddövlə 29 avqust 1916-cı ildən 5 iyun 1917-ci ilə qədər Qacarlar dövlətinin hökumətinə başçılıq edib. “Cəza komitəsi”nin yaratdığı qorxu hətta Baş nazir Vüsuqüddövləni istefa vermək məcburiyyətində qoyub. Cəza komitəsinin başçısı Mirzə İbrahim xan Münşizadə 8 iyul 1917-ci ildə hökumət xəzinədarı vəzifəsini daşıyan Müntəxabüddövlənin öldürülməsinə qərar verib. Komitənin zəruri xərclərini ödəyə bilmədiyindən ondan yardım istəmişdi. O da ödəməkdən boyun qaçırdığı üçün komitənin fədailəri tərəfindən terrora məruz qalıb. Onun öldürülməsindən sonra hökumət başçıları arasında vahimə artıb.
Müntəxabüddövlə Vüsuqüddövlənin kürəkəni idi. Bu kimi terrorçuluq əməllərindən ruhlanan “Cəza komitəsi” dövlətə bir siyahı təqdim edib.

Siyahıda işdən çıxarılası və işə qəbul ediləsi adamların adları olub.(Ə.Ə. Şərif, Xunbəhayi İran, s. 287) Siyahıya əlavə edilən məktubda qeyd edilirdi ki, əgər komitənin tələbləri tezliklə həyata keçirilməsə, vəzifədən uzaqlaşdırılmaları göstərilən dövlət qulluqçular haqqında qərar qəbul ediləcəkdir. Əbülhəsən Ehtişaminin yazdığına görə, komitənin hökumət kabinəsinə verdiyi tələblər nazirlərin əhval-ruhiyyəsinə dərin təsir göstərib.
Onun 7 ay davam etmiş ilk Baş nazirliyi ölkədə ciddi maliyyə böhranının başladığı dövrə təsadüf edib. Həmin vaxt parlament sədrinin birinci müavini işləyən Vusuqüddövlə həm də parlamentin maliyyə komissiyasının üzvü idi. Əhməd şah Nazirlər Kabinetini təşkil etməyi məhz ona tapşırır. Lakin bütün cəhdlərinə baxmayaraq o, get-gedə dərinləşən böhranın öhdəsindən gələ bilmir və istefa vermək məcburiyyətində qalır.
Mirzə Həsən xan Vüsuqüddövlə ikinci dəfə 8 avqust 1918-ci ildən 3 iyul 1920-ci ilədək Qacarlar dövlətinin Baş naziri olub. 1918-ci ilin avqust ayında Vüsuquddövlə yenidən Baş nazir təyin olunur və dərhal “Cəza komitəsi”nin bütün üzvilərini həbs etdirir. Komitə üzvləri dar ağacından asılırlar. General Əsədulla xan Əbulfətzadə və polkovnik Mirzə İbrahim xan Münşizadə zahirən Xorasan tərəfdə olan Kelata sürgün ediliblər. 1918-ci ilin sentyabr ayında yolda ikən Vüsuqüddövlənin tapsırığı ilə Simnanla Damğan arasında gullələniblər.
Mirzə Həsən xan Vüsuqüddövlə 1919-cu ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətini qəbul edib. O, iki dövlət arasında dostcasına sıx münasibətlərin qurulacağına əminliyini bildirib. Vətənə yola düşməzdən əvvəl Vüsuqüddövlə nümayəndə heyətini yenidən qəbul edib, İranın öz sərhədlərini Azərbaycan, Türküstan və digər ərazilər hesabına genişləndirmək niyyəti barədə İran nümayəndə heyətinin Versal konfransındakı bəyanatına münasibətini açıqlayaraq, ölkəsinin belə bir fikri olmadığını bildirib. Versal nümayəndə heyətinə protest göndərilərək, bu qeyri-dəqiq xəbərin təkzib olunması tapşırılıb. Vüsuqüddövlə hər iki dövlət üçün dostluq, qarşılıqlı əlaqə və çiçəklənmə dövrünün başladığına əminliyini bir daha vurğulayıb. Vüsuqüddövlə hökuməti Versaldakı nümayəndə heyətinə konfransda Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini dəstəkləmək barədə teleqram göndərib. 1920-ci il martın 20-də, bolşevik işğalının yaxınlaşdığı şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında sülh və dostluq haqqında müqavilə bağlanıb. Vüsuqüddövlə hökuməti Azərbaycanın müstəqilliyini de-yure tanıyıb. Tərəflər dostluq, iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi, Tehranda Azərbaycan, Bakıda isə İran səfirliyinin açılması haqqında öhdəliklər götürüblər.
Paris Konfransının nəticələrini gözlədiklərini bildirirdilər. İranın Baş naziri Vüsüq üd-Dövlədən, Azərbaycanın Baş naziri Nəsib bəy Yusifbəyliyə göndərilən 18 noyabr 1919-cu il № 5305 məktubda İran-ADR münasibətlərinin cari vəziyyətindən məhz bu kontekstdə söz açılır:
“İran, hal-hazırda qardaş Azərbaycan xalqının yaratdığı qonşu ölkəni görməkdən xoşhaldır. Bu vaxta qədər Azərbaycanın İran (dövləti tərəfindən rəsmi bildiriş əsasında) rəsmən tanınmamasının yeganə dəlili, hal-hazırda böyük konfransa görə hər gün baş verən gözlənilməz dəyişikliklərin reallaşdırdığı siyasi mülahizə və diplomatik məsələlərdir. De-fakto dövlət kimi tanınan Azərbaycan dövlətinin de-yure dövlət kimi də tanınacağı günün intizarındayıq. Şahənşah dövləti elə indidən qonşu və qardaş Azərbaycan Respublikası ilə səmimi əlaqələr quracağına ümidvardır. Çünki bu əlaqələrin yaranmaması hər iki dövlətin mənafeyinə ziddir. Buna görə də İranın şahənşah dövləti Qafqaza komissiya göndərmək qərarına gəlibdir. Tərkibi, həyata keçirməli olan araşdırmalara, ikili razılaşma əsasında atılacaq addımlar və standartlara dərindən bələd olmalıdır. Komissiyanın sədri vəzifəsi şahənşah dövlətinin tam etimadına malik və həm də İranın ictimai fikrinin təmsilçisi olan əlahiddə nümayəndəmiz cənab Seyid Ziyaəddin Təbatəbaiyə həvalə edilibdir.

Cənabınız və möhtərəm dövlətinizin onu qəbul edəcəyindən əminəm. Yalnız bu qəbul onun vəzifəsini uğurlu həyata keçirməsinin və əziz ölkənizin maarifi istiqamətində səmimi qonşuluq əlaqələrində yaranmalı olan qarşılıqlı anlaşma əminliyinin qarantı ola bilər, cənab sədr! Sizə öz əlahiddə ehtiramımı bildirməklə fəxr edirəm! Nazirlər Kabinetinin sədri!”.(Sənəd. Baş nazir Vüsüqüddövlədən Azərbaycanın baş nazirinə. № 5305. 18 noyabr 1919-cu il)
Mirzə Həsən xan Vüsuqüddövlə ingilislərdən aldığı böyük rüşvət müqabilində “1919-cu il qərardadı”nı imzalayıb. Bu müqavilə 1919-cu il avqustun 9-da İngiltərə ilə bağlanıb. Müqavilə İran üçün bir neçə alçaldıcı şərti ehtiva edib. Belə ki, razılaşmaya əsasən İngiltərə İranın müxtəlif nazirliklərinə öz müşavirlərini göndərmək, onların fəaliyyətinə nəzarət etmək və istiqamətləndirmək hüququ əldə edirdi. Həmçinin ingilislər İranın mərkəzi bankının da fəaliyyəti üzərində nəzarəti də ələ keçirirdilər.
Şərtlərdən biri də Qacarlar ordusunun ingilislərin nəzarətinə verilməsini nəzərdə tuturdu. İngilis hərbi məsləhətçiləri İran ordusunun yenidən qurulması ilə məşğul olmalı, onun yenidən silahlandırılması və hazırlanması prosesinə rəhbərlik etməli idilər. Bunun əvəzində İngiltərə hökuməti İrana mütəmadi maddi yardımlar göstərməyə dair öhdəlik götürmüşdü.
İranda dəmir yolları, həmçinin rabitə şəbəkəsinin tikilməsi və genişləndirilməsi də ingilislərin ixtiyarına verilirdi. İran ictimaiyyəti belə bir alçaldıcı sazişi imzalamaq müqabilində Vüsuqüddövlənin ingilislərdən külli miqdarda rüşvət aldığını iddia etməyə və Baş naziri vətənə xəyanətdə günahlandırmağa başladı. Yayılan xəbərlərə görə Vüsuqüddövlə hökuməti 7 ay davam etmiş gizli danışıqlar gedişində 400 min tümən (bu məbləğin yarısı şəxsən Baş nazirə çatması şərti ilə) müqabilində ölkənin maraqlarını satmağa razılıq verib. Ölkədə ucalan etiraz səsləri imzalanan müqavilənin parlamentdə ratifikasiyasını əngəllədi. Lakin ingilislər ratifikasiya prosesini gözləmədən sazişin icrasına başladılar. Həm ölkə daxilində, həm də xaricdə kəskin əks-reaksiya doğurmuş İngiltərə-İran sazişinin bağlanması Cənubi Azərbaycanda genişlənən milli azadlıq hərəkatına yeni təkan verdi. 1920-ci il Təbriz üsyanı nəticəsində iyunun 25-də Vüsuqüddövlə istefaya çıxmağa məcbur olur və 1921-ci ildə həmin saziş ləğv edilir.
Baş nazir postundan uzaqlaşdıqdan sonra Avropaya mühacirətə yollanan Vüsuqüddövlə bir müddət Fransa və İngiltərədə yaşadıqdan sonra İrana qayıdır.
1921-ci ildə ingilislər Rza xanın əli ilə həyata keçirdikləri dövlət çevrilişi nəticəsində vaxtilə 1919-cu il müqaviləsinə qarşı çıxan bütün milli qüvvələri neytrallaşdırmağı bacarırlar. Rza xanın vasitəsilə ölkədəki anti-ingilis cəbhəsi isə tamamilə dağıdılır.
1923-cü ildə səhhətində yaranmış problemlərin aradan qaldırılması məqsədilə Sultan Əhməd şah Qacar Avropaya müalicəyə yollanır. Yola düşərkən Əhməd şah yəqin ağlına da gətirə bilməzdi ki, o bir daha İrana dönməyəcək.
Qeyd edək ki, Əhməd şah Qacar gənc yaşlarından artıq çəkidən əziyyət çəkirdi və bu amil onun normal fəaliyyətinə ciddi şəkildə əngəl törədirdi.
Əhməd şahın ölkədə olmamasından istifadə edən Rza xan nüfuzlu feodalları və ruhaniləri öz tərəfinə çəkərək hakimiyyəti tamamilə ələ keçirməyə müvəffəq olur. 1925-ci ildə Qacarlar sülaləsinin hakimiyyətinə son qoyulur və İranda yeni Pəhləvilər xanədanının əsası qoyulur.
Mirzə Həsən xan Vüsuqüddövlə 1925-ci ildən sonra Vüsuq soyadını qəbul edib.
Mirzə Həsən xan Vüsuq 1935-ci ildə İran Fars dili cəmiyyətinin sədri olub.

Mirzə Həsən xan Vüsuqüd 1942-1943-cü illərdə İranın Türkiyə cümhuriyyətində səfiri vəzifəsində çalışıb. 1943-cü ildən siyasətdən çəkilib. Ömrünün sonlarına yaxın yaddaşını itirən dövlət xadimi vaxtının əksərini Süleymaniyyədəki bağında keçirib. Tehranda “Vüsuqüddövlə köşkü” adlı böyük sarayı olub.
Mirzə Həsən xan Vüsuq 3 fevral 1951-ci ildə Tehran şəhərində vəfat edib. Qumda torpağa tapşırılıb.
Mirzə Həsən xan Vüsuq əvvəlcə Nəsrülmülkün qızı Məryəm Bədir xanımla ailəli olub. Bu nikahdan bir oğlu, səkkiz qızı dünyaya gəlib. Sonra ikinci dəfə evlənib. İkinci nikahdan da bir oğlu vardı.
Mirzə Həsən xan Vüsuqüddövlə şair idi. Şeir kitabının müəllifidir.
Mirzə Həsən xan Vüsuqüddövlənin adı ilə bağlı olan əhəmiyyətli nailiyyətlərdən biri də ölkədə ictimai asayişin bərpası idi. Görülən ardıcıl və qətiyyətli tədbirlər nəticəsində yollar qaçaq-quldurlardan təmizlənib, kütləvi soyğunçuluq və oğurluq hallarına əsasən son qoyulub. Ölkə boyu təhlükəsizlik əhəmiyyətli dərəcədə bərpa edilib.
Mirzə Həsən xan Vüsuqüddövlə təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan bir siyasətçi idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək